Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                       
23-10-2022, 15:53
Ağstafada 22 yaşlı oğlanı qatar vurdu


Ağstafada 22 yaşlı oğlanı qatar vurdu

Ağstafada 22 yaşlı oğlanı qatar vurub. Butov.az-ın verdiyi məlumata görə, hadisə rayonun Böyük Kəsik stansyasının yaxınlığında qeydə alınıb. Masallı rayon sakini, 2000-ci il təvəllüdlü Əlizadə Abdullayevi dəmiryollu xəttini keçən zaman qatar vurub. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyərinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
23-10-2022, 15:49
Sabah da yağış yağacaq


Sabah da yağış yağacaq

Azərbaycanda oktyabrın 24-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək.
Havanın temperaturu gecə 13-15° isti, gündüz 17-20° isti, Bakıda gecə 13-15° isti, gündüz 17-20° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz hava hökm sürəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-12° isti, gündüz 15-20° isti, dağlarda gecə 0°-yə yaxın, gündüz 6-10° isti olacaq.
23-10-2022, 15:46
Seçki sorğusu - Ərdoğan birinci oldu


Seçki sorğusu - Ərdoğan birinci oldu

Türkiyədə prezident seçkiləri ilə bağlı sorğu keçirilib. Qardaş ölkənin hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan sorğuda birinci olub. Butov.az xəbər verir ki, "MetroPoll”un təşkil etdiyi seçki sorğusunda 42,1 faiz səs toplayan Ərdoğan bütün rəqiblərini geridə qoyub. O, ən yaxın rəqibi Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunu 19,6 faiz üstələyib. Bundan əlavə, Mənsur Yavaş 16,9 faiz səs toplayıb, Əkrəm İmamoğlu isə siyahıda yer almayıb. Rəyi soruşulan respondentlərin 42 faizi prezident seçkilərində Ərdoğana səs verəcəkləri bildirib. 23 faiz respondent Kılıçdaroğlunu, 17 faiz Yavaşı, 12 faiz isə HDP-nin namizədini dəstəkləyəcəyini açıqlayıb. Qeyd edək ki, Türkiyədə növbəti prezident seçkiləri gələn ilin yayında keçiriləcək. İqtidar düşərgəsi Prezident Rəcəb Tayyib Ərdoğanın namizədliyini irəli sürüb, müxalifət isə hələ də vahid namizədini müəyyən edə bilməyib. Siyasi analitiklər Ərdoğan yenidən prezident seçilmək şansının digərlərinə nisbətdə yüksək olduğunu düşünür.
23-10-2022, 15:39
Dünya çempionu olan iki gənc şahmatçımız


Dünya çempionu olan iki gənc şahmatçımız

İtaliyanın Sardiniya adasında şahmat üzrə gənclər arasında dünya çempionatı sona çatıb. Gənclər arasında dünya çempionatında təmsilçiləri həm qızların, həm də oğlanların yarışında qalib gəlib. Butov.az xəbər verir ki, qızların yarışında Gövhər Beydullayeva, oğlanların yarışında isə Abdulla Qədimbəyli çempion olub. Xatırladaq ki, Abdulla Qədimbəyli Şəhriyar Məmmədyarovdan sonra oğlanlar arasında ikinci dünya çempionudur. O, 2014-cü ildə Beynəlxalq usta norması adına layiq görülüb
23-10-2022, 15:37
Saakaşvilidən Ukrayna açıqlaması: “Bu, mümkün deyil”


Saakaşvilidən Ukrayna açıqlaması: “Bu, mümkün deyil”

Gürcüstanın həbsdə olan üçüncü prezidenti Mixail Saakaşvili Ukraynada, xüsusən də Xerson istiqamətindəki son prosesləri şərh edib. Butov.az xəbər verir ki, onun göndərdiyi məktub rəsmi sosial şəbəkə səhifəsində paylaşılıb. Mixail Saakaşvili yazır ki, ruslar ukraynalılara maksimum təzyiq etməyə çalışsalar da, bölgədən çəkiləcəklər. Bundan əlavə, o Kiyevə Belarusdan yeni hücumu istisna edir. "Əgər indiyədək mən Rusiyanın həqiqətən də Xersondan keçib-keçmədiyinə şübhə edirdimsə, indi buna praktiki olaraq əminəm, amma eyni zamanda, həmin maksimum qiyməti bizə tətbiq etməyə çalışacaqlar. Bu və ya digər şəkildə Xerson öz taleyini indiki müharibədə həll edəcək. Belarusdan Kiyevə yeni hücuma gəlincə, mən 100% əminəm ki, bu mümkün deyil. Mən Lukaşenkonun və belarusların əhval-ruhiyyəsini çox yaxşı bilirəm. Belarusda qüvvələr yeganə məqsəd üçün yerləşdirilir. Söhbət Ukraynanın cənubunda və şərqində, eləcə də Belarus sərhədlərində istifadə edə biləcəyi qüvvələrlərdən gedir”,- Mixail Saakaşvili qeyd edib.
23-10-2022, 15:32
Rusların itkiləri artır


