Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
2-09-2022, 22:14
Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi


Ukrayna və Rusiya arasında
növbəti əsir mübadiləsi


Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi baş tutub. Bu barədə Hərbi əsirlər üzrə Koordinasiya Qərargahı məlumat yayıb. Məlumata görə, 14 ukraynalı hərbçi ölkəyə qaytarılıb. Rusiya tərəfi hələlik məlumatı şərh etməyib. Məlumata görə, azad edilən əsirlər arasında zabit və hərbi həkim də var.
2-09-2022, 22:11
İdmançımız dünya çempionu oldu


İdmançımız dünya çempionu oldu

Rumıniyanın Konstantsa şəhərində keçirilən U-20-lər arasında çimərlik güləşi üzrə dünya çempionatında Azərbaycan idmançısı qızıl medal qazanıb. Butov.az xəbər verir ki, Fərid Cabbarov (90 kq) dünya çempionu olub. Zəfər Əliyev (+90 kq) finalda uduzaraq gümüş medalla kifayətlənib, Rübail İbrahimli (70 kq) bürünc mükafat qazanıb. Yalnız Fərid Yusifov (80 kq) medalsız qalıb. Bu nəticə ilə Azərbaycan meydan sahibi Rumıniyadan (95 xal) sonra ikinci olub. Azərbaycan millisi 68 xal qazanıb. Qeyd edək ki, daha əvvəl Hüseyn Sevdimov (50 kq), Ziya Göyüşov (60 kq), Vüsal Əliyev (70 kq) və Anar Cəfərlidən (80 kq) ibarət Azərbaycanın çimərlik güləşi üzrə U-17 millisi eyni məkanda həm fərdi yarışda, həm də komanda hesabında dünya çempionu olub.
2-09-2022, 22:07
Azərbaycanda bir ayda 550 hektar meşə yanıb


Azərbaycanda bir ayda 550 hektar meşə yanıb

“2022-ci il ərzində meşə fondu ərazilərində 56 yanğın hadisəsi qeydə alınıb. Bu yanğınlar 631 hektar ərazini əhatə edib”. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən cavab olaraq bildirilib. Nazirlik yanında Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov açıqlamasında deyib ki, bütün yanğın ocaqları söndürülüb: “Hazırda müəyyən ərazilərdə, xüsusilə Zaqatala rayonu ərazisindəki aktiv yanğından sonra ərazinin soyutması işləri aparılır. Bu il avqust ayında yanğınlar daha geniş əraziləri əhatə edib. Bu günə qədər olan yanğınların 550 hektarı bilavasitə avqust ayında qeydə alınıb. Xüsusilə, Quba, Xaçmaz, Siyəzən, Şabran rayonlarında daha çox meşə yanğını hadisəsinin baş verdiyini deyə bilərik. Görülən işlər nəticəsində yanğınlar söndürülüb”. Xalıqverdi Hüseynov onu da qeyd edib ki, yanğın baş vermiş ərazilərdə ziyanın qiymətləndirilməsi işləri hazırda davam etdirilir: “Monitorinqlərin nəticəsində məhv olmuş ərazilərin ümumi qeydiyyatı dəqiqləşdiriləcək. Bundan sonra payız mövsümi ilə əlaqədar ərazilərin bərpası işlərinə başlanacaq. Bununla yanaşı yanğın nəticəsində meşə fonduna dəymiş ziyanın dəqiqləşdirilməsi işləri davam etdirilir”.
2-09-2022, 22:04
BMT-nin helikopteri qəzaya uğradı - Yaralılar var


BMT-nin helikopteri qəzaya uğradı - Yaralılar var

Konqo Demokratik Respublikasında BMT-yə məxsus helikopter qəzaya uğrayıb. Bu barədə "Reuters" məlumat yayıb. BMT-nin Ümumdünya Ərzaq Proqramına məxsus helikopter Şimali Kivu əyaləti üzərində uçarkən yerə düşüb. Qəza nəticəsində 3 nəfər yaralanıb. Qəzanın səbəbi barədə məlumat verilməyib.
2-09-2022, 21:57
Deputatlar AŞPA-nın iclaslarına qatılacaq


