8-12-2022, 16:24
Rusiya XİN: “Brüsselin arzusu Rusiyanı regiondan çıxarmaqdır”Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədində dislokasiya olunmuş missiyası barədə danışıb. Zaxarova missiyanın məqsədinin başqa olduğunu bildirib. O, missiyanın səlahiyyət müddətinin uzadılması məsələsinə də toxunub: “Biz bunu şərh etməyəcəyik. Bu mövzu Azərbaycan və Ermənistan arasında müzakirə olunmalıdır”. “Brüsselin arzusu Rusiyanı regiondan çıxarmaqdır”, - XİN sözçüsü əlavə edib.
8-12-2022, 16:03
Rusiya XİN: “Brüsselin arzusu Rusiyanı regiondan çıxarmaqdır”Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədində dislokasiya olunmuş missiyası barədə danışıb. Zaxarova missiyanın məqsədinin başqa olduğunu bildirib. O, missiyanın səlahiyyət müddətinin uzadılması məsələsinə də toxunub: “Biz bunu şərh etməyəcəyik. Bu mövzu Azərbaycan və Ermənistan arasında müzakirə olunmalıdır”. “Brüsselin arzusu Rusiyanı regiondan çıxarmaqdır”, - XİN sözçüsü əlavə edib.
8-12-2022, 16:00
ABŞ-da çoxluq Baydeni bəyənmirAmerikalıların 50 faizdən çoxu Co Baydenin ABŞ prezidenti kimi fəaliyyətini bəyənmir. Bu barədə məlumat Associated Press informasiya agentliyinin NORC Araşdırma Mərkəzi ilə birgə keçirdiyi ictimai rəy sorğusunun nəticələrində yer alıb. Rəyi soruşulan amerikalıların 43 faizi Co Baydenin prezident kimi fəaliyyətindən razı olduğu halda, 55 faizi onun siyasətindən narazıdır. Demokratik partiyanın tərəfdarlarının 77 faizi, Respublikaçılar partiyasının tərəfdarlarının isə 10 faizi ABŞ prezidentinin fəaliyyətini müsbət qiymətləndirib. Respondentlərin yalnız dörddə biri ölkənin düzgün istiqamətdə irəlilədiyini düşünür. Eyni zamanda, respublikaçıların 90 faizi, demokratların 60 faizi hesab edir ki, ABŞ iqtisadiyyatı pis vəziyyətdədir. Dekabrın 1-dən 5-dək keçirilən sorğuda 1124 amerikalı iştirak edib.
8-12-2022, 15:57
Baş prokuror Qarabağla bağlı danışdıAzərbaycanın Baş prokuroru Kamran Əliyev Moskvada rusiyalı və erməni həmkarı ilə üçtərəfli görüşdə Qarabağa qanunsuz səfərlərin təşkilini və ölkəmizin təbii sərvətlərinin qanunsuz istismarının yolverilməzliyini diqqətə çatdırıb. Baş prokuror 1-ci və 2-ci Qarabağ müharibələrindən sonra itkin düşmüş şəxslərin tapılması istiqamətində birgə fəaliyyətin vacibliyinə toxunaraq, bu prosesin davam etdirilməsinin önəmini bildirib. Eyni zamanda, Azərbaycan tərəfindən 10 noyabr 2020-ci il tarixli 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlara tam şəkildə riayət olunduğu bildirib.
8-12-2022, 15:54
Peskov Rusiya-Ukrayna müharibəsindən danışdıKremlin sözçüsü Dmitri Peskov Rusiya-Ukrayna müharibəsi haqqında danışıb. O, yeni ərazilərin Rusiyaya ilhaqından söhbət getmədiyini bildirib. “Amma qarşıda işğal olunmuş ərazilərin (Rusiya tərəfindən ilhaqı açıqlanan ərazilərin Ukrayna tərəfindən azad olunan hissəsi nəzərdə tutulur) azad olunması üçün görülməli olan işlər var. Xüsusi əməliyyatın əsas məqsədləri kimi denasifikasiya və demilitarizasiya qalmaqdadır”, - deyə Peskov bəyan edib. Kreml rəsmisi hələ Krım və Sevastopol üçün təhlükəsizlik problemlərinin qaldığını vurğulayıb. Qeyd edək ki, bu ilin 24 fevralında Rusiyanın Ukrayna ərazilərinə hücum etməsi ilə başlayan müharibə davam etməkdədir. Rəsmi Moskva Ukraynanın Xerson və Zaporojye vilayətlərini, eləcə də qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
8-12-2022, 15:50
Mətbuat Şurasından İran səfirliyinə müraciətMətbuat Şurası İranın Azərbaycandakı Səfirliyinə müraciət edib. Müraciətdə deyilir ki, bir neçə gün əvvəl Azərbaycan mediasında noyabrın 24-də 14 nəfər İran vətəndaşının qeyri-qanuni yolla Azərbaycan ərazisinə keçməsi və ermənilərin yaşadığı bölgəyə daxil olması barədə məlumat yayıldı. "Bunun ardınca Azərbaycan mediası həmin şəxslərin İran vətəndaşı olmasını təsdiqləyən faktlar, sənədlər də təqdim etdi. Eyni zamanda, sözügedən şəxslərin Qarabağdakı terrorçu ermənilərə təlim keçmək üçün gəldikləri barədə mülahizələrə də mediada geniş yer verildi. Nəhayət, bütün bunlarla bağlı İranın Azərbaycandakı Səfirliyi tərəfindən lazımi açıqlama verilməsi tələbi ilə ortaya haqlı suallar qoyuldu. Səfirliyinin davamlı susqunluğu fonunda mediada noyabrın 30-da Azərbaycanın ermənilərin yaşadığı ərazisinə