Təbrik təbrik üstündən.. .....                        Azərbaycanda hər kəs eyni hüquq və azadlıqlara malikdir - Prezident .....                        Talibanın Pakistan qanadına son qoymağın zamanı çatıb - Şahbaz Şərif .....                        Putinlə Şolts və Tramp arasında görüş planlaşdırılmır .....                        "AZAL" təyyarəsinin qəzası: İlkin hesabat yanvarın sonunda açıqlanacaq .....                        İsrail Qəzzada 100-dən çox hərbi obyektə hücum etdi .....                        Qəzzada ölən fələstinlilərin sayı 46 minə çatır .....                        Azərbaycanlı hakim beynəlxalq oyuna təyinat aldı .....                        Qazaxda narkokuryerlər saxlanıldı .....                       
16-08-2022, 16:06
Makron Zelenski ilə Zaporojye AES-i müzakirə edəcək


Makron Zelenski ilə Zaporojye AES-i müzakirə edəcək

Fransa prezidenti Emmanuel Makron çərşənbə axşamı Vladimir Zelenski ilə Zaporojye Atom Elektrik Stansiyası ətrafındakı vəziyyəti müzakirə edəcək. Məlumatı BFMTV Yelisey sarayına istinadən yayıb. Fransa lideri ilə Zelenski arasında telefon danışığının çərşənbə axşamı gün ərzində baş tutacağı bildirilir. Bazar ertəsi Rusiya Müdafiə Nazirliyi Kiyevin Zaporojye AES ərazisində genişmiqyaslı təxribatlar hazırladığını, bunun üçün Ukrayna komandanlığının minə qədər radiasiya, kimyəvi və bioloji müdafiə qoşunu cəlb etdiyini açıqlayıb. Zaporojye AES Dnepr çayının sol sahilində, Enerqodar şəhəri yaxınlığında yerləşir. Bu, aqreqatların sayına və quraşdırılmış gücünə görə Avropanın ən böyük atom elektrik stansiyasıdır. Stansiyada altı enerji bloku quraşdırılıb. AES mart ayından Rusiya hərbçiləri tərəfindən qorunur. Rusiya Xarici İşlər Nazirliyi nüvə və radioaktiv materialların sızmasının qarşısını almaq nöqteyi-nəzərindən Rusiya hərbçilərinin elektrik stansiyasını mühafizə etməsinə haqq qazandırdığını vurğulayıb.
16-08-2022, 16:04
Bir neçə halda terrorun qarşısı alınıb - DSX generalı


Bir neçə halda terrorun qarşısı alınıb - DSX generalı

Bir neçə halda Ermənistan Silahlı Qüvvələri tərəfindən qeydə alınan terror-pozuculuq fəaliyyətinin qarşısı qətiyyətlə alınıb. Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb. Bu barədə Dövlət Sərhəd Xidməti (DSX) rəisinin müavini general-leytenant Abbas Xəlilov bildirib. Onun sözlərinə görə, Azərbaycan-Ermənistan dövlət sərhədində atəşkəs rejiminin pozulması halları mütəmadi olaraq qeydə alınır. “Ümumiyyətlə, DSX Ali Baş Komandanın hər bir tapşırığını yüksək səviyyədə yerinə yetirməyə hazırdır” - A.Xəlilov vurğulayıb.
16-08-2022, 16:01
Zaqatalada Aqrar İnnovasiya Festivalı keçirilib


Zaqatalada Aqrar İnnovasiya Festivalı keçirilib

Zaqatalada Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə növbəti Aqrar İnnovasiya Festivalı keçirilib. Butov.az xəbər verir ki, özəl fermer təsərrüfatının ərazisində təşkil olunan tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin elmi-tədqiqat institutları, ali təhsil müəssisələri, ölkədə aqrar sahədə fəaliyyət göstərən yerli şirkətlər öz innovativ layihələrini, texnoloji avadanlıqlarını fermerlərə nümayiş etdiriblər. Festivalda bağ və əkin sahələrində məhsuldarlığı artıran yeni suvarma sistemi metodları, kənd təsərrüfatı və qida sənayesi üçün ölçü alətləri və laboratoriya avadanlıqları, heyvandarlıq sahəsi üçün tibbi və sanitar avadanlıq və dərmanlar, yanacağın idareəolunması ilə bağlı sensor və cihazlar, kənd təsərrüfatı təyinatlı texnikalar, alternativ enerji mənbələri, “Smart” sistemə əsaslanan arı yeşikləri, müxtəlif yem bitkiləri və tərəvəz şitilləri nümayiş olunub. Festivalda “Teknofest Aerokosmik və Texnologiya Festivalı”nın qaliblərinin, həmçinin Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələrinin hazırladıqları prototiplər də təqdim olunub. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyininin tabeli qurumlarının iştirakı ilə kənd təsərrüfatı məhsul istehsalçılarına növbəli əkin, yay şumu barədə geniş məlumat verilib. Qeyd edək ki, Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə il ərzində Quba, Ucar, Qobustan və Ağstafa rayonlarında silsilə tədbirlər həyata keçirilib. Bu festivallarda 2000-dən artıq fermer iştirak iştirak edib.









