17-12-2022, 19:31
Azərbaycanla enerji tərəfdaşıyıq - Komissiya sədriAzərbaycan Avropanın etibarlı enerji tərəfdaşıdır. Bunu dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması mərasimi ərəfəsində Avropa Komissiyasının sədri Ursula von der Lyayen deyib. "İmzaladığımız sənəd Avropa İttifaqını Cənubi Qafqazdakı tərəfdaşlara daha da yaxınlaşdıracaq", - deyə Avropa Komissiyasının rəhbəri vurğulayıb. Von der Lyayen əlavə edib ki, bu saziş bütün regionların qarşısında duran enerji "təmizləmə" məqsədlərinə çatmağa kömək edəcək.