Rusların itkiləri artır

Ukrayna silahlı qüvvələri cənubda 17 işğalçını, Qrad MLRS-ni və üç sursat anbarını məhv edib. Bu barədə “Cənub” əməliyyat komandanlığı oktyabrın 21-də əməliyyat şəraitinin yekunlarına dair öz “Facebook” səhifəsində məlumat yayıb. "Aviasiyamız Berislavski və Baştanski rayonlarında, düşmənin hava hücumundan müdafiə sistemlərinin mövqelərinə - həmçinin Kaxovkada toplanan düşmən texnikası və möhkəm nöqtələrinə 10 zərbə endirib. Raket və artilleriya bölmələri 220 atəş tapşırığını yerinə yetirib. Düşmən itkiləri cəbhədə təmin edilib. Berislav vilayətində “Qrad” reaktiv yaylım atəş sistemi, bir tank, bir minaatan, 3 zirehli maşın və 3 sursat anbarı. Daha 6 zirehli texnika və 2 minaatan məhv edilib”, - məlumatda deyilir.
23-10-2022, 12:40


Qəhrəmanlar unudulmur
Vətən uğurunda ölən varsa, vətəndir.
Məhəmməd Əmin Rəsulzadə

Qəhrəmanlar unudulmur

Lerik rayonunun inzibati ərazisi sayılan dəniz səviyyəsindən 827 metr yüksəklikdə yerləşən buz bulaqları, şırıl-şırıl axan nərə salan dağ çayları, sıx meşəlikləri, axarlı- baxarlı təbiəti olan dağlar qoynuna sığınan Əvilə kəndi. Ulu Tanrı bu yerlərə sığal çəkib, heç nəyi əsirgəməyib. Bu yerlərin adamları da dağ çayları kimi saf, təmiz olublar. Neçə-neçə minilliklərdən bu günümüzə çatan bir deyim də var: El igidlərinnən tanınar. Bu el də addı-sannı ağsaqqalları ilə mərd, igid oğulları ilə tanınıb və bu gün də tanınmaqdadır.
1994-cü ilin bir payız axşamında dünyaya göz açıb. Həmin il yağı düşmənlərimizin Ağdamın, Füzulinin, Cəbrayılın, Qubadlının, Zəngilanın, Kəlbəcərin işğalından bir ilə yaxın vaxt ötürdü. Kiçik Şəmistan Birinci Qarabağ Müharibəsində xüsusi igidlik göstərən həmkəndlisi, şəhid Şahin Sadıxovun adını daşıyan Əvilə kənd ümumi tam orta məktəbində oxuya-oxuya müharibənin nə olduğunu tarix dərslərindən, eləcə də atası Məşədi Əbdülağadan eşidərdi. Orta məktəbi bitirən kimi öz həyat yolunu müəyyənləşdirərək, ordu sıralarına yazılır.

Ömürnaməsinə bir nəzər:
2016-cı il Yevlax sərhəd qoşunları alayında;
2016-cı il Aprel döyüşlərində yağı düşmənlə vuruşur.
2019-cu ildə Qazaxa göndərilir,
2019-cu ildə Sülhməramlıların tərkibində Əfqanıs¬ta¬nın paytaxtı Kabil şəhərində altı ay hərbi təlimlərə qatılır.
2022-ci ilin payızında 44 günlük Vətən Müharibəsində şiddətli döyüşlərdə xüsusi fərqlənir.
Bir neçə medalla təltif olunur. Torpaqlarımızın bir qismi Şuşa, Ağdam, Füzuli, Qubadlı, Zəngilan, Kəlbəcər 27 ildən sonra rəsmi rəqəmlərdə göstərildiyi kimi 7 itkin, 2907 şəhidin qanı bahasına, igid əsgər və zabitlərimizin amansız döyüşləri nəticəsində işğaldan azad olunur. Həmin ay atası Əbdülağanın fərəhlə yazdığı məktubdakı qoşqunu bir müəllif kimi bu yazıya düzməyi özümə borc bildim.

