İsmayıllıda torpaq qatı uçdu - Evlər təhlükə altındadır - ViDEO .....                        Gürcüstanın XİN Lui Bonoyla görüşdü .....                        Avropa İttifaqı İrana qarşı sanksiyaları genişləndirəcək .....                        ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazilərinə səfər etdi - FOTO .....                        Hərbi helikopter qəzaya uğradı - 5 öldü, 3 yaralı .....                        Torpaq sürüşməsi nəticəsində avtomagistral bağlandı .....                        ABŞ müşaviri Gürcüstanda səfərdədir .....                        Türkiyədə baş vermiş zəlzələ digər vilayətlərdə də hiss olundu .....                        Respublika Pediatriya Mərkəzi yaradıldı .....                       
10-10-2022, 15:22
Rusiya qisas əməliyyatına başlayıb


Rusiya qisas əməliyyatına başlayıb

Rusiya ordusu Zaporejye şəhərinə hücum edib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciətində Rusiya qoşunlarının hücumundan danışıb."Rusiya ordusunun hücumu nəticəsində 12 nəfər həyatını itirib, 6-sı uşaq olmaqla 49 nəfər isə yaralanıb", - deyə Zelenski bildirib. Qeyd edək ki, hücum Krım körpüsünün partladılmasının qisası kimi qiymətləndirilir. Ukraynanın cənubundakı Rusiya qüvvələrinin əsas təchizat marşrutu olan Kerç boğazı üzərindəki körpüdə baş verən partlayış nəticəsində 5 nəfər həlak olub. Ukrayna partlayışa görə məsuliyyəti öz üzərinə götürməsə də, Ukrayna rəsmiləri müsbət bəyanatlar yayıblar. 19 kilometr uzunluğunda olan körpü həm də Rusiyanın Qara dəniz donanmasının yerləşdiyi Sevastopol limanı üçün əsas təchizat xətti hesab olunur.
10-10-2022, 15:20
Kiyevdə güclü partlayışlar olub


Kiyevdə güclü partlayışlar olub

Kiyevə atılan raketlərdən biri Vladimirskaya küçəsinə düşüb. Bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko bildirib. Ukrayna Təhlükəsizlik Xidmətinin ofisi həmin küçədədir. Bundan əlavə, Prezident Volodimir Zelenskinin ofisi də raket düşən ərazinin yaxınlığında yerləşir.
10-10-2022, 15:18
Ruslar Nikolayevi raketlə vurdu


Ruslar Nikolayevi raketlə vurdu

Rusiya ordusu gecə saatlarında Ukraynanın Nikolayev vilayətinə 10 raket zərbəsi endirib. Bu barədə vilayətin hərbi administrasiyasının rəhbəri Vitaliy Kim bildirib. Onun sözlərinə görə, Rusiya tərəfi zərbələri “S-300” sistemləri vasitəsilə həyata keçirib. İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.
10-10-2022, 15:17
Ruhəngiz Qasımova Honq-Konqda vəfat edib


Ruhəngiz Qasımova Honq-Konqda vəfat edib

Əməkdar incəsənət xadimi, bəstəkar Ruhəngiz Qasımova Honq-Konqda olarkən vəfat edib. Bu barədə aparıcı Hacı Nuran Hüseynov "Instagram"da bildirib. Qeyd edək ki, bəstəkar Ruhəngiz Qasımova 1940-cı il iyulun 12-də Bakıda anadan olub. Uzun müddət Azərbaycan Dövlət Televiziyasında və radiosunda səs rejissoru, bəstəkar kimi çalışıb. O 82 yaşında vəfat edib.
10-10-2022, 15:14
Ruslara məxsus qırıcı qəzaya uğradı


Ruslara məxsus qırıcı qəzaya uğradı

Rusiyaya məxsus hərbi təyyarə Ukrayna sərhədi yaxınlığında qəzaya uğrayıb. Bu barədə Rusiya mətbuatı məlumat yayıb. Bildirilir ki, Su-24 zərbə təyyarəsi bazar günü səhər Rostov vilayətində sınaq uçuşu zamanı qəzaya uğrayıb. Hər iki pilot katapult etməyi bacarıb. Məlumata görə, pilotlar Ukrayna ilə həmsərhəd Cənub Federal Dairəsinin Sibyrka kəndi ərazisindəki tarlaya düşüblər və sağ qalıblar.
10-10-2022, 15:12
Torpaq sürüşməsi 22 nəfərin həyatına son qoydu


