Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
1-08-2022, 20:46
Həbsxanaya tortun içində telefon keçirmək istədi


Həbsxanaya tortun içində telefon keçirmək istədi

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 8 saylı cəzaçəkmə müəssisəsinə mobil telefon aparatlarının keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.4.1-ci; 234.4.3-cü; 317.2.1-ci; 32.3-cü və 29,317.1.1-ci maddələri ilə təqsirli bilinərək 12 il altı ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Elman Ömər oğlu Kərimovla qısamüddətli görüşə gəlmiş qardaşı Bakı şəhər sakini Əlvan Ömər oğlu Əliyev tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Baxış zamanı orada olan tortun karton qabının alt hissəsində xüsusi üsulla gizlədilmiş, daxilində danışıq kartı olan iki ədəd “Samsung” markalı mobil telefon aparatı, iki ədəd elektrik qidalandırıcısı və bir ədəd qulaqcıq aşkarlanıb.
1-08-2022, 20:43
Azərbaycan Premyer Liqasının yeni sponsoru bəlli oldu


Azərbaycan Premyer Liqasının yeni sponsoru bəlli oldu

Azərbaycanın qanuni lotereya və idman mərc operatoru “Azərlotereya” ASC-nin “Misli” brendi futbol üzrə Azərbaycan Premyer Liqasının 2022/2023-cü illər mövsümünün baş sponsoru olub. Bu barədə AFFA-nın rəsmi saytı xəbər verir. Əldə olunan razılaşmaya əsasən, futbol üzrə Azərbaycan Premyer Liqası “Misli Premyer Liqası” adı ilə fəaliyyət göstərəcək. Azərbaycan Premyer Liqasına sponsorluqda əsas məqsəd ölkə futbolunun inkişafı yönündə dövlətin prioritet siyasətinə dəstək göstərmək, futbolun kütləviliyinin təmin edilməsi yolunda kompleks tədbirlərin görülməsi işinə xidmət etməklə yanaşı, bir çox sahələrdə mövcud uğurlu nəticələrin idmanın bu növündə də əldə edilməsinə nail olmaqdır. AFFA-nın baş katibi Sərxan Hacıyev razılaşmanın ölkə futboluna böyük fayda verəcəyini qeyd edib: “Razılaşmanın futbolumuza böyük faydası olacağına əminəm. İnanıram ki, həm futbolumuz inkişaf edər, həm də əməkdaşlığımız uzunmüddətli olar”. Qeyd edək ki, 10 komandanın iştirakı ilə avqustun 5-də start götürəcək çempionat 2023-cü il mayın 28-də başa çatacaq.
1-08-2022, 20:40
Xərçəng əleyhinə qida məhsulları