16-08-2022, 15:07
"Qarabağ" daha 2500 bileti satışa çıxardı


"Qarabağ" daha 2500 bileti satışa çıxardı

"Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsində "Viktoriya" (Plzen) ilə Bakıdakı ilk matçına Çexiyadan azarkeşlər gəlməyəcək. Bu barədə "Qarabağ"ın mətbuat xidməti açıqlama yayıb. UEFA ilə əldə olunmuş razılığa əsasən, 2500 ədəd qonaq sektor biletləri azarkeşlər üçün satışa çıxarılacaq. Fanatlar həmin biletləri iticket.az saytından və kassalardan ala bilərlər. Satış məntəqələri:
Iticket.az-ın satış məntəqələrində (11:00-dan 20:00-dək) və iticket.az-da onlayn satış;
Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopunda (11:00-dan 20:00-dək);
Tofiq Bəhramov adına Respublika stadionun kassalarında (11:00-dan 20:00-dək).
"28 Mall" və "Gənclik Mall" ticarət mərkəzlərində (11:00-dan 22:00-dək).
Qeyd edək ki, “Qarabağ”la “Viktoriya” arasında ilk görüş avqustun 17-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 20:45-də başlayacaq. Cavab görüşü isə avqustun 23-ü Çexiyada oynanılacaq.
16-08-2022, 15:02
Generaldan sərhəd açıqlaması: Sentyabrın 1-dək...


Generaldan sərhəd açıqlaması: Sentyabrın 1-dək...

Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq dövlət sərhəd buraxılış məntəqləri fəaliyyət göstərir. Belə ki əcnəbilərin öz ölkələrinə girişinə məhdudiyyət tətbiq olunmur. Yükdaşımalarla bağlı fəaliyyətdə də hər hansı məhdudiyyət yoxdur. Bunu Dövlət Sərhəd Xidməti rəisinin müavini, general-leytenat Abbas Xəlilov bu gün keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, əcnəbilər Azərbaycana gələn zaman hava yolundan istifadə etməlidirlər: “Vətəndaşlarımız da ölkə ərazisini tərk edən zaman hava yolundan istifadə etməlidirlər. Hökumətin sentyabrın 1-nə qədər olan qərarı Türkiyə ilə buraxılış məntəqəsində də tətbiq olunur”.
16-08-2022, 14:59
FHN yanğınlarla bağlı əhaliyə müraciət etdi


FHN yanğınlarla bağlı əhaliyə müraciət etdi

Yay mövsümü kənd təsərrüfatı sahəsində fəaliyyətin daha da aktivləşməsi və insanların təbiət qoynunda istirahətə marağının artması ilə müşayiət olunur. Lakin nəzərə alsaq ki, havanın hərarətinin yüksəlməsi yanğınların baş verməsi və sürətlə yayılması təhlükəsini artırır, daha diqqətli davranmaq tələb olunur. FHN-dən bildirilib ki, bir sıra hallarda insanların ehtiyatsız və ya məsuliyyətsiz davranışı, o cümlədən biçilmiş taxıl sahələrinin bilərəkdən yandırılması, təsərrüfat fəaliyyəti və ya istirahət zamanı müvafiq yanğın təhlükəsizliyi qaydalarına əməl edilməməsi yanğınların baş verməsinə, nəticədə dövlət və ya xüsusi əmlaka, milli sərvətlərimizə, o cümlədən meşə və qoruqlarımıza ziyan dəyməsinə, habelə insanların həyat və sağlamlığının təhlükə ilə üzləşməsinə səbəb olur. Belə ki, avqustun 16-na olan məlumata əsasən, ölkə ərazisində son sutka ərzində ümumilikdə 109 yanğına çıxış hadisəsi qeydə alınıb, bunun da 47-si Şimal-qərb və Şimal regionunun payına düşüb. Təxminən 500 hektara yaxın ərazini əhatə edən bu yanğınlar arasında biçilmiş taxıl, quru ot, kol-kos sahələri və meşə massivləri üstünlük təşkil edir. Ötən gün Şabran rayonunun Xəlfələr kəndi ərazisində biçilmiş taxıl sahəsində başlayan yanğının havanın isti və küləkli olması səbəbindən qısa zamanda genişlənərək bir neçə fərdi ev və yardımçı tikiliyə zərər vurması da təhlükənin miqyasından xəbər verir. Qəbələ rayonunun Abrıx və Tikanlı kəndləri yaxınlığında dağlıq ərazidəki meşə sahəsində baş vermis yanğınlar isə ərazinin yüksək, havanın isə isti və küləkli olması səbəbindən yanğınsöndürmə işlərini çətinləşdirsə də, yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir. Hazırda yanğınlar nəzarət altına alınıb və soyutma işləri davam etdirilir.
16-08-2022, 14:56
Sarıbaba yüksəkliyində mina sahəsi aşkarlandı


