Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                        Gömrükdə işləmək istəyənlər üçün imtahan keçirilib .....                        Məktəbin direktor əvəzinin diplomu saxta imiş - 98 minlik dələduzluq .....                       
17-10-2022, 14:57
Döyüşdə ayaqlarını itirən qazi qəzaya düşdü


Döyüşdə ayaqlarını itirən qazi qəzaya düşdü

Vətən müharibəsi qazisi Camal Alxasov qəzaya düşüb. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Hadisənin "VAZ dairəsi" deyilən ərazidə baş verdiyi bildirilir. İddiaya görə, qəza təmir gedən yolda xəbərdaredici nişanın olmaması səbəbindən baş verib. Qeyd edək ki, Camal Alxasov Qubadlı istiqamətində döyüşlər zamanı minaya düşərək hər iki ayağını itirib. O, Prezident İlham Əliyevin sərəncamları ilə “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.
17-10-2022, 14:55
Ermənistan Daşkəsən istiqamətində artilleriya yerləşdirir


Ermənistan Daşkəsən istiqamətində artilleriya yerləşdirir

Oktyabrın 16-sı günün ikinci yarısında Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun Daşkəsən istiqamətində yerləşən bölmələri ilə üzbəüz mövqelərinə hərbi nəqliyyat vasitələri ilə əlavə şəxsi heyət və 4 ədəd artilleriya qurğusunu cəmləşdirməsi tərəfimizdən müşahidə edilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, bölgədə yarana biləcək gərginliyə görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
17-10-2022, 14:53
Üç ay əvvəl nişanlanan tələbə intihar etdi


Üç ay əvvəl nişanlanan tələbə intihar etdi

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi intihar edib. Butov.az xəbər verir ki, universitetin tələbəsi, 2000-ci il təvəllüdlü Muxtar Qayıbov özünü Aşağı Güzdək qəsəbəsində, yaşadığı evin həyətində asaraq həyatına son qoyub. Onun hansı səbəbdən intihar etməsi məlum deyil. Bildirilir ki, M.Qayıbov 3 ay əvvəl nişanlanıbmış. Onun boş vaxtlarında yaşadığı qəsəbədə bərbərlik fəaliyyəti ilə məşğul olduğu deyilir.
17-10-2022, 14:49
Qeyri-sabit hava bu tarixədək davam edəcək


Qeyri-sabit hava bu tarixədək davam edəcək

Oktyabrın 17-nə olan məlumata əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub. Düşən yağışın miqdarı: Zaqatalada 22.0 mm, Balakən, Qax, Lənkəranda 14.0 mm, Lerikdə 12.0 mm, Yardımlıda 10.0 mm, Şabran, Şəki, Quba, Oğuz , Qrız, Qusar, Qəbələ, Şahdağ, Şəmkir, Göyçay, Altıağac, Ağstafa Yevlax, Kürdəmir, Sabirabad, Ağdərə, Daşkəsən, Göygöl, Qobustan, Xaçmaz, Xaltan, İsmayıllı, Şamaxıda 4.0 mm-dək olub. Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, arabir yağıntılı hava şəraiti oktyabrın 19-u səhərədək davam edəcək. 19-u gündüz və 20-də havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. 18-i gündüz arabir güclənən şimal-qərb küləyi əsəcək.
17-10-2022, 14:47
Paşinyan: “Ermənistan Azərbaycandan müsbət cavab gözləyir”


Paşinyan: “Ermənistan Azərbaycandan müsbət cavab gözləyir”