Xərçəng əleyhinə qida məhsulları

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada hər gün 27 000 insan xərçəngdən həyatını itirir. Yüksək ölümə səbəb, bir qayda olaraq, şişin gec diaqnostikasıdır. Xərçəngin nədən əmələ gəlməsinə birmənalı cavab yoxdur. Lakin, ekspertlər bildirir ki, ümumiyyətlə həyat tərzi və xüsusən də qida rasionu ömrün uzunluğuna və bədxassəli şişin inkişaf edib-etməməsinə təsir edə bilər. “MedikForum” xəbər verir ki, xərçəng əleyhinə qidaların siyahısına: xaççiçəklilər fəsiləsinə aid olan tərəvəzlər, qoz-fındıq və tum, eləcə də paxlalılar daxildir. Brokkoli, kələm, Brüssel kələmi və gül kələmi kimi tərəvəzlərin əksəriyyəti qidalandırıcı maddələrlə zəngindir, onlar həm bişmiş, həm də çiy halda qəbul edilə bilər. Onların tərkibində bədəndə xərçəng şişlərinin və iltihabın inkişafının qarşısını ala bilən minerallar, vitaminlər, antioksidantlar və sulforafan fitokimyəvi maddələr var. Bundan əlavə, bu tərəvəzlər ürək xəstəlikləri riskini azaldır və immun sistemini gücləndirir. Qoz-fındıq və tum xərçəng əleyhinə xüsusiyyətləri ilə tanınan Aralıq dənizi pəhrizinin tərkib hissəsidir. Fındıq və tumun əlavə edilməsi bədəni zülallar, faydalı yağlar, vitaminlər, fitosterollar, minerallar və uzunömürlülük üçün lazım olan antioksidant xüsusiyyətləri kimi əsas qidalarla təmin edirlər. Ekspertlər bildirirlər ki, bu məhsullar aşağı glisemik indeksə malikdirlər, çəkiyə nəzarət etməyə kömək edir, aclıq hissini azaltmaqla kalori qəbulunu tənzimləyir, ürək xəstəlikləri və bəzi xərçəng növləri riskini azaldırlar. Doymamış yağlarla zəngin olan qoz-fındıq qanda xolesterinin səviyyəsinə nəzarət etməyə qadirdir. Gündə 28-30 qram – təxminən bir ovuc qoz-fındıq istehlak etmək tövsiyə olunur. Paxlalı bitkilərin müntəzəm istehlakı nişasta və lif səviyyəsini artırır. Ekspertlər vurğulayırlar ki, bu, aclıq hissini azaltmağa, qanda şəkərin səviyyəsini sabitləşdirməyə, xolesterinin səviyyəsini tənzimləməyə, xərçəng hüceyrələrinin böyümə riskini azaltmağa və bağırsaq sağlamlığını yaxşılaşdırmağa kömək edə bilər. “Nutrients” jurnalında dərc olunan araşdırmaya görə, lobya təhlükəli visseral qarın piyini azaltmağa kömək edir. İçkilərdən su və yaşıl çayı seçməyə məsləhət görülür. Araşdırma nəticəsində məlum olub ki, gündə beş stəkandan çox yaşıl çay içənlərin infarkt və ya insultdan ölmə riski bu içkidən imtina edənlərlə müqayisədə 26 faiz azdır. Digər araşdırma göstərir ki, həftədə ən azı üç dəfə yaşıl çay qəbul edənlər, bunu etməyənlərlə müqayisədə orta hesabla 15 ay daha çox yaşayırlar.
1-08-2022, 20:28
Dolların məzənnəsi sabit qaldı


Dolların məzənnəsi sabit qaldı

Azərbaycan Mərkəzi Bankı (AMB) avqustun 2-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən bildirilib ki, bankın avqustun 2-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,7000 manat səviyyəsində müəyyən olunub.
1-08-2022, 20:18
“Qarabağ” Kadi ilə 5 illik müqavilə imzaladı


“Qarabağ” Kadi ilə 5 illik müqavilə imzaladı

“Qarabağ” klubu futbolçusu Kadi Borgeslə müqavilənin müddətini uzadıb. Klubun rəsmi saytı xəbər verir ki, braziliyalı yarımmüdafiəçi ilə 5 illik yeni sözləşmə imzalanıb. Qeyd edək ki, Kadi Borxes 2021-ci ildən “Qarabağ” komandasında çıxış edir.
1-08-2022, 20:15
Şər və böhtan yazan “jurnalistlər” ciddi nəticə çıxarmalıdır