Deputatlar AŞPA-nın iclaslarına qatılacaq

Milli Məclisin deputatları Kamal Cəfərov və Erkin Qədirli AŞPA-nın Hüquqi məsələlər və insan hüquqları komitəsinin sentyabrın 5-də və 6-da keçiriləcək iclaslarında iştirak etmək üçün İsveçrənin Bern şəhərinə səfər edəcəklər. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, komitənin gündəliyinə COVİD-19 pandemiyası ilə bağlı məhdudiyyətlərin vətəndaş cəmiyyətinin fəaliyyətinə təsiri, peyvəndlə bağlı diskriminasiyanın qarşısının alınması, insan hüquqları və qanunun üstünlüyünə təhdidlər və digər məsələlər daxil edilib. İclasda həmçinin komitənin əvvəlki iclasının protokolu təsdiqlənəcək, növbəti iclasın yeri və vaxtı müəyyən ediləcək.
2-09-2022, 21:46
Prezident Ermənistanla sülhə nail olmaq planlarından danışdı


Prezident Ermənistanla sülhə nail
olmaq planlarından danışdı


“Yeni müstəqil bir ölkə kimi, özümüzü xarici amillərdən müdafiə etmək bizim üçün əsas məsələ olacaq. Çünki bizim ölkələrimiz daxilən artıq inteqrasiya edib”. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyada keçirilən 48-ci beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı zamanı deyib. Prezident İlham Əliyev bildirib ki, bizim daxildə ölkəmizi hansı yöndə inkişaf etdirmək üçün birliyimiz var: “Buna görə də yeni qlobal düzənin bizim regiona təsirləri, böyük region ölkələrinin mövqelərinin necə olacağı, Ermənistanla sülhə nail olmaq planlarımızda nələr əldə edəcəyimiz, övladlarımız və yeni nəsillərin gələcəyinin necə olacağı bizim üçün maraqlıdır. Odur ki, biz vəziyyətə nəzarət edirik. Təbii ki, addımlarımızı öz strategiyamıza uyğun atacağıq. Eyni zamanda, biz dünyanın dəyişməsi faktına əhəmiyyət verməyə bilmərik. Həmçinin beynəlxalq hüquq normalarının tamamilə pozulduğunu görürük. Bu beynəlxalq hüquq normaları elə bizim öz məsələmizdə də pozulmuşdur. Biz torpaqlarımız işğal altında olarkən beynəlxalq ictimaiyyətə fəal şəkildə müraciət etmişdik. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələri 27 il ərzində yerinə yetirilməmişdi. Biz indi bir çox digər bölgələrdə beynəlxalq hüququn pozulmasını görürük. Biz görürük, bəzi ölkələr düşünür ki, onlar buna məhəl qoymaya bilərlər və buna əhəmiyyət vermirlər. Beləliklə də bu, tamamilə yeni situasiyadır. Dünyanın yeni düzəni necə olacaq? Beynəlxalq institutlar, Birləşmiş Millətlər Təşkilatı necə olacaq? O, yenidən qurulacaq, ya başqa bir təşkilat ortaya çıxacaq? Bunların hamısı dünyada yeni fikirləri təşviq etmə gücünə malik olanların məsuliyyətindədir”.
2-09-2022, 21:42
3 radioya lisenziya veriləcək


