Yandırılmış Kitablar üçün Mərsiyə .....                        Bu yolda sürət həddi endirildi .....                        Fidan alman həmkarı ilə görüşdü .....                        Prezident Şahbaz Şərifə təşəkkür etdi .....                        Baydenin Ukrayna üçün son hərbi yardımı .....                        İlham Əliyev Pezeşkian və Sisiyə məktub yazdı .....                        Bakı metrosunun yeni sədri kimdir? .....                        Qazaxda traktor aşdı - Ölən var .....                        Makronun sözləri müxalifəti qəzəbləndirdi .....                       
5-08-2022, 18:47
Abşeronda amansız qətl törətdi, Gürcüstanda tutuldu


Abşeronda amansız qətl törətdi, Gürcüstanda tutuldu

Baş Prokurorluq tərəfindən milli qanunvericiliyin və tərəfdar çıxdığımız beynəlxalq müqavilələrin, o cümlədən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Minsk Konvensiyasının tələblərinə əsasən Gürcüstan Baş Prokurorluğu ilə ikitərəfli münasibətlər çərçivəsində ölkəmiz ərazisində cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü Azərbaycan Respublikasına ekstradisiya edilməsi barədə sorğu edilib. Bu barədə Baş Prokurorluqdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, Abşeron rayon prokurorluğunun icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Bağırov Nurlan Şükür oğlunun-qabaqcadan əlbir olan bir qrup şəxs halında xüsusi amansızlıqla adam öldürmə əməlini törətməsinə əsaslı şübhələr müəyyən edilib. Nurlan Bağırov barəsində beynəlxalq axtarış elan edilib. Axtarışda olan şəxsin Gürcüstan Respublikası ərazisində yerinin müəyyən edilməsi əsası ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Gürcüstan Baş Prokurorluğuna sorğusu təmin edilməklə Nurlan Bağırov avqustun 5-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə ekstradisiya edilib.
5-08-2022, 18:40
Azad Cavadov işdən çıxdı


Azad Cavadov işdən çıxdı

Bu gün mətbuatda “Gunay Sığorta” şirkətinin Direktorlar Şurası sədrinin müşaviri Azad Cavadovun vəzifəsindən uzaqlaşdırıldığı ilə bağlı yayımlanan xəbərlərə cavab olaraq bildiririk ki, Azad Cavadov tutduğu vəzifədən öz xahişi ilə azad edib. Bu barədə “Gunay Sığorta” şirkətinin mətbuat xidməti məlumat yayıb.
5-08-2022, 18:37
Bayrağımız artıq Xankəndində - Ermənilər tezliklə manata keçəcək


Bayrağımız artıq Xankəndində - Ermənilər tezliklə manata keçəcək

Rusiya sülhməramlı qüvvələrinin komandanı, general Andrey Volkov ötən gün Xankəndi şəhərində erməni ictimaiyyətinin nümayəndələri ilə görüş keçirib. Görüş zamanı Volkov Qarabağda yaranmış vəziyyətlə bağlı sülhməramlı qüvvələrin mövqeyini izah edib. General gərginliyin aradan qaldırılması üçün fəaliyyət göstərdiklərini bildirib. Toplantıda əsas diqqət çəkən məqam rus generalın Xankəndi erməniləri ilə görüşündə Rusiya və Ermənistan bayrağı ilə yanaşı, Azərbaycanın dövlət bayrağının masa üzərinə qoyulmasıdır. Bayrağımızın Xankəndi şəhərində olması maraqlı müzakirə predmetinə çevrilib. Bəzi siyasi ekspert və politoloqlar hesab edir ki, Rusiya komandanının görüşündə Azərbaycan bayrağının qoyulması Xankəndi, Xocalı, eləcə də digər ərazilərin tezliklə Bakının nəzarətinə keçəcəyindən xəbər verir. Bununla bağlı danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə bildirib ki, bizim üçün ən böyük mesaj Azərbaycan Ordusunun qələbəsi olub: “Xankəndi və Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan digər ərazilərin hamısı Azərbaycan torpaqlarıdır. Rusiya bu yerləri Azərbaycan ərazisi kimi tanıyır və rəsmən qəbul edir. Bu ərazilərdə Azərbaycan bayrağı çoxdan dalğalanmalı idi”. Deputatın sözlərinə görə, Qarabağda yaşayan ermənilər artıq həqiqətləri qəbul etməlidirlər: “Qarabağda yaşayan və indiyədək vətəndaşlığını təsdiqləməyən ermənilər də bilməlidirlər ki, bura Azərbaycan ərazisidir və orada Azərbaycan bayrağı dalğalanacaq. Torpaqlarımızda Azərbaycan dövlətçiliyinin simvolları olacaq. Artıq bunu ermənilər, xaricdə yaşayan və vaxtaşırı Azərbaycanın daxili işlərinə qarışan dairələr bilməlidir. Azərbaycan bayrağının Xankəndi şəhərində olmasına artıq normal hal kimi baxmalıyıq. Eyni zamanda mən gözləyirəm ki, müəyyən vaxtdan sonra Azərbaycan manatı istifadə olunacaq, orada qurumlarımız fəaliyyət göstərəcək. Bunları etməyin vaxtı çoxdan çatıb”.



