26-08-2022, 20:25
Operativ Qərargahdan vaksin açıqlaması
Azərbaycanda son sutkada koronavirus əleyhinə 1301 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 244, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 176, üç və daha çox doza vaksin vurduranların sayı 738, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 143 nəfərdir. İndiyədək vurulan vaksinlərin ümumi sayı 13 854 508, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 372 766, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 862 080, üç və daha çox doza vaksin vurduranların sayı 3 360 988, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 258 674 təşkil edir.
26-08-2022, 20:22
Yoluxanların bu günə olan statistikasıAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına 542 yeni yoluxma faktı qeydə alınıb, 501 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfər vəfat edib. İndiyədək ümumilikdə 811 131 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 797 668 nəfər müalicə olunaraq sağalıb, 9796 nəfər vəfat edib, aktiv xəstə sayı 3667 nəfərdir. Son sutka ərzində 3659, hazırkı dövrədək isə 7 9138 810 test aparılıb.
26-08-2022, 20:02
Ceyhun Bayramov: Laçın sakinləri evlərinə qayıdacaqXarici işlər naziri Ceyhun Bayramov Laçın şəhəri, Zabux və Sus kəndlərinin Azərbaycana qaytarılması ilə bağlı paylaşım edib.
Butov.az xəbər verir ki, nazir bu münasibətlə Azərbaycan xalqına təbriklərini çatdırıb. "Laçın artıq Azərbaycanın nəzarəti altındadır. Buna görə də Azərbaycan xalqını təbrik edirəm. 1992-ci ildən bəri zorla sürgün edilən şəhər sakinləri evlərinə qayıdacaq. Laçın digər azad edilmiş ərazilər kimi yenidən bərpa olunacaq",- paylaşımda deyilir. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Laçın şəhəri, eləcə də Zabux və Sus yaşayış məntəqələri Azərbaycan Ordusunun bölmələri tərəfindən tam nəzarətə götürülüb.
26-08-2022, 19:58
DTX Laçın şəhərində fəaliyyətə başladıDövlət Təhlükəsizliyi Xidməti (DTX) işğaldan azad olunan Laçın şəhərində fəaliyyətə başlayıb.
Butov.az xəbər verir ki, bu gün Azərbaycanın nəzarətinə qaytarılan Laçın şəhərində DTX-nın idarəsi açılıb. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Laçın şəhəri, eləcə də Zabux və Sus yaşayış məntəqələri Azərbaycan Ordusunun bölmələri tərəfindən tam nəzarətə götürülüb.
26-08-2022, 19:56
Türkiyə XİN-dən Laçınla bağlı təbrik
Türkiyə Laçın şəhəri, Zabux və Sus kəndlərinin Azərbaycana qaytarılmasından məmnundur. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. "Türkiyə Laçın şəhəri, Zabux və Sus kəndlərinin Azərbaycana qaytarılmasından məmnunluq duyur. Qardaş Azərbaycanı təbrik edirik",- Türkiyə XİN-in paylaşımında deyilir. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Laçın şəhəri, eləcə də Zabux və Sus yaşayış məntəqələri Azərbaycan Ordusunun bölmələri tərəfindən tam nəzarətə götürülüb.
26-08-2022, 19:53
Ukraynada daha bir azərbaycanlı döyüşçü həlak olduUkrayna xalqının azadlıq mübarizəsi uğrunda daha bir soydaşımız həlak olub.
Butov.az xəbər verir ki, məlumatı Ukraynada yaşayan azərbaycanlılar sosial şəbəkədə ictimailəşdiriblər. Bu, Hüseynov Səid Vasif oğludur. Onun könüllü şəkildə savaşa qatıldığı və Nikolayev istiqamətində gedən döyüşlərdə həlak olduğu bildirilib. Allah rəhmət eləsin…
26-08-2022, 19:50
Ordumuz Laçın şəhərinə belə daxil olubAzərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Laçın şəhəri, eləcə də Zabux və Sus yaşayış məntəqələri Azərbaycan Ordusunun bölmələri tərəfindən tam nəzarətə götürülüb.
Butov.az xəbər verir ki, hazırda qeyd olunan ərazilərdə bölmələrimizin yeni dislokasiya məntəqələrinə yerləşdirilməsi, həmçinin zəruri mühəndis işlərinin görülməsi istiqamətində fəaliyyətlər davam etdirilir.
26-08-2022, 19:46
Rusiya mediasından Azərbaycana qarşı təxribat Rusiya mediasında Azərbaycana qarşı növbəti dəfə təxribata yol verilib. Bu gün Prezident İlham Əliyevin Laçın şəhərinin, Sus və Zabux kəndlərinin Azərbaycanın nəzarətinə qaytarılması, Azərbaycan Ordusunun Laçında yerləşməsi ilə bağlı bəyanatından sonra Duma TV-də “Dağlıq Qarabağda Azərbaycan ordusu yerləşdirilib” başlıqlı açıqlama dərc olunub. Politoloq Nikita Buranov təxribat xarakterli açıqlamasında Azərbaycanın Qarabağı hərbi güclə "zəbt etdiyini" deyib. “Təəssüflə bildirirəm ki, Azərbaycan Qarabağda öz gücündən istifadə edib. Azərbaycan hər zaman öz məqsədini aydın bildirib. Qarabağı zəbt etmək istədiyini bildirib.Təəssüflər olsun ki, son hadisələr göstərir və sübut edir ki, Azərbaycan istisnasız olaraq hərbi yolla buna nail olacaq. Bizim orada yerləşdirdiyimiz Rusiya sülhməramlıları da kifayət qədər gücə malik deyillər. Azərbaycan tərəfi heç bir güzəştə getmir və getməyəcək”, - məlum açıqlamada deyilir. Qeyd edək ki, “Duma TV” Rusiya Dövlət Dumasının fəaliyyətini işıqlandırır.
26-08-2022, 19:43
Yanan meşələrin xəritəsi hazırlanacaq
"Yanğın baş vermiş ərazilər xəritələşdiriləcək və yanaraq məhv olmuş meşə sahələrində payızda - ağacəkmə mövsümündə mərhələlərlə meşəbərpa tədbirləri həyata keçiriləcək". Bununla bağlı ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bu gün keçirilən mətbuat konfransında danışıb. O bildirib ki, ilk mərhələdə yanmış və bioloji inkişafı mümkün olmayan ağacların götürülərək ərazinin iqlim şəraitinə və həmin ərazidəki ağac növlərinə uyğun meşəcinsli toxumlar səpiləcək, tinglər əkiləcək: "Sevindiricidir ki, bütün meşə örtüyü məhv olmayıb. Yanan ərazilərin monitorinqi davam etdirilir, monitorinqlər başa çatdıqdan sonra meşəbərpa tədbirlərinə başlanılacaq".
26-08-2022, 19:28
Sabah hava necə olacaq?Sabaha gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq. Sabah cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-23°, gündüz 32-36° isti olacaq. Bakıda gecə 20-22°, gündüz 33-35° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 35-45 % olacaq. Azərbaycanın rayonlarında isə hava əsasən yağmursuz olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23°, gündüz 32-37°, dağlarda gecə 10-15°, gündüz 20-25° isti olacaq.