Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
28-10-2022, 14:50
Müharibə iştirakçısı faciəvi şəkildə öldü


Müharibə iştirakçısı faciəvi şəkildə öldü

Bakıda müharibə iştirakçısı faciəvi şəkildə ölüb. Butov.az xəbər verir ki, Baxışov Yusif Vasif oğlu toydan çıxıb yolu keçmək istəyərkən onu “Kamaz” markalı yük maşını vurub. Nəticədə o, hadisə yerində dünyasını dəyişib. Məlumata görə, Yusif Baxışov Salyanın Xələc kəndində yaşayırmış və Bakıya məhz toya görə gəlibmiş. Yaxınlarının bildirdiyinə görə, Yusif Aprel döyüşləri ilə yanaşı, Vətən müharibəsində də iştirak edib. Onun hadisə baş verən günə qədər MAXE kimi hərbi xidmətini davam etdirdiyi qeyd olunur.
28-10-2022, 14:50
Region gəncləri üçün “İrəli”dən yeni layihə

Region gəncləri üçün “İrəli”dən yeni layihə

“İrəli” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Region Gənclərinin Bacarıqlarının Artırılması” layihəsinə start verilir.
Birliyin Mətbuat xidmətindən Butov.az-a verilən məlumata görə, həyata keçirilən layihənin əsas məqsədi region gənclərinin ölkə maraqlarının qorunmasında iştirakçılığı təmin etmək, təşəbbüslərin artımına dəstək olmaq, sağlam düşüncəli, rəqabətədavamlı gənclər şəbəkəsinin formalaşmasına nail olmaqla dövlət gənclər siyasətinin inkişafına töhfələr verməkdir.
Layihə çərçivəsində region gənclərinin inkişafına dəstək vermək, gənclərlə iş sahəsinin prinsiplərini aşılamaq məqsədilə 7 müxtəlif regionda təlim proqramının icrası nəzərdə tutulur. Qeyd olunub ki, “Layihələrin yazılması və idarə olunması”, “Gənclərin təşəbbüskarlığının artırılması”, “Gənclərlə iş sahəsində rəqəmsal biliklər”, “Sosial şəbəkələrdən düzgün istifadə” və digər mövzularda baş tutacaq təlimlərdə ümumilikdə 200-dən çox gənc iştirak edəcək.
Müraciətlərin qəbulu 2 noyabr 2022-ci il tarixinədək davam edəcək. Layihədə qeyd olunan regionlarda yaşayan 17-25 yaş aralığında, təşəbbüskar, motivasiyalı, məsuliyyətli gənclər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://bit.ly/regiongencleri
28-10-2022, 14:47
Paşinyan: “Rusiyanın təklifləri əsasında işləməyə razılıq vermişik”


Paşinyan: “Rusiyanın təklifləri əsasında işləməyə razılıq vermişik”

Ermənistan Rusiyanın təklifləri əsasında Azərbaycanla münasibətlərin qurulması üzərində işləməyə hazırdır. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan tvitterdə yazıb.“Sentyabrın əvvəlində Ermənistan Rusiya Federasiyasının təqdim etdiyi Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətlərin qurulması üçün əsas prinsiplər və parametrlər əsasında işləməyə razılıq verib və bunu Soçidə təsdiqləməyə hazırdır. Ümid edirik ki, Rusiya öz təkliflərini dəstəkləyəcək”. Xatırladaq ki, oktyabrın 31-də Rusiyanın Soçi şəhərində Azərbaycan, Rusiya, Ermənistan liderləri - İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək.
28-10-2022, 14:44
Putin: “Ermənistana 5 rayonu qaytarmağı, Kəlbəcər və Laçını isə saxlamağı təklif etdik”


Putin: “Ermənistana 5 rayonu qaytarmağı, Kəlbəcər və Laçını isə saxlamağı təklif etdik”