Politoloq Zərdüşt Əlizadə isə bildirib ki, görüşdə Azərbaycan bayrağının olmasını sülhməramlı qüvvələrin ermənilərə mesajı kimi dəyərləndirmək olar. Onun fikrincə, sülhməramlılar erməniləri Azərbaycan Respublikasının ərazisində yaşadığını yavaş-yavaş başa salmağa çalışır. Ermənilərin mövqeyinə gəlincə, Zərdüşt Əlizadə iki xalq arasında normal münasibət qurmağın vacibliyinə diqqət çəkib: “Qarabağda yaşayan ermənilərə öz vətəndaşımız kimi xoş münasibət göstərməliyik. İnsana xoş münasibət bəsləyəndə, o da buna qarşılıq verməyə məcbur qalır. Əlbəttə, ermənilərin hamısı eyni fikirdə deyil. Onların arasında düşmənlik eşqinə düşənlər də var. Lakin bunu hamısına şamil etmək olmaz. Hamısı xəstə deyil ki?! Bəli, dəlilər, xəstələr, xəbislər var. Ermənilər bizdən xoş münasibət görsələr, onlar da yavaş-yavaş dəyişərlər. Onları 150 ildir xəstələndiriblər. İndi yavaş-yavaş sağaltmaq lazımdır”.

