Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
17-08-2022, 07:16
"Cəmiyyət parçalanmağa doğru gedir"

Təbrizin millət vəkili:

"Cəmiyyət parçalanmağa doğru gedir"

Təbrizin İran parlamentindəki nümayəndəsi Məsud Pezeşkiyan cəmiyyətin parçalanmağa və qruplaşmağa doğri getdiyini bildirib. Məsud Pezeşkiyan ölkədə qruplaşmaların çoxaldığını və bunun cəmiyyətin parçalanmasına, təhlükəli durumun yaranmasına səbəb olduğunu deyib:
"İbrahim Rəisi hökumətinin qütbləşmələrə rəvac verməsinin səbəbi nədir? Bəlkə mütəxəssislərin dediyi kimi bu seçkilər dövründə verilən vədlərin unudulması üçün bilərəkdən atılan addımdır"-deyə, Pezeşkiyan hökuməti verdiyi sözləri yerinə yetirməməkdə günahlandırıb.
İbrahim Rəisi prezident seçildikdən sonra ölkədə qütbləşmənin sürətləndiyini deyən millət vəkili, hökumətin məcburi hicab və başqa bu kimi bəhanələrlə vətəndaşların fikrini əsas məsələlərdən yayındırmağa çalışdığını söyləyib. O, ölkədə yoxsulluq, bahalıq, işsizlik və bu kimi başqa problemlərin artdığını, hökumətin isə bütün çatışmazlıqları öncəki hakimiyyətin üzərinə yıxaraq məsuliyyətdən yayınmağa çalışdığını bildirib:
"Bu hakimiyyət bacarıqlı insanların potensialından istifadə etmək yerinə onları müxtəlıif bəhanələrlə, o cümlədən casusluq, xarici dövlətlərə bağlılıq və başqa bu kimi qondarma ittihamlarla meydandan çıxarmağa çalışır"-deyə, Məsud Pezeşkiyan "camaran" xəbər saytına verdiyi müsahibədə qeyd edib.
Timur

17-08-2022, 07:08
"Urmu qurusa Təbriz təxliyə edilməlidir"

Sabiq nazirdən xəbərdarlıq

"Urmu qurusa Təbriz təxliyə edilməlidir"

İranın keçmiş kənd təsərrüfatı naziri və İran Ətraf Mühiti Təşkilatının keçmiş rəhbəri İsa Kəlantəri Urmu gölünün qurumasının törədə biləcəyi faciələr barədə xəbərdarlıq edib. O, Urmu gölünün quruyacağı təqdirdə Təbrizin tamamilə təxliyə edilməli olacağını deyib və bunun 1 trilyon dollara başa gələcəyini söyləyib:
"Urmu gölü bərpa edilməsə İranda heç bir hökumət davam gətirə bilməz. Siz milyonlarla insanın köçünün dalğasının qarşısında dayana bilməzsiniz. İran hökuməti bacarıqsızlıq ucbatından gölü qurutduğu üçün neçəyə başa gəlməsindən asılı olmayaraq onu bərpa etməyə borcludur. Urmu gölü bərpa olunmasa milyonlarla insanın həyatı təhlükəyə düşəcək"-deyə, "İnsaf News"a müsahibə verən keçmiş nazir hökumətə xəbərdarlıq edib.
O, bundan öncə su qaynaqlarının yanlış idarəçiliyi nəticəsində gölün quruması ilə bağlı edilən xəbərdarlıqlar barədə danışıb və bütün bunlara baxmayaraq hökumətin vaxtında tədbir görmədiyini deyib.
Qeyd edək ki, son statistikaya görə, Urmu gölünün 90 faizdən çoxu quruyub və gölün canlandırılması üçün nəzərdə tutulan layihələrin tamamlanması gecikdirilir.
Cavidan

17-08-2022, 06:59
Şərqi Azərbaycanda su böhranı


Şərqi Azərbaycanda su böhranı

Şərqi Azərbaycan əyalətinin Regional Su Şirkətinin başçısı Məhəmməd Xani əyalətdə su qıtlığının yaşandığını bildirib. Məhəmməd Xani hazırda 700 kənddə su böhranı yaşandığını deyib.
Ötən illə müqayisədə yağıntıların azaldığını, quraqlığın şiddətləndiyini deyən Xani kəndlərdə su çatışmazlığının aradan qaldırılması üçün 150 kəndə səyyar su tankerləri vasitəsilə içməli su daşındığını bildirib.
Bir müddət öncə Təbriz Universitetinin Planlaşdırma və Çevrə Elmləri Fakültəsinin rəhbəri Behruz Sari eyni problemdən danışıb. O, su çatışmazlığı səbəbindən Şərqi Azərbaycanın 360 kəndinin tamamilə boşaldığını və bununla yanaşı əyalətin onlarla şəhərində su qıtlığı böhranı yaşandığını bildirib.
Timur
17-08-2022, 06:43
Güneyli vəkil və əməkdaşları barədə həbs qərarı təsdiqlənib


