Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
17-08-2022, 21:06
Dənizdə artilleriyadan atəş açıldı


Dənizdə artilleriyadan atəş açıldı

Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçirilən “Dəniz kuboku” müsabiqəsində hərbi dənizçilər “Artilleriya atəşlərinin yerinə yetirilməsi üzrə yarış” mərhələsinin “Dəniz hədəfi üzrə artilleriya atışı” epizodu üzrə tapşırıqları yerinə yetiriblər. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Epizodun şərtlərinə əsasən 3000 metr məsafədə yerləşən kiçik ölçülü dəniz hədəflərinə artilleriya atışları yerinə yetirilib. Hədəfin məhv edilməsi üçün artilleriya qurğularının heyətlərinə 40 ədəd mərmi verilib. Tapşırığın icrası zamanı dəniz hədəfi kimi xüsusi quraşdırılan gəmi lövhəsindən istifadə olunub.

17-08-2022, 21:03
Xaçmaza yanğın qatarı gətirildi


Xaçmaza yanğın qatarı gətirildi

Azərbaycanın şimal və şimal-qərb regionlarında meşə və meşəətrafı ərazilərdə baş vermiş yanğınların söndürülməsi tədbirləri davam etdirilir. Bu barədə FHN məlumat yayıb. Məlumata görə, hazırda Qəbələ, Şabran və Xaçmazda yanğınların nəzarətə götürülərək soyudulması işləri aparılır. Xaçmazda yanğınsöndürmə işlərinin effektli aparılması üçün su ehtiyatını təşkil etmək məqsədilə əraziyə yanğın qatarı gətirilib. Bu saata olan məlumata görə, respublika üzrə 110 yanğına çıxış qeydə alınıb ki, onun da 32-si Şimal bölgəsinin payına düşür. Qeyd edilib ki, yanğınsöndürmə əməliyyatları mürəkkəb dağlıq relyefdə və yaşayış yerlərinin yaxınlığındakı ərazilərdə həyata keçirilir. İsti və küləkli hava şəraiti yanğın ocaqlarının tam söndürülməsinə mane olur. Yanğınla mübarizə tədbirlərinə hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin, Şimal və Şimal-qərb regional mərkəzlərinin, Mülki müdafiə qoşunları və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri və xüsusi texnikası, FHN-in Aviasiya dəstəsinə məxsus “BE 200 ÇS” amfibiya təyyarəsi və 2 ədəd helikopteri, həmçinin Daxili İşlər Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları, “Azərsu” ASC-nin, yerli İcra Hakimiyyətinin müvafiq texnikaları cəlb olunub. Yanğınsöndürmə əməliyyatları davam etdirilir.
17-08-2022, 21:00
Qara Dəniz Donanmasına yeni komandan təyin edildi


Qara Dəniz Donanmasına yeni komandan təyin edildi

Rusiya Hərbi Dəniz Qüvvələrinin Qara dəniz donanmasına yeni komandan təyin edilib. Bu barədə Rusiyanın "RİA Novosti" informasiya agentliyi öz mənbələrinə istinadən məlumat yayıb. Məlumata görə, Rusiya tərəfindən ilhaq edilmiş Krımda yerləşən Qara dəniz donanmasına Viktor Sokolov rəhbərlik edəcək. Sokolov artıq Sevastopol limanında donanmanın hərbi şurasının üzvlərinə təqdim olunub. Yeni komandan Krım yarımadasında Rusiyaya məxsus hərbi bazalara ard-arda endirilən zərbələrdən sonra təyin olunub. Rusiyaya məxsus xəbər agentliklərindən biri mənbələrə istinadən yazıb ki, Rusiyanın Ukraynada "xüsusi hərbi əməliyyat" apardığı bir vaxtda təyinatın ictimaiyyətə açıqlanmaması “normal” hesab olunur. Rusiyada mötəbər tarixə malik Qara Dəniz Donanması müharibə zamanı bir neçə dəfə ağır itkilərə məruz qalıb. Aprel ayında donanmanın flaqman gəmisi hesab edilən "Neptun" raket kreyseri məhv edilib. Donanmanın Krımda yerləşən Saki aviabazasına ötən həftə ağır hücum olub. Bazada olan 10-a yaxın təyyarə məhv edilib. Qara Dəniz Donanması Ukraynanın donanmasından qat-qat böyükdür. 1783-cü ildə Böyük İmperator Yekaterinanın dövründə yaranan donanma Rusiyada "milli qürur mənbəyi" hesab edilir.
17-08-2022, 20:58
Çin Rusiyaya qoşun göndərir - Səbəb açıqlandı