5-08-2022, 18:30
Bəzi dairələr Azərbaycana qarşı təzyiqləri artırmağa çalışacaq


Bəzi dairələr Azərbaycana qarşı təzyiqləri artırmağa çalışacaq

“Londonda baş verən təxribat bir sıra dairələrin Azərbaycanla bağlı məkrli niyyətlərini həyata keçirmək cəhdidir. Bu gün Azərbaycanda dini etiqad azadlığı təmin edilib, dini ayinlərin sərbəst icrası üçün hər bir şərait yaradılıb. Dini etiqad azadlığı baxımından Azərbaycan dünyada nümunə göstərilə biləcək ölkələrdəndir”. Bu fikirləri deputat Ceyhun Məmmədov Londondakı Azərbaycan səfirliyinə qarşı dini radikal qrup tərəfindən törədilən hücumla bağlı danışarkən deyib. Milli vəkili bildirib ki, Azərbaycanda dini etiqad azadlığının pozulması barədə iddialar tamamilə əsassızdır: “Hesab edirəm ki, son hadisə Azərbaycana qarşı dindən bir təzyiq kimi istifadə cəhdlərinin təzahürüdür. Əslində Azərbaycanda qeyd etdiyimiz kimi, bu işlər ən yüksək səviyyədə təmin olunur və ölkə rəhbərliyi tərəfindən həyata keçirilir. Burada bir məqama da diqqət çəkməliyik. Bir müddət əvvəl Bakının mərkəzində mitinqlər keçirildi və cəzaçəkmə müəssisələrinin birində Azərbaycanda dini etiqad azadlığının məhdudlaşdırılması idddia olunaraq, buna etiraz əlaməti kimi aclıq aksiyası keçirildi, dindarlar küçələrə çağırıldı. Məncə, bu iki hadisə arasında da müəyyən bir əlaqə var. Çünki hər ikisində də iddia olunur ki, guya, Azərbaycanda dini etiqad azadlığına müəyyən məhdudiyyətlər, dindarlara təzyiqlər var. Onu da qeyd etmək lazımdır ki, ümumiyyətlə radikal dini təriqətlər bu gün dünyada xüsusi xidmət orqanlarının nəzarəti və təlimatı əsasında fəaliyyət göstərir, Bu gün bir sıra hallarda da ayrı-ayrı dövlətlərə qarşı belə təzyiq cəhdlərindən istifadə olunur. Görünən odur ki, bir sıra dairələr, bəzi dövlətlər Azərbaycanın müstəqil siyasət yeritməsini, güclü olmasını istəmir və məqsədlərinə çatmaq üçün ölkəmizi tutduğu yoldan döndərməyə çalışır, bu kimi təxribatlara əl atırlar. Eyni zamanda, Azərbaycanda dini durumu gərginləşdirməyə çalışırlar. Halbuki, tam əminliklə deyə bilərik ki, Azərbaycanda dini durumla bağlı heç bir təzyiq və məhdudiyyət yoxdur. Azərbaycanda hansısa dindara təzyiqlər mövcud deyil. Əgər kimsə dövlətin müəyyənləşdirdiyi qanunları pozursa, təbii ki, o halda qanunvericiliyə uyğun addımlar atılır. Onu da qeyd etmək lazımdır ki, önümüzdəki günlərdə bu istiqamətdə Azərbaycana qarşı təzyiqlərin artma ehtimalı yüksəkdir və müəyyən dövlətlər, bəzi dairələr buna cəhd edəcəklər”. C.Məmmədov hesab edir ki, Qarabağdakı qələbədən sonra qarşımızda duran ən mühim vəzifələrdən biri dini təhlükəsizliyimizin təmin edilməsi, radikal qrupların fəaliyyətinin qarşısının alınmasıdır. “Bu gün dövlət sözügedən istiqamətdə müvafiq addımlar atır, ancaq hesab edirəm ki, daha çevik, operativ, surətli, həm dini təhsil, həm dini məsələlərin idarə edilməsi sahəsində ciddi tədbirlərin görülməsinə ehtiyac var. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanda da müəyyən radikal qruplar var və bu gün dövlət onlara qarşı ciddi tədbirlər görməkdədir. Ancaq maksimum dərəcədə həm inzibati tədbirlər, həm maarifləndirmə tədbirləri sürətli formada həyata keçirilməlidir. Eyni zamanda, Azərbaycandakı dini duruma kənar təsirlərin qarşısı alınmalıdır. Bu reallıqdır ki, Azərbaycandakı dini duruma xarici dövlətlərin təsir etmə imkanları mövcuddur və zaman-zaman onlar bu imkanlardan bəhrələnərək ölkəmizə hansısa mesaj verməyə, siqnallar ötürməyə çalışırlar”, - millət vəkili deyib.
5-08-2022, 18:24
Həlak olan əsgərlərə şəhid statusu veriləcək


Həlak olan əsgərlərə şəhid statusu veriləcək

Azərbaycan Ordusunun Laçın rayonunda həlak olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Xudiyev Samir Səməd oğlu və əsgər Əliyev Tahir Çingiz oğluna şəhid statusu veriləcək. Butov.az xəbər verir ki, qanunvericiliyə əsasən hərbi qulluqçu xidməti vəzifəsini icra edəkən həlak olarsa, ona qanunla müəyyən olunmuş qaydada şəhid statusu verilir. Qeyd edək ki, avqustun 5-də Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Samir Səməd oğlu Xudiyev və əsgər Tahir Çingiz oğlu Əliyevin üzərinə düşüb. Nəticədə əsgər Samir Xudiyev aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Digər əsgər Tahir Əliyev isə müxtəlif bədən xəsarətləri alıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
5-08-2022, 18:21
Yaralanan hərbçimiz də vəfat etdi


Yaralanan hərbçimiz də vəfat etdi

Avqustun 5-i Laçın rayonunda qaya parçasının düşməsi nəticəsində ağır xəsarət almış əsgər Əliyev Tahir Çingiz oğlu vəfat edib. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Qeyd edək ki, avqustun 5-i Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Xudiyev Samir Səməd oğlu və əsgər Əliyev Tahir Çingiz oğlunun üzərinə düşüb. Hadisə nəticəsində əsgər S.Xudiyev aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
5-08-2022, 18:13
Zakir Həsənovla Papikyan arasında əlaqə dayanıb


Zakir Həsənovla Papikyan arasında əlaqə dayanıb

“Azərbaycan və Ermənistan müdafiə nazirləri Zakir Həsənovla Suren Papikyan arasında hazırda operativ əlaqə yoxdur”. Bu barədə Ermənistan müdafiə nazirinin mətbuat katibi Aram Torosyan bildirib. “Artıq bir neçə aydır ki, iki ölkənin müdafiə qurumlarının rəhbərləri arasında operativ əlaqə yoxdur”, - o əlavə edib. Müdafiə Nazirliyinin nümayəndəsi bunun nə vaxtdan davam etdiyini və səbəblərini açıqlamayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!