Rusiya Ermənistana təklif etdi ki, Azərbaycanla anlaşıb 5 rayonu ona qaytarsın, Qarabağla əlaqə üçün iki böyük rayonu (Kəlbəcər və Laçın - red.) saxlasın, lakin İrəvan öz yolu ilə getdi. Bunu Rusiya prezidenti Vladimir Putin cümə axşamı Valday klubunun iclasında deyib.“Biz uzun illərdir ki, erməni tərəfi ilə dialoq aparırıq və Qarabağla bağlı məsələnin həllini təklif etmişik”, - Putin bildirib. Onun sözlərinə görə, Ermənistan faktiki olaraq Azərbaycanın 7 rayonuna nəzarət edirdi. Rusiya tərəfi münasibətləri normallaşdırmaq üçün onsuz da məskunlaşmamış 5 rayondan imtina etməyi təklif edib. Bundan sonra Moskva hansısa mərhələdə hesab edirdi ki, Azərbaycan tərəfi ilə razılaşmaq, qalan 2 rayonu Qarabağla ünsiyyət naminə saxlamaq olar. “Biz inanırdıq ki, bu, ədalətli olardı... bu, bütövlükdə regionda vəziyyətin normallaşması istiqamətində yaxşı addım olardı”, - Putin bildirib. Rusiya lideri qeyd edib ki, Ermənistan rəhbərliyi təklifə məhəl qoymayaraq öz yolu ilə gedib və bu, hazırda yaranmış vəziyyətə gətirib çıxarıb.
28-10-2022, 14:39
Müharibəni bu ölkə dayandıra bilər - Putin açıqladı


Müharibəni bu ölkə dayandıra bilər - Putin açıqladı

“Ukrayna problemini Vaşinqtonda bu siyasəti təbliğ edənlər çox asanlıqla həll edə bilər”. Bunu Rusiya Prezidenti Vladimir Putin Valday Diskussiya Klubunda çıxışı zamanı deyib.“Bu problemi həll etmək, Kiyevə müvafiq siqnal vermək çox asandır ki, onlar mövqelərini dəyişməli və bu problemləri sülh yolu ilə həll etməyə çalışmalıdırlar”, - deyə Putin bildirib. O, çıxışı zamanı Ukraynadakı vəziyyəti və hadisələri indiki vəziyyətə gətirən tərəfin Rusiya deyil, Qərbin olduğuna söyləyib. Bildirib ki, Qərb dövlətləri müxtəlif çevrilişlər həyata keçirir, onlardan biri 2014-cü ildə Ukraynada faciəvi nəticələrə gətirib çıxarıb.
28-10-2022, 14:37
Rusiyanın 17.5 milyard avro aktivi dondurulub


Rusiyanın 17.5 milyard avro aktivi dondurulub

Avropa ölkələri Rusiyanın 17,5 milyard avro dəyərində aktivlərini dondurub. Bu barədə Avropa Komissiyasının (AK) nümayəndəsi Kristian Viqand məlumat verib. Bura Avropa İttifaqının (Aİ) sanksiya siyahısında olan 1350 nəfər şəxs və təşkilatın aktivləri daxildir. Bu məbləğin böyük hissəsi yeddi Aİ ölkəsi - Almaniya, Belçika, Fransa, Lüksemburq, İrlandiya, İtaliya və Avstriya tərəfindən dondurulub. Macarıstan cəmi bir neçə min avronu dondurub. Dondurulmuş aktivlərin Ukraynanın yenidən qurulması məqsədilə istifadə edilməsi üçün müsadirə edilməsi planlaşdırılır. Lakin bunun üçün hüquqi əsas tələb olunur.
27-10-2022, 23:26
Məhsa Əminin ailəsi ev dustağı oldu


Məhsa Əminin ailəsi ev dustağı oldu

“İran rəhbərliyi Məhsa Əmininin ailə üzvlərini ev dustaqlığına məhkum edib”. Bu barədə məlumatı Məhsa Əmininin qohumu İrfan Murtazai açıqlayıb. Onun sözlərinə görə, ailə Məhsanın ölümünə görə ölkə rəhbərliyinin məsuliyyət daşıdığını hesab edir. Xatırladaq ki, İranda sentyabrın 16-sı 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada vəfat etməsi ölkədə ictimai-siyasi vəziyyəti gərginləşdirib. Bunun ardınca ölkədə kütləvi etiraz və iğtişaşlar baş verib. Aksiyalar zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılara atəş açıb. Oktyabrın 26-sı isə Məhsa Əmininin ölümündən 40 günün keçməsi ilə əlaqədar olaraq iranlılar küçələrə axışıblar. İranın təhlükəsizlik qüvvələri nümayişçilərə atəş açaraq, minlərlə insana qarşı odlu silah və gözyaşardıcı qazdan istifadə ediblər.
27-10-2022, 18:34
Məhsa Əminin ailəsi ev dustağı oldu