Fəxr edir səninlə bu ana vətən
Vətən məhəbbətli qəhrəman oğlum
Zəfərlə tarixə yazıldı adın
Vətən məhəbbətli qəhrəman oğlum.

Göylərə sovurdun namərd daşını
Zəhərə döndərdin yağlı aşını
Dəmir yumruğunla əzdin başını
Vətən məhəbbətli qəhrəman oğlum.

Dünya danışacaq şöhrət şanından
Sən vətən uğurunda keçdin canından
Qorxmadın düşmənin axan qanından
Vətən məhəbbətli qəhrəman oğlum.

Kərpic-kərpic hördün zəfər tağını
Qovdun bu torpaqdan namərd yağını
Ürəklərdən sildin həsrət dağını
Vətən məhəbbətli qəhrəman oğlim.

Nərən ilə düşmən səfi dağıldı
Bütün ellər zəfər xəbərin aldı
MƏŞƏDİNİN xəstə canı sağaldı
Vətən məhəbbətli qəhrəman oğlum.


UNUTMA Kİ, UNUDULMAYASAN!
2022-ci il 12-13 sentyabr
Artıq bir neçə gün idi ki, Qubadlı-Zəngilan istiqamətində erməni cəlladları hücuma başladılar. Şiddətli döyüşlər ara vermirdi. Kəşfiyyatçılarımız əks hücum yolunu müəyyənləşdirdikdən sonra baş çavuş Şəmistan Sadıxov, leytenant Anar Rüstəmov, gizir Elməddin Quliyev yolu minalardan təmizləyib arxa cəbhəyə yol açarkən, pusquda gizlənmiş əlliyə yaxın düşmən ard-arda atəş açır, qumbaralardan istifadə edirlər. Mina təmizləyənlərimiz 15-20 metrlikdə yağı düşmənlə üz-üzə qalırlar. Amansız döyüş ara vermir. Mina təmizləyənlər ölümün gözünə dik baxaraq hərəsi bir istiqamətdən pusquda gizlənmiş namərd düşmən üzərinə əks hücuma keçirlər. Zabit Anar Rüstəmov ağır yaralanır. Az keçmir ki, baş çavuş Şəmistan Sadıxov da yaralanır və son nəfəsinə kimi vuruşaraq neçə-neçə azğınlaşmış düşmənin leşini yerə sərirlər. Arxadan gələn əsgərlərimiz düşmənə aman vermir. Oddan-alovdan çıxmış Şəmistan Sadıxov həmin gecə qanlı döyüşlərdə son nəfəsinə kimi vuruşaraq sentyabrın12-dən 13-nə keçən gecə saat 1 radələrində düşmən gülləsinə tuş gəlir. Döyüşçülərimiz murdar düşməni geri çəkilməyə məcbur edir və strateji yüksəkliyi ələ keçirirlər. Həmin günlər ərzində rəsmi məlumatlarda 81 nəfər şəhidin adı çəkilir. O gecə Şəmistanın yağılara qarşı son döyüşü olur. Onun qara xəbəri ildırım kimi hər tərəfə yayılır. Əvilə kəndi həmin gecəni səhərə kimi ayaqda olur. Atası Əbdülağanın doğma xalaoğlusu hal-hazırda Bakı Dövlət Universi¬tetində çalışan Şəmistanı ayaqlarıyla yola salan Ulduz Əhmədov bu dəfə isə yaxınları ilə birgə çiynində şəhidin nəşini götürərək Əvilə kəndinə üz tuturlar. Günortaya yaxın bütün el-oba Lənkaranın “Nar bağı” deyilən ərazisindən ta Lerikin Əvilə kəndinə kimi yolun sağ-solunda Azərbaycan bayraqları ilə düzülmüş çoxlu insan axınının şahidi oluruq. 5-6 km uzunluqda maşın karvanı şəhidin doğulduğu Əvilə kəndinə yaxınlaşır. Yer-göy sanki qan ağlayır, adam əlindən iynə atsan yerə düşməzdi. Dəfn mərasimində kənd camaatı, yaxın-uzaq ellərdən gələnlər, Lerik rayonunun eləcə də Müdafiə Nazirliyinin rəsmiləri şəhid Şəmistan Sadıxovu torpağa tapşırırlar. Müdafiə Nazirliyi, eləcə də dəfn mərasimində iştirak edən Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov şəhid Şəmistan Sadıxovun göstərdiyi qəhrəmanlığa görə onun layiqli qiymətini vermələrini diqqətlə izləyirik. Sinəsi dağlı qalan, gözü yaşlı qalan ata-ana üçün bu yeganə təsəlli ola bilər.
Övlad itkisi olduqca ağır bir taledir. Atanın qəmlə, kədərlə yazdığı bu qoşquda yanğını hiss etməyə bilmirsən. Bu yanğı onun misralarına hopub, özü də birdəfəlik. Bu yanğı hər birimizi göyüm-göyüm göynədir.

