TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
14-11-2025, 16:09
Bakıda 2 ton yararsız ət aşkarlandı


Bakıda 2 ton yararsız ət aşkarlandı

Daxili İşlər Nazirliyinin (DİN) və Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) birgə keçirdiyi əməliyyat nəticəsində 2 tona yaxın yararsız ət məhsulu aşkar olunub.
Bu barədə DİN-dən məlumat verilib.
Bildirilib ki, keçirilən əməliyyat zamanı Bakının Nizami rayonunda yerləşən ərzaq anbarlarının birində fəaliyyət göstərən ət kəsimi məntəqəsində mənşəyi məlum olmayan və qidaya yararsız ət məhsullarının satıldığı aşkarlanıb.
Nəticədə həmin məntəqənin sahibi olan Elnur Ağayev, eləcə də onun rəhbərliyi altında işləyən Habil Zülfüqarov, Rüfət Daşdəmirov, Telman Mirzəyev, Əmrah Babayev və Əhliman Məcidov saxlanılıblar. Sexə baxış zamanı 2 tona yaxın standartlara cavab verməyən keyfiyyətsiz ət məhsulu aşkar olunub.
Araşdırmalarla müəyyən edilib ki, E.Ağayev və digərləri xəstə, həmçinin artıq təsərrüfatda istifadəsi mümkün olmayan iribuynuzlu heyvanları ucuz qiymətə alıb emal edəndən sonra keyfiyyətli ət məhsulu adı altında satışa çıxarıblar. Həmin ətlərdən nümunələr götürülərək Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına göndərilib. Təyin olunan ekspertizalar zamanı aşkarlanan ətin qidaya yararsız olduğu təsdiq edilib.

14-11-2025, 15:54
Rusiyanın son hücumu - Azərbaycan səfirliyinə ciddi ziyan dəyib


Rusiyanın son hücumu - Azərbaycan səfirliyinə ciddi ziyan dəyib

Son partlayış nəticəsində Səfirliyin ərazisinin hasarının bir hissəsinin tamamilə dağılıb, konstruksiyaların, xidməti avtomobillərin, inzibati binanın və Səfirliyin konsulluq şöbəsinin zədələnib, həmçinin diplomatik nümayəndəliyin ərazisinə ciddi ziyan vurulub.
Bu, XİN-in yaydığı məlumatda öz əskini tapıb.
"Xoşbəxtlikdən bu zərbənin insan tələfatına səbəb olmadığı qarşı tərəfə bildirilib", - məlumatda qeyd olunub.
Qeyd edək ki, 14 noyabr tarixində təqribən gecə saat 01:00-da Ukraynanın paytaxtı Kiyev şəhərinə raket və dron hücumları nəticəsində İsgəndər tipli raketlərdən biri Azərbaycan səfirliyinin ərazisinə düşüb. Bununla bağlı Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb. Bununla bağlı ona kəskin etiraz bildirilib və müvafiq nota təqdim edilib.
14-11-2025, 15:35
Azərbaycanda mobil operatorlar 1 mlrd. manatdan çox qazanıblar


Azərbaycanda mobil operatorlar 1 mlrd. manatdan çox qazanıblar

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 3120,5 milyon manat dəyərində xidmət göstərilib.
Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,5% çoxdur.
Dövr ərzində xidmətlərin 71,6%-ni əhali istehlak edib. Xidmətlərdən əldə edilən gəlirin 33,7 faizi və ya 1052,2 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.
14-11-2025, 14:30
Bakı və Abşeronda 21 kq narkotik aşkarlandı - 6 nəfər həbs edildi


Bakı və Abşeronda 21 kq narkotik aşkarlandı - 6 nəfər həbs edildi

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zaman 21 kq narkotik vasitə və 600 ədəd psixotrop tərkibli həb aşkarlanıb.
Abşeron, Suraxanı, Sabunçu və Xəzər rayonlarında keçirilən növbəti tədbirlər zamanı əvvəllər məhkum olunan Araz Firidunbəyli, Arzu Hüseynov, Nahid Mənsimov, Vüsal Əliyev, Şəmistan Rəfili və Adil Ağazadə saxlanılıblar.
Onlardan 21 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və 600 ədəd metadon həbi aşkarlanıb.
Saxlanılanların şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları ilə cinayət əlaqəsinə girərək narkotik vasitələri əldə etdikləri və satış məqsədi ilə əvvəlcədən təyin olunan nöqtələrə yerləşdirməyi planlaşdırdıqları məlum olub.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

