Yandırılmış Kitablar üçün Mərsiyə .....                        Bu yolda sürət həddi endirildi .....                        Fidan alman həmkarı ilə görüşdü .....                        Prezident Şahbaz Şərifə təşəkkür etdi .....                        Baydenin Ukrayna üçün son hərbi yardımı .....                        İlham Əliyev Pezeşkian və Sisiyə məktub yazdı .....                        Bakı metrosunun yeni sədri kimdir? .....                        Qazaxda traktor aşdı - Ölən var .....                        Makronun sözləri müxalifəti qəzəbləndirdi .....                       
6-12-2022, 20:08
“SONUNCU SƏNGƏR"in TƏQDİMATI KEÇİRİLDİ


YAZIÇI-PUBLİSİT TƏRANƏ CƏBİYEVANIN “SONUNCU SƏNGƏR"
KİTABININ TƏQDİMATI KEÇİRİLDİ


44 günlük Vətən müharibəsində döyüşən oğulların hərəsi bir qəhrəmandır. Onların arasında canını sipər edib, şəhidlik zirvəsinə ucalan oğullarımız da vardır. Bu gün Vətən sevdalısı olan şəhid oğullarımızın adları əbədiləşdirilir, onların haqqında kitablar, şeirlər yazılır, sənədli filmlər çəkilir. Şəhid Səbuhi Orucov Müzəffər Azərbaycan Ordusunda Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçu idi. O, Cəbrayıl, Füzuli, Qubadlı rayonlarının erməni faşistlərindən azad olunmasında qəhrəmancasına döyüşüb. O, Laçın rayonunun dörd kəndini işğaldan azad edilməsində isə böyük şücaət göstərib. Bu günlrdə yazıçı-publisit Təranə Cəbiyevanın şəhid Səbuhi Orucovun rəşadətli döyüş yolundan bəhs edən “Sonuncu səngər” kitabı işıq üzü görüb. Həmin kitabda
şəhidin hərbiçi dostlarının xatirələri də toplanıb. Kitabda şəhidin döyüşçü yoldaçşları xatirələrində qeyd edirər ki, “Səbuhi ilə bərabər aslan kimi döyüşə atılırdıq. Erməni əsgərləri vurulan anda isə şahid olurduq ki, düşmən çaşqınlıq içərisində vahiməyə düşüb, geriyə çəkilir. O zaman Səbuhi də deyirdi ki, “indi rahatca torpağımızda addımlayarıq”. Hər dəfə düşmən bizi güllə, minomyot yağışına tutsa da bizim ağır zərbələrimizə davam gətirə bilmirdi. Təsəvvür edin ki, hərbi maşınla irəlidə istehkam quranda ermənilər nəinki yeməklərini, hərbi silahlarını qoyub, qaçırdı. Səbuhi ilə sonuncu səhbətimiz Laçının Suarası kəndini keçdikdən sonra oldu. Düşmən dayandığımız əraziyə minomyot atanda hamımız zarafatla “sabahın xeyir” dedik. Səbuhi isə təxminən döyüş yoldaşlarından 15 metr aralıda səngərdə idi. O elə deyirdi ki, “indi yanınıza gəlirəm”. Qəfildən 3-cü
minomyot atılanda hiss etdik ki, Səbuhiyə dəydi. Həmin gün minomyotun güclü zərbəsindən Səbuhi Orucov sonuncu səngərdə əbədiyyə qovuşdu.” Bəli, igid və cəsur döyüşçü Səbuhi Orucov 2020-ci il oktyabrın 26-da Laçın rayonu uğrunda döyüşlərdə, ən uca məqam olan şəhidlik zirvəsinə ucalır. 2020-ci il dekabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
Sərəncamına əsasən Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən  Səbuhi Orucov ölümündən sonra 3-cü
dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmaına görə”, “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib. Dekabrın 2-də Bakının Suraxanı rayonundakı 87 nömrəli tam orta məktəbdə yazıçı-publisist Təranə Cəbiyevanın həmin məktəbin şəhid məzunu Səbuhi Orucova həsr etdiyi “Sonuncu səngər” kitabının təqdimatı keçirildi. Tədbirdə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Suraxanı rayon İcra Hakimiyyəti, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri polkovnik-leytenant Elmar Hüseynov, şəhidin ailə üzvləri, şəhid anaları, qazilər, YAP Suraxanı rayon təşkilatının aparat rəhbəri Salman Əbdulov, xeyriyyəçi Yusif Ələkbərov, məktəb rəhbərliyi, müəllimlər, məktəblilər iştirak etdilər.