Çin Rusiyaya qoşun göndərir - Səbəb açıqlandı

Çin Rusiyada keçiriləcək "Vostok" hərbi təlimləri üçün bu ölkəyə qoşun göndərəcək. Bu barədə Çin Müdafiə Nazirliyi məlumat yayıb. Hindistan, Belarus, Monqolustan, Tacikistan və digər ölkələrin birgə hərbi təlimlərdə iştirak edəcəyi gözlənilir. Nazirlik bildirib ki, Çinin birgə təlimlərdə iştirakı mövcud beynəlxalq və regional vəziyyətlə əlaqəli deyil. Çinin Müdafiə Nazirliyi təlimlərdə iştirakın Rusiya ilə davam edən ikitərəfli əməkdaşlıq sazişinin bir hissəsi olduğunu bəyan edib. “Məqsəd iştirakçı ölkələrin orduları ilə praktiki və dostluq əməkdaşlığı dərinləşdirmək, iştirakçı tərəflər arasında strateji əməkdaşlığın səviyyəsini yüksəltmək və müxtəlif təhlükəsizlik təhdidlərinə cavab vermək bacarığını gücləndirməkdir”, - deyə məlumatda qeyd olunub.
17-08-2022, 20:55
Rusiya-Ukrayna müharibəsində kəskin hadisələr baş verəcək - Kəşfiyyat xəbəri


Rusiya-Ukrayna müharibəsində kəskin hadisələr baş verəcək - Kəşfiyyat xəbəri

Yaxın vaxtlarda Rusiya-Ukrayna müharibəsinin bütün cəbhələrində kəskin hadisələr baş verəcək. Bunu Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov milli telemarafonun efirində bildirib. O qeyd edib ki, Ukraynanın Silahlı Qüvvələri işğalçıların zəbt etdiyi bütün əraziləri nəzarətə götürəcək. Yusovun sözlərinə görə, genişmiqyaslı hücum Rusiyanı prezident Putinin qarşıya qoyduğu qlobal məqsədlərə nail olmaqdan getdikcə daha da uzaqlaşdıracaq. "Bütün təmas xətti boyunca biz aktiv döyüş hərəkətlərini görürük. Rusiya Ukrayna ərazisindən öz qoşunlarını danışmağa hazır olmadığı halda çıxaracaq, düşmən tərəfindən ələ keçirilən bütün ərazilər azad ediləcək. Yaxın gələcəkdə bütün cəbhədə kəskin hadisələr olacaq”, - Yusov bildirib. Ukrayna Müdafiə Nazirliyinin rəsmisi qeyd edib ki, hərbi kəşfiyyat avqust və sentyabrın bütün cəbhədə hərbi əməliyyatların gələcək inkişafı üçün son dərəcə vacib dövrlər olacağını çoxdan bəyan etmişdi. Ukraynanın müdafiə naziri Aleksey Reznikov bildirib ki, hazırda Rusiya rəhbərliyi Ukraynaya qarşı müharibə üçün 115 batalyon-taktiki qrup toplayıb. Bu, 135 min nəfərə qədər hərbçi deməkdir, lakin onların hamısı peşəkar əsgər deyil.
17-08-2022, 20:47
“Qalaaltı”da son vəziyyət: FHN helikopter göndərdi


[b]“Qalaaltı”da son vəziyyət: FHN helikopter göndərdi[/b]

Şabran rayonunda yerləşən “Qalaaltı” İstirahət Mərkəzinin yaxınlığındakı meşəlik ərazidə baş vermis yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi istiqamətində yanğından mühafizə tədbirləri davam etdirilir. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Yanğının mürəkkəb relyefli dağlıq ərazidə baş verməsi yanğın nöqtəsinə yanğınsöndürmə texnikasının və şəxsi heyətin birbaşa müdaxiləsini imkansız edir. Bu səbəbdən yanğının söndürülməsinə FHN-in 4 ədəd yanğınsöndürmə avtomobilindən başqa bir ədəd helikopteri də cəlb edilib. Yanğının “Qalaaltı” İstirahət Mərkəzinin ərazisinə keçməməsi üçün Nazirliyin yanğısöndürmə qüvvələri əməliyyat şəraitinə uyğun olaraq operativ qaydada qabaqlayıcı tədbirlər həyata keçirir. “Qalaaltı” İstirahət Mərkəzinin baş verə biləcək yanğından mühafizə edilməsi məqsədilə su hidratlarının effektiv tətbiqi üçün lazımi avadanlıqlar hazır vəziyyətə gətirilib, müdafiə xətləri qurulub. “Qalaaltı” İstirahət Mərkəzinə yaxın olan meşəlik ərazidə yanğın istiqamətində soyutma işləri davam etdirilir.
17-08-2022, 20:40
“Qarabağ”ın oyununa baha bilet satanlar tutuldu