14-11-2025, 14:07
Əli Nağıyev və Orxan Sultanov Xankəndi toplantısında - FOTO


Əli Nağıyev və Orxan Sultanov Xankəndi toplantısında - FOTO

2025-ci il noyabrın 14-də Xankəndi şəhərində “Beynəlxalq nəqliyyat xətlərinin təhlükəsizliyinin təmin olunmasında xüsusi xidmət orqanlarının rolu” mövzusunda Türk Dövlətlərinin Xüsusi Xidmət Orqanları Konfransının XXVII plenar iclası keçirilib.
Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidməti məlumat yayıb.
Tədbirdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev, Xarici Kəşfiyyat Xidmətinin rəisi general-polkovnik Orxan Sultanov, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın müvafiq xidmət rəhbərləri, həmçinin fəxri qonaq qismində Macarıstandan olan nümayəndə iştirak edib.
Tədbiri açıq elan edən DTX-nin rəisi general-polkovnik Əli Nağıyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı müraciəti səsləndirdikdən sonra plenar iclasın mövzusu ilə bağlı geniş nitqlə çıxış etmişdir. Müasir dövrdə beynəlxalq sabitliyə çoxsaylı təhdidlərin dünyanın nəqliyyat və kommunikasiya xətlərinin təhlükəsizliyinə təsirsiz ötüşmədiyini və türk dövlətlərinin önəmli nəqliyyat şəbəkələrinin üzərində yerləşdiyini qeyd edən Xidmət rəisi bildirmişdir ki, həmin nəqliyyat marşrutlarının təhlükəsizliyinin təmin olunması üçün sözügedən ölkələr arasında müvafiq sahədə əməkdaşlıq əlaqələrinin davamlı şəkildə möhkəmləndirilməsi, birgə səylərin hər zaman səfərbər edilməsi, məlumat mübadiləsinin daha intensiv aparılması vacibdir.
General-polkovnik Əli Nağıyev beynəlxalq nəqliyyat və kommunikasiya xətlərinin təhlükəsiz fəaliyyətinin təminatında, onların beynəlxalq terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq, qaçaqmalçılıq və sair mənfi təzahürlü hallardan qorunmasında xüsusi xidmət orqanlarının oynadığı roldan da ətraflı söhbət açmışdır.
Vurğulanmışdır ki, Uzaq Şərqdən Avropaya qədər uzanan Orta Dəhlizin vacib tərkib hissəsi olan Zəngəzur dəhlizinin reallaşdırılmasına bəzi destruktiv dairələr hər vəchlə maneçilik törətməyə çalışır və bu amil göstərilən istiqamətdə təhlükəsizliyin etibarlı təmin olunmasını mühüm vəzifələrdən biri kimi qarşıya qoyur.
Daha sonra tədbir digər iştirakçıların çıxışları və qarşılıqlı müzakirələrlə davam etmiş, sonda plenar iclasın yekun sənədi imzalanmışdır.



14-11-2025, 13:43
Xanyurdu kəndlərinə növbəti köç oldu


Xocalının Şuşakənd və Xanyurdu kəndlərinə növbəti köç oldu- FOTO

Noyabrın 14-də növbəti köç karvanı Xocalı rayonunun Şuşakənd və Xanyurdu kəndlərinə çatıb .Doğma yurda qayıdan ailələr bərpa edilmiş evlərinin açarlarını təhvil alaraq məskunlaşıblar.Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata əsasən, bu mərhələdə Şuşakəndə 55 nəfərdən ibarət 19 ailə, Xanyurdu kəndinə isə 12 ailə yəni 34 nəfər köçürülüb. Köçürülən ailələr uzun illər respublikanın müxtəlif bölgələrində əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış vətəndaşlardan ibarətdir.

Şuşakənd və Xanyurduya qayıdan sakinlərə mənzillərin açarlarının təqdim edilməsi mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin icraçı direktor müavini Mahmud Əfəndiyev digər rəsmi şəxslər və kənd sakinləri iştirak ediblər. M. Əfəndiyev çıxışında sakinləri Böyük Qayıdış proqramı çərçivəsində doğma torpaqlarına qayıtmaları münasibətilə təbrik edib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinin sürətlə aparıldığını, kəndlərdə bütün zəruri sosial infrastrukturun yol, su, işıq, qaz və digər kommunal xidmətlərin tam şəkildə təmin olunduğunu bildirib. Sakinlər isə doğma ocaqlarına qayıtmağın sevincini bölüşüblər.Beləliklə bu gün də daxil olmaqla Xanyurdu kəndinə 340 nəfərdən ibarət 99 ailə, Şuşakəndə isə 230 nəfərdən ibarət 61 ailə qayıdıb.