Torpaq sürüşməsi 22 nəfərin həyatına son qoydu

Venesuelada daşqınlardan sonra baş vermiş torpaq sürüşməsi nəticəsində azı 22 nəfər ölüb, 52 nəfər itkin düşüb. Butov.az xəbər verir ki, hadisə ilə əlaqədar Venesuela Prezidenti Nikolas Maduro ölkədə üç günlük matəm elan edib. Hadisə yerində xilasetmə işləri aparılır.
10-10-2022, 15:10
Qayıq qəzasında ölənlərin sayı 76-ya çatıb


Qayıq qəzasında ölənlərin sayı 76-ya çatıb

Nigeriyanın cənub-şərqində yerləşən Anambra əyalətində qayığın aşması nəticəsində ölənlərin sayı 76 nəfərə çatıb. Bu barədə Nigeriya prezidenti Muhammadu Buhari özünün "Twitter" səhifəsində yazıb. Ölənlərin sayının artacağı istisna edilmir. Dövlət rəsmiləri axtarışların davam etdiyini bildirib. Vilayətin Dövlət Fövqəladə Hallar Agentliyinin rəhbəri bildirib ki, qəza nəticəsində gəmidə olan 15 nəfər xilas edilib. Yerli istehsal gəminin 100-dən çox insanı daşımaq qabiliyyətinə malik olduğu bildirilir. Qeyd olunur ki, qəza zamanı 90 nəfərə yaxın şəxsi daşıyan qayığın mühərriki sıradan çıxıb və aşıb.
10-10-2022, 15:07
Kəlbəcər və Gədəbəy atəşə tutuldu - Növbəti təxribat


Kəlbəcər və Gədəbəy atəşə tutuldu - Növbəti təxribat

Oktyabrın 9-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Zağalı, İstisu, Yuxarı Şorca və Cil yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Əlibayramlı, İstisu və Zəylik, Gədəbəy rayonunun Novoivanovka yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
10-10-2022, 15:06
Ukraynadan Putinin Krım körpüsü ilə bağlı ittihamlarına cavab


Ukraynadan Putinin Krım körpüsü ilə bağlı ittihamlarına cavab

Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak Rusiya Prezidenti Vladimir Putinin Ukrayna xüsusi xidmət orqanlarının Krım körpüsündə “terror aktı” törətməsi ilə bağlı ittihamlarına cavab verib. Bu barədə Podolyak özünün "Twitter" hesabında məlumat yayıb. Podolyak dünyada yalnız bir terror dövlətinin olduğunu vurğulayıb."Putin Ukraynanı terrorizmdə ittiham edir? Bu, hətta Rusiya üçün də çox gülünc görünür. Rusiya təyyarələrinin Zaporojyedə yaşayış massivinə 12 raket atmasın nəticəsində 13 nəfərin ölüməsindən və 50 nəfərdən çoxunun yaralanmasından 24 saat belə keçməyib. Xeyr, bu dünyada yalnız bir terrorçu dövlət var və bütün dünya onun kim olduğunu bilir”, - Podolyak yazıb. Rusiya Prezidenti Vladimir Putin Krım və Rusiya ərazisini birləşdirən körpüdə baş verən partlayışın Ukrayna xüsusi xidmət orqanları tərəfindən planlaşdırıldığını bildirib."Şübhə yoxdur. Bu, kritik əhəmiyyətli mülki infrastrukturun məhvinə yönəlmiş terror aktıdır. Bu, Ukrayna xüsusi xidmət orqanları tərəfindən hazırlanıb, həyata keçirilib və icra edilib”, - o deyib. Ukraynanın cənubundakı Rusiya qüvvələrinin əsas təchizat marşrutu olan Kerç boğazı üzərindəki körpüdə baş verən partlayış nəticəsində 5 nəfər həlak olub. Ukrayna partlayışa görə məsuliyyəti öz üzərinə götürməsə də, Ukrayna rəsmiləri müsbət bəyanatlar yayıblar. 19 kilometr uzunluğunda olan körpü həm də Rusiyanın Qara dəniz donanmasının yerləşdiyi Sevastopol limanı üçün əsas təchizat xətti hesab olunur. Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin bildirib ki, müstəntiqlər avtomobilin keçdiyi marşrutu və onun hərəkətində iştirak edən şəxsləri müəyyən ediblər.
10-10-2022, 15:03
Metropolitenin mətbuat xidmətinin əməkdaşı vəfat edib


Metropolitenin mətbuat xidmətinin əməkdaşı vəfat edib

"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin poliqrafiya bölməsinin rəisi İlqar Təmayev vəfat edib. Butov.az xəbər verir ki, İ.Təmayev 53 yaşında ürək çatışmazlığından dünyasını dəyişib. Onun metropolitendə 20 ilə yaxın çalışdığı bildirilir. Allah rəhmət eləsin!
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!