Tədbir Azərbaycan Dövlər Himni ilə başladı. Azərbaycanın ərazi bütövlüyü
uğrunda şəhid olan oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Təqdimatı giriş sözü ilə açan məktəbin tərbiyə işləri üzrə direktor müavini Xədicə Abdullayeva tədbir iştirakçılarını salamlayaraq, məktəbin şəhid məzunu Səbuhi Orucov haqqında məlumat verdi. Şəhid Səbuhi Orucovun anası Narınc Orucova çıxış edərək, kitabın müəllifi Təranə Cəbiyevaya və tədbir iştirakçılarına təşəkkür etdi, oğlu ilə bağlı xatirələrdən danışdı.





“Sonuncu səngər” kitabının müəllifi yaziçi-publisist Təranə Cəbiyeva Vətən müharibəsində qazandığımız Böyük Qələbəyə görə Ali Baş Komandan İlham Əliyevə, şəhid oğullarımıza, qazilərimizə və müharibə iştirakçılarına təşəkkür etdi. Müəllif 44 günlük Vətən müharibəsində şəhid olan bütün oğullarımız haqqında kitabların yazılmasısının vacibliyini diqqətə çatdırdı. Təranə Cəbiyeva Qarabağ müharibəsində qəhrəman oğullarımızın unudulmayacağını, şəhid Səbuhi Orucovun döyüş yolunun isə
gənclərimizə örnək olacağını söylədi. Kitab təqdimatında Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Suraxanı rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri polkovnik-leytenant Elmar Hüseynov, Səbuhi Orucovun qardaşı Fuad Orucov, 87 nömrəli tam orta məktəbin tarix müəllimi
Afət İbrahimova və ziyalılar çıxış edərək, Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusunun 30 ildən sonra tarixi torpaqlarımızı işğaldan azad etməsindən və Böyük Zəfər Qələbəsindən söhbət açdılar. Şəhid Səbuhi Orucovla bərabər Qarabağ müharibəsi şəhidlərinin xatirəsinin hər zaman uca tutulacağı da vurğulandı. Təqdimatın ədəbi hissəsində şəhid Səbuhi Orucov haqqında videoçarx nümayiş olundu. Şagirdlər vətənpərvərlik mövzusunda müxtəlif şeirlər, eləcə də Təranə Cəbiyevanın “Şuşaya sancılan bayraq” şeirini söylədilər. G.Əliyeva adına 3 saylı Uşaq İncəsənət Məktəbinin balaca xanəndəsi Ümid Hüseynov tarda Orxan Abdullayevin, kamançada Ələkbər Hüseynzadənin müşayəti ilə “Xarı bülbül” xalq mahnısını oxudu. Gənc qiraət ifaçısı Rəşidə İskəndərova Səbuhi Orucovun yazdığı şeirlərdən parçalar söylədi. Məktəbin II sinif şagirdləri “Ay Laçın” mahnısını, “Buta” qrupunun üzvləri isə “Xarı bülbül” rəqsini ifa etdilər.





Kitab təqdimatının sonunda yazıçı-publisist Təranə Cəbiyeva şəhid anaları, qonaqlar və məktəblilərlə bərabər xatirə şəkilləri çəkdirdi.

“Butov.az”
6-12-2022, 19:43
Güləşçilərimiz dünya çempionatında iştirak edəcək


Güləşçilərimiz dünya çempionatında iştirak edəcək

Azərbaycanın 2 güləşçisi dekabrın 10-da ABŞ-ın Ayova ştatının Koralvill şəhərində start götürəcək Dünya Kubokunda iştirak edəcək. Federasiyadan verilən məlumata görə, sərbəst və qadın güləşi üzrə 2 gün davam edəcək yarışda ölkəmiz fərdi qaydada təmsil olunacaq. Sərbəst güləşdə Dünya yığmasının tərkibində Osman Nurmaqomedov (92 kq) yer alıb. Bu komanda B qrupunda Yaponiya və İranla mübarizə aparacaq. A qrupunda isə ABŞ, Gürcüstan və Monqolustan çıxış edəcək. Qadın güləşində isə Dünya yığmasının heyətində Jalə Əliyeva (57 kq) qüvvəsini sınayacaq. Bu kollektiv B qrupunda Çin və ABŞ-la münasibətlərinə aydınlıq gətirəcək. A qrupunun iştirakçıları Yaponiya, Ukrayna və Monqolustandır. Reqlamentə əsasən, ayın 10-da qrup görüşləri keçiriləcək. Qrup qalibləri finala, ikinci yeri tutan komandalar isə bürünc medal uğrunda görüşə vəsiqə qazanacaq. Final və 3-cü yer uğrunda qarşılaşmalar dekabrın 11-də baş tutacaq.
6-12-2022, 19:38
Gürcüstan hökümətindən Ukraynayla bağlı açıqlama


