Azərbaycanda sükut günüdür .....                        Təyyarə qəzasında həlak olanlardan biri bu universitetin tələbəsidir .....                        Təyyarə qəzası ilə bağlı birgə məlumat .....                        Ərdoğan İlham Əliyevə məktub göndərdi .....                        Təyyarə iki dəfə dövrə vurub, üçüncüdə yerə çırpılıb .....                        "Səkkiz nəfər getmişdilər, ikisindən xəbər var" - VİDEO .....                        Yazıçılar Birliyində kitab təqdimatı .....                        Türkiyədə klub prezidenti istefa verdi .....                        Nazirlər yaralı azərbaycanlılara baş çəkdilər .....                       
10-10-2022, 15:18
Ruslar Nikolayevi raketlə vurdu


Ruslar Nikolayevi raketlə vurdu

Rusiya ordusu gecə saatlarında Ukraynanın Nikolayev vilayətinə 10 raket zərbəsi endirib. Bu barədə vilayətin hərbi administrasiyasının rəhbəri Vitaliy Kim bildirib. Onun sözlərinə görə, Rusiya tərəfi zərbələri “S-300” sistemləri vasitəsilə həyata keçirib. İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.
10-10-2022, 15:17
Ruhəngiz Qasımova Honq-Konqda vəfat edib


Ruhəngiz Qasımova Honq-Konqda vəfat edib

Əməkdar incəsənət xadimi, bəstəkar Ruhəngiz Qasımova Honq-Konqda olarkən vəfat edib. Bu barədə aparıcı Hacı Nuran Hüseynov "Instagram"da bildirib. Qeyd edək ki, bəstəkar Ruhəngiz Qasımova 1940-cı il iyulun 12-də Bakıda anadan olub. Uzun müddət Azərbaycan Dövlət Televiziyasında və radiosunda səs rejissoru, bəstəkar kimi çalışıb. O 82 yaşında vəfat edib.
10-10-2022, 15:14
Ruslara məxsus qırıcı qəzaya uğradı


Ruslara məxsus qırıcı qəzaya uğradı

Rusiyaya məxsus hərbi təyyarə Ukrayna sərhədi yaxınlığında qəzaya uğrayıb. Bu barədə Rusiya mətbuatı məlumat yayıb. Bildirilir ki, Su-24 zərbə təyyarəsi bazar günü səhər Rostov vilayətində sınaq uçuşu zamanı qəzaya uğrayıb. Hər iki pilot katapult etməyi bacarıb. Məlumata görə, pilotlar Ukrayna ilə həmsərhəd Cənub Federal Dairəsinin Sibyrka kəndi ərazisindəki tarlaya düşüblər və sağ qalıblar.
10-10-2022, 15:12
Torpaq sürüşməsi 22 nəfərin həyatına son qoydu


Torpaq sürüşməsi 22 nəfərin həyatına son qoydu

Venesuelada daşqınlardan sonra baş vermiş torpaq sürüşməsi nəticəsində azı 22 nəfər ölüb, 52 nəfər itkin düşüb. Butov.az xəbər verir ki, hadisə ilə əlaqədar Venesuela Prezidenti Nikolas Maduro ölkədə üç günlük matəm elan edib. Hadisə yerində xilasetmə işləri aparılır.
10-10-2022, 15:10
Qayıq qəzasında ölənlərin sayı 76-ya çatıb


Qayıq qəzasında ölənlərin sayı 76-ya çatıb

Nigeriyanın cənub-şərqində yerləşən Anambra əyalətində qayığın aşması nəticəsində ölənlərin sayı 76 nəfərə çatıb. Bu barədə Nigeriya prezidenti Muhammadu Buhari özünün "Twitter" səhifəsində yazıb. Ölənlərin sayının artacağı istisna edilmir. Dövlət rəsmiləri axtarışların davam etdiyini bildirib. Vilayətin Dövlət Fövqəladə Hallar Agentliyinin rəhbəri bildirib ki, qəza nəticəsində gəmidə olan 15 nəfər xilas edilib. Yerli istehsal gəminin 100-dən çox insanı daşımaq qabiliyyətinə malik olduğu bildirilir. Qeyd olunur ki, qəza zamanı 90 nəfərə yaxın şəxsi daşıyan qayığın mühərriki sıradan çıxıb və aşıb.
10-10-2022, 15:07
Kəlbəcər və Gədəbəy atəşə tutuldu - Növbəti təxribat