daha 13 İran vətəndaşının keçdiyinə dair faktlara əsaslanan məlumat yayıldı. Bu hadisə və İrandan Ermənistana silah satışı, sonradan həmin silahların Laçın dəhlizi vasitəsilə Azərbaycan ərazisinə keçirilərək oradakı qeyri-qanuni erməni dəstələrinə çatdırılması məsələsi bu gün də Azərbaycan mediasının əsas mövzularından biri, cəmiyyətimizi dərindən narahat edən məsələlərdir. Yaranmış durumda, istər-istəməz, belə bir qənaət formalaşır ki, İran təcavüzkar Ermənistanın Azərbaycana qarşı hərbi cəhətdən gücləndirməyə və ölkəmizin işğaldan azad olunmuş ərazilərində vəziyyəti gərginləşdirməyə çalışır. Azərbaycan mediasının çoxsaylı müraciətlərinə baxmayaraq, İranın Azərbaycandakı Səfirliyinin indiyədək bu barədə hər hansı münasibət açıqlamadan susqunluq nümayiş etdirməsi dərin təəssüf və narahatlıq doğurur. Ümid edirik ki, Azərbaycan mediası adından ünvanladığımız bu müraciət cavabsız qalmayacaq, İranın Azərbaycandakı Səfirliyi olaraq, qeyd edilən ciddi məsələlərə dair müvafiq rəsmi mövqe bildirəksiniz. Əks təqdirdə, Azərbaycan mediası məlum hadisələrdə İranın neqativ rolunun olmasını həqiqət kimi qəbul etmək məcburiyyətində qalacaq və fəaliyyətini bütünlüklə bu reallığa əsaslanaraq quracaq".
8-12-2022, 15:46
Zaxarovadan ABŞ-la bağlı açıqlama“ABŞ Ukraynadakı münaqişəni 2025-ci ilin sonuna qədər uzatmaq istəyir”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova deyib. “Bunu ABŞ-ın imzaladağı sənədlərdən anlamaq mümkündür. ABŞ Ukraynadakı münaqişəni 2025-ci ilin sonuna qədər uzatmaq istəyir. “Raytheon” şirkəti ilə imzalanan müqaviləyə görə, ABŞ bu şirkətə Ukraynanın 3 il ərzində silahlandırılması üçün 1.2 milyard ABŞ dolları ayırıb”, - deyə XİN rəsmisi bildirib.
8-12-2022, 15:41
Sabahın havası Azərbaycanda dekabrın 9-na gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında səhər bəzi yerlərdə çiskinli olacağı, axşam isə arabir yağıntılı olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-5° isti, gündüz 5-8° isti olacaq. Bakıda gecə 3-5° isti, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin bəzi şərq rayonlarında arabir yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 5-10° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 0-5° şaxta olacaq.
8-12-2022, 15:38
Fiziki əngəlli qazilərə ayrılmış məbləğ açıqlandıI Qarabağ müharibəsi ilə bağlı əlilliyi müəyyən edilmiş 16,7 minədək şəxs üzrə birdəfəlik ödəmə verilib. Bu barədə Əmək və Əhalinin Sosisal Müdafiəsi Nazirliyindən bildirilib. Məlumatda bildirilib ki, 1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslər və vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramı davam edir: "Bu il avqustun əvvəlindən başlanan proqram üzrə qeyd olunan kateqoriyaya aid artıq 16 659 şəxs üzrə birdəfəlik ödəmə verilib. Onlardan 1017 nəfərin vərəsəsinə bu ödənişlər həyata keçirilib". Rəsmi məlumata görə, birdəfəlik ödəmə ilə təminat proqramı üzrə bu günədək ödənilən vəsait isə 105,7 milyon manat təşkil edir: "E-sistemlərdə, habelə müvafiq arxivlərdə 1997-ci ilin 2 avqust tarixinədək hərbi xidmət zamanı aldığı xəsarətlə bağlı məlumat mövcud olan şəxslərə birdəfəlik ödəmə e-sistem üzərindən proaktiv qaydada təyin edilərək onların bank hesablarına köçürülüb və bu barədə SMS göndərilib".
8-12-2022, 15:33
Türkiyədə müalicə alan qazilərimizlə bağlı açıqlama"YAŞAT" Fondu tərəfindən müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə xərclənən vəsait 22 449 998.04 AZN təşkil edir. Bu barədə 7 saylı Bakı “ASAN xidmət” mərkəzində “YAŞAT” Fondunun fəaliyyətinə dair kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransında bildirilib. Bildirilib ki, müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə şəhid ailə üzvlərinin 8 870, itkin ailə üzvlərinin 5 və yaralıların 6 819 müraciəti olmaqla ümumilikdə 15 694 müraciət təmin edilib. Ümumilikdə 184 şəxs müalicə edilməsi məqsədi ilə Türkiyə Respublikasına göndərilib, onlardan 177-si ağır yaralı, 7-si isə şəhid ailəsi üzvüdür. Müalicə alanlardan 160-ı ölkəyə geri qayıdıb. Hazırda 23 ağır yaralının və 1 şəhid ailəsi üzvünün müalicəsi Türkiyədə davam etdirilir. “YAŞAT” Fondunun dəstəyi ilə ölkəmizə gətirilən Türkiyəli həkimlər tərəfindən 150-dən çox yaralı müayinə edilib.