Dikmə yola gözlərini
Gəlməz daha Şəmistanın!
Bax ağla bəy otağına
Gəlməz daha Şəmistanın!
Namərd fələk vurdu beldən
Yox əlamət qara teldən
Vaxtsız getdi evdən eldən
Gəlməz daha Şəmistanın!

Ay Məşədi dərdin bəlli
Neylər sənə de təsəlli
Döy başına iki əlli
Gəlməz daha Şəmistanın!


Yox, yox, Şəmistan ölümü ilə ölümsüzlüyə, şəhidlik zirvəsinə qalxaraq şəhadətə qovuşdu. O bir tarix yazdı, bir uz qoydu. Erməniyə qan udduran, şir biləkli Şəmistan təkcə eldən yox, Azərbaycandan getdi. Cəmi 28 il qısa bir ömür yaşadı, örnək bir iz qoydu. Qəhrəmanlıq tarixinə elə qəhrəman kimi düşdü. Onun toy günü ilə son günü cəmi 84 gün çəkdi. Onun haqqında bu nə ilk yazımızdı, nə son. Zaman və tarix öz qiymətini verəcək.
Onu da qeyd edim ki, qanunlarımızdakı bu boşluq, həyatı yarımçıq qalmış bir gəlinin, gözü yaşlı üç bacının bir tək qardaşın, sinəsinə çalın-çarpaz dağ çəkilmiş, bir gecə¬də saçlarına dən düşən ata-ananın, bir sözlə Sadıxov¬lar ailəsinin çırağını söndürdü. İnanıram ki, qəlbdəki nurlu ışıqların köməyi ilə tarix dərsliklərinə bir cığır açılacaq gün bu sönmüş ocaq yenidən közərəcək. Bu borc sizlərin, bizlərin, tarixçilərin boynuna düşür.
Yeri gəlmişkən onu da deyim ki, xvııı əsrin əvvəllərindən I-ci Pyoturun vəsiy-yətnaməsini həyata keçirən rus şovinistləri əzəli dədə-baba torpaqlarımız olan İrəvan, Göyçə, Basarkeçər, Zəngəzur, Mehri bir sözlə bütün əzəli torpaqlarımızda Ermənistan adlı bir qurum yaradan rus millətçilərinin köməyi ilə torpaqlarımız işğal olunub. Dünyada müalicəsi olmayan hayların öz erməni xəstəliyinə düçar olmuş hiyləgər, məkrli, mənfur, özlərini dünyaya məzlum kimi hay-həşir salan erməni dığaları hər 25-30 ildən bir ərazi iddiaları qaldıraraq qırğınlar törədərək torpaqlarımızı işğal ediblər. Bu gün hər birimiz silaha sarılıb, düşmənin almını vermək, torpaqlarımızı azğınlaşmış yağı düşməndən azad etmək bizlərin boynuna düşür.
İndi yerin-göyün yeddi qatında dolaşan qürur mənbəyimiz, and yerimiz minlərlə şəhid ruhları o vaxt şad olacaq ki, 1992-ci ildə Xocalı soyqrımını törədən hələ də düşmən tapdağında olan Xocalı, Xankəndi, Ağdərə, Əsgəran, Xocavənd yağı düşməndən birdəfəlik təmizlənəcək. Bu bizim MİLLİ BİRLİYİMİZDƏN bir də DƏMİR YUMRUQDAN keçir. Bu istəklə, bu yazını qələmə alan;

Zahid Hüseynli
Bakı Dövlət Universitetinin əməkdaşı,
Azəbaycan Jurnalistlər Birliyinin üzvü

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!