Yandırılmış Kitablar üçün Mərsiyə .....                        Bu yolda sürət həddi endirildi .....                        Fidan alman həmkarı ilə görüşdü .....                        Prezident Şahbaz Şərifə təşəkkür etdi .....                        Baydenin Ukrayna üçün son hərbi yardımı .....                        İlham Əliyev Pezeşkian və Sisiyə məktub yazdı .....                        Bakı metrosunun yeni sədri kimdir? .....                        Qazaxda traktor aşdı - Ölən var .....                        Makronun sözləri müxalifəti qəzəbləndirdi .....                       
7-12-2022, 17:46
Sabah üç astronomik hadisə gözlənilir


Sabah üç astronomik hadisə gözlənilir

Dekabrın 8-də eyni vaxtda üç astronomik hadisə baş verəcək. Sabah səhər saatlarında bədirlənmiş Ay, Mars qarşıdurması və bədirlənmiş Ay tərəfindən Marsın tutulması baş verəcək. Hər üç hadisə Bakı vaxtı ilə 8:00-dən 9:00-a qədər olacaq. Bakı vaxtı ilə saat 8:10-da Ay tam fazaya daxil olacaq, 8:35-də Yerdən 82,2 milyon km uzaqlıqda olan Mars Günəşlə qarşıdurma nöqtəsində, 9:35-də isə Yerdən 82,2 milyon km uzaqlıqda olan Mars Günəşə əks nöqtədə olacaq. Mars qarşıdurmaları təxminən iki ildən bir baş verir.
7-12-2022, 17:41
İran prezidentindən davam edən etirazlara münasibət


İran prezidentindən davam edən etirazlara münasibət

İran Prezidenti İbrahim Rəisi ölkədə 3 aya yaxındır davam edən etirazlara münasibət bildirib. Bu barədə “İRNA” agentliyi məlumat yayıb. “Etirazlar konstruktiv, üsyan isə destruktivdir. Etirazları dinləmək lazımdır”, - deyə Rəisi bildirib. İran prezidenti ölkədə inflyasiyanın aşağı düşəcəyini və əhaliyə iqtisadi vəziyyətinin yaxşılacağını vəd edib: “Bu gün diktator deyirlər. Diktator kimdir? ABŞ qətiyyən güclü İran görmək istəmir. Onlar İranı işğal etdikləri Liviya, Əfqanıstan, Suriya kimi görmək istəyirlər. İran bu ölkələrdən fərqlidir. İran xalqı ABŞ-ın bu təxribatını reallaşdırmasına imkan verməyəcək”, - deyə prezident söyləyib. Qeyd edək ki, sentyabr ayında 22 yaşlı Məhsa Əminin hicab qaydasını pozmaq ittihamı ilə polis tərəfindən saxlanılmasından sonra müəmmalı ölümü İranda böyük etirazlara səbəb olub. Polis gənc qızın ürək çatışmazlığından vəfat etdiyini, ailəsi isə Əmininin heç bir xəstəliyinin olmadığını və döyülərək öldürüldüyünü bəyan edir.
7-12-2022, 17:37
Azərbaycanla yanaşı, bu ölkələrin də qazı Avropaya daşına bilər


Azərbaycanla yanaşı, bu ölkələrin də qazı Avropaya daşına bilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın TANAP layihəsinin önəmini yüksək qiymətləndirib. Kalın bu barədə Türkiyə-Qazaxıstan münasibətlərinin 30 illiyinə həsr olunmuş tədbirdə danışıb. “TANAP vasitəsilə bizim inşa etdiyimiz enerji koridoru bu gün sadəcə Azərbaycan qazının Avropaya daşınmasında yox, eləcə də Türkmənistan və bəlkə gələcəkdə Qazaxıstan qazının da Avropaya nəql edilməsində mühüm rol oynayacaq”, - Kalın bildirib. Ərdoğanın sözçüsü Türkiyə-Azərbaycan-Türkmənistan üçtərəfli zirvə toplantısının dekabrın ortalarında keçiriləcəyini vurğulayıb. Kalın bu toplantının Türk dünyasında əlaqələrin inkişafı üçün kritik mərhələlərdən biri olduğunu diqqətə çatdırıb.
7-12-2022, 17:15
Prezident yeni nəqliyyat infrastrukturundan danışdı