Şər və böhtan yazan “jurnalistlər” ciddi nəticə çıxarmalıdır

Azərbaycan dövləti mümkün olan bütün mexanizmlərdən istifadə edir ki, medianın obyektiv və qərəzsiz fəaliyyətini dəstəkləsin, ölkədə söz və ifadə azadlığının təmin olunması imkanlarını daha da genişləndirsin. Bunun üçün ölkədə həm qanunvericilik bazası, həm də maddi-texniki dəstək alətləri kifayət qədərdir. Lakin, təəssüflər olsun ki, dövlətin xoş niyyətini düzgün qiymətləndirməyən və jurnalistin yüksək adına və peşə etikasına xələl gətirən “jurnalistlər” hələ də iş başındadır. Bu tip “jurnalistlər” və “xəbər saytları” şəbəkə şəklində birləşərək milli maraqlarımızı zədələyən, tanınmış şəxslərə, ictimai və dövlət adamlarına qarşı məqsədyönlü şəkildə daxildən və xaricdən təşkil olunan qərəzli, həqiqəti əks etdirməyən yazıları bir-birilərinə ötürür, qarayaxma kampaniyasını genişləndirməyə çalışırlar. Əfsuslar olsun ki, bu cür qanuna zidd fəaliyyət son zamanlar daha geniş vüsət alıb. Bu cür saytlar tərəfindən “Media haqqında” Qanunun 14-cü maddəsinin bütün tələbləri kobud şəkildə pozulur, şəxsi maraqlar və kənar sifarişlər əsasında qərəzli, böhtan, yalan və şər xarakterli yazılar yazılır və sosial şəbəkələrdə təbliğ olunur. Belə çirkin kapmaniyanın hədəfinə tuş gələnlər bir çox hallarda bu “yazılara” əhəmiyyət verməməyə üstünlük versə də, ancaq, görünür vəziyyət o qədər acınacaqlıdır ki, artıq, Baş Prtokurorluq məsələyə müdaxilə etməyi lazım bilib və “Media haqqında” Qanunun 14-cü maddəsinin tələblərini pozanlara rəsmi xəbərdarlıq edib. Mən “Media haqqında” Qanunun müdafiəsi istiqamətində atdığı addımlara görə Baş Prokuroluğa təşəkkür edir və verilən xəbərdarlığı tam dəstəkləyirəm. Hesab edirəm ki, qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq qərəzli və böhtan xarakterli yazılar yazan “jurnalsitlər” bu xəbərdarlıqdan ciddi nəticə çıxartmalıdır. Bu, xəbərdarlıq həm də ona görə vacibdir ki, hamı bir daha anlasın ki, dövlət hər bir vətəndaşının hüquq və azadlığını qorumaqda qərarlıdır və medianın çirkin niyyətlərə və cılız maraqlara alət olunması yolverilməzdir.

Azay Quliyev - Mİlli Məclisin deputatı
1-08-2022, 20:07
Müəllim olmaq istəyən şəhid ailəsi üzvlərinə müraciət - Sabah 11:00-dək...


Müəllim olmaq istəyən şəhid ailəsi üzvlərinə müraciət - Sabah 11:00-dək...

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinin vakansiya seçimi mərhələsi davam edir. Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, namizədlər avqustun 2-si saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq seçim edə bilərlər. Vakansiya seçimi zamanı diqqətli olmalı, seçimi yekunlaşdırdıqdan sonra təsdiqləməlidirlər.
1-08-2022, 20:00
Makron Zelenskiyə zəng vurdu - Taxıl müzakirəsi


Makron Zelenskiyə zəng vurdu - Taxıl müzakirəsi

Fransa prezidenti Emmanuel Makronla Ukrayna dövlət başçısı Volodimir Zelenski arasında telefon danışığı olub. Bu barədə Fransa mediası məlumat yayıb. Liderlər telefon söhbətində Ukrayna taxılının Odessa limanı vasitəsilə ixracını və müharibə ilə bağlı son durumu müzakirə ediblər. Qeyd edək ki, bu, Makronun iyun ayının 16-da Kiyevə səfərindən sonra prezidentlər arasında ilk telefon danışığıdır.
1-08-2022, 19:52
Ukraynada 46 yaşayış məntəqəsi azad edildi


Ukraynada 46 yaşayış məntəqəsi azad edildi

Ukrayna ordusu Xerson vilayətinin 46 yaşayış məntəqəsini işğaldan azad edib. Bu barədə Xerson hərbi administrasiyasının rəhbəri Dmitri Butri bildirib. “Xerson regionunda 46 yaşayış məntəqəsi işğaldan azad edilib, onların əksəriyyəti regionun şimalında, Dnepropetrovsk və Nikolayev ilə həmsərhəddir” - deyə Xerson rəsmisi region tamamilə işğaldan azad edilənədək əhalini təhlükəsiz yerlərə getməyə çağırıb. Qeyd olunub ki, azad edilən kəndlərin təxminən 90 faizi ruslar tərəfindən dağıdılıb.
1-08-2022, 19:49
Bu ixtisas üzrə yeni təhsil proqramı hazırlandı