Gürcüstan hökümətindən Ukraynayla bağlı açıqlama

Gürcüstan Ukraynaya hərbi yardım edə bilməz və etməyəcək. Bunu Gürcüstan parlamentinin çoxluqda olan “Gürcü Arzusu” fraksiyasının rəhbəri Mamuka Mdinaradze bildirib. Deputat qeyd edib ki, Gürcüstan Ukraynaya tam siyasi dəstək verir və humanitar yardımlar edir, lakin hərbi yardım göstərə bilməz. O, bu qərarın Gürcüstanın özünün Abxaziya və Cənubi Osetiya ilə bağlı problemlərinin olması ilə əlaqəli olduğunu söyləyib.
6-12-2022, 19:34
Hərbi təlim iştirakçıları mükafatlandırıldı


Hərbi təlim iştirakçıları mükafatlandırıldı

Azərbaycan-Türkiyə birgə təliminin dekabrın 6-da keçirilən “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə şəxsi heyət təltif olunub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyənin milli müdafiə naziri Hulusi Akar təlimdə fərqlənən bir qrup azərbaycanlı və türkiyəli hərbi qulluqçuları mükafatlandırıblar. Sonra hər iki qardaş ölkənin müdafiə nazirləri şəxsi heyət qarşısında çıxış ediblər. Cənab H.Akar çıxış edərək Baş Qərargah rəisi və digər qoşun növləri komandanları ilə birgə təlimin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirak etməkdən məmnunluğunu bildirib. Türkiyənin milli müdafiə naziri qeyd edib ki, dünyada təhdid və təhlükələrin artdığı bir zamanda ölkələrimizin və millətimizin təhlükəsizliyini yalnız güclü orduya sahib olmaqla təmin etmək mümkündür. Birgə təlimlər də qarşılıqlı təcrübə mübadiləsi və peşəkarlığın artırılmasında mühüm əhəmiyyətə malikdir. Türkiyənin hər zaman Azərbaycanın yanında, istənilən təhdid və təxribatlara qarşı tək yumruq kimi birləşməyə hazır olduğunu xüsusi bildirən Hulusi Akar vurğulayıb ki, dostumuzu birlikdə dost, düşmənimizi də birlikdə düşmən görürük. General-polkovnik Z.Həsənov çıxış edərək qardaş Türkiyə hərbi qulluqçularını ölkəmizdə görməkdən məmnun olduğunu qeyd edib. Müdafiə naziri vurğulayıb ki, təlimlərdə bütün qoşun növləri vəzifələrini yüksək səviyyədə yerinə yetiriblər. 44 günlük müharibədən sonra Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığı ilə Azərbaycan Ordusunda Türkiyə Silahlı Qüvvələrinə uyğun islahatlar həyata keçirilir. Biz şanslıyıq. Çünki Türkiyə Silahlı Qüvvələri dünyanın ən aparıcı ordularından biridir. Bir millət – iki dövlət olaraq biz bu şansdan səmərəli istifadə edirik. Türkiyə - Azərbaycan qardaşlığı əbədidir. Yaşasın, Türkiyə - Azərbaycan qardaşlığı!