Prezident yeni nəqliyyat infrastrukturundan danışdı

Bu gün biz Ulu Öndərin siyasətinə sadiq qalaraq yeni nəqliyyat infrastrukturu obyektlərini yaradırıq. Bunu Prezident İlham Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa olunan “Akademik Xoşbəxt Yusifzadə” tankerinin istismara verilməsi mərasimində deyib. “Bax, bu tankerin yaradılmasının təməli 9 il bundan əvvəl gəmiqayırma zavodunun istismara verilməsi ilə qoyulmuşdur. O qərarı da mən qəbul etmişdim, bunu biz həll etdik. O vaxt bəziləri hesab edirdi ki, buna ehtiyac yoxdur. Onsuz da biz başqa ölkələrdən gəmilər, tankerlər alırıq. Amma mən bilirdim ki, bunun böyük əhəmiyyəti olacaq. İndi heç kimdən asılı deyilik, həm peşəkar komanda var, həm təcrübə var. Deməli, burada bütün inşaat işləri yerli mütəxəssislər tərəfindən aparılır. Biz hər il bir neçə tanker, quru yük gəmisi, “Ro-Ro” gəmisi, bərə inşa edə bilirik. Bu gəminin sizin adınıza olması hesab edirəm ki, çox ədalətlidir. Düzdür, bu, nadir bir haldır, bəlkə də deyə bilərəm ki, yeganə bir haldır, insanın sağlığında gəmiyə onun adı verilir. Amma bu ədalətlidir. Bilirsiniz ki, mənim sizə çox böyük hörmətim var - həm mütəxəssis kimi, əfsanəvi neftçi kimi, gözəl insan kimi. Bax, bu gün sizin bizimlə bərabər burada olmağınız bir çoxlarını ruhlandırır ki, elə bu yaşda da adam gümrahdır. Sağlamlığı da yerindədir və öz nikbinliyi ilə hamımızı daha gözəl işlər görməyə ruhlandırır”, - dövlət başçısı vurğulayıb.
7-12-2022, 17:09
Rusiya görüşün keçirilməsində köməyə hazırdır - Peskov


Rusiya görüşün keçirilməsində köməyə hazırdır - Peskov

“Rusiya İlham Əliyev və Nikol Paşinyan arasında görüşün keçirilməsinə kömək etməyə hazırdır”. Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. Qeyd edək ki, Belçikanın paytaxtı Brüsseldə keçirilməsi planlaşdırılan görüş Ermənistan tərəfinin Fransa prezidenti Emmanuel Makronun da iştirakında təkid etməsindən sonra baş tutmamışdı. Ermənistan parlamentinin sədri Alen Semonyan görüş üçün məkan barədə təkcə Brüssellə məhdudlaşmadığını bildirmişdi.
7-12-2022, 16:59
Lavrov Avropa ölkələrini tənqid etdi


Lavrov Avropa ölkələrini tənqid etdi

“Avropa İttifaqı da çoxqütblü dünyanın qütblərindən biri ola bilər”. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. “Avropa İttifaqı hələlik çoxqütblü dünyanın qütblərindən biri olmaq üçün bütün xüsusiyyətlərini qoruyur, o, qütblərdən biri ola bilər. Amma Avropanın bu proseslərdə iştirak edə bilməsi üçün dərk edilməlidir ki, ABŞ-ın hər dediyinə 100 faiz “eşidirəm” cavabını demək mütləq deyil”, - Lavrov söyləyib. Nazir NATO rəsmilərinin Qorbaçov və Yeltsinə şərqə doğru genişlənməmək barədə verdiyi vədləri unutduğunu qeyd edib.
7-12-2022, 16:27
Belarusiyada ölüm cəzası tətbiq ediləcək


