26-08-2022, 19:27
FHN-in texnikaları və şəxsi heyət Laçına göndərilibFövqəladə Hallar Nazirliyinin (FHN) 9 texnikası və 46 nəfər şəxsi heyəti Laçın rayonuna ezam olunub. Bu barədə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev bu gün keçirilən mətbuat konfransında məlumat verib. Nazir müavini qeyd edib ki, FHN əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsi üçün Daxili İşlər Nazirliyinə müraciət edilib.
26-08-2022, 19:25
Son günlər 779 hektar meşə yanıb
"Son günlər Quba, Xaçmaz, Siyəzən, Şabran, Şəki və Qəbələ rayonlarında baş vermiş yanğınlar ümumilikdə 5311 hektar ərazini əhatə edib ki, bundan yalnız 779 hektarı meşə fondu torpaqlarına aiddir". Bunu Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bu gün keçirilən mətbuat konfransında deyib. O bildirib ki, yanğına məruz qalan 891 hektar ərazi bələdiyyə fondlarına aid olan meşə sahələridir, yanan digər sahələr isə başqa təyinatlı ərazilərdir: "Çox təəssüf ki, yaşıllıqlara, meşə sahələrinə, torpağın humus qatına, ümumilikdə təbiətimizə, onun bioloji müxtəlifliyinə çox böyük zərərlər vuran yanğınların böyük əksəriyyəti biçənək sahələrindən başlayıb. Bütün hallarda təbiətimiz zərər görüb, yanğınların söndürülməsinə yüzlərlə insan, texnika cəlb olunub, tonlarla yanacaq, su sərf olunub ki, bu da böyük maliyyə itkisi, dövlətə vurulan ziyan deməkdir".
26-08-2022, 19:22
Milli Meşə Proqramı 8 illik nəzərdə tutulubBMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəliyinin texniki dəstəyi ilə Milli Meşə Proqramı hazırlanıb.
Butov.az xəbər verir ki, sözügedən proqram Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən tərtib olunub. Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib ki, proqram 2022-2030-cu illəri əhatə edir və müvafiq qurumlarla razılaşdırılaraq baxılması üçün aidiyyəti üzrə təqdim olunub.
26-08-2022, 19:13
Bu il yanğınlarda 29 nəfər ölüb
Bu il Azərbaycanda baş verən yanğınlarda 29 nəfər həlak olub. Bu barədə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev bu gün keçirilən mətbuat konfransında məlumat verib. Nazir müavini qeyd edib ki, yanğınlar avqustun 14-dən etibarən daha çox şimal bölgəsində baş verib: "Həmin zonadakı bütün rayonlarda yanğın baş verib. Ümumilikdə, 2022-ci ildə Azərbaycanda 10 900 yanğın hadisəsi olub. Əksəriyyəti meşə və meşə massivi ərazisində qeydə alınıb. Yanğınlar zamanı 2318 biçilmiş taxıl zəmiləri yanıb".
26-08-2022, 19:10
Rusiyanın bir gündə 400 hərbçisi məhv edilib
Ukrayna ordusu son bir gündə Rusiyanın 400 hərbçisini məhv edib. Bununla da Rusiyanın canlı qüvvə itkilərinin sayı 46 250-ə çatıb. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Məlumata görə, indiyədək Rusiyanın 1936 tankı, 4251 zirehli döyüş maşını, 1040 artilleriya sistemi, 272 reaktiv yaylım atəşi sistemi, 148 hava hücumundan müdafiə sistemi, 234 təyyarə, 202 helikopter, 834 PUA, 196 qanadlı raketi sıradan çıxarılıb.Qeyd edək ki, Rusiya və Ukrayna arasında müharibənin 184-cü günüdür.
26-08-2022, 19:06
Meşə yanğınları rekord həddə çatıb - Nazir müavini
2022-ci ildə Avropada baş verən meşə yanğınları son 15 ildə rekord həddə çatıb. Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov bildirib. O qeyd edib ki, yanğınlar nəticəsində 700 min hektar meşə ərazisi yanıb: "Azərbaycanda isə bu il 5100 hektar ərazidə yanğın olub. Bunun 1600 hektarını meşə ərazisi təşkil edir. Yanğınlar qısa zamanda az risklər və təsirlərlə söndürülüb".
26-08-2022, 19:02
Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi - İlham ƏliyevAzərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş. Komandan İlham Əliyev rəsmi tviter səhifəsində Laçınla bağlı paylaşım edib.
Butov.az paylaşımı təqdim edir: “Bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!”.
26-08-2022, 18:12
Yanğınlara qarşı kosmik vasitələrdən istifadə edilir"Yanğınların və digər təbiət hadisələrinin monitorinqində, qarşısının alınmasında, dəyən ziyanın qiymətləndirilməsində kosmik vasitələrdən istifadə edilir". Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov deyib. Nazir müavini yanğınlarla bağlı əhaliyə çağırış edib: "Kosmik avadanlıqlar yanğınların söndürülməsində də əhəmiyyətli rol oynayır. İstənilən halda meşə yanğınları ilə mübarizə aparılmalıdır".
26-08-2022, 18:07
İranda su qıtlığı etirazlara səbəb oldu
İranın qərbində yerləşən Həmədan şəhərində yüzlərlə insan içməli su qıtlığına etiraz olaraq küçələrə çıxıb.
Butov.az xəbər verir ki, ardıcıl ikinci gündür nümayişçilər boş su qabları ilə qubernatorluq binasının qarşısına gəliblər. Məlumata görə, Həmadan şəhərində su xəttinin kəsilməsinə etiraz etmək üçün 200 nəfər qubernatorluq binası qarşısına toplaşıb. Şəhərin bəzi hissələrinin 8 gündür susuz qaldığı bildirilir. Əllərində boş şüşə tutan nümayişçilər hakimiyyət əleyhinə şüarlar səsləndiriblər.
26-08-2022, 18:05
Almaniya bu silahları Ukraynaya verməkdən imtina etdi
Almaniya Ukraynaya Rusiya ərazisini vura bilən silahlar təqdim etməyəcək. Bunu Almaniya kansleri Olaf Şolts deyib. Onun sözlərinə görə, hədəf Ukraynanın ərazi bütövlüyü və suverenliyi olaraq qalır. “Prezident Bayden kifayət qədər dəqiq deyib ki, Rusiya ərazisinə atəş aça bilən silahlar tədarük edilməyəcək. Düşünürəm ki, mənim dəstəklədiyim bu prinsip yerdə qalanlar üçün də eyni olmalıdır. Məhz buna görə biz həmişə başqalarının nə etdiyinə baxırıq”, - Almaniya kansleri vurğulayıb.