6-12-2022, 19:31
Bu nazirliklərə yeni səlahiyyətlər verildi


Bu nazirliklərə yeni səlahiyyətlər verildi

Beynəlxalq hüquqla dövlətlərin sərhədlərinin tanındığı bir dövrdə dövlətlərarası mübarizə xeyli dərəcədə “kəşfiyyat-pozuculuq səngərləri”ndə baş verir. Ötən müddət ərzində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilən genişmiqyaslı tədbirlər nəticəsində qonşu dövlətlərin xeyrinə casusluq edən şəxslər və onların əməlləri, xarici havadarların himayəsində fəaliyyət göstərən təşkilatlar barədə məlumatlar tez-tez gündəm olub. Bəs qeyd olunan Azərbaycan vətəndaşları xaricdən necə maliyyələşdirilir? Hazırda xaricdən pul vəsaitlərinin dövlət nəzarətindən gizli əldə edilməsinin xeyli dərəcədə qanunsuz pul köçürmələri yolu ilə təşkil edildiyi məlumdur. Kölgə iqtisadiyyatının mövcudluğu şəraitində xarici xüsusi xidmət orqanları üçün belə şəxslərə pul çatdırılması xeyli asanlaşır. Təsadüfi deyil ki, müasir dövlətlərdə “kölgə iqtisadiyyatı”na, eyni zamanda iqtisadi və milli təhlükəsizliyə təhdid olan mexanizmlərə qarşı sərt mübarizə metodları var. Ötən illərdə bir çox ölkələrdə terrorçu birləşmələrin, kriminal təbiətli siyasi radikal dairələrin, dini ekstremistlərin və casusların məhz heç yerdə dövlət qeydiyyatı və nəzarəti olmayan “həvalə” adı ilə tanınan və digər analoji pul çatdırma şəbəkələrinin imkanlarından istifadə edilərək maliyyələşdirilməsi müəyyən edilib. Müxtəlif səs-küylü işlər aparılıb. Vurğulanan məsələlərlə bağlı bir çox dövlətlər daxili və ölkələrarası hüquqi mübarizə mexanizmləri yaradıb. Heç kimə sirr deyil ki, korrupsiya cinayət əməllərinə qurşanmış şəxslər də qanunsuz pul köçürmələri üsullarından istifadə edərək cinayət yolu ilə əldə etdikləri külli miqdarda vəsaitləri ölkədən çıxarıblar. Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında 6 dekabr 2022-ci ildə qüvvəyə minən qanunla Məcəlləyə “Qanunsuz pul köçürmələrinə görə” cinayət məsuliyyəti nəzərdə tutan 206-1-ci maddə əlavə edildi, Azərbaycan Respublikası Prezidentinin həmin tarixli fərmanı ilə belə cinayət əməllərinə görə cinayət işləri üzrə istintaqın İqtisadiyyat Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılacağı müəyyən edilib. Göründüyü kimi, Azərbaycanda qeyd olunan istiqamətdə, o cümlədən ümumilikdə “kölgə iqtisadiyyatı”nın bütün zərərli təzahürlərinə qarşı xüsusi islahatlar, sərt mübarizə tədbirləri həyata keçiriləcək.
6-12-2022, 19:26
Kütləvi şəkildə məhv olan suitilərin ölüm səbəbi bəlli oldu: İnsan vəhşiliyi


Kütləvi şəkildə məhv olan suitilərin ölüm səbəbi bəlli oldu: İnsan vəhşiliyi

Dağıstanda Xəzər dənizinin sahilində 2 min 500-ə yaxın Xəzər suitisinin (Phoca caspica) cəsədi aşkarlanıb. Suitilər Sulak və Şurinka çaylarının mənsəbləri arasındakı ərazidə aşkar edilib. Zoologiya İnstitutundan bildirilib ki, baş verən hadisə son on ildə Xəzər suitilərinin ən kütləvi tələfatıdır. Suitilərin ölüm səbəbi hazırda Xəzəryanı ölkələrin mütəxəssisləri tərəfindən araşdırılır. Bakterioloji-virusoloji analizlərin aparılması üçün tələf olmuş heyvanlardan nümunələr götürülüb. Məsələ ilə bağlı açıqlama verən Zoologiya İnstitutunun Hidrobiologiya laboratoriyasının aparıcı elmi işçisi dosent Süleyman Süleymanov bildirib ki, Xəzər suitisi yay aylarında Abşeron yarımadasının Bakı arxipelaqı adaları sularında dolanır, noyabr-dekabr aylarında isə çoxalmaq üçün Şimali Xəzərin Rusiya sularında sürü halında bir yerə cəmləşirlər: “Ehtimal olunur ki, Xəzər suitisinin kütləvi şəkildə qırılmasına səbəb həmin ərazilərə axıdılan çayların suyunun güclü çirklənməsi ola bilər. Digər səbəbin isə balıqçılar tərəfindən balıq əldə etmək üçün istifadə edilən partlayıcılarla bağlı olduğu güman edilir”. O qeyd edib ki, dəqiq səbəb heyvan cəsədlərindən götürülmüş patoloji materialının laborator analizinin nəticəsindən sonra bilinəcək. Bir neçə il əvvəl Xəzərin Azərbaycan sektorunda da suitilərin kütləvi tələfatının qeydə alındığını xatırladan S.Süleymanov bildirib ki, aparılan müşahidələr neft-qaz işlərinin daha da sürətlənməsi ilə əlaqədar olaraq son 10 ildə Xəzər dənizində güclü çirklənmə prosesinin getdiyini göstərir. Bu fakt təkcə Azərbaycan ərazisinə aiddir. S.Süleymanov hazırda Xəzər dənizinin Azərbaycan sektorunda ölü suitilərin aşkarlanmadığını, lakin yaxın günlərdə suiti leşlərinin Dağıstan tərəfindən Abşeron yarımadasının şimal sahillərinə dəniz axınları ilə gətirilməsi ilə bunun gözlənilən olduğunu bildirib.
6-12-2022, 19:18
Şuşa şəhəriylə bağlı yeni sərəncam