Bu ixtisas üzrə yeni təhsil proqramı hazırlandı

Bakalavriat səviyyəsinin informasiya təhlükəsizliyi ixtisası (ixtisas şifri: 050615) üzrə müasir tələblərə uyğun yeni təhsil proqramı hazırlanıb. Yeni proqram Elm və Təhsil Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşəbbüsü ilə ölkənin aparıcı ali təhsil müəssisələrinin və müxtəlif dövlət qurumlarının nümayəndələri ilə yanaşı, dünyanın nüfuzlu universitet və şirkətlərində çalışan azərbaycanlı mütəxəssislər tərəfindən, Türkiyə, Almaniya, İsveçrə, Amerika kimi inkişaf etmiş ölkələrin təcrübəsinə əsasən hazırlanıb. Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, proqramın hazırlanması zamanı həm dövlət, həm də özəl sektorda əmək bazarının cari tələbləri, o cümlədən ABŞ-ın Milli Standartlar və Texnologiyalar İnstitutunun hazırladığı “NICE Framework”, Beynəlxalq Hesablama Maşınları Assosiasiyası və “IEEE” Kompüter Cəmiyyətinin birgə hazırladığı “Kibertəhlükəsizlik üzrə kurikulum tövsiyələri” kimi beynəlxalq mənbələr araşdırılıb və nəzərə alınıb. Yeni təhsil proqramı dörd modul – informasiya sistemlərinin preventiv mühafizəsi, informasiya təhlükəsizliyi insidentlərinin aşkarlanması, informasiya təhlükəsizliyi insidentlərinin idarə edilməsi, informasiya təhlükəsizliyi həllərinin planlaşdırılması və tətbiqi modulları üzrə peşə kompetensiyalarını əhatə edir. Proqramın məzunları gələcəkdə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə əmək bazarının ən son tələbatına uyğun peşələr üzrə çalışa biləcəklər. Proqram informasiya təhlükəsizliyi ilə yanaşı, kibertəhlükəsizlik sahəsində də kadr hazırlığı üçün müvafiq fənlərin tədrisini nəzərdə tutur. Texnoloj yeniliklər nəzərə alınmaqla, proqrama bulud təhlükəsizliyi, elektronika və IoT cihazların təhlükəsizliyi, sənaye idarəetmə sistemlərinin təhlükəsizliyi və digər yeni ixtisas fənləri daxil edilib. Tədris olunan fənlər və peşə kompetensiyaları arasında əlaqələrin göstərilməsi, tələbələrin ixtisasları barədə geniş təsəvvürünün yaradılması üçün ixtisasa giriş məqsədi daşıyan informasiya təhlükəsizliyinin əsasları fənninin tədrisi birinci kursun ilk semestrində nəzərdə tutulur. Mühəndis etikası, informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin hüquqi aspektləri fənləri də proqramda xüsusi yer alır. Qeyd olunanlarla yanaşı, ölkəmizdə proqram təminatı kodlarının təhlükəsizliyinin təmin edilməsi sahəsində yaranmış kadr ehtiyacının ödənilməsi məqsədilə təhlükəsiz proqramlaşdırma, nüfuzetmə sınaqlarının əsasları, verilənlər bazalarının təhlükəsizliyi və s. bu kimi zəruri ixtisas fənlərinin də proqram çərçivəsində tədrisi nəzərdə tutulub. Yeni proqramda əmək bazarı subyektləri ilə əlaqələrin yaxşılaşdırılması, proqramın əmək bazarının mövcud tələbləri ilə uzlaşdırılması, tələbələrin müvafiq peşə ixtisasına aid aktual məsələlərə dair məlumatlılığının təcrübə əsasında artırılması məqsədi üçün ustad dərsləri də planlaşdırılır. Ustad dərslərinə həm yerli və həm də xarici əmək bazarından yüksək ixtisaslı mütəxəssislər cəlb olunacaq. Proqramda bir çox yeniliklərin olduğu nəzərə alınaraq, ali təhsil müəssisələri və əmək bazarı subyektləri arasında koordinasiya işinin təşkil edilməsi, həmçinin mütəmadi olaraq beynəlxalq təcrübəyə əsaslanan metodiki dəstəyin verilməsi üçün Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası ilə birgə fəaliyyət perespektivləri nəzərdə tutulub. Bakalavriat səviyyəsinin informasiya təhlükəsizliyi ixtisası üzrə yeni təsdiq olunan təhsil proqramı 2022-2023-cü tədris ilindən etibarən tətbiq ediləcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!