Kəlbəcər və Gədəbəy atəşə tutuldu - Növbəti təxribat

Oktyabrın 9-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Zağalı, İstisu, Yuxarı Şorca və Cil yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Əlibayramlı, İstisu və Zəylik, Gədəbəy rayonunun Novoivanovka yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
10-10-2022, 15:06
Ukraynadan Putinin Krım körpüsü ilə bağlı ittihamlarına cavab


Ukraynadan Putinin Krım körpüsü ilə bağlı ittihamlarına cavab

Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak Rusiya Prezidenti Vladimir Putinin Ukrayna xüsusi xidmət orqanlarının Krım körpüsündə “terror aktı” törətməsi ilə bağlı ittihamlarına cavab verib. Bu barədə Podolyak özünün "Twitter" hesabında məlumat yayıb. Podolyak dünyada yalnız bir terror dövlətinin olduğunu vurğulayıb."Putin Ukraynanı terrorizmdə ittiham edir? Bu, hətta Rusiya üçün də çox gülünc görünür. Rusiya təyyarələrinin Zaporojyedə yaşayış massivinə 12 raket atmasın nəticəsində 13 nəfərin ölüməsindən və 50 nəfərdən çoxunun yaralanmasından 24 saat belə keçməyib. Xeyr, bu dünyada yalnız bir terrorçu dövlət var və bütün dünya onun kim olduğunu bilir”, - Podolyak yazıb. Rusiya Prezidenti Vladimir Putin Krım və Rusiya ərazisini birləşdirən körpüdə baş verən partlayışın Ukrayna xüsusi xidmət orqanları tərəfindən planlaşdırıldığını bildirib."Şübhə yoxdur. Bu, kritik əhəmiyyətli mülki infrastrukturun məhvinə yönəlmiş terror aktıdır. Bu, Ukrayna xüsusi xidmət orqanları tərəfindən hazırlanıb, həyata keçirilib və icra edilib”, - o deyib. Ukraynanın cənubundakı Rusiya qüvvələrinin əsas təchizat marşrutu olan Kerç boğazı üzərindəki körpüdə baş verən partlayış nəticəsində 5 nəfər həlak olub. Ukrayna partlayışa görə məsuliyyəti öz üzərinə götürməsə də, Ukrayna rəsmiləri müsbət bəyanatlar yayıblar. 19 kilometr uzunluğunda olan körpü həm də Rusiyanın Qara dəniz donanmasının yerləşdiyi Sevastopol limanı üçün əsas təchizat xətti hesab olunur. Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin bildirib ki, müstəntiqlər avtomobilin keçdiyi marşrutu və onun hərəkətində iştirak edən şəxsləri müəyyən ediblər.
10-10-2022, 15:03
Metropolitenin mətbuat xidmətinin əməkdaşı vəfat edib


Metropolitenin mətbuat xidmətinin əməkdaşı vəfat edib

"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin poliqrafiya bölməsinin rəisi İlqar Təmayev vəfat edib. Butov.az xəbər verir ki, İ.Təmayev 53 yaşında ürək çatışmazlığından dünyasını dəyişib. Onun metropolitendə 20 ilə yaxın çalışdığı bildirilir. Allah rəhmət eləsin!
10-10-2022, 15:01
Putin Krım körpüsündəki partlayışa görə Ukraynanı ittiham etdi


Putin Krım körpüsündəki partlayışa görə Ukraynanı ittiham etdi

Rusiya Prezidenti Vladimir Putin Krım və Rusiya ərazisini birləşdirən körpüdə baş verən partlayışın Ukrayna xüsusi xidmət orqanları tərəfindən planlaşdırıldığını bildirib. Butov.az xəbər verir ki, Kremlin "Telegram" kanalında yayılan videoda Putin hadisəni terror aktı adlandırıb."Şübhə yoxdur. Bu, kritik əhəmiyyətli mülki infrastrukturun məhvinə yönəlmiş terror aktıdır. Bu, Ukrayna xüsusi xidmət orqanları tərəfindən hazırlanıb, həyata keçirilib və sifariş edilib”, - Rusiya Prezidenti deyib. Putin Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinlə görüşüb. Komitə rəhbəri Putinə körpüdə baş vermiş partlayış və yanğınla bağlı araşdırmanın nəticələrini təqdim edib. 19 kilometr uzunluğunda olan Krım körpüsündə dünən baş verən partlayış nəticəsində 5 nəfər həlak olub. Ukrayna partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.
10-10-2022, 08:08
Yüzü görməyi arzulasa da..