“Qarabağ”ın oyununa baha bilet satanlar tutuldu

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ" – "Viktoriya" oyunu ərəfəsində qanunsuz bilet satışını həyata keçirən şəxslərə qarşı daxil olan məlumatlar əsasında polis əməkdaşları tərəfindən tədbirlər görülüb. Bu barədə DİN Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, keçirilən tədbirlərlə müxtəlif vasitə və üsullarla əldə etdikləri biletləri dəyərindən dəfələrlə baha qiymətə satmağa çalışan 7 nəfər saxlanılıb. Onların üzərindən 300-dən artıq müxtəlif şəxslərin adına qeydiyyatdan keçirilən bilet aşkarlanaraq götürülüb. Həmin şəxslərin əməlində İnzibati Xətalar Məcəlləsinin 443-cü maddəsinə müvafiq olaraq, kütləvi idman tədbirlərinə və idman yarışlarına giriş biletlərinin saxtalaşdırılması və ya müəyyən edilmiş tariflərdən yüksək qiymətə satılmasının tərkib əlamətləri olduğuna görə hər biri barəsində protokol tərtib olunaraq, 700 manat miqdarında inzibati tənbeh tədbiri tətbiq edilib."Qeyd olunanları nəzərə alaraq, diqqətə çatdırırıq ki, bu istiqamətdə polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir", - məlumatda vurğulanıb.
17-08-2022, 20:17
Şabrandakı yanğın “Qalaaltı” hotelə yaxınlaşır


Şabrandakı yanğın “Qalaaltı” hotelə yaxınlaşır

Bir neçə gündür Şabran rayonunda müşahidə olunan yanğın “Qalaaltı” hotelin yaxınlığına çatıb. Bu barədə AzTV məlumat yayıb. Bildirilib ki, ötən gecədən etibarən Çıraqqala ətrafında güclü yanğınlar başlayıb. Yanğın gecə saatlarında şiddətlənib. FHN-in şəxsi heyətinin səyi nəticəsində yanğına müəyyən qədər müdaxilə olunub. Lakin relyefin mürəkkəb olması yanğını söndürmək üçün çətinlik yaradır. “Qalaaltı” İstirahət Mərkəzinin meneceri bildirib ki, əgər təhlükə yaranarsa, qonaqları təxliyə etmək üçün bütün planlar hazırdır. Hotel üçün azacıq da olsa təhlükə var. Bu təhlükənin qarşısını almaq üçün hotelin əməkdaşları da fəaliyyətə keçiblər.
17-08-2022, 20:12
Təhlükə yaransa, NATO müdaxilə edəcək - Baş katib


Təhlükə yaransa, NATO müdaxilə edəcək - Baş katib

Serbiya Prezidenti Aleksandar Vuçiç bu gün Brüsseldə NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb. Butov.az xəbər verir ki, tərəflər Serbiya və Kosovo arasındakı son gərginliyi müzakirə ediblər. Görüşdən sonra keçirilən mətbuat konfransında Stoltenberq deyib ki, Serbiya və Kosovo arasında sabitlik təhlükə altında olarsa, NATO-nun sülhməramlı qüvvələri müdaxilə etməyə hazırdır. "Regionda vəziyyət yaxşılaşsa da, yenidən gərginliyin qarşısını almaq bütün tərəflərin, xüsusən də Belqrad və Priştina rəsmilərinin məsuliyyətindədir", - deyə Baş katib vurğulayıb. O, tərəfləri təmkin nümayiş etdirməyə və zorakılıqdan yayınmağa çağırıb. "NATO vəziyyəti diqqətlə izləməyə davam edir. Bizim KFOR sülhməramlı missiyamız hələ də BMT mandatına diqqət yetirir. Sabitlik təhlükə altına düşərsə, KFOR müdaxilə etməyə hazırdır", - Stoltenberq deyib. Vuçiç isə bildirib ki, o, cümə axşamı günü Kosovonun baş naziri Albin Kurti ilə görüşəcək. "Biz sabah çətin müzakirələr aparacağıq. Demək olar ki, heç nə ilə razılaşmırıq", - deyə o qeyd edib.
17-08-2022, 20:07
Milli komandamız İslamiadanın qalibi oldu


Milli komandamız İslamiadanın qalibi oldu

Şpaqa üzrə milli komandamız V İslam Həmrəyliyi Oyunlarının qızıl medalını qazanıb. Butov.az xəbər verir ki, yığmamız Türkiyənin Konya şəhərində təşkil olunan yarışın həlledici mərhələsində İran millisi ilə qarşılaşıb. Rəqib komandanı 45:35 hesabı ilə məğlub edən millimiz İslamiadanın qalibi olub. Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır. İslamiada avqustun 18-dək davam edəcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!