“Müvafiq dövlət qurumlarının köməyindən istifadə edilməklə döyüş əməliyyatlarında həlak olmuş şəxslərin qısa müddət ərzində şəxsiyyətlərinin müəyyən olunaraq aidiyyəti üzrə təhvil verilməsi üçün zəruri tədbirlərin görülməsi təmin edilib”.
Bunu Baş prokurorun müavini – Azərbaycanın Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib.
“Belə ki, Hərbi prokurorluq orqanlarının əməkdaşları tərəfindən Dövlət Təhlükəsizliyi Xidmətinin və Daxili İşlər Nazirliyinin işçiləri ilə birgə intensiv əməliyyat-istintaq tədbirləri, təxirəsalınmaz istintaq hərəkətləri, çoxsaylı ekspertizalar keçirilməklə, Müdafiə və Fövqəladə Hallar nazirliklərinin əməkdaşlarından ibarət axtarış qrupları tərəfindən bu istiqamətdə müntəzəm iş aparılmaqla indiyədək 2907 şəxsin, o cümlədən, həlak olaraq itkin düşmüş hərbi qulluqçularımızın şəxsiyyətlərinin tam müəyyən edilərək meyitlərinin aidiyyəti üzrə təhvil verilməsi təmin olunub.
İtkin düşmüş digər 7 hərbi qulluqçunun olduqları yerlərin müəyyənləşdirilməsi məqsədilə əməliyyat-istintaq tədbirlərinin icrası davam etdirilir, eləcə də, axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır”, - deyə X.Vəliyev qeyd edib.
Avropa Liqasında qrup mərhələsinin II turunda Türkiyənin “Qalatasaray” klubu qrupda ilk səfər sınağına çıxıb.
Butov.az xəbər verir ki, İstanbul təmsilçisi Fransada “Marsel”in qonağı olub. Matç "Qalatasaray"ın 0:0 hesabı ilə bitib. Bununla da, “Qalatasaray” 4 xalla turnir cədvəlinin zirvəsindəki yerini qoruyub. Qrupunun digər klubları - “Latsio”nun 3, “Marsel”in 2, “Lokomotiv”in 1 xalı var.
Bakıda polisin həyat yoldaşını qətlə yetirməsinin daha bir təfərrüatı məlum olub.
Daxili İşlər Nazirliyindən “Xəzər Xəbər”ə verilən məlumata görə, hadisəni törədən İsmayıl Məmmədov Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı olub.
İsmayıl Məmmədov xidməti avtomobillə dərhal şöbəyə gəlib və həyat yoldaşının təhqiqatçının otağında olduğunu görüb.
Məlumata görə, İsmayıl Məmmədov 26 yaşlı Xanım Məmmədovanı iki azyaşlı uşağının gözü qarşısında xidməti silahı ilə 15 dəfə atəş açaraq güllələyib. Qadın hadisə yerində keçinib.
Qeyd edək ki, dünən İ.Məmmədovun üzərindəki tabel silahı ilə arvadını altı dəfə atəş açaraq qətlə yetirdiyi deyilirdi.
Faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin “xüsusi amansızlıqla qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başlanıb.
İsmayıl Məmmədov şübhəli şəxs qismində istintaqa cəlb edilib.
Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib. Bu barədə onun dostları məlumat yayıblar. O, ağır xəstəlikdən əziyyət çəkirmiş. Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb. 2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır. Allah rəhmət etsin!