ELMİ DOST TUTUN, OXUYUN, ÖYRƏNİN! .....                        36 ilin həsrəti .....                        XAQANİ ŞİRVANİ VƏ İMADƏDDİN NƏSİMİNİN YARADICILIĞINDA TƏBİƏT-İNSAN MÜNASİBƏTLƏRİ .....                        "Silah istehsalını artıracağıq" .....                        Neftçilərə mənzillər verildi - FOTO .....                        COP29 zamanı faəliyyət göstərəcək dövlət və özəl xəstəxanaların siyahısı hazırlandı .....                        Azərbaycanda zəlzələ olub .....                        Prezident Türkiyə ilə baytarlıq sahəsində əməkdaşlığa dair sazişi təsdiqlədi .....                        Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv olundu .....                       
25-07-2022, 20:18
Avropadan Ukraynaya 1.6 milyard maliyyə yardımı


Avropadan Ukraynaya 1.6 milyard maliyyə yardımı

Avropa İnvestisiya Bankı (AİB) infrastrukturun bərpası və Ukrayna xalqına dəstək üçün Ukraynaya 1,59 milyard avro ayırıb. Bu barədə Avropa Komissiyası məlumat yayıb. AİB vasitəsilə həyata keçirilən ikinci yardım paketinin 1,05 milyard avroluq hissəsi dərhal Ukraynaya veriləcək. İlk yardım paketi çərçivəsində Aİ Kiyevə 668 milyon avro ayırıb. "Ukraynadakı son dərəcə çətin vəziyyəti nəzərə alaraq, AİB Direktorlar Şurası bu gün ölkənin infrastrukturunun maliyyələşdirilməsində yaranan boşluqların aradan qaldırılması və təcili ehtiyacların ödənilməsi üçün Ukraynaya 1,59 milyard avro məbləğində əlavə maliyyə dəstəyini təsdiqləyib", - Komissiyanın məlumatında deyilir. Yardım Ukraynada ümumi dəyəri 540 milyon avro olan AİB tərəfindən maliyyələşdirilən layihələrə yenidən start verəcək.Layihələr enerji, enerji səmərəliliyi, yollar, nəqliyyat, təhsil və infrastruktur, həmçinin yenidənqurma və reabilitasiya proqramlarını əhatə edəcək. Ukraynanın maliyyə naziri Serhiy Marçenko AİB və Aİ-yə uzunmüddətli əməkdaşlığa, maliyyə dəstəyinə və Ukraynaya lazım olan müddətdə dəstək verdiyinə görə təşəkkür edib. Bundan əvvəl Aİ Ukraynaya Avropa Sülh Fondundan 500 milyon avro məbləğində vəd edilmiş hərbi yardımın beşinci hissəsini təsdiqləyib. Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel yardımın ümumi məbləğinin 2,5 milyard avro təşkil etdiyini bildirib.
25-07-2022, 20:14
1 yaşlı körpə binadan yıxılıb öldü


1 yaşlı körpə binadan yıxılıb öldü

Sumqayıtda bədbəxt hadisə baş verib. Hadisə şəhərin 12-ci mikrorayonunda qeydə alınıb. Belə ki, yaşayış binalarından birinin ikinci mərtəbəsindən yıxılan 2021-ci il təvəllüdlü Yusif Şükürlü ağır xəsarət alıb. Körpə aldığı xəsarətlərdən keçinib. Faktla bağlı araşdırma aparılır.
25-07-2022, 20:09
Bayden koronavirusdan sağaldı


Bayden koronavirusdan sağaldı

Koronavirusa yoluxan ABŞ Prezidenti Co Bayden demək olar ki, tamamilə sağalıb. Butov.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb. Qeyd olunan informaiyaya əsasən, Baydendə müşahidə olunan simptomlar yoxa çıxıb. Xatırladaq ki, dünən Baydenin şəxsi həkimi prezidentin vəziyyətinin yüngülləşdiyini bildirib.
25-07-2022, 20:04
“Titanik”in məşhur aktyoru vəfat edib


