Kanal-11 internet TV-nin rəhbərinə 9 il həbs istənildi .....                        Azərbaycan və Serbiya XİN başçıları müzakirə apardılar .....                        Ceyhun Bayramov Səfirlər Konfransında çıxış edib .....                        Naxçıvanda istilik elektrik stansiyası tikiləcək - SƏRƏNCAM .....                        “Nidanın Gücü, Gücün Nidası!”: Yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı .....                        Azərbaycanda neçə "Tesla" avtomobili var? - QİYMƏTLƏR .....                        Sabahın hava proqnozu .....                        Qubadlı və Cəbrayılda modul tipli xəstəxanalar tikiləcək .....                        34 il sonra Xankəndidə Yeni il - FOTO .....                       
18-10-2022, 12:54
Ulu Öndər Heydər Əliyev:  Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir.


Ulu Öndər Heydər Əliyev: Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir.

Dəyərli dostlar! Bu gün 18 oktyabr Müstəqilliyin Bərpası Günüdür! Sizi bu müqəddəs gün münasibəti ilə səmimi-qəlbdən təbrik edirəm! Ümummilli Lider hələ 7 mart 1991-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında Yeni İttifaq müqaviləsi ilə əlaqədar olaraq təyin olunmuş referendumda iştirak edib, etməmək barədə fikrini açıq söyləyir: "Hörmətli xalq deputatları! Yeni İttifaq müqaviləsi ilə əlaqədar olaraq təyin olunmuş referendumda iştirak etmək və ya etməmək çox mühüm məsələdir. Azərbaycan xalqının gələcək taleyi həll olunur. Ona görə də mülahizə və təkliflərimi mən də bildirmək istəyirəm. 1922-ci ildən Azərbaycan Sovet İttifaqının tərkibindədir. Bu müddət ərzində xalqımız tarixi yol keçib, nailiyyətlər əldə edib. Eyni zamanda çox itkilərə, çətinliklərə də məruz qalıb. Bunları inkar etmək olmaz. Biz hamımız bu İttifaqın mövcud olduğu dövrdə dünyaya gəlmişik, təhsil-tərbiyə almışıq, formalaşmışıq. Biz hamımız, hər halda tam əksəriyyətimiz bu İttifaqa həddindən artıq inanmışıq, sədaqətlə xidmət etmişik, xalqımızın səadətini, xoşbəxt gələcəyini bu İttifaq daxilində görmüşük. Mən və mənlə birlikdə xeyli müddət respublikaya rəhbərlik edən həmkarlarım İttifaqın möhkəmlənməsi üçün daim çalışmış, Azərbaycan xalqında da bu İttifaqa sadiqlik və məhəbbət hissiyyatları yaratmağa cəhd etmişik. Fəqət son illərdə dünyada, ölkədə gedən ictimai, siyasi proseslər keçmişimizə münasibəti, ümumi dünyagörüşünü dəyişdirmiş, Sovet İttifaqında mərkəzlə respublikalar arasında olan iqtisadi, siyasi əlaqələr açılmış, çılpaqlaşmış, hansı tərəfin daha çox xeyir götürdüyü, zərər çəkdiyi aydınlaşmışdır. Bir neçə respublikada baş vermiş milli demokratik hərəkatların İttifaq dövləti tərəfindən zorakılıqla, hərbi qoşun hissələri vasitəsilə boğulması tədbirləri İttifaqın imperiya siyasəti apardığını tam aşkar etmişdir. İttifaq dağılmağa başlamışdır. Ölkənin rəhbərliyi yetmiş il mövcud olan İttifaqın yarasız olduğunu bəyan edərək, respublikaları yeni İttifaq yaratmağa dəvət edir... hər dövrün öz hökmü var. Biz də, demək olar ki, bu salonda oturanların hamısı, o hökmün təsiri altında olmuşuq. İndi isə hesab edirəm ki, bizim xalqımız üçün yetmiş illik imtahan bəsdir. Yeni bir İttifaqa girməyi Azərbaycan xalqı üçün rəva bilmirəm." Bəli, Azərbaycanın müstəqilliyinin qaçılmaz olması barədə Ümummilli Liderin mövqeyi qəti idi. Təbii ki, Müstəqilliyin Bərpası Günü Azərbaycan tarixinin ən mühüm günlərindən biridir. XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövləti öz müstəqilliyini ikinci dəfə yenidən bərpa etmişdir. 1991-ci il oktyabrın 12-də Azərbaycan Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası 4 gün müzakirələr apardı. Nəhayət, 18 oktyabr 1991-ci il tarixində Ali Sovetin sessiyasında tarixi sənəd olan Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi. Həmin vaxt aktın lehinə Ali Sovetin 360 deputatından 231-i səs verib. Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir. 29 dekabr 1991-ci il tarixində ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb və əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib. Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra dövlət bayrağı, himni və gerbi haqqında da qanunlar qəbul edilib. Bir daha Bayramımız mübarək!