Əjdər Ağayev-85

Yüzü görməyi arzulasa da...

Pedaqoji elmlər doktoru, professor, şair, publisist Əjdər Ağayevi nə vaxtdan tanıdığımı xatırlaya bilmirəm. Onu bilirəm ki, həyatı anlayandan televiziya vasitəsilə evimizin qonağı olur, şirin, ovsunlu səsilə hamımızı sehirləyirdi. Şəxsən tanışlığımız isə 1998-ci ildə oldu. Lənkəranda idim. O zaman “Söz” jurnalının şəhər İcra Hakimiyyətinin binasında ayrıca otağı vardı (Sonralar həmin otağı bizdən aldılar). Günlərin birində Əjdər Ağayev Əməkdar müəllim, filoloq-alim Mirhaşım Talışlı ilə bizim otağa gəldi. Böyük dövlət xadimi Vəli Məmmədov haqqında xatirələrini gətirmişdi. Elə ilk tanışlıqdan yaradıcılıq əlaqələrimiz başlandı. Nə sifariş verirdimsə, gözlədiyimdən əvvəl yazıb hazırlayırdı. Belə operativliyini görəndə yarıciddi, yarızarafat “xanımız başınıza duz çevirsin” deyirdim. Sifarişli yazılardan biri böyük şəxsiyyət kimi pərəstiş etdiyi Maarif naziri Mirzə Məmmədov haqqında idi. Mirzə Məmmədovun Lerikdə keçirilən 90 illik yubileyinə mən də dəvət olunmuşdum. Bütün çıxışlar, xatirələr maraqlıydı. Amma Əjdər müəllimin kövrəlib ağlaması heç zaman yadımdan çıxmır. Sonralar “Söz”də dərc olunan “Zirvədə dövrə vuran qartal” xatirə yazısında bu hisslər mənə aydın oldu... “Cüssəli, həmişə qamətini şax tutan Mirzə müəllim kresloda qıvrılıb büzüşmüş halda oturmuşdu. Ağrıdan inildəyirdi. Təcili yardım çağırdılar. Həkimlər gəldi. İynə vurdular, bir az sakitləşdi. Dördüncü idarənin bir nömrəli xəstəxanasına apardılar. Maşının arxasınca yürüdüm... xəstənin sakitləşdiyini duyub bir-bir, iki-bir dağılmalı olduq. Məzahir Quliyev Mirzə müəllimin çarpayısının yaxınında oturmuşdu. Mən ondan bir az aralıydım. Içimizdən gələn təbii bir zərurət bizi ona yaxınlaşdırırdı. Başı ilə “Gedin, gedin” işarəsi verdi. Özümüzdən asılı olmadan mərhəmət və məhəbbət dolu bir səda eşidildi qulaqlarımızda: “Onu beləcə kimsəsiz atıb getmək olarmı?” Məzahirlə baxışdıq. Gözlərimiz danışdı: “Yox, biz getməməliyik.” Niyə bizə belə bir hiss hakim kəsilmişdi? Mən onu çox sonralar bildim. Demə, biz bir eldən-obadan imişik.