3 radioya lisenziya veriləcək

Ümumölkə yerüstü radio yayımçısı lisenziyasının alınması üçün 3 radio müsabiqəyə buraxılıb. Bu barədə Audiovizual Şuradan məlumat verilib. Bildirilib ki, Bakı Teleqüllə Kompleksindən – 90.7 MHs, İsmayıllı rayonu ərazisindəki "İvanovka" RTYS-dan - 104.5 MHs, Lənkəran rayonu ərazisindəki "Lənkəran" RTYS-dan - 89.6 MHs, Şuşa rayonu ərazisindəki "Şuşa" RTYS-dan - 98.0 MHs, Zaqatala rayonu ərazisindəki "Danaçı" RTYS-dan - 90.9 MHs tezliklərindən istifadə edilməsi üçün 13 iyul 2022-ci il tarixdən elan edilmiş müsabiqəyə sənəd təqdim etmiş "Baku FM" MMC (radio kanalın adı: "Baku Hit FM"), "Retro FM" MMC (radio kanalın adı: "Baku Retro FM") və "NHR" MMC (radio kanalın adı: "Yurd FM") müsabiqəyə buraxılıb. Müsabiqəyə buraxılmış iddiaçıların sənədlərinin və zəruri halda yerində yayım imkanlarının araşdırılması üçün Şura üzvlərindən və Şura aparatının mütəxəssislərindən ibarət müsabiqə komissiyası yaradılacaq. Komissiya müsabiqəyə sənəd təqdim etmiş iddiaçıların yayım konsepsiyaları, kadr və yaradıcılıq, habelə maliyyə-iqtisadi potensialı barədə yekun rəy hazırlayıb 15 gün ərzində Şura üzvlərinə təqdim etməlidir.
2-09-2022, 21:38
Cəlal Arutyunyana qarşı ittiham irəli sürüldü


Cəlal Arutyunyana qarşı ittiham irəli sürüldü

Ermənistanın İstintaq Komitəsi Qarabağdakı qondarma rejimin sabiq “müdafiə naziri” Cəlal Arutyunyana qarşı ittiham irəli sürüb. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilib ki, qondarma qurumun rəhbərinin “müşaviri” olan C.Arutyunyanın səlahiyyətləri dayandırılıb. O, vəzifə öhdəliklərinə səhlənkar yanaşmaqda ittiham olunur. Cəlal Arutyunyan 44 günlük müharibə zamanı 2020-ci il oktybarın 27-də ağır yaralanmışdı. Qeyd edək ki, ötən gün qondarma rejimin keçmiş "müdafiə naziri" Mikael Arzumayan isə ikinci Qarabağ müharibəsi dövründə vəzifə öhdəliklərinə səhlənkarlıqla yanaşmaq ittihamı ilə həbs olunub.
2-09-2022, 21:35
Fevraldan əvvəlki vəziyyət heç vaxt olmayacaq - Prezident


Fevraldan əvvəlki vəziyyət heç vaxt olmayacaq - Prezident

Dünya fevraldan əvvəl olduğu vəziyyətdə heç vaxt olmayacaq. Bunu Prezident İlham Əliyev İtaliyada keçirilən 48-ci beynəlxalq Çernobbio Forumunda sualları cavablandırarkən deyib. "Dünya dəyişib və bu dəyişikliklərin hansı axımla gedəcəyi bu amillərdən asılıdır - Ukraynada müharibə nə qədər müddət davam edəcək, bu savaşın sonu necə bitəcək, dünyadakı və təbii ki, regiondakı güclərin balansı hansı şəkildə olacaq? Yeni müstəqil bir ölkə kimi, özümüzü xarici amillərdən müdafiə etmək bizim üçün əsas məsələ olacaq. Çünki bizim ölkələrimiz daxilən artıq inteqrasiya edib. Bizim daxildə ölkəmizi hansı yöndə inkişaf etdirmək üçün birliyimiz var. Buna görə də yeni qlobal düzənin bizim regiona təsirləri, böyük region ölkələrinin mövqelərinin necə olacağı, Ermənistanla sülhə nail olmaq planlarımızda nələr əldə edəcəyimiz, övladlarımız və yeni nəsillərin gələcəyinin necə olacağı bizim üçün maraqlıdır. Odur ki, biz vəziyyətə nəzarət edirik. Təbii ki, addımlarımızı öz strategiyamıza uyğun atacağıq. Eyni zamanda, biz dünyanın dəyişməsi faktına əhəmiyyət verməyə bilmərik. Həmçinin beynəlxalq hüquq normalarının tamamilə pozulduğunu görürük. Bu beynəlxalq hüquq normaları elə bizim öz məsələmizdə də pozulmuşdur. Biz torpaqlarımız işğal altında olarkən beynəlxalq ictimaiyyətə fəal şəkildə müraciət etmişdik. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələri 27 il ərzində yerinə yetirilməmişdi. Biz indi bir çox digər bölgələrdə beynəlxalq hüququn pozulmasını görürük. Biz görürük, bəzi ölkələr düşünür ki, onlar buna məhəl qoymaya bilərlər və buna əhəmiyyət vermirlər. Beləliklə də bu, tamamilə yeni situasiyadır. Dünyanın yeni düzəni necə olacaq? Beynəlxalq institutlar, Birləşmiş Millətlər Təşkilatı necə olacaq? O, yenidən qurulacaq, ya başqa bir təşkilat ortaya çıxacaq? Bunların hamısı dünyada yeni fikirləri təşviq etmə gücünə malik olanların məsuliyyətindədir", - dövlət başçısı çıxışında vurğulayıb.
2-09-2022, 21:26
Əvvəl ərazi bütövlüyü, sonra sülh – Yoxsa Brüssel də fayda verməyəcək

