Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
28-08-2022, 01:07
DİN hərbçinin öldüyü qəza ilə bağlı məlumat yaydı


DİN hərbçinin öldüyü qəza ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi Azərbaycan Ordusunun hərbi qulluqçusu Ərəblinski Vahid Mahir oğlunun yol qəzasında ölümü ilə bağlı məlumat yayıb. Nazirliyin Mətbuat Xidmətindən bildirilib ki, avqustun 26-da saat 14 radələrində Goranboy rayonunun Buzluq kəndi ərazisində Zaqatala rayon sakini Vahid Ərəblinski idarə etdiyi “Ural” markalı avtomobili dərəyə aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb.
28-08-2022, 01:04
Ukraynadan daha 3 taxıl gəmisi yola düşüb


Ukraynadan daha 3 taxıl gəmisi yola düşüb

Bu gün səhər saatlarında taxıl daşıyan daha üç gəmi Ukrayna limanlarını tərk edib. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter” səhifəsində məlumat paylaşılıb. Xatırladaq ki, iyulun 22-də İstanbulda taxıl və digər kənd təsərrüfatı məhsullarının ixracı üçün Ukrayna limanlarının blokdan çıxarılmasına dair saziş imzalanıb.
28-08-2022, 01:02
Bu kəndlərdə heç vaxt ermənilər yaşamayıb - Hikmət Hacıyev


Bu kəndlərdə heç vaxt ermənilər yaşamayıb - Hikmət Hacıyev

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa Cənubi Qafqazın ən mühüm şəhərlərindən birinə çevrilib. Hazırda Azərbaycan hökuməti tərəfindən bərpa və yenidənqurma layihələri sürətlə həyata keçirilir. Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada keçirilən konfransda deyib. Prezidentin köməkçisi 30 illik işğal dövründə kəndlərin və şəhərlərin xarabalığa çevrildiyini, binaların dağıdıldığını qeyd edib. O, deyib ki, 30 il sonra bölgəyə yenidən həyat qayıdıb. “Ermənilər tərəfindən basdırılmış minalar regionda bərpa işlərinin davam etdirilməsinə maneə yaradır. Azərbaycan dünyanın minalarla ən çox çirkləndirilmiş ölkərindən biridir”, - deyə H.Hacııyev vurğulayıb. Dünən Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycanın nəzarətinə keçdiyini bildirən Hikmət Hacıyev bu kəndlərdə heç zaman ermənilər yaşamayıb: “Azərbaycan daimi sülhün olduğu, firavan region yaratmaq, Ermənistanın da regional əməkdaşlığın bir hissəsi olmasını istəyir. İki ölkə arasında danışıqlar, əsasən, sərhədlərin delimitasiyası, humanitar, nəqliyyat-kommunikasiya və sülh sazişinin hazırlanması istiqamətlərində gedir”.
28-08-2022, 00:59
Daşaltının bərpasına nə vaxt başlanılacaq?


Daşaltının bərpasına nə vaxt başlanılacaq?

Daşaltı kəndində yenidənqurma və bərpa işləri ilə bağlı baş planın hazırlanması son mərhələdədir. Bunu Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Şuşada keçirilən konfransda deyib. Onun sözlərinə görə, baş plan tamamlandıqdan sonra kənddə yenidənqurma işlərinə başlanılacaq. A.Kərimov Daşaltı kəndinin böyük turizm potensialı olduğunu qeyd edib.
28-08-2022, 00:56
İlham Əliyev Paşinyanla bu məsələləri müzakirə edəcək


İlham Əliyev Paşinyanla bu məsələləri müzakirə edəcək

Bu ayın sonunda Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin görüşü baş tutacaq. Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada keçirilən konfransda deyib. Onun sözlərinə görə, Azərbaycan tərəfi ümid edir ki, bu görüşdə Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin mətninin hazırlanması ilə bağlı işçi qrupunun təşkili razılaşdırılacaq. Bundan əvvəl Brüsseldə keçirilən görüşdə sərhədlərin delimitasiya ilə bağlı komissiyanın yaradılması barədə razılıq əldə olunduğunu xatırladan Prezidentin köməkçisi bildirib ki, Azərbaycan və Ermənistanın Baş nazirlərinin müavinləri bu ayın sonunda Moskvada görüşəcəklər. Ölkə rəsmiləri nəqliyyat-kommunikasiya və delimitasiya ilə bağlı məsələləri müzakirə edəcəklər.
28-08-2022, 00:51
Bazar günü 38 dərəcə isti olacaq


Bazar günü 38 dərəcə isti olacaq

Azərbaycanda avqustun 28-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq, cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-24° isti, gündüz 33-36° isti olacaq. Bakıda gecə 20-22° isti, gündüz 33-35° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 30-35 % olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 34-38° isti, dağlarda gecə 10-15° isti, gündüz 22-27° isti olacaq.
28-08-2022, 00:49
Kəlbəcərdə Şəhidlər abidəsi ziyarət edildi


Kəlbəcərdə Şəhidlər abidəsi ziyarət edildi

Parlament Jurnalistləri Birliyinin təşəbbüsü ilə Kəlbəcərin bir qrup yaşlı sakininin doğma yurdlarına səfəri təşkil olunub. Butov.az xəbər verir ki, sakinlər Kəlbəcərdə Şəhidlərin abidəsini ziyarət ediblər. Vətən uğrunda canından keçmiş qəhrəman oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub, abidənin önünə əklil qoyulub, tər güllər düzülüb.


28-08-2022, 00:46
Neftimizin qiyməti 102 dollara çatır


Neftimizin qiyməti 102 dollara çatır

Azərbaycan neftinin qiyməti yenidən ucuzlaşıb. Butov.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,68 ABŞ dolları və ya 0,66 % azalaraq 101,9 ABŞ dolları təşkil edib. Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99) qeydə alınmışdı.
28-08-2022, 00:43
Kəlbəcərin yaşlı sakinləri doğma yurdlarına gedib


Kəlbəcərin yaşlı sakinləri doğma yurdlarına gedib

Parlament Jurnalistləri Birliyinin təşəbbüsü ilə Kəlbəcərin bir qrup yaşlı sakini doğma yurdlarına yola düşüb. Butov.az xəbər verir ki, səfər jurnalistlərin müşayiəti ilə təşkil olunub. Tədbirin əsas məqsədi Kəlbəcərin yaşlı sakinlərinin fikirlərini gələcək nəsillərə çatdırmaq, eyni zamanda, erməni vandalizmini onların dilindən öyrənməkdir. Səfər zamanı sakinlər Kəlbəcər rayonunda şəhidlərimizin abidəsini ziyarəti edəcək. Daha sonra İsti suya gedəcək. Eyni zamanda rayonun Qılınclı, Nadirxanlı, Sarıdaş, Cəmilli, Dəmirçidam kəndlərində dağıdılmış qəbiristanlıqlar, təhsil müəssisələri, tarixi abidələri ilə tanış olacaqlar. Həmçinin Söydlü yaylağında fermerlərlə görüşəcəklər.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!