Onu da qeyd edim ki, biz Mirzə müəllimin harada doğulduğunu bilməsək də, o bizi işə qəbul edərkən yerimizi, yudrumuzu öyrənməmiş deyildi.
Ağrılar yenə başladı. Saatlar keçdikcə halı dəyişir, zəiflənir, taqətdən düşürdü. Gecə yarıdan keçmişdi. Arabir gözlərini açıb başı üstündə dayanan Məzahiri görür, elə bil tənhalıqdan xilas olurdu. İşarə ilə ona nəsə başa salmaq istədi. Alınmadı. Yavaşca: “çarpayıda otur, başımı dizinin üstünə qoy,”- deyə pıçıldad. Məzahir çarpayıda özünə yer edib, Mirzə müəllimi yarım oturulu qucağına aldı. Elə bil dünyanın rahatlığını verdilər ona. Bəlkə, illərlə görmədiyi ata yurdu Lerikin bir qayasına söykəndiyini hiss elədi, bəlkə yad tənhalıqdan qurtulub özünü yurddaşlarının arasında duyub sakitlik tapdı,əhdinə çatan, nisgilinə qovuşan həsrətli insan kimi rahatlandı. Sifətinə elə bil nur çiləndi. Bircə anlığa işıqlandı üzü. Dərindən köks ötürdü, nəfəsi getdi, amma gəlmədi... Beləcə dünyasını dəyişdi əziz bir insan, görkəmli dövlət xadimi, böyük qəlbli vətəndaş, əvəzsiz şəxsiyyət Mirzə Məmmədov”.
Həmin yazıda başqa bir ağrını da qələmə almışdı: “Taleyin qismətinə bax ki, mən bu sətirləri yazdığım bu dəmdə tarixçi alim Məzahir Quliyevin qəzaya uğrayaraq dünyasını dəyişdiyini eşitdim. 28 il sonra yazdığım bu xatirəni oxumaq ona qismət olmadı...”.

Kövrək qələmi daha kimlərin ömür yoluna işıq salmayıb?! Nazim Hikmət, Mikayıl Rəfili, İsmayıl Şıxlı, Tofiq İsmayılov, Mirzə İbrahimov, Cahangir Cahangirov, Tofiq Quliyev, Süleyman Ələsgərov, Şəkər Aslan... daha neçə-neçə unudulmaz simanın ağrı-acısını, sevincini yazılarında əbədiləşdirib.
Əjdər müəllim ilk tanışlığımızdan mənə mənəvi dayaq olanlar sırasında birincilərdən olub. İstənilən zamanda ona zəng vurub fikir bölüşür, məsləhət ala bilirdim.
Diqqət gördüyüm ziyalılar arasında da öndə olanlardan idi. 45 yaşı çoxları yubiley saymır. Amma o məni təsisçisi və baş redaktoru olduğu “Təhsil və Zaman” qəzetində təbrik etmişdi. 50 illiyimdə rəfiqəm, filoloq alim Şaiqə İskəndərovanın həmin qəzetdə dərc etdirdiyi təbrik yazısı ilə kifayətlənməyib, özü də ayrıca təbrik yazısı yazmışdı. Yubileyimlə əlaqədar “Söz”ə çoxlu təbrik məktubları, teleqramlar, şeirlər ünvanlandı. Yalnız bir neçəsini, yəni keçə bilmədiyim insanların təbriklərini dərc etdim. Etiraf edirəm ki, ən səmimi təbrik Əjdər müəllimdən idi.
Kitablarım barədə də çox səmimi yazılar yazıb. İlk kitabım - general-mayor Aydın Məmmədovun həyat və iş fəaliyyətindən bəhs edən “Xəzərin general oğlu”nun BDU-da keçirilən təqdimatını akademik Afat Qurbanov aparırdı. Təqdimatda ədəbiyyat nəhəngi Xeyrulla Məmmədov, dilçilik üzrə sayseçmə alimlərdən Yusif Seyidov, şair-publisist Telli Pənahqızı, Astara və Lerik rayonlarında uzun illər rəhbər vəzifələrdə çalışmış, 20 il Ali Sovetin və Milli Məclisin deputatı olmuş, həmçinin söz xiridarı Sultan Məmmədov, xalq artisti Əliabbas Qədirov, daha neçələri kitab haqqında dəyərli fikirlər söylədilər. Amma onun xoş sözləri orjinallığı ilə hamıdan fərqlənirdi. Bu gün də bütün aydınlığı ilə yadımda qalan təbrikləri həm də məsuliyyət hissimi artırırdı.