Əvvəl ərazi bütövlüyü, sonra sülh – Yoxsa Brüssel də fayda verməyəcək


"Azərbaycan və Ermənistan arasında sülh sazişinin hansısa şəkildə real nəticələrini gözləmək hələ tezdir". Bunu sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Brüssel görüşündən danışarkən deyib. Eks-nazir bildirib ki, sülh sazişi ilə əlaqədar hələ bir neçə ay öncə ilkin cəhd edilib. Azərbaycan tərəfi sülh sazişinin hazırlanması üçün prinsiplər irəli sürüb, ancaq ermənilər buna "yox" cavabı veriblər. T. Zülfüqarovun fikrincə, ümumiyyətlə post-konflikt dönəmində hansısa məsələdə razılığa gəlmək üçün tərəflər bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımalıdır. Sabiq XİN başçısı vurğulayıb ki, hazırki şəraitdə sülhün əldə olunması üçün ilk addım ərazi bütövlüyünün tanınmasıdır. Ancaq ermənilər Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımağa hazır deyillər. Onlar hələ də düşünürlər ki, bölgə ilə bağlı danışıqlar aparılıb, status qəbul edilməlidir, məhz bundan sonra Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanımaq olar. “Xatırlatmaq istərdim ki, onlar hələ 30 il bundan öncə Azərbaycana qarşı ərazi iddiaları irəli sürüb, hərbi təcavüz həyata keçiriblər. Bu gün də onlar öz əməllərinə son qoymayacaqlarsa, sülh sazişi barədə razılığa gəlmək mümkün olmayacaq. Çünki Azərbaycan ermənilərin belə mövqeyi ilə heç vaxt razılaşmayacaq. Onlar dildə deyirlər ki, ərazi bütövlüyünü tanıyırlar, ancaq bu məsələdə sanki bizi lağa qoyurlar. Deyirlər ki, biz sizin ərazinizi 1990-cı ildə tanıdıq. Bu necə tanımaqdır ki, sən mənim ərazilərimi işğal edib, 20 faiz torpağımı dağıtmısan, etnik təmizləmə etmisən. Ondan sonra deyirsən ki, mən sənin ərazi bütövlüyünü çoxdan tanımışam. Bu baxımdan qarşı tərəfin mövqeyi ciddi görsənmir. Azərbaycan məhz buna görə, Ermənistandan rəsmən tələb edir ki, ərazi bütövlüyümüzü tanısın. Əgər bu olmayacaqsa, mən yenə deyirəm ki, istər Brüssel, istər Moskva görüşü olsun, sülh danışıqlarında müsbət nəticə gözlənə bilməz”,- deyə sabiq nazir vurğulayıb. Qeyd edək ki, avqustun 31-də Brüsseldə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin dəvəti ilə Azərbaycan və Ermənistan liderləri arasında görüş keçirilib. 4 saata yaxın davam edən görüşdə sülh müqaviləsinə hazırlıq məsələləri müzakirə olunub.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!