2-09-2022, 21:12
Qurban Qurbanov məşhur klubun təklifindən imtina etdi
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov daha bir xarici klubdan aldığı təklifdən imtina edib. Bunu rusiyalı jurnalist İvan Karpov açıqlayıb. 50 yaşlı mütəxəssisin xidmətində “Ximki” maraqlı olub. Klub rəhbərliyi Nikolay Pisarevin istefasından sonra məhz Qurbanovla danışıqlar aparıb. Lakin mütəxəssis bu təklifi qəbul etməyib. Qurbanov fəaliyyətini “Qarabağ”da davam etdirməyə üstünlük verib. Nəticədə vaxtilə “Alaniya”ya rəhbərlik edən Spartak Qoqniyev “Ximki”nin baş məşqçisi postuna gətirilib. Bu, Qurbanovun xarici təklifdən ilk imtinası deyil. Bir müddət əvvəl Türkiyə “Hatayspor”u da mütəxəssisi sükanı arxasında görmək istəsə də, baş məşqçi təklifi qəbul etməmişdi. Qeyd edək ki, Premyer Liqanın 7 turundan sonra 7 xala malik “Ximki” 11-ci sırada qərarlaşıb.
2-09-2022, 21:08
Ağacları kəsən şəxs cəzalandırıldı
Xətai rayonu, Cavanşir küçəsi 27 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.
Butov.az xəbər verir ki, xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, sözügedən ünvana keçirilən baxış zamanı ərazinin taxta lövhələrlə hasara alındığı və meyvə ağaclarının qanunsuz kəsildiyi müəyyən edilib: “Araşdırma zamanı ağacların vətəndaş Abbas Nəcəfov tərəfindən kəsildiyi məlum olub. Faktla bağlı təqsirkar şəxs barəsində qanunamüvafiq tədbir görülüb”. V. Cavadov onu da qeyd edib ki, ərazinin əvvəlki vəziyyətə gətirilməsi və kəsilən ağacların əvəzinə yeni ağacların əkilməsi üçün Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə göstəriş verilib: “Birliyin işçiləri tərəfindən yaşıllıq sahədəki hasar sökülüb və əraziyə yeni ağaclar əkilib. Yaşıllıqlara qayğı ilə yanaşan, onların mühafizəsinə həssas münasibət göstərərək Nazirliyə məlumat verən ictimaiyyət və media nümayəndələrinə təşəkkür edirik”.
2-09-2022, 21:04
Bakıda mənzildən meyit tapıldıBakıda bir nəfərin meyiti tapılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin meyitini aidiyyəti üzrə təhvil veriblər.
2-09-2022, 21:02
Xəzərin sahili təmizlənəcək - Yeni layihələr hazırlanır"Xəzərsahili ərazilərdə yerləşən yaşayış məntəqələrindən dənizə axıdılan tullantı sularının təmizlənməsi və kənarlaşdırılması üçün yeni layihələr hazırlanır". Bu barədə “Azərsu” ASC-nin Planlaşdırma və Layihələndirmə Departamentinin rəisi Bahadur Kəngərli Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi feysbuk səhifəsində canlı yayımlanan "Ekspert saatı"nda deyib. O qeyd edib ki, layihələr “Azərsu”nun sifarişi ilə hazırlanır: "Təmizləmə layihələri Bakı və Abşeronun ətrafı ilə yanaşı, gələcəkdə bölgələrdə də həyata keçiriləcək. Artıq 24 qurğu istifadəyə hazır vəziyyətdədir, 4-ü isə yaxın günlərdə istifadəyə veriləcək".
2-09-2022, 20:59
Vaksinasiya ilə bağlı son vəziyyətAzərbaycanda son gündə koronavirus əleyhinə 1206 vaksin vurulub. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 266, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 174, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 658, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 108 nəfərdir. Qeyd edək ki, ölkədə indiyədək vurulan vaksinlərin ümumi sayı 13 862 892 təşkil edir.