Şuşa şəhəriylə bağlı yeni sərəncam

Prezident İlham Əliyev Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncamda 2022-ci il martın 31-də Türkiyə Respublikasının Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının növbədənkənar iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi qeyd olunub. Bildirilib ki, memarlıq və şəhərsalma sənətinin 270 illik tarixə malik parlaq incisi olan və Azərbaycan xalqı üçün yüksək mədəni-mənəvi dəyər kəsb edən Şuşaya xüsusi ehtiramın təzahürü kimi bu qərar bütün türk dünyasının birlik və həmrəyliyinin yeni rəmzinə çevrilməklə, türk xalqları arasında əməkdaşlıq perspektivlərinin daha da genişləndirilməsi işinə öz töhfəsini verəcək. Sərəncama əsasən, Nazirlər Kabinetinə Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirmək, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşılıb.
6-12-2022, 19:15
Rusiyayla Türkmənistan arasında yeni sənəd imzalandı


Rusiyayla Türkmənistan arasında yeni sənəd imzalandı

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Türkmənistanın XİN başçısı Reşit Meredov arasında görüş keçirilib. R.Meredovun Moskvaya səfəri çərçivəsində nazirlər sənəd imzalama mərasimində iştirak ediblər. Belə ki, iki ölkənin Xarici İşlər Nazirlikləri arasında 2023-2024-cü illəri əhatə edən əməkdaşlıq proqramı sənədi diplomatlar tərəfindən imzalanıb. Qeyd edək ki, oxşar sənəd Azərbaycanın XİN başçısı Ceyhun Bayramovun Rusiyaya səfəri zamanı Rusiya və Azərbaycan XİN arasında da imzalanmışdı.
6-12-2022, 19:09
Nazirlər hərbi təlimi canlı izlədilər


Nazirlər hərbi təlimi canlı izlədilər

Azərbaycanın müdafiə naziri general-polkovnik
Zakir Həsənov və Türkiyənin milli müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərində keçirilən təlimdə icra olunan tapşırıqları xüsusi quraşdırılmış monitorlar vasitəsilə canlı izləyiblər. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Sonda bütün istiqamətlər üzrə icra olunan tapşırıqlar videobağlantı vasitəsilə qoşulan komandir heyəti ilə birgə təhlil edilib.



6-12-2022, 19:03
Ərdoğan - “Bizi heç kim ayıra bilməz..”


Ərdoğan - “Bizi heç kim ayıra bilməz..”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan birgə hərbi təlimlərindən sonra Azərbaycan əsgərlərinə müraciət ünvanlayıb. Ərdoğan “Qardaş Yumruğu” təlimlərini yüksək qiymətləndirdiyini söyləyib. “Bizi heç kim ayıra bilməz. Türkiyə-Azərbaycan qardaşlığı bundan sonra da güclənərək davam edəcək. Türkiyə olaraq azərbaycanlı qardaşlarımızı candan sevirik” - Ərdoğan telefon vasitəsilə təlim iştirakçılarına müraciətində deyib. “Siz dosta güvən verdiniz, düşmənləri qorxutdunuz. Tək millət iki dövlət anlayışı ilə bu hərbi təlimləri uğurla başa çatdırdınız. Çətin ərazi və hava şərtlərində keçirilən hərbi təlimlər iki ölkə ordusunun güclənməyinə töhfə verəcək. Sizi bağrımıza basırıq”, - deyə Ərdoğan söyləyib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!