Ermənistan hökuməti üç ay öncə Azərbaycanın digər əraziləri ilə Naxçıvan arasında əlaqəni təmin etmək üçün Ermənistan-Azərbaycan sərhədində üç nəzarət-buraxılış məntəqəsinin yaradılması haqqında qərar verib. Bu barədə oktyabrın 17-də Ermənistanın baş naziri Nikol Paşinyan Tvitter-də yazıb. “Ermənistan Azərbaycandan müsbət cavab gözləyir”, - deyə Paşinyan bildirib. Xatırladaq ki, avqustun 4-də hökumətin iclasında Paşinyan bəyan etmişdi ki, Ermənistan Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında əlaqəni bu gün də təmin etməyə hazırdır, lakin Azərbaycan Ermənistanın verdiyi imkandan istifadə etmir. O, Ermənistan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Ermənistan sərhədini keçərək Naxçıvana getməyə çağırıb. “Ötən ildən bizim sərhəd xidmətimiz və gömrük postumuz var. Biz Azərbaycana dedik ki, onlar hər an bu məntəqələri keçib Naxçıvanla əlaqə yarada bilərlər”, - deyə Paşinyan həmin vaxt bildirmişdi. Avqustun 18-də Ermənistan Milli Təhlükəsizlik Şurası insanların, malların və nəqliyyat vasitələrinin keçidinin təşkili və həyata keçirilməsi üçün Ermənistan-Azərbaycan sərhədində nəzarət-buraxılış məntəqəsinin yaradılmasını təklif edən layihəni dərc edib. Nəzarət-buraxılış məntəqələrinin yerinə gəlincə, Ermənistan Kəlbəcər rayonu ilə sərhəddə “Zod”, Sədərək rayonu ilə sərhəddə “Arazdəyən” və Qubadlı rayonu ilə sərhəddə “Eyvazlı” nəzarət-buraxılış məntəqələrinin yaradılmasını təklif edib. Azərbaycan isə Naxçıvanla əlaqəni "Zəngəzur dəhlizi" vasitəsilə qurmağı hədəfləyib və bu istiqamətdə danışıqlar aparır.
17-10-2022, 14:44
Ermənistan prezidenti Bolqarıstana getdi


Ermənistan prezidenti Bolqarıstana getdi

Ermənistan prezidenti Vaaqn Xaçaturyan bazar ertəsi Bolqarıstana səfər edib. Butov.az xəbər verir ki, Ermənistan dövlət başçısının mətbuat xidmətinin məlumatına görə, Xaçaturyan prezident Rumen Radevlə danışıqlar aparacaq. Bundan əlavə, baş nazir Qılıb Donev, Sofiya meri Yordanka Fandikova və Plovdiv meri Zdravko Dimitrovla görüşlər nəzərdə tutulub. Xaçaturyan erməni icmasının nümayəndələri ilə də görüşəcək, həmçinin Sofiya Universitetində mühazirə oxuyacaq.
17-10-2022, 14:43
Azad olunmuş ərazilərdə daha 144 mina aşkarlandı


Azad olunmuş ərazilərdə daha 144 mina aşkarlandı

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlayıb. ANAMA-dan verilən məlumata görə, oktyabrın 10-dan 15-dək olan dövrdə Tərtər, Ağdam, Füzuli, Şuşa, Xocavənd, Qubadlı, Cəbrayıl və Zəngilanda 33 piyada əleyhinə mina, 111 tank əleyhinə mina və 271 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb. Bildirilib ki, 435 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
17-10-2022, 14:41
İrana qarşı yeni sanksiyalar qəbul edildi


İrana qarşı yeni sanksiyalar qəbul edildi

Avropa İttifaqı (Aİ) İrana qarşı yeni sanksiyaları qəbul edib. Bu barədə İsveçin xarici işlər naziri Ann Linde bildirib. “Biz dinc etiraz hüququna güclü dəstəyimizi ifadə etdik. Avropa İttifaqı İranda ciddi insan haqları pozuntularına görə məsul olan şəxslərə və qurumlara qarşı yeni hədəflənmiş sanksiyalar qəbul edib”, - XİN başçısı deyib.
17-10-2022, 14:39
Türkiyə Ermənistanla münasibətlərdə “futbol diplomatiyası”na əl ata bilər