Məhsa Əminin ailəsi ev dustağı oldu

“İran rəhbərliyi Məhsa Əmininin ailə üzvlərini ev dustaqlığına məhkum edib”. Bu barədə məlumatı Məhsa Əmininin qohumu İrfan Murtazai açıqlayıb. Onun sözlərinə görə, ailə Məhsanın ölümünə görə ölkə rəhbərliyinin məsuliyyət daşıdığını hesab edir. Xatırladaq ki, İranda sentyabrın 16-sı 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada vəfat etməsi ölkədə ictimai-siyasi vəziyyəti gərginləşdirib. Bunun ardınca ölkədə kütləvi etiraz və iğtişaşlar baş verib. Aksiyalar zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılara atəş açıb. Oktyabrın 26-sı isə Məhsa Əmininin ölümündən 40 günün keçməsi ilə əlaqədar olaraq iranlılar küçələrə axışıblar. İranın təhlükəsizlik qüvvələri nümayişçilərə atəş açaraq, minlərlə insana qarşı odlu silah və gözyaşardıcı qazdan istifadə ediblər.
27-10-2022, 18:32
Yaxın vaxtlarda birgə universitetin təməli qoyulacaq


Yaxın vaxtlarda birgə universitetin təməli qoyulacaq

Azərbaycan-Türkiyə birgə universitetinin yaradılması istiqamətində işlər davam edir. Bunu açıqlamasında Yunus Əmrə İnsitutunun rektoru Selçuk Karakılıç deyib. Türkiyəli rektor bildirib ki, yaxın zamanda birgə universitetin təməli qoyulacaq:“Təxminən 1 il sonra birgə universitetlə bağlı bəzi məsələlər öz müsbət həllini tapacaq. Hər il Azərbaycandan Türkiyəyə təxminən 5 mindən çox tələbə təhsil almağa yollanır. Onların böyük əksəriyyəti tibb, mühəndislik və hüquq fakültələrinə üstünlük verirlər. İstanbul, Ankara və İzmir kimi şəhərlərdə yerləşən universitetləri daha çox seçirlər. Bu günə kimi 28 min tələbə Azərbaycandan Türkiyəyə oxumaq üçün yollanıb. Türkiyədən də gəlib Azərbaycanda təhsil alan xeyli sayda tələbə var”. Rektor, həmçinin vurğulayıb ki, Ukraynada müharibə başlayandan sonra həmin ölkədən Türkiyəyə oxumağa gələn tələbələrin sayında artım müşahidə olunur: “Ukraynadakı kimsəsiz uşaqları Türkiyə öz himayəsinə alıb. Hazırda həmin uşaqlar Antalyada təhsil alırlar”. Qeyd edək ki, Azərbaycan-Türkiyə birgə universiteti paytaxt Bakıda açılacaq. Daha sonra filialları Gəncə və Şuşada açıla bilər. Türkiyədəki Ali Təhsil Şurası Azərbaycanda açılacaq birgə universitetlə bağlı yüksək səviyyədə hazırlıqlar aparıb. Bundan öncə yayılan xəbərlərdə bildirilirdi ki, 2023-cü ildə Türkiyənin müstəqilliyinin 100-cü ildönümündə birgə universitetin açılması nəzərdə tutulur.


27-10-2022, 18:29
İtaliya öz limanlarını miqrantlara bağlayır


İtaliya öz limanlarını miqrantlara bağlayır

İtaliyada qeyri-qanuni miqrasiyanın qarşısının alınması üçün “qapalı liman” siyasətinin tətbiqinə qayıdış gündəmdədir. İtaliyanın yeni daxili işlər naziri Matteo Piantedosi Aralıq dənizində xilasetmə əməliyyatları həyata keçirən qeyri-hökumət təşkilatlarına məxsus iki gəminin qaydalara uyğun hərəkət etmədiyini bildirib. Nazir Norveç bayrağı ilə üzən “Ocean Viking” və Almaniya bayrağı ilə üzən “Humanity 1” gəmilərinin Aralıq dənizində sərhəd təhlükəsizliyi və nəzarəti, eləcə də qeyri-qanuni immiqrasiya ilə mübarizəyə dair beynəlxalq və İtaliya qanunvericiliyinə əməl etmədikləri ilə bağlı qərar imzalayıb. Bu gəmilərin İtaliya sularına girişinə qadağanın tətbiqinin nəzərdən keçirildiyi qeyd olunub. Hazırda “Ocean Viking” gəmisində 202, “Humanity 1” gəmisində isə dənizdən xilas edilən təxminən 180 miqrant var. İtaliyanın Daxili İşlər Nazirliyinin məlumatına görə, ilin əvvəlindən bu ölkəyə dəniz yolu ilə gələn qeyri-qanuni miqrantların sayı 79 min 208 nəfərə çatıb. Xatırladaq ki, 2018-2019-cu illərdə İtaliyada “qapalı liman” siyasəti həyata keçirilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!