14-11-2025, 12:41
Xankəndidə  mənzillər satışa çıxarılacaq.


Xankəndidə mənzillər satışa çıxarılacaq.

Xankəndi şəhərində sahibkarlar tərəfindən çoxmənzilli yaşayış binalarının tikintisinə start verilib. Şəhərdə və ətraf yaşayış məntəqələrində genişmiqyaslı tikinti və bərpa işləri sürətlə davam etdirilir. Regionda sahibkarlar üçün əlverişli investisiya mühiti yaradılıb, infrastruktur layihələri iş adamlarının bu ərazilərə marağını daha da artırıb. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa. Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, bu fikirlər Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubova məxsusudur. Onun sözlərinə görə, şəhərdə sahibkarlar tərəfindən hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi başa çatdıqdan sonra mənzillər satışa çıxarılacaq. Elçin Yusubov bildirib ki, artıq Xankəndidən mənzil almaq istəyən vətəndaşlardan xeyli müraciət daxil olub.Prezidentin xüsusi nümayəndəsinin sözlərinə görə, mənzillərin satışı həm nağd şəkildə, həm də kreditlə mümkün olacaq. Sahibkarların banklarla imzaladığı müqavilələr əsasında vətəndaşlara kreditlə mənzil almaq imkanı yaradılacaq. Bu prosesin şəffaf və rahat həyata keçirilməsi üçün sahibkarlara zəruri dövlət dəstəyi göstəriləcək.Qeyd edək ki, Xankəndidə aparılan tikinti və bərpa işləri şəhərin müasir yaşayış məkanına çevrilməsini hədəfləyir.
14-11-2025, 12:38
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Bakıda noyabrın 15-də havanın çiskinli olacağı, rayonlarda leysan yağacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə zəif duman, çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 10-13, gündüz 16-19 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 70-75 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 7-10, gündüz 15-19, dağlarda gecə 2-5, gündüz 5-9 dərəcə isti olacaq.
14-11-2025, 12:05
"Sazın, sözün kəlağaylı Güllüsü"


"Sazın, sözün kəlağaylı Güllüsü"

13 noyabr 2025-ci il tarixdə Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin və Gəncə şəhər MKS- in birgə təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik ili" çərçivəsində "Kəlağayı Günləri - 2025" layihəsi çərçivəsində Vaqif Osmanlının "Sazın, sözün kəlağaylı Güllüsü" kitabının təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə açan Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, Kəlağayı ev Muzeyinin direktoru şair, publisist Güllü Eldar Tomarlı qonaqları salamladı, tədbir haqqında geniş məlumat verdi. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Söz "Cavadxan Tarix və Mədəniyyət Fondu" nun vitse Prezidenti Müzadil Həsənova verildi. O, qeyd etdi ki, milli mənəvi dəyərlərimizin qorunması, təbliğ olunması, gələcək nəsillərə çatdırılması çox vacibdir. İllərdi həyata keçirdiyimiz Milli Yaylaq Festivalı milli dəyərlərimiz yolunda bir xidmətdir, adət- ənənlərimizin sərgiləndiyi bir yoldur. Bu yolda əlbir, dilbir olmağımız vacibdir. Güllü Eldar Tomarlının milli dəyərlərimizin təbliğatı yolunda çalışmaları ürəyimizcədi. Tədbirdə AF Xalça Evinin rəhbəri Fəxri Akif oğlu öz çıxışında bildirdi ki, kəlağayı hər bir Azərbaycan xanımının gözəlliyidir, ismətidi, yaraşığıdı. Bu ulu dəyərlərimizi qorumalıyıq. Fəxri Akifoğlu yaşı əsrlərə söykənən qədimi kəlağayını Güllü xanıma " Kəlağayı Ev Muzeyi" nə qiymətli eksponat kimi təqdim etdi.Tədbirdə kəlağayı dizayneri Elnarə Axundova, şairlərdən Mələk İsmayıl, Səadət Qərib, şəhid Rəşad Ələkbərovun anası Nailə Ələkbərova çıxış etdilər.

Sonda Güllü Eldar Tomarlı qeyd edib ki, milli qadın geyimlərinin bir qolunu təşkil edən
kəlağayımızın geniş təbliğ etməkdə məqsədimiz onun əzəlki şan - şöhrətini özünə qaytarmaq, tarixi, istehsalı, istifadəsi haqqında gənc nəsli maarifləndirmək, beynəlxalq səviyyədə çatdırmaqdır.