Sarıbaba yüksəkliyində mina sahəsi aşkarlandı

Laçın rayonunun şərq hissəsində, Sarıbaba yüksəkliyinin şimal-qərb istiqamətində qanunsuz erməni silahlı dəstələrinin basdırdığı piyada əleyhinə mina sahəsi aşkar edilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının bölmələri tərəfindən ərazinin kəşfi aparılıb. Aşkar edilmiş minalar xüsusi hazırlıq keçmiş istehkam qrupu tərəfindən zərərsizləşdirilib. Avqustun 15-də, bir gün ərzində, minalanmış sahədən ümumilikdə 991 ədəd PMN-E növlü piyada əleyhinə mina çıxarılaraq daşınıb və təhlükəsizlik qaydalarına riayət olunmaqla utilizasiya edilib. Xüsusi qeyd etmək lazımdır ki, bu istiqamətdə aşkar edilən minaların hamısı Vətən müharibəsindən sonra - 2021-ci ildə Ermənistanda istehsal olunub.





16-08-2022, 14:52
Xaricə gedən azərbaycanlıların sayı 2 dəfə artıb


Xaricə gedən azərbaycanlıların sayı 2 dəfə artıb

Cari ilin yanvar-iyul aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə artaraq 829,4 min nəfər olub. Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib. Məlumata görə, İrana gedənlərin sayı 4,3 dəfə, Türkiyəyə gedənlərin sayı 2,2 dəfə, Gürcüstana gedənlərin sayı 1,9 dəfə, Rusiyaya gedənlərin sayı isə 23,2% artıb. Ölkə vətəndaşlarının 47,9%-i Türkiyəyə, 16,6%-i Rusiyaya, 12,2%-i İrana, 8,3%-i Gürcüstana, 15%- digər ölkələrə səfər edib. Gedənlərin 64,8%-ni kişilər, 35,2%-ni qadınlar təşkil edib. 2022-ci ilin yanvar-iyul aylarında xarici ölkələrə səfər edənlərin 60,1 %-i hava, 37,3 %-i dəmir yolu və avtomobil, 2,6 %-i isə dəniz nəqliyyatından istifadə edib.
16-08-2022, 14:50
Qazaxın 7 kəndi delimitasiya mövzusudur - DSX rəsmisi


Qazaxın 7 kəndi delimitasiya mövzusudur - DSX rəsmisi

Dövlət Sərhəd Xidmətinin vəzifəsi qarşısına qoyulan tapşırıqları, yeni qəbul olunmuş qərarları icra etməkdən ibarətdir. Bunu Dövlət Sərhəd Xidməti (DSX) rəisinin müavini general-leytenant Abbas Xəlilov avqustun 16-da keçirilən mətbuat konfransında deyib. O qeyd edib ki, DSX dövlət sərhədini müəyyən edən qurum deyil. “Düzdür, delimitasiya ilə bağlı Komissiyada təmsil olunur. Qərar nə olarsa, biz bunu yüksək səviyyədə yerinə yetirməyə hazırıq”, - deyə rəis müavini bildirib. Dövlət Sərhəd Xidmətinin (DSX) Aparat rəhbəri general-mayor Elçin İbrahimov isə tədbirdə digər maraqlı məqama toxunub. O bildirib ki, Ermənistanın işğalı altında olan Qazaxın 7 kəndi ilə bağlı məsələ də delimitasiya mövzusudur. Xatırladaq ki, Qazax rayonunun işğal altında olan 7 kəndi aşağıdakılardı:
Bağanis Ayrım – 24.03.1990
Xeyrimli – 08.03.1992
Aşağı Əskipara – 12.03.1992
Barxudarlı – 27.04.1992
Sofulu – 27.04.1992
Qızılhacılı - 11.05.1992
Yuxarı Əskipara – 08.06.1992

16-08-2022, 14:47
Sabahın havası - 42 dərəcə isti olacaq


Sabahın havası - 42 dərəcə isti olacaq

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, avqustun 17-də Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 24-28° isti, gündüz isə 34-39° isti olacaq. Bakıda gecə 25-27° isti, gündüz isə 37-39° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 50-55 %, gündüz 30-35% olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 28-29° isti, Cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 29-30° isti olacaq. Rayonlarda isə hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə arabir şərq küləyi güclənəcək. Havanın temperaturu gecə 22-26° isti, gündüz 35-40°, bəzi yerlərdə 41-42° isti, dağlarda gecə 15-20° isti, gündüz 27-32° isti olacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!