Türkiyə Ermənistanla münasibətlərdə “futbol diplomatiyası”na əl ata bilər

Türkiyə Ermənistanla münasibətlərin normallaşması prosesində növbəti dəfə “futbol diplomatiyası”na əl ata bilər. Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komissiyasının sədri Akif Çağatay Kılıç bildirib. Onun sözlərinə görə, gələn il iki ölkənin milli futbol komandaları arasında keçiriləcək oyunlar münasibətlərin normallaşdırılmasında mühüm rol oynaya bilər. Xatırladaq ki, hələ 2008-ci ilin sentyabrında Türkiyənin eks-prezidenti Abdulla Gül Ermənistanın o vaxtkı prezidenti Serj Sarkisyanın dəvəti ilə Ermənistan və Türkiyə milli komandaları arasında dünya çempionatının seçmə oyununa baxmaq üçün İrəvana getmişdi. Daha sonra Sarkisyan Gülün təklifi ilə 2009-cu ilin oktyabrında Bursa şəhərində keçirilən Türkiyə - Ermənistan cavab oyununa canlı izləmişdi. Orada həm də Ermənistan və Türkiyə nümayəndə heyətləri arasında danışıqlar aparılmış, ardınca prezidentlərin görüşü keçirilmiş, sonradan Qarabağ münaqişəsinə görə kəsilən münasibətlərin normallaşması prosesi “futbol diplomatiyası” adlandırılmışdı. "Gələn il martın 25-də Ermənistanda, sentyabrda isə Türkiyədə (Avro-2024-ün seçmə mərhələsi çərçivəsində - red.) iki ölkənin milli komandaları arasında futbol oyunları keçiriləcək. Komandamız Ermənistana gedəcək, ola bilsin biz də getdik. Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi müsbət gedir. Ermənistanla Azərbaycan arasındakı münasibətlərdə də müsbət dinamika müşahidə olunur. Bu, təxribatlara əl atmadan edilməlidir”, – deyə Türkiyənin Ermənistanla münasibətlərin normallaşma prosesi üzrə xüsusi nümayəndəsi Serdar Kılıç bildirib. Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələr yoxdur, iki ölkə arasında sərhəd 1993-cü ildən Ankaranın təşəbbüsü ilə bağlıdır. Ölkələr arasında münasibətlərin pisləşməsinə bir sıra hallar, xüsusən də Ankaranın Qarabağ problemində Azərbaycanın mövqeyini dəstəkləməsi və qondarma “erməni soyqırımı”nın beynəlxalq aləmdə tanınması prosesinə Türkiyənin kəskin reaksiyası səbəb olur. Bu il yanvarın 14-də Moskvada Ermənistan və Türkiyə arasında normallaşma prosesi üzrə xüsusi nümayəndələrin - Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan və Türkiyənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıçın ilk görüşü keçirilib. Rəsmi məlumata görə, danışıqlar zamanı tərəflər konstruktiv, siyasiləşdirilməmiş şəkildə dialoq aparmağa hazır olduqlarını nümayiş etdiriblər. Sonra Vyanada daha üç görüş keçirilib. Bundan əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu üçüncü ölkələrdə münasibətlərin normallaşdırılması üçün xüsusi nümayəndələrin dörd görüşünün keçirildiyini, lakin Praqada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Türkiyə və Ermənistan ərazilərində görüşlərin keçirilməsi barədə razılığa gəlindiyini bildirmişdi.
17-10-2022, 14:36
“ƏDV geri al”dan əhaliyə 320 milyon qaytarılıb


“ƏDV geri al”dan əhaliyə 320 milyon qaytarılıb

Azərbaycanda “ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan 2022-ci ilin oktyabr ayına qədər istehlakçılara ümumilikdə 771 milyondan çox kassa çeki üzrə 319,9 milyon manatdan çox, təkcə bu ilin yanvar-sentyabr aylarında isə 147,2 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb. Məlumata görə, ümumilikdə “ƏDV geri al” nağdsız ödəmələrin genişlənməsinə mühüm təkan verən layihələrdən biridir. Məlum olduğu kimi, alınmış mallara və əldə edilmiş xidmətlərə görə ödəniş nağdsız qaydada olduqda ödənilmiş ƏDV-nin 15%-i, nağd qaydada olduqda isə 10%-i istehlakçılara geri qayıdır. Vətəndaşları pərakəndə ticarət, ictimai iaşə və tibb xidmətləri sahəsində nağdsız ödəmələr aparmasına stimullaşdıran “ƏDV geri al” layihəsinin reallaşdırılması nəticəsində sözügedən sektorlarda nağdsız ödəmələrin xüsusi çəkisi əhəmiyyətli şəkildə yüksəlib. Belə ki, “ƏDV geri al” layihəsi çərçivəsində 2022-ci ilin 9 ayı üzrə nağdsız qaydada alınmış mallara və ya əldə edilmiş xidmətlərə görə istehlakçılara 46,2 milyon manatdan çox ƏDV geri qaytarılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 81,2% çoxdur. Nağdsız ödənişlərə keçidin daha da stimullaşdırılması üçün növbəti ildə vergi qanunvericiliyinə dəyişikliklərdə nağdsız ödənişlər üzrə geri qaytarılan vəsaitlərin faiz dərəcəsinin bir qədər də artırılması nəzərdə tutulur.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!