Bu layihəyə Kəlağayı Ev Muzeyindən başladıq, Bakı Xətai Sənət Mərkəzində, Tovuz Mərkəzi Kitabxanasında, bu gün də Gəncədə qeyd olunur. Sonra Qazax, Cəlilabad, Bərdə, Sumqayıt və digər bölgələrimizdə qeyd olunacaq.
Kəlağayımız 2014- cü ildə Azərbaycan Respublikasının Birinci Vitse- Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Uneskonun Qeyri Maddi- mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.

Beləliklə, Noyabrın 26 Kəlağayı Günüdü. Bu münasibətlə 26 Noyabrda Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında final konsertimiz- "Kəlağayı Bayramı" nı qeyd edəcəyik.
Sonda Güllü Eldar Tomarlı tədbirə zəhməti keçən hər kəsə və tədbir iştirakçılarına təşəkkürünü bildirib.
14-11-2025, 11:55
Bölgələrin canlanmasını Azərbaycan vətəndaşı əyani şəkildə görür


Bölgələrin canlanmasını Azərbaycan vətəndaşı əyani şəkildə görür

Son illər ərzində aparılmış işlər nəticəsində bölgələrin canlanmasını hər bir Azərbaycan vətəndaşı əyani şəkildə görür
12 noyabr 2025-ci ildə Azərbaycan Prezidenti cənab İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edib. Prezident qəbul vaxtı onlara böyük etimad göstərildiyini söyləyib və bir sıra tövsiyələr və tapşırıqlar verib: “Siz öz işinizlə, əməyinizlə qarşıda duran vəzifələrin icrası üçün səylərinizi əsirgəməyəcəksiniz.
Əlbəttə ki, böyük məsuliyyət böyük işlər tələb edir. İlk növbədə, mənim bütün tapşırıqlarımı yerinə yetirməlisiniz. Mən hər dəfə bölgələrə rəhbər vəzifələrə şəxsləri təyin edəndə verdiyim tapşırıqlar onlar üçün əsas iş prinsipləri olmalıdır - ilk növbədə, xalqa xidmət etmək, xalqla bir yerdə olmaq”.
Prezident eyni zamanda rəhbər vəzifədə çalışan hər bir şəxsin, hər bir məmurun təvazökar olmaları, eyni zamanda, xoşagəlməz hallara qarşı ciddi mübarizə aparmalı, kadr siyasətində etibarlı, peşəkar və mənəvi cəhətdən təmiz kadrları seçmələri, rəhbərlik edəcəkləri bölgələrdə öz işlərinə ciddi, vicdanla, məsuliyyətlə yanaşmaları barədə göstəriş verib.
Prezident İlham Əliyev öz çıxışında bölgələrimizdə əsas infrastruktur layihələrin artıq demək olar ki, başa çatdığını söyləyib: “Dövlət xətti ilə, dövlət investisiya proqramları xətti ilə son illər ərzində müsbətə doğru böyük dönüş təmin edilib. Bir neçə regional inkişaf proqramının icrası uğurla nəticələnib. Demək olar ki, əsas infrastruktur istiqaməti olan elektrik enerjisi ilə bütün bölgələrdə vəziyyət tam normallaşıb. Təbii ki, köhnəlmiş infrastrukturun təzələnməsi, təmiri məsələləri var. Ancaq bu problem artıq ciddi problem kimi mövcud deyil. Bizim bütün bölgələrimizdə, o cümlədən işğaldan azad edilmiş ərazilərdə elektrik infrastrukturunun yaradılması güclü potensial yaratmışdır.”
Qeyd olunub ki, magistral yollar tamamilə müasir standartlara cavab verir. Şəhərlərarası yollar təmirlidir. Kənd yollarının tikintisi üçün hər il lazımi vəsait ayrılır.
Bildiyimiz kimi işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı tikinti-bərpa işləri gedir. Yeni yollar çəkilir, məktəb, bağça, xəstəxanalar, idman obyektləri tikilib sakinlərin ixtiyarına verilir.
Bununla bərabər digər kənd və qəsəbələrimizdə də içməli su ilə bağlı bir sıra tədbirlər görülür. Kənd təsərrüfatını daha da inkişaf etdirmək üçün yeni su anbarları, su kanalları,o cümlədən sosial infrastruktur layihələri, məktəblər, xəstəxanalar, idman obyektləri tikilir. Yəni, bu gün Azərbaycanın bölgələrində bütün bu məsələlər öz həllini tapır. Hər bir şəhərdə müasir xəstəxana fəaliyyət göstərir və bütün bunlar, əlbəttə ki, həm böyük vəsait, həm də gündəlik diqqət tələb edir.