Sadiq Qurbanov - Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri
17-10-2022, 22:57
İRANI ANCAQ DÜŞMƏNLƏRİ İDARƏ EDİRMİŞ

Vidadi Mustafayev
:


İRANI ANCAQ DÜŞMƏNLƏRİ İDARƏ EDİRMİŞ

İran Məhkəmə Hakimiyyətinin rəisi (İranda Ali Məhkəmənin sədrinin, Baş Prokurorun, Konstitusiya Məhkəməsinin sədrinin bir ÜMUMİ rəisi var və ona Məhkəmə hakimiyyətinin rəisi deyirlər) elan edib ki, İranın Tehranda yerləşən EVİN həbsxanasında (sonra hakimiyyətdəkilərə deyəcəklər bura indi də sənin evin olsun) hələlik 8 ölü və 61 yaralı vermiş yanğın düşmənlər tərəfindən törədilib.
Çox maraqlıdır, sən demə, İranı hər yerdə, özü də rahat şəkildə, düşmənlər idarə edir.
Beləki, xalqın etiraz çıxışlarını dəstəkləyən incəsənət xadimləri də, sən demə, düşmənlər tərəfindən satın alınıb, qızları və qadınları öz ən bəsit şəxsi azadlıqları uğrunda mübarizəyə dümənlər təhrik edib. Tələbələri, şagirdləri etiraz aksiyalarına düşmənlər çıxarır, hətta cəmiyyətin "qaymağı" (xavas deyilən kəsim) da düşmən tərəfindən idarə olunaraq etirazları dəstəkləyir.
Əgər İranda bütün işlərə düşmənlər nəzarət edirsə, onda sual olunur ki, BU BİTMƏYƏN İNQİLAB RƏHBƏRİ, BU HÖKUMƏT KİMƏ VƏ NƏYƏ LAZIMDIR. BƏLKƏ ONLAR DA DÜŞMƏNƏ İŞLƏYİRLƏR.
17-10-2022, 21:34
Xüsusi təyinatlıların birgə təlimi yekunlaşdı


Xüsusi təyinatlıların birgə təlimi yekunlaşdı

Türkiyə Respublikasının Marmaris şəhərinin Aksaz dəniz bazasında keçirilən Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) dəniz xüsusi taborlarının sualtı hücum (SAH) və sualtı müdafiə (SAM) bölmələri ilə Türkiyə HDQ xüsusi təyinatlı bölmələrinin birgə təlimi başa çatıb. Bu barədə Müdafiə Nazirliyindən (MN) bildirilib. Təlimdə hər iki qardaş ölkənin xüsusi təyinatlı bölmələri quru və dəniz taktikalarının işlənməsi, partlamamış döyüş sursatlarının və dəniz minalarının axtarışı, eləcə də məhv edilməsi üzrə tapşırıqları icra ediblər. Birgə təlimdə qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.






17-10-2022, 16:49
Xocavənddə insan sümükləri tapıldı


Xocavənddə insan sümükləri tapıldı

İşğaldan azad olunmuş Xocavənd rayonunun Ərəkül kəndi ərazisində insan sümükləri aşkar edilib. Butov.az-ın məlumatına görə, sümükləri ərazidə təmir tikinti işləri ilə məşğul olan işçilər tapıblar. Belə ki, əməkdaşlardan biri insan skeletinin hissələrinə bənzər sümüklərə rast gəlib. Bundan sonra o, Daxili İşlər Nazirliyinin (DİN) “102” qaynar xəttinə zəng edib. DİN Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı sorğumuza cavab olaraq bildirib ki, məlumat daxil olduqdan sonra dərhal Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gedib:“İlkin araşdırma zamanı məlum olub ki, sümüklər ərazidəki yağışlardan sonra baş vermiş torpaq sürüşməsi zamanı üzə çıxıb. Sümüklər həmin yerdən toplanaraq aidiyyəti üzrə ekspertizaya təqdim olunub”.
17-10-2022, 16:47
Tehran Məmmədov Avropa birinciliyində 3 medal qazandı