Belarusiyada ölüm cəzası tətbiq ediləcək

Belarusda dövlətə xəyanətə görə məmurlar və hərbçilər üçün ölüm cəzası tətbiq ediləcək. Bu barədə Respublika Milli Assambleyasının Nümayəndələr Palatasının mətbuat xidməti bildirib. Müvafiq qanun layihəsi deputatlar tərəfindən birinci oxunuşda qəbul edilib. Qeyd olunur ki, qanun layihəsinin hazırlanmasında məqsəd ekstremist xarakterli cinayətlərin qarşısının alınması üçün tədbirlər görməkdir. Belarus Avropada ölüm cəzasının hələ də tətbiq olunduğu yeganə ölkə olaraq qalır. 1996-cı ildə keçirilən referendumda edam cəzasının qanunvericiliyə salınması qərarı ölkə sakinləri tərəfindən dəstəkləndi. Respublikada ölüm hökmü xüsusilə ağır cinayətlərə görə verilir.
7-12-2022, 16:25
Çavuşoğlu taxıl anlaşmasından danışdı


Çavuşoğlu taxıl anlaşmasından danışdı

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya, Ukrayna və Türkiyə arasında BMT-nin də iştirakı ilə imzalanan taxıl anlaşmasından danışıb. Nazir bu mövzuya Ankarada səfərdə olan Rumıniyanın baş nazirinin müavini, xarici işlər və Avropaya inteqrasiya naziri Niko Popesko ilə keçirdiyi birgə mətbuat konfransında toxunub.“Türkiyənin vasitəçiliyinin davam etməsi və ikitərəfli münasibətlərlə bağlı təmaslarımız davam edir. Hazırda taxılla bağlı razılaşma problemsiz şəkildə yerinə yetirilir. Rusiya ilə sadəcə Ukrayna məsələsində yox, Liviya məsələsində, eləcə də regional mövzularda müzakirələrimiz davam edir. Suriya mövzusunda da üçtərəfli Astana formatında işlər görülür”, - deyə nazir vurğulayıb. Çavuşoğlu qeyd edib ki, həftə sonuna doğru Rusiya XİN başçısının müavini Verşinin Türkiyəyə səfər edəcək.
7-12-2022, 16:21
Rusiyayla münasibətlər avtomatik düzəlməyəcək - NATO


Rusiyayla münasibətlər avtomatik düzəlməyəcək - NATO

NATO-nun baş katibi Yens Stoltenberq hərbi alyansın Rusiya ilə münasibətlərindən danışıb. O, münasibətlərin normallaşmasının avtomatik baş verməyəcəyini vurğulayıb. “Ukraynadakı münaqişənin başa çatması avtomatik olaraq NATO-nun Moskva ilə münasibətlərinin normallaşmasına gətirib çıxarmayacaq”, - deyə Stoltenberq söyləyib. Qeyd edək ki, bu ilin 24 fevral tarixində Rusiyanın Ukrayna ərazilərinə hücum etməsindən sonra başlayan müharibə hələ də davam etməkdədir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Moskvanın bu addımı Qərb ölkələrinin kəskin etirazına səbəb olub.
7-12-2022, 16:12
Sabahın hava proqnozu - 12 dərəcə şaxta


Sabahın hava proqnozu - 12 dərəcə şaxta

Sabah Bakıda və Abşeron yarımadasında tutqun hava şəraiti üstünlük təşkil edəcək. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-4° isti, gündüz 4-6° isti olacaq. Bakıda gecə 2-4° isti, gündüz 4-6° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunundan 774 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin bəzi şərq rayonlarında arabir yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-8° isti, dağlarda gecə 8-12° şaxta, gündüz 2-7° şaxta olacaq. Gecə və səhər dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı var.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!