“Dünya dəyişir. BMT də dəyişməlidir. “Qərb üstündür” anlayışının sonuna gəldik”.
Butov.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Kriter” nəşrinə belə açıqlama verib. O bildirib ki, əsrlər boyu davam edən qərb hegomoniyası artıq bitib. Ərdoğanın sözlərinə görə, dünyada yeni beynəlxalq sistem formalaşıb. ABŞ-ın səbəb olduğu problemlərə diqqət çəkən Ərdoğan, “soyuq müharibədən” sonra Vaşinqtonun uğursuz siyasət xətti seçdiyini ifadə edib. “Türkiyənin gücü gündən-günə artır və beynəlxalq siyasətdə rolu genişlənir. Başqa orta səviyyəli ölkələr də inkişaf edir. Yəni sadəcə böyük güclərin sözünün keçdiyi dünyada yaşamırıq artıq”.
Braziliyanın "SK San-Paulu" klubunun futbolçusu Uilyam Ribeyro hakim Rodriqo Krivellaronu döyüb.
Butov.az xəbər verir ki, 30 yaşlı oyunçu "Quarani" ilə olan görüşün 61-ci dəqiqəsində hakimə yumruqla vurub, sonra isə boynuna təpiklə zərbə endirib. Huşunu itirən hakim xəstəxanaya aparılıb və görüş dayandırlıb.
Bu səbədən polis futbolçunu həbs edib. O, cərimə ödəməli olacaq.
Əfqanıstanın “Taliban” təşkilatı İŞİD terror qruplaşmasının bir hücrəsini məhv edib.
Bu barədə “Taliban” hökumətinin məlumat və mədəniyyət nazirinin müavini Zabihullah Mücahid “Twitter” hesabında bildirib:
“Dünən gecə Kabilin 17-ci məhəlləsində İslam Əmirliyinin mücahidlərindən ibarət xüsusi bir qrup İŞİD yaraqlılarının yuvasına qarşı əməliyyat keçirdi”.
Onun sözlərinə görə, “bu qətiyyətli və uğurlu əməliyyat” nəticəsində İŞİD təşkilatının mərkəzi tamamilə dağıdılıb və orada olan bütün hərəkat üzvləri məhv edilib.
Qeyd edək ki, dünən Kabildə İŞİD terrorçuları tərəfindən İdgah məscidinin yaxınlığında həyata keçirilən partlayış nəticəsində 12 nəfər ölüb, azı 32 nəfər yaralanıb.
Dünya miqyasında baş verən internet problemi Çində az qalan böyük faciəyə səbəb olacaqdı.
Butov.az CNN-ə istinadən xəbər verir ki, internet kəsildiyinə görə, insanların sıx olduğu ərazidə müxtəlif tapşırıqları icra edən yüzlərlə dronla əlaqə dayanıb. Nəticədə onlar idarəetmədən çıxaraq insanların üzərinə düşüb. Xoşbəxtlikdən fəsad qeydə alınmayıb. Lakin dronlara zərər dəyib.
Oktyabrın 5-də Gürcüstanın Kaxeti bölgəsində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze arasında üçtərəfli formatda görüş keçirilib.
Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.
Görüşdə müdafiə nazirləri regionda cərəyan edən hərbi-siyasi vəziyyət, üçtərəfli formatda hərbi əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması məsələlərini müzakirə ediblər.
Qarşılıqlı etimada əsaslanan bu strateji tərəfdaşlıq platformasının bölgədə sülhün və sabitliyin, davamlı inkişafın, eləcə də xalqlarımızın rifahının təmin olunması baxımından mühüm rol oynadığı xüsusi vurğulanıb.
Tərəflər, həmçinin üçtərəfli hərbi əməkdaşlıq sahəsində qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparıblar.
Sonda danışıqların yekununa dair protokol imzalanıb.
“Bu gün artıq yeni reallıqlar yaranıb və bəziləri bu reallıqları həzm edə bilmirlər. Azərbaycana qarşı yenə də təxribat və uydurma kampaniyasının yeni dalğası başlayıb. Bu, davam edəcək, biz buna hazır olmalı idik və hazır idik”.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə səsləndirib.
Artıq bərpa işlərinə start verdiyini qeyd edən dövlətimizin başçısı deyib: “Əminəm ki, təqribən 5 il ərzində elə bir yeni Azərbaycan, yeni Qarabağ, yeni Zəngəzur quracağıq ki, bütün dünya bizə qibtə edəcək. Bunu biz, ilk növbədə, insanlar üçün edirik. Əziyyət çəkmiş, çadırda, vaqonun altında, yataqxanada, uşaq bağçasında dözülməz şəraitdə yaşamış o insanlar ən yaxşı şəraitdə yaşamalıdırlar və yaşayacaqlar. Bunu biz təmin edəcəyik”.