Dövlət başçısı əsas prinsipin ədalət prinsipi olduğunu vurğulayıb: “Hər bir bölgədə, hər bir kənddə insanlar görməlidir və bilməlidir ki, ədalət hər zaman üstünlük təşkil edir. Vaxtilə bizim bölgələrimizdə proseslərin mənfi istiqamətdə getməsinin səbəbi də məhz mərkəzi icra orqanlarındakı bəzi məmurların xoşagəlməz hərəkətləri və tapşırıqları idi. Artıq o məmurlardan, necə deyərlər, əsər-əlamət qalmayıb.”
Göründüyü kimi, Azərbaycanda bütövlükdə məşğulluqla bağlı son illər ərzində çox böyük islahatlar aparılıb, işsizliyin səviyyəsi aşağı düşüb. Ancaq o da həqiqətdir ki, bu gün hələ də insanlar iş axtarışı ilə bölgələrdən Bakıya, böyük şəhərlərə axın edirlər, çünki şəhərdə iş yeri tapmaq daha asandır. Lakin son vaxtlar sevindirici haldır ki, bölgələrdə insanları işlə təmin etmək üçün dövlət müxtəlif addımlar atır, müəssisələr yaradılır, sahibkarlara güzəştli kreditlər verilir, özünüməşğulluq proqramı uğurla icra edilir. Artıq onminlərlə insan bu proqramla əhatə olunub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Yerlərdəki rəhbərlərdən tələbim odur ki, iş yerlərinin yaradılmasına çalışsınlar, iş adamlarına şərait yaratsınlar. Təbii ki, onlara dəstək vermək lazımdır. Çünki yerli istehsalın inkişafı həm məşğulluq məsələlərini təmin edir, eyni zamanda, yerli istehsalı da gücləndirir. Kənd təsərrüfatı və turizmlə bağlı son müddət ərzində dövlət xətti ilə bir çox önəmli addımlar atılmışdır. Bunu daha da genişləndirmək lazımdır. Xüsusilə turizm üçün cəlbedici olan bölgələrdə bu, iqtisadiyyatın, bölgə iqtisadiyyatının kənd təsərrüfatı ilə birlikdə əsas amilini təşkil etməlidir”.
Prezident eyni zamanda çıxışanda ekologiya probleminə də nəzər yetirib. O, bölgələrimizdə prinsip etibarilə ekologiya ilə bağlı ciddi problemlərin olmadığını, əsas problemlərin bir vaxtlar Bakı şəhərində olduğunu, artıq bu problemin həll edildiyini nəzərə çatdırıb: “Bölgələrdə əlbəttə ki, ekoloji tarazlığın təmin edilməsi üçün, necə deyərlər, başqa üsullar var. Burada qanunsuz fəaliyyət daha çox ekoloji ziyan vurur, nəinki neft-qaz sənayesi. Ona görə qanunsuz fəaliyyəti məhdudlaşdırmaq, aradan qaldırmaq üçün mənim tərəfimdən müvafiq göstərişlər verildi, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ki, burada çayların məcralarının dəyişdirilməsi, tikinti üçün lazım olan qanunsuz malların işlənməsi, istehsalı - bütün bunlar tənzimlənməlidir və qanunsuz fəaliyyətə qətiyyən yol verilməməlidir. Bir sözlə, Azərbaycanın bölgələri bu gün ən yüksək standartlara cavab verməlidir. Yenə də deyirəm, son illər ərzində aparılmış işlər nəticəsində bölgələrin canlanmasını hər bir Azərbaycan vətəndaşı əyani şəkildə görür. Doqquz beynəlxalq hava limanı, yenilənmiş, təmir edilmiş və yeni çəkilmiş dəmir yolları, magistral avtomobil yolları, elektrik infrastrukturu, suvarma ilə bağlı, içməli su ilə bağlı olan layihələr, qazlaşdırma. Yəni, bütün bu işləri biz son illər ərzində görmüşük ki, insanlar daha yaxşı yaşasınlar. İnsanlara diqqət göstərmək, onların qayğıları ilə yaşamaq, daim onların arasında olmaq lazımdır”.

Anar Abbasov
Xırdalan bələdiyyəsinin sədri
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!