Güneyli vəkil və əməkdaşları barədə həbs qərarı təsdiqlənib

Tehranda yaşayan azərbaycanlı vəkil Məhəmmədrza Fəqihi və onun əməkdaşları Mustafa Nili, Mehdi Mahmudiyan, Məryəm Əfrəfraz və Arəş Keyxosrəvi barədə ilkin məhkəmənin çıxardığı qərarı Tehran Apelliyasiya Məhkəməsinin 36-cı bölməsi qüvvədə saxlayıb. Onların 10 ildən çox həbs cəzasına məhkum edilmələri ilə yanaşı ictimai və peşə fəaliyyətlərinin də məhdudlaşdırılmasına qərar verilib.
Mustafa Nili, Mehdi Mahmudiyan və Arəş Keyxosrəvi "təhlükəsizliyi pozmaq məqsədi ilə hökumətə qarşı qrup yaratmaq və sistem əleyhinə təbliğat" ittihamı, Məhəmmədrza Fəqihi və Məryəm Əfrəfraz isə "hökumətə müxalif qruplara üzv olmaq" ittihamı ilə mühakimə olunmuşdular. Bundan öncə 2021-ci il avqustun 14-də Güney azərbaycanlı vəkil Məhəmmədrza Fəqihi və vəkil əməkdaşları Tehranda insan haqları mövzusunda və vətəndaşların koronavirusa qarşı peyvənd olunma hüquqları ilə bağlı keçirdikləri toplantıda təhlükəsizlik məmurları tərəfindən həbs olunublar. Onlar iki həftə təhlükəsizlik idarəsinin təcridxanasında dindirildikdən sonra avqustun 28-də girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıblar.
Əli Xameneyi 2021-ci ilin yanvar ayında ABŞ və Britaniyadan koronavirus vaksinlərinin idxalının yasaqlandığını deyib, sonradan vaksinlə əlaqədar mövqeyi dəyişib və əlaqədar qurumlardan koronavirus vaksinin istər idxal, istərsə yerli istehsal yolu ilə təmin edilməsini tələb edib. Güneyli vəkil və onun əməkdaşları isə Xameneyinin vaksinlərin idxalı və istehsalı prosesinə 8 ay əngəl olduğunu, bu müddət ərzində 100 mindən çox insanın öldüyünə görə məsuliyyət daşıdığını deyiblər.
İranın azsaylı insan haqları vəkillərindən biri olan Fəqihi türk fəallar daxil olmaqla, bir çox siyasi məhbusu, o cümlədən siyasi məhbus Abbas Lisanini İranın müxtəlif məhkəmələrində müdafiə edib.
Cavidan
17-08-2022, 06:21
"Nur ocağı "ədəbi məclisi Yusif Namazoğlunun şeirlərini təqdim edir:

"Nur ocağı "ədəbi məclisi Yusif Namazoğlunun şeirlərini təqdim edir:

Bizə noğul verdilər

Atam-anam qocalıb
Doxsanda, yüzdədilər,
Bizə sevinc paylayıb
Kədəri gizlədilər.
***
Bizə noğul verdilər,
Özləri ağrı yedi.
Şəhid oğul verdilər,
Ahları dağı yedi.
***
Vətən sağ olsun deyib,
Qürurlu dayandılar.
Oğul üçün kövrəlib
Vətən üçün yandılar .
***
Ömrün ağır yükünü
Halallıqla çəkdilər,
Zamanın ciyərindən
Qoşa kabab çəkdilər.
Oxşamır
İnləyir naşı əlində,
Torpaq torpağa oxşamır.
Ağaclar dərd-dərman yeyir,
Yarpaq-yarpağa oxşamır.
***
Dağ var ki, təpə qürurlu,
Dərəsi palçıq yoğurur.
Gah sellənir, gah qırılır,
Bulaq bulağa oxşamır.
****
Meşələri qəmgin, yorğun,
Çəmənləri xəstə, solğun,
Uralanıb varı-yoxu,
Yaylaq yaylağa oxşamır.
***
Kəhər atlar ulaqlaşıb,
Mütiləşib, yazıqlaşıb
Qoç igidlər yalı aşıb
Papaq papağa oxşamır.

Yusif Namazaoğlu ölməyib sağdı

Gözümün içinə baxıb, ağlama,
Ürəyimin qara qanı durulmaz,
Dünyam məhvərindən çıxıb ağlama,
Ölüm pəhləvandı qolu burulmaz.
***
Mənə bel bağlama, yollar yormuşam,
Düşübdü əlimdən çilingağacım.
Çəlimsiz, taqətsiz, yarımcan quşam,
Solub, büzüşübdür kolum-ağacım.
***
Dünənim gözaltdan boylanır mənə,
Kövrəlir bilir ki sabahım yoxdur.
Sabahım közaltdan boylanır mənə
Duyub həyat adlı silahım yoxdur.
***
İndi dağım aran ,aranım dağdır,
Aranda üşüyüb, dağda yanıram.
Yusif Namazoğlu ölməyib sağdı,
Qəlbimdə göyərib budaqlanıram.

Başladı, ay, başladı
Alim elmi kitabı,
Çoban yağlı kababı,
Kasıb güllü corabı,
Xoşladı, ay, xoşladı.
***
Oğru ağır yatanı,
Oğul əyyaş atanı
Mömin cinı, şeytanı
Daşladı, ay, daşladı.
***
Bu nə çəpik, nə xordu?
Bu saatı kim qurdu?
Yallı it yendi qurdu,
Döşlədi, ay, döşlədi.
***
Dandı türkün soyunu,
Dərin qazdı quyunu ,
Dava-dava oyunu
Başladı, ay,başladı.

Çiçəkləyib
Qış günü oğlan çağıdır,
Ağaclar qar çiçəkləyib,
Külək, çovğun, buz gəmirir,
Yarğanlar tar çiçəkləyib.
***
Yola vermir baş ayağı,
Hara gedir daş ayağım,
Yaza uçur quş ayağım ,
Yuxumda nar çiçəkləyib.
***
Dərdim uzun qış nağılı,
Pozub yaddaşı ağılı.
Salam almır cavanlığım,
Ğözümdə tor çiçəkləyib.
***
Tənhalığım nərə çəksin,
Duman olum dərə çəksin,
Qocalığım şirə çəksin,
Saçlarım zor çiçəkləyib.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!