2-09-2022, 20:56
Yoluxanların bugünkü sayı - Daha 8 nəfər öldüAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına 437 yeni yoluxma faktı qeydə alınıb, 554 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 8 nəfəri vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 814 435 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 801 276 nəfər müalicə olunaraq sağalıb, 9813 nəfər vəfat edib, aktiv xəstə sayı 3346 nəfərdir. Son sutka ərzində 3191, hazırkı dövrədək isə 7 162 508 test aparılıb.
2-09-2022, 18:48
Prezident ərəbistanlı nazirlə görüşdüAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də İtaliyanın Çernobbio şəhərində Səudiyyə Ərəbistanının investisiya naziri, Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında Hökumətlərarası Müştərək Komissiyanın həmsədri Xalid bin Əbdüləziz Əl-Falih ilə görüşüb.
Butov.az xəbər verir ki, Xalid bin Əbdüləziz Əl-Falih Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun salamlarını və ərazilərimizin işğaldan azad edilməsi münasibətilə təbriklərini Prezident İlham Əliyevə çatdırıb. Dövlət başçısı salamlara və təbriklərə görə minnətdarlığını bildirib, onun da salamlarını Səudiyyə Ərəbistanının Kralına çatdırmağı xahiş edib. Nazir işğaldan azad edilən ərazilərimizdə hazırda bərpa-yenidənqurma işlərinin sürətlə həyata keçirilməsindən məmnunluğunu bildirib. Söhbət zamanı iqtisadi əlaqələrin inkişaf etdirilməsi, o cümlədən Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin bərpaolunan enerji sahəsində ölkəmizdə həyata keçirdiyi layihə, həmçinin enerji, xüsusilə neft-qaz sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb. Bu ilin sonuna qədər Səudiyyə Ərəbistanının bir sıra şirkətlərinin və iş adamlarının işğaldan azad edilmiş ərazilərə səfəri barədə ilkin razılıq əldə olunub.
2-09-2022, 18:44
Hulusi Akar “F-16” ilə uçuş etdiTürkiyənin milli müdafiə naziri Hulusi Akar Egey dənizinin şimalında “F-16” ilə özəl uçuş edib.
Butov.az xəbər verir ki, məlumatı “Hurriyet” yayıb. Qeyd edək ki, Türkiyə ilə Yunanıstan arasında Egeylə bağlı vəziyyət yenə gərginləşib. Hulusi Akar sentyabrın 2-də “Uçuş təhsili ilinin açılış mərasimi"ndəki çıxışında Yunanıstanın davranışını tənqid edib: ”Yunanıstanın özündənrazı, utanmaz davranışına hər zaman, hər yerdə cavab vermişik və bundan sonra da verəcəyik”. Türkiyə təyyarələrinin S-300 hava hücumundan müdafiə sistemi ilə sıxışdırıldığına toxunan nazir NATO və üçüncü ölkələrin obyektiv olmasını gözlədiklərini bildirib.
2-09-2022, 18:41
Azərbaycan İtaliyaya 10 milyard kubmetrə yaxın qaz verəcəkCənub Qaz Dəhlizinin əsas və son mərhələsi olan TAP layihəsinin istifadəyə verilməsindən bu günədək, yəni, il yarım keçdikdən sonra Azərbaycan Türkiyə və Gürcüstanla yanaşı, üç Avropa ölkəsinin təbii qaz ixracatçısına çevrilib. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyada keçirilən 48-ci beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı zamanı deyib. Dövlətimizin başçısı bildirib ki, ötən müddət ərzində Avropaya 13,5 milyard kubmetr qaz ixrac olunub, bunun da 11,7 milyard kubmetri İtaliyanın payına düşür. “Bu il biz qazın həcmini daha da artırmağı və İtaliya bazarına 10 milyard kubmetrə yaxın qaz ixrac etməyi planlaşdırırıq”, - deyə Azərbaycan Prezidenti qeyd edib.
2-09-2022, 13:50
Avropada qazın qiyməti ucuzlaşdıBu gün Avropada qazın qiyməti ucuzlaşaraq, 2300 dollardan aşağı düşüb. Bu barədə Londonun “ICE” birjası məlumat yayıb. Məlumata əsasən, Niderlandda TTF qovşağında oktyabr fyuçerslərinin dəyəri 1000 kubmetr üçün 2279 dollara düşüb.