“Titanik”in məşhur aktyoru vəfat edib

Britaniyalı məşhur aktyor Devid Uorner 80 yaşında vəfat edib. “BBC” xəbər verir ki, aktyor xərçəng xəstəliyindən dünyasını dəyişib. O, “Titanik” filmində, “Doctor Who”, “Tvin Piks”, “Qorxulu nağıllar” və digər məşhur seriallarda rol alıb. Sonuncu dəfə 2018-ci ildə “Meri Poppins geri qayıdır” filminə çəkilib.
25-07-2022, 19:59
İstiliklə bağlı yeni cərimələr gəlir


İstiliklə bağlı yeni cərimələr gəlir

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində və “Elektroenergetika haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib. Yenilənmiş Məcəlləyə və qanuna əsasən, bundan sonra istilik sahəsində qanunvericiliyin tələblərinin pozulmasının qarşısını almağa maneələr törədən istehlakçılar cərimə ediləcək. Cərimənin məbləği fiziki şəxslər üçün 20 manat, vəzifəli şəxslər üçün 50 manat, hüquqi şəxslər isə 100 manat olacaq. İndiyə qədər bu cərimə yalnız qaz və elektrik enerjisi sahələrində tətbiq edilirdi.
25-07-2022, 19:53
Ukrayna Almaniyadan zenit kompleksi aldı


Ukrayna Almaniyadan zenit kompleksi aldı

Bu gün Almaniya üç “Hepard” zenit-raket kompleksi, on minlərlə patronu Ukrayna Silahlı Qüvvələrinə təhvil verib. Bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov açıqlamasında bildirib. Qeyd edilib ki, ümumilikdə Ukraynaya 60 min patron, 15 sistem təhvil veriləcək.
25-07-2022, 19:47
Yoluxma yenidən azaldı - Ölən yoxdur


Yoluxma yenidən azaldı - Ölən yoxdur

Azərbaycanda koronavirusa 102 yeni yoluxma qeydə alınıb, 68 nəfər müalicə olunaraq sağalıb. Bu barədə Butov.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Məlumata görə, sutka ərzində koronavirusdan vəfat edən olmayıb. Ölkədə indiyədək 796 576 nəfər koronavirusa yoluxub. Onlardan 784 908 nəfər müalicə olunaraq sağalıb, 9735 nəfər vəfat edib, aktiv xəstə sayı 1933 nəfərdir. Son sutka ərzində 1860, hazırkı dövrədək isə 7 025 998 test aparılıb.
25-07-2022, 19:39
Yeni icra başçısı kollektivə təqdim olundu


Yeni icra başçısı kollektivə təqdim olundu

Prezidentin sərəncamı ilə Lerik Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Əkbər Bəxtiyar oğlu Abbasov bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub. Butov.az xəbər verir ki, təqdimatda Zeynal Nağdəliyev çıxış edib. O, dövlət başçısının tapşırıq və tövsiyələrini çatdırıb. Ə.Abbasov ona göstərilən etimada görə minnətdarlıq edib.

25-07-2022, 19:35
Niderlandda meymunçiçəyinə qarşı vaksinasiya başlayıb


Niderlandda meymunçiçəyinə qarşı vaksinasiya başlayıb

Niderlandda meymunçiçəyi virusu əleyhinə profilaktik vaksinasiya başlayıb. Butov.az-ın məlumatına görə, ilkin mərhələdə peyvəndlər əsasən virusun daha çox yayıldığı Amsterdam və Haaqa şəhərlərində vurulub. Bu mərhələdə 32 min nəfərin vaksinlənməsi nəzərdə tutulur. Birinci doza vaksindən dörd həftə sonra vurulacaq ikinci dozadan sonra insan tam peyvəndlənmiş hesab olunacaq.Qeyd edək ki, bu günədək Niderlandda meymunçiçəyinə 712 yoluxma qeydə alınıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!