Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
29-08-2022, 19:30
Qəzada ölən hərbçiyə şəhid statusu veriləcək


Qəzada ölən hərbçiyə şəhid statusu veriləcək

Azərbaycan Ordusunun Goranboy rayonunda yol qəzasında həlak olan hərbi qulluqçusu Ərəblinski Vahid Maarif oğluna şəhid statusu veriləcək. Butov.az xəbər verir ki, qanunvericiliyə əsasən, V.Ərəblinski şəhid statusu alacaq. Qeyd edək ki, avqustun 26-sı saat 14 radələrində Goranboy rayonunun Buzluq kəndi ərazisində Zaqatala rayon sakini Vahid Ərəblinski idarə etdiyi “Ural” markalı avtomobili dərəyə aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb. O, Zaqatala rayonu Aşağı Tala kəndində dəfn edilib. Faktla bağlı Gəncə Hərbi Prokurorluğunda araşdırma aparılır.
29-08-2022, 19:28
XİN-in mətbuat katibi vəzifəsi ona həvalə olundu


XİN-in mətbuat katibi vəzifəsi ona həvalə olundu

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsində yeni təyinat olub. Butov.az-ın əldə etdiyi məlumata görə, XİN-in mətbuat katibi vəzifəsi Ayxan Hacızadəyə həvalə edilib. XİN-in yeni sözçüsü bundan öncə Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin müşaviri vəzifəsində çalışıb. Qeyd edək ki, 2018-ci ildən XİN-nin mətbuat katibi olan Leyla Abdullayeva diplomatik fəaliyyətini Fransada davam etdirəcək.





29-08-2022, 19:23
Şəhid və qazi ailələri ilə görüş keçirilib


Şəhid və qazi ailələri ilə görüş keçirilib

Kəlbəcər rayon İcra Hakimiyyətinin və​ YAP Kəlbəcər rayon təşkilatının birgə təşkilatçılığı ilə, yeni dərs ilinin başlanması ərəfəsində Vətən müharibəsi​ şəhidlərinin və qazilərinin övladlarına zəruri məktəbli ləvazimatları təqdim edilib. Tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyəti başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin rəisi Polkovnik-leytenant Nazim Çələbiyev, rayon ictimaiyyətinin nümayəndələri, şəhid, qazi ailələri və övladları iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra çıxış edən Kəlbəcər rayon İcra Hakimiyyəti başçısı Azər Qocayev şəhidlərimizin şərəfli döyüş yolundan söz açıb, onların qəhrəmanlığından bəhs edib.Eyni zamanda qazilərimizin 44 günlük Vətən müharibəsinə göstərdiyi, fədakarlıqdan, rəşadətdən söz açaraq bildirdi ki, onlar öz şəhid qardaşlarının və öz qanlarının​ qisasını düşməndən layiqincə alıblar. RİH başçısı onuda qeyd edib​ ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev bütün təsirlərə qarşı qətiyyət və sarsılmaz iradə nümayiş etdirərək, xalqını bir amal uğrunda birləşdirmiş, rəşadətli əsgər və zabitlərimizin misilsiz qəhrəmanlığı, şücaəti hesabına düşmənin başına sarsılmaz dəmir yumruq endirilmiş və tarixi zəfər qazanılıb. Eyni zamanda bildirilib ki, qəhrəman oğullarımız əsl fədakarlıq və qəhrəmanlıq göstərərək öz həyatları bahasına torpaqlarımızı düşməndən təmizləyib, Azərbaycan xalqına qələbə sevinci bəxş etdiribdir. Məhz bunun nəticəsidir ki, Respublikamızın hər yerində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətli Azərbaycan bayrağı dalğalanır.Necə ki, Azərbaycan var, üç rəngli şanlı bayrağımız səmalarda dalğalanır , şəhidlərimizdə hər zaman var olacaqdır və daima xatırlanacaqdır.Bu gün dövlətimizin başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəhidlərimizin əziz xatirəsini daima uca tutaraq, şəhid ailələrinə və qazilərimizə xüsusi diqqət və qayğı göstərir. YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 44 günlük Vətən müharibəsində qazandığı zəfərlə hərb tarixinin yeni və şanlı salnaməsini yazdığını bildirdi. O, rəşadətli Ordumuzun şücaəti, Vətən torpaqları uğrunda apardığı ölüm-dirim savaşı sayəsində ərazi bütövlüyümüz bərpa olunduğunu, haqq, ədalətin yerini tapdığını vurğulayıb. Vətən üçün öz sağlamlıqlarını itirən qazilərimizə minnətdarlığını bildirib. Ulu Tanrıdan şəhidlərimizə rəhmət diləyib, qazilərimizə isə tezliklə sağlamlıqlarına qovuşmalarını arzulayıb.Eyni zamanda vurğulayıb ki şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı dövlət siyasətinin prioritet məsələlərindən biridir. Yekunda Şəhid ailələri və qazilərin​ məktəbli övladlarına, məktəbli çantası və zəruri dərs ləvazimatları hədiyyə olunub, yeni tədris ilində onlara dərslərində uğurlar arzulanılıb.