Əjdər Ağayevin şeirləri də ruh oxşayandır. Publisistikası da eləcə. Xüsusilə xatirə yazıları əvəzsizdir. Amma müəllim olaraq ucalardan ucadır. Pedaqoq alim olaraq bütün fəaliyyəti boyu beyinlərə xeyirxahlıq toxumu səpib, ürəklərdə maarif işığı yandırıb. Zəhməti hədər getməyib. AAK-ın o zamankı sədri akademik Azad Mirzəcanzadə onun elmi işlərini oxuyanda müdafiə proseduru keçmədən doktorluq elmi dərəcəsi və professor adının verilməsini təklif edəndə onu tanıyanlar heç də təəccüblənmədilər. O zaman Azərbaycanda pedoqoji antologiyanın hazırlanmasında və bu dəyərdə olan digər xidmətləri də nəzərə alınmışdı. Hamımızın nəzərində pedaqogikanın akademiki sayılsa da, təəssüf ki, bu sahədə akademik elmi dərəcəsi yoxdur. Adının qarşısında akademik sözü yazılmasa da, müəllim təəssübkeşliyi ilə tarixdə əbədi örnək kimi yaşamaq səadətinə nail olacaq.

Təsadüfi deyil ki, Respublika Təhsil Şurasına sədr seçilməsi məsələsi ortaya gələndə də Heydər Əliyev kimi nəhəng lider alternativsiz olaraq yalnız onun namizədliyinizi irəli sürmüşdü.
Məlumdur ki, dünyada əbədi qalacaq yeganə varlıq sözdür. O da ola haqqa xidmət etmiş söz. Ürəkdən gələn söz. Məni tanıyanlar yaxşı bilir ki, “Söz”ü ilk övladım sayıram. Müəyyən səbəblər üzündən jurnal bir il fəaliyyətini dayandırmalı oldu. Həmin ilin Milli Mətbuat günündə Lənkəran televiziyası ilə canlı veriliş gedirmiş. O Bakıdan telekanala zəng vurub “Söz”ün taleyi ilə maraqlanmış, ziyalı olaraq fikir bildirmişdi. Bakıda olduğumdan verilişə baxa bilməmişdim. Həmin axşam və ertəsi gün mənə çoxlu zənglər oldu. Hamı Onun təəssübkeşliyini alqışlayırdı.
M.İ.Qasirin Lənkəranda yaratdığı “Fövcül füsəha” ədəbi məclisinin yubileyi idi. Tədbirdə hər ikimiz iştirak edirdik. Orda iştirak edənlərin demək olar ki, hamısı “Söz”ün hansı çətinliklərlə işıq üzü gördüyünü bilirdi. Lakin bu barədə yalnız Əjdər müəllim danışdı və mənim kiçik xidmətimi az qala göylərə qaldırdı.

Yazıçılar Birliyinin Natəvan klubunda “Söz” jurnalının 20 illiyi qeyd olunanda Dədə Qorqud Fondunun prezidenti Eldar İsmayılov da dəvət olunmuşdu. Eldar müəllim məni də, “Söz”ü də ilk dəfə görürdü. Başda Əjdər müəllim olmaqla haqqımda elə gözəl fikirlər söylənildi, Eldar İsmayılov da söz alıb danışdı. Və Azərbaycan mətbuatında ilk dəfə “Söz” jurnalına Dədə Qorqud mükafatı verəcəyini vəd etdi. Açığı, Eldar müəllimin vədini həmin günün təəssüratından yaranan gəlişigözəl söz kimi qarşıladıq. Amma iki həftə sonra Xalq Mətbuat Mərkəzində mükafatın təqdimatı oldu. Əjdər müəllim yenə də hər zaman olduğu kimi peşəkarlığımı, fədakarlığımı elə yüksək zirvəyə qaldırdı ki, az qaldı özümə vurulam (iraq olsun).
Şəkər Aslanın 80 illiyinə xatirə yazmağını xahiş elədim. Vaxtında və ləzzətli bir xatirə göndərdi ünvanımıza. “Söz” jurnalının baş redaktoru Sevda Əlibəyliyə açıq məktub” adlandırdığı xatirə yazısında Şəkər Aslanın xatirəsilə yanaşı mənim ustadıma olan sədaqətimi yüksək dəyərləndirirdi: “Şəkər insanlarda xeyirxahlıq, qayğıkeşlik, sədaqətlilik, sözübütövlük dəyərlərini çox sevirdi. Həmişə yaxşılara rast gəlmək, yaxşıların nümunəsini yaymaq cəhdində idi. Onun şair qəlbi sözü ilə əməli bir olmayan insanlardan tez incik düşürdü. Təsadüfi deyildir ki, bu acını dilə gətirərək yazırdı:
Həyatda yol getdim xeyirlə-şərlə,
Dedim ayırd edim yaxşını pisdən.
Üz-üzə gəldikcə nakişilərlə,
Sevdim kişi ruhlu qadınları mən.


