“Tərlan - 2025” təlimi - Qazaxıstan hərbçiləri Azərbaycanda .....                        Xankəndidə Ərdoğanla Pezeşkian təkbətək görüşdü .....                        Zəngəzur dəhlizinin açılması an məsələsidir: Böyük dövlətlər nə planlayır? .....                        Ermənistan-Azərbaycan sülhü regionun ab-havasını dəyişəcək - Ərdoğan .....                        Ərdoğandan Rusiya-Azərbaycan gərginliyinə münasibət .....                        Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək - SƏRƏNCAM .....                        Güney Azərbaycan Təşkilatları və İranda Yaşayan Digər Türk Toplumlarının Bəyanatı .....                        Sabahın havası: Külək, yağış, dolu... .....                        İran nüvə proqramından imtina etməyib - Tramp .....                       
Tarix : 2-10-2015, 13:02
Daha 100 müharibə əlilinə avtomobil təqdim olunub (FOTO)


100 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxsə minik avtomobilləri təqdim edilib.

Butov.az Trend-ə verilən məlumata istinadən xəbər verir ki, cari il ərzində növbəyə dayanmış müharibə əlilləri və onlara bərabər tutulan şəxslərdən daha 100 nəfərini “Naz-LİFAN” markalı minik avtomobili ilə təmin edib.

Tədbirdə ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev son illərdə prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində müharibə əlillərinin və onlara bərabər tutulan şəxslərin sosial təminatının gücləndirilməsi yönündə görülən işlər barədə məlumat verib.

Ç.Əliyev bildirib ki, dövlət başçısının müvafiq sərəncamları əsasında 2014-cü ilədək növbəyə dayanan bütün müharibə əlilləri və onlara bərabər tutulan şəxslər avtomobillə tam təmin edilərək, artıq cari ildə növbəyə dayananlara avtomobillərin verilməsi həyata keçirilir: “Ümumilikdə indiyədək Azərbaycanda dövlət büdcəsi hesabına 5550 nəfərə yaxın müharibə əlili və onlara bərabər tutulan şəxs avtomobillə təmin olunub. Onların 31,2 faizinə, yəni 1733 nəfərinə məhz 2014-cü il və cari ilin ötən dövründə minik avtomobili təqdim edilib. Bu isə Azərbaycanda iqtisadi artım tempinin və bununla bərabər bütün sosial proqramların yüksələn xətlə davam etdirildiyinin daha bir əyani göstəricisidir”.

Xidmət rəisi bununla son bir ayda artıq 200 nəfər müvafiq şəxsə minik avtomobili verildiyini və ilin sonunadək bu prosesin uğurla davam etdiriləcəyini diqqətə çatdırıb.

Əlil ictimai birliklərinin rəhbərləri ölkəmizin dinamik sosial-iqtisadi inkişafı şəraitində hər bir vətəndaşın, həmçinin əlilliyi olan şəxslərin həyat səviyyəsinin yaxşılaşması sahəsində həyata keçirilən tədbirlərdən razılıqla bəhs ediblər.

Onlar son illərdə sosial təminat sistemində şəffaflığın təmin olunması üçün görülən işlərin də təqdirəlayiq olduğunu bildiriblər. Qeyd olunub ki, minik avtomobili üçün növbəyə dayananların və indiyədək artıq avtomobil verilmiş bütün imtiyazlı şəxslərin siyahılarının ƏƏSMN-nin rəsmi internet saytının (www.mlspp.gov.az) “Fəaliyyət və xidmətlər” bölümündəki “Avtomobillərlə təminat” alt-bölümündə yerləşdirilməsi qeyd olunan işlərdə şəffaflığın və bu sahəyə daimi ictimai nəzarətin həyata keçirilməsinə imkan yaradıb.

Yeni avtomobillə təmin olunan imtiyazlı şəxslər sevinclərini bölüşərək ölkəmizdə sosial cəhətdən həssas qrupların rifah halının yüksəldilməsi istiqamətində aparılan işlərdən razılıqla söz açıb, onların minik avtomobilləri ilə təminatına göstərdiyi böyük diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdar olduqlarını vurğulayıblar.

Minik avtomobili ilə təmin olunanların 54 nəfərini Qarabağ müharibəsi və 9 nəfərini Böyük Vətən müharibəsi əlilləri, 15 nəfərini Çernobıl AES və 1 nəfərini 20 Yanvar əlilləri, digərlərini isə hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olanlar təşkil edib.


Butov.az


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!