Tehran Məmmədov Avropa birinciliyində 3 medal qazandı

15-25 oktyabr tarixlərində Albaniyanın Dürres şəhərində keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyinə start verilib. Butov.az xəbər verir ki, yarışda 37 ölkədən 416 atlet (194 qadın və 222 kişi) iştirak edəcək. Medallar uğrunda mübarizəyə Azərbaycan yığma komandasının üzvləri də qoşulacaqlar. Artıq onlardan biri – Tehran Məmmədov körpücük üzərinə çıxıb. O, yaşı 20-yə qədər olan idmançılar arasında 61 kq çəki dərəcəsində qüvvəsini sınayıb.
İdmançımız birdən qaldırma hərəkətində 120 kq-ı ram edərək bu hərəkətdə Avropa birinciliyinin gümüş medalına sahib çıxıb. O, təkanla qaldırma hərəkətində 141 kq-ı başı üzərinə qaldırıb və bu hərəkətdə Avropa birinciliyində bürünc medal əldə edib. Toplam 261 kq (120+141) nəticə göstərən Tehran Məmmədov yekun sıralamada gümüş medal qazanıb.
17-10-2022, 16:44
Leyla Abdullayeva Fransaya səfir göndərildi


Leyla Abdullayeva Fransaya səfir göndərildi

Leyla Yaşar qızı Abdullayeva Azərbaycanın Fransa Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, hələ bir neçə ay əvvəl L.Abdullayevanın Fransada diplomatik fəaliyyətə başlayacağı ilə bağlı məlumat vermişdi. Leyla Abdullayeva 1981-ci ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münsibətlər fakültəsində beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr və magistr pillələrində təhsil alıb. 2002-ci ildən etibarən Xarici İşlər Nazirliyində çalışır. Nazirlikdə çalışdığı müddətdə regional təhlükəsizlik, ölkəmizin regional təşkilatlarda iştirakı, xüsusilə də bu təşkilatlarla siyasi və təhlükəsizlik sahəsində əməkdaşlıq münasibətlərinə məsul olub. Azərbaycan Respublikasının NATO yanındakı nümayəndəliyində və Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyi və Avropa İttifaqı yanında Nümayəndəliyində diplomatik fəaliyyət göstərib. XİN-də bundan öncə Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyində (AİDA) direktor müavini vəzifəsində çalışıb. Yeni təyinatdan əvvəl XİN-in Mətbuat xidmətinin rəhbəri olub.
17-10-2022, 16:40
Prezident yolların təmirinə pul ayırdı


Prezident yolların təmirinə pul ayırdı

Bakı şəhərinin Səbail rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Sərəncam imzalanıb. Butov.az xəbər verir ki, Sərəncama əsasən, Bakı şəhərinin Səbail rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 1,2 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
17-10-2022, 16:39
Azərbaycanın Avropada statusu artıb


Azərbaycanın Avropada statusu artıb

Rusiya və Ukrayna müharibəsi səbəbindən Avropaya gedən qaz kəsilib. Buna görə də yenə Azərbaycan üzərindən gedən neft xətlərinin önəmi artıb. Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu oktyabrın 17-də Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının İstanbulda keçirilən iclasından sonra keçirdiyi mətbuat konfransında deyib. "Digər ölkələrdə də qazın olmaması səbəbindən Avropada Azərbaycanın statusu artıb. Bizim bərabər atacağımız addımlar enerji və qida təhlükəsizliyinə təsir edəcək".
17-10-2022, 15:05
Makron obyektiv ola bilmir - Çavuşoğlu


Makron obyektiv ola bilmir - Çavuşoğlu

Təəssüf ki, Fransa və Makron obyektiv ola bilmirlər. Bir tərəfdən vasitəçi olmağa çalışırlar, amma biz onları görmürük. Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasının nəticələrinə dair mətbuat konfransında çıxışı zamanı bildirib. "Azərbaycan Prezidenti İlham Əliyev Makronun təklifini qəbul etdi, dördtərəfli görüş keçirildi. Bu iclası da bildiyim qədəri ilə Azərbaycana təzyiq göstərmək üçün keçirmişdilər. Amma artıq elə bir Azərbaycan yoxdur. Artıq hər dediyinizi edənTürkiyə və Azərbaycan yoxdur. Niyə 30 ildir Qarabağ məsələsi həll edilməmişdi?",- nazir bildirib.
17-10-2022, 15:03
"Laçın və Zəngəzur eyni statusdadır" - Çavuşoğlu


"Laçın və Zəngəzur eyni statusdadır" - Çavuşoğlu

"Laçın və Zəngəzur eyni statusdadır. Bunu Azərbaycan artıq bir neçə dəfə bildirib". Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasının nəticələrinə dair mətbuat konfransında çıxışı zamanı bildirib. "Azərbaycan və Ermənistan arasında qalıcı sülh müqaviləsinin bağlanması lazımdır. Ermənistan tərəfindən gec də olsa, cavab gəlir. Ermənistanın da bu sülh müqaviləsinə ehtiyacı var. Bu əlaqələr təbii ki, Türkiyə və Ermənistan əlaqələrinə də təsir edəcək",- nazir bildirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!