Çox hörmətli Sevda xanım! Siz həmin kişi ruhlu qadınlardansınız. Şəkər Aslan poeziyasına, Şəkər Aslanın başladığı quruculuq əməllərinə sədaqətlə yanaşaraq onu təbliğ edir, “Söz”ün hər sayında Şəkər Aslanı yad edirsiniz”.
İllərdir ki, Əjdər Ağayevin mənəvi xəzinəsilə, müdrik fikirlərilə zənginləşirəm. Hələ zaman-zaman da bəhrələnməyə ümidvaram. Yaxın illərdə ürəyindən əməliyyat olundu. Bu mənada yeni ürəklə yaşadığı ömür qədər də yenidən yaşamağa “məhkumsunuz” deyə, arzularımı bildirmişdim. Gözündəki eynəyi də atmışdı. Ürəyin aynası olan gözlərində cavanlıq eşqi, yazıb-yaratmaq ehtirası aydın görünürdü. “Söz”də onun haqqınızda gedən yazılardan birinə “Qocalmayan ürək sahibi” başlığını vermişdim. Şeirlərinə istinad edərək bu başlığı seçmişdim.
Ürək yüzü yaşayar, qocalmaz,
Görüb düzü yaşayar, qocalmaz!


Təəssüf ki, yüzü görmək arzusunda olan əziz dostumuzu tez itirdik. Qocalmayan ürək sahibinə ürəyimdə deyilməmiş çox sözüm qaldı. 80 illik yubileyi Bakı Mühəndislik Universtitetində təmtəraqla qeyd olundu. Respublikanın sayseçmə alimləri, yetirmələri, ədəbiyyat və sənət adamları onu təbrikə gəlib xoş arzularını bildirdilər. Amma əcəl macal vermədi yubileydən sonra Əjdər Ağayev 1 il 1 ay 17 gün yaşaya bildi.
Əjdər Ağayevin zəngin xəzinəsi yalnız pedaqoji sahə ilə, yazıb-yaratdıqları ilə məhdudlaşmır. Alimin ən dəyərli xəzinəsi ailəsi, nəsil davamçılarıdır. Bu gün onun ocağını ləyaqətlə qoruyan ömür-gün yoldaşı Zəkiyyə xanım öz elmi işini də, elm sahəsindəki yüksəlişini də ömür-gün yoldaşına, övadlarına qurban verib. Və peşman da deyil. ADUnu (BDU) əla qiymətlərlə bitirdikdən sonra Elmlər Akademiyasınn Kosmik Tədqiqatlar İnstituna təyinat alır və 20 ilə yaxın orada çalışır. Sonra 99 saylı orta məktəbdə , daha sonra Sabir adına Bakı Pedaqoji Texnikumunda dərs deyir. Və daha sonra təqaüdə çıxır, ailə qayğıları ilə məşğul olur.

İlk övladları Ülviyyə İbrahimli tarix üzrə fəlsəfə doktorudur. Bakı Dövlət Universitetin dosentidir. İkinci övladları İlhamə Rəsulova ADPU nəznində Azərbaycan Dövlət Pedaqoji Kollecində psixologiya fənnini tədris edir. Kiçik övladları Aytac Əjdərağazadə 15 saylı poliklinikada həkim-stomotoloqdur. Estafet nəvələrdədir. Fərhad Turizm Universitetinin ikinci kurs tələbəsidir. Əjdər, Zəkiyyə, Şəms, Ayna və Fidan orta məktəbdə təhsil alırlar.
Ruhu şad olsun. Əjdər müəllimin işıqlı xatirəsi hər zaman onu sevənlərin qəlbindədir.

Sevda ƏLİBƏYLİ
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!