29-08-2022, 19:17
Laçından sonra hədəf bu şəhərdi – Ali Baş Komandanın əmri gözlənilir


Laçından sonra hədəf bu şəhərdi – Ali Baş Komandanın əmri gözlənilir

“Laçın şəhər mərkəzinin, Zabux və Sus kəndlərinin tamamilə ermənilərdən təmizlənməsi və ordumuzun nəzarətinə keçməsi ilə işimiz hələ tam bitməyib. Bu böyük hadisədən sonra hədəf Xankəndi, Xocalı, Xocavənddir”. Bunu açıqlamasında Milli Məclisin Xocalıdan seçilən deputatı Elman Məmmədov bildirib. Onun sözlərinə görə, Laçının tam azad olunmasından sonra Azərbaycan yeni hədəflərinə doğru irəliləyəcək: "Məqsədə çatmaq üçün cənab Prezidentin, müzəffər Ali Baş Komandanın növbəti tapşırıq və göstərişləri xalqımız və ordumuz tərəfindən səbirsizliklə gözlənilir". E.Məmmədov hesab edir ki, Azərbaycan bayrağı Laçınla yanaşı, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan digər ərazilərdə də dalğalanacaq. Sadəcə olaraq zamana ehtiyac var. “Azərbaycan ərazisində sonuncu separatçı, cinayatkar zərirsizləşdirilənə qədər biz əməliyyatları davam etdirəcəyik. Ərazimiz bu yaramaz, arzuolunmaz ünsürlərdən təmizlənəcək. Azərbaycan suveren, müstəqil dövlət kimi öz ərazilərini tamamilə separatçılardan təmizləyəcək. Hələlik müəyyən səbəblərdən 30 il ərzində öz ərazimizdə kök salmış separatçılar, cinayətkarlar mövcuddur. Adını çəkdiyimiz əraziləri erməni terrorçularından təmizləyəcəyik. Buna əmin ola bilərsiniz. Orada bir terrorçu da qalmayacaq. Həmin ərazilər yenidən Azərbaycanın tam nəzarətində olacaq. Sadəcə bu məqsədə çatmaq üçün müəyyən qədər zamana ehtiyacımız var. Cənab Prezident nəyi, nə zaman və necə edəcəyini yaxşı bilir. Biz 44 günlük Vətən müharibəsini qələbə ilə başa vurandan sonra bütün bu sözlər, deyilən fikirlər dəfələrlə öz təsdiqini tapıb. Bir sözlə, yaxın gələcəkdə Ali Baş Komandanımızın rəhbərliyi ilə digər hədəflərimizə də çatacağıq. Bizi qarşıda yeni qələbələr gözləyir”, - deyə parlament üzvü vurğulayıb. Xatırladaq ki, avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Laçın şəhəri, eləcə də Zabux və Sus yaşayış məntəqələri Azərbaycan Ordusunun bölmələri tərəfindən tam nəzarətə götürülüb. Laçının tamamilə azad olunmasından sonra Qarabağ separatçıları təşvişə düşüblər. Onlar Azərbaycan Ordusunun tezliklə Xankəndi, Xocalı və digər ərazilərdə də nəzarəti ələ alacağı günü qorxu ilə gözləyirlər.

29-08-2022, 19:14
Laçın minalardan təmizlənir


Laçın minalardan təmizlənir

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən Laçın şəhəri, Zabux və Sus kəndlərində mühəndis təminatı üzrə tapşırıqlar icra edilir. Müdafiə Nazirliyindən verilən məlumata görə, həmin ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi işləri yüksək peşəkarlıqla yerinə yetirilir. Yaşayış məntəqələrində əsas səylər təhlükəsizlik qaydalarına ciddi riayət etməklə, kombinə edilərək kustar üsulla hazırlanan partlayıcıların və tələ minaların aşkar olunaraq zərərsizləşdirilməsinə yönəldilir.

29-08-2022, 19:12
İranla sərhəddə növbəti insident


İranla sərhəddə növbəti insident

Avqust ayının 27-də saat 00:05-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində hərəkət edən 2 (iki) nəfər naməlum şəxs müşahidə edilib. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, sərhəd naryadı tərəfindən “Dayan” komandasının verilməsinə və havaya xəbərdarlıq atəşinin açılmasına baxmayaraq, sərhəd pozucuları sərhəd naryadının qanuni tələblərinə tabe olmayaraq hava şəraitinin qaranlıq olması və relyefin mürəkkəbliyindən istifadə edərək geriyə İran ərazisinə qaçıblar. Ərazidə aparılmış axtarış tədbirləri nəticəsində 1 ədəd bağlamanın içərisində ümumi çəkisi 10 kq 635 qram narkotik vasitəyə (marixuana) bənzər maddə aşkar olunaraq götürülüb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!