Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
28-07-2022, 10:25
29-31 iyul ikinci yaylaq festivalında kəlağayımızı təbliğ edəcəm


29-31 iyul ikinci yaylaq festivalında kəlağayımızı təbliğ edəcəm

“Cavad xan” Tarix və Mədəniyyət fondunun təşəbbüsü, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və bir sıra dövlət qurumlarının təşkilatçılığı ilə keçirilən II Milli Yaylaq Festivalında 22 xarici ölkədən 300-ə yaxın qonağın iştirakı gözlənilir.

Xan yaylağında baş tutacaq bu el bayramı böyük sevincdi, birliyimizdi, diriliyimizdi, duruluğumuzdu. Mən özümü çox xoşbəxt sanıram ki, mən də bu möhtəşəm festivalda kəlağayımızı, milliliyimizi, toxuduğum əl işlərimi təbliğ edəcəm və təqdim edəcəm. Kəlağayımız keçmişimizdi, bizə nənələrdən ərmağandı. Bunu sevərək təbliğ edirəm və bu festivala da 150 kəlağayıyla gedirəm. Uzun illərdi bu kolleksiyanı yığmışam, saxlamışam, qorumuşam. Satmaq fikrim qətiyyən yoxdu. Yalnız istəyirəm ki, hər kəs kəlağayımızı sevsin, keçmişimizə güzgü tutsun. O kəlağayılara sevgiylə gənclərimizin tamaşa etməsi, kəlağayıda şəkil çəkdirməsi, naxışları haqqında, tarixi haqqında, istehsalı haqqında soruşmalarına sevgiylə cavab verirəm.

Festivalda 70 mindən artıq tamaşaçı olacaq. Kəlağayılara baxışları, düşüncələri yetərlidi. Festival iştirakçılarına 3 gün milliliyimiz, kəlağayımız haqqında da danışacam. Milli nə var dəyərdi, dəyərlidi. Kəlaayımızı qürurla, məhəbbətlə təbliğ edəcəm.

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2022-ci il kiçik qrant müsabiqəsində Elm, Təhsil, Mədəniyyət və Azərbaycançılıq ideyasının təbliği məsələləri üzrə Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi olaraq "Azərbaycan kəlağayısı min illərin yadigarı" layihəmiz qalib elan olunub. Qürurvericidi, sevindiricidi, milli mənəvi dəyərlərimizə dövlətimizin qayğısıdı. Buna görə QHT Agentliyinin icraçı direktoru Aygün Əliyevaya, agentliyin bütün əməkdaşlarına təşəkkürümü bildirirəm. Kəlağayı mədəniyyətimiz, tariximiz, yaraşığımızdır.

'Kəlağayı sənəti və simvolizmi, ipək baş ötüklərinin hazırlanması və istifadə olunması' başlığı altında kəlağayımız Azərbaycan respublikasının birinci vitse prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2014 -cü ildə Uneskonun Qeyri maddi mədəni irs üzrə Reprezantativ siyahısına daxil edilmişdir. Beləliklə, 26 noyabr Azərbaycan kəlağayısı günü kimi qeyd olunur. Mirvarid Dilbazi Poeziya Məclisi olaraq bu yolda planlarımız, işlərimiz çoxdur. Qoy dünyanın hər yerinə yayılsın ki, saz bizim olduğu kimi, kəlağayı da bizimdi. Təbliğ etmək isə boynumuzun borcudu. Arzu edirəm ki, kəlağayılarımız sandıqlarda qalmasın. Qız -gəlinlərimiz baş tacı kimi istifadə etsinlər.

Güllü Eldar Tomarlı,
Mirvarid Dilbazi Poeziya Məclisinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü.
28-07-2022, 07:43
Qərbi Azərbaycanda silah qaçaqmalçıları ələ keçirilib


Qərbi Azərbaycanda silah qaçaqmalçıları ələ keçirilib

Qərbi Azərbaycan əyalətində silah qaçaqmalçılığı ilə məşğul olan şəxs və qruplara qarşı əməliyyat keçirilib. Bu barədə Sərhəd Qoşunlarının Komandanı Yəhya Hüseynxani açıqlama verib. Yəhya Hüseynxani deyib ki, əməliyyat nəticəsində 18 ədəd döyüş silahı aşkar edilərək götürülüb.
Y.Hüseynxani silah qaçaqmalçılarının həbs edilməsi üçün axtarış-əməliyyat tədbirlərinin keçirildiyini deyib.
Qeyd edək ki, Qərbi Azərbaycan əyalətində silah-sursat, insan qaçaqmalçıları və narkotik maddə alverçiləri əsasən gəlmə etnik kürdlərdir.
Onlar İraqın şimalında yerləşən muxtar bölgə və PKK terror təşkilatı ilə əlaqəli şəkildə fəaliyyət göstərirlər. İranın Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi, İnqilab Keşikçiləri Korpusunun (SEPAH) nəzarəti altında çalışırlar və ara-sıra adı çəkilən qurumların nəzarətindən qıraqda fəaliyyət göstərən dəstələrə qarşı əməliyyatlar keçirilir.
28-07-2022, 07:37
Təbrizdə tarixi əsər baxımsız qalıb

Təbrizdə tarixi əsər baxımsız qalıb

Güney Azərbaycanda tarixi tikililərə qarşı laqeydlik davam edir.
"Azərəncümən" xəbər saytının yazdığına görə, Təbrizin tarixi "Nobər" hamamı dağılmaq üzrədir. Məlumata görə, Qacarlar dövründə tikilən və 150 il yaşı olan hamam Mədəni İrs, Turizm və Əl İşləri İdarəsinin məsullarının laqeydliyi üzündən dağılır. Hamam Təbriz bələdiyyəsinin balansındadır. Buna baxmayaraq, onun malikiyyət hüququ Mədəni İrs Təşkilatına aiddir. İki qurum arasındakı ixtilaflar tarixi əsərin baxımsız qalmasına səbəb olub.
28-07-2022, 07:32
Həmədanlı gənc beynəlxalq yarışa qatılacaq

Həmədanlı gənc beynəlxalq yarışa qatılacaq

Həmədan əyalətinin Stolüstü Tennis Federasiyasının başçısı Zahra Əbutalibiyan tanınmış gənc idmançı, stolüstü tennis üzrə bir neçə dəfə çempion olmuş Şima Səfayinin beynəlxalq yarışda Həmədan əyalətini təmsil edəcəyini deyib. O, 13 ölkənin stolüstü tennis üzrə idmançılarının qatılacağı yarışda həmədanlı idmançının çempion olmaq şansının yüksək olduğunu bildirib.
Həmədanlı idmançı Şima Səfayi bundan öncə yerli və xarici yarışlarda yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyalarında dəfələrlə birinci yeri tutub.
Qeyd edək ki, yarışlar 8-10 avqust tarixində Türkiyənin Koniya şəhərində keçiriləcək.
28-07-2022, 07:27
"İran məsulları Azərbaycana ögey bölgə kimi baxırlar”

"İran məsulları Azərbaycana ögey bölgə kimi baxırlar”

Şərqi Azərbaycan əyalətinin keçmiş valisi Məhəmmədəli Sübhanullahinin İran hökumətinin Azərbaycan bölgələrinə bağlı münasibəti barədə danışdığı video sosial mediada geniş yayılıb.
"Bir sıra məsullar Azərbaycana başqa gözlə, ögey bölgə kimi baxırlar"-deyən sabiq vali bildirib ki, onlar bölgəyə sərmayə qoyulmamasını "Azərbaycanın İran tərkibində qalacağının şübhə altında olması" ilə izah edirdilər.
Şərqi Azərbaycan əyalətinə önəmli sərmayə qoyulmadığını, başqa bölgələrə nisbətdə ayrı-seçkiliyə məruz qaldığını deyən Subhanullahi bildirib ki, bu günə kimi əldə edilənlərə Azərbaycan özü nail olub, bunun mərkəzə aidiyyatı yoxdur.
"Bir zamanlar Təbrizdə 10 xarici ölkənin baş konsulluğu var idi. Bu gün bu say ikiyə enib"-deyə, keçmiş vali Azərbaycan və Təbrizin geri saxlanıldığını qeyd edir.
Xatırladaq ki, İranın rəhbəri Əli Xameneyinin indiki baş müşaviri, keçmiş xarici işlər naziri Əliəkbər Vilayəti və başqa bir neçə aparıcı məsul Azərbaycan bölgələrinə sərmayə qoyuluşunun yanlış olduğunu demişdilər. Onlar bunu Azərbaycan bölgələrinin İran tərkibində qalıb-qalmayacağının şübhə altında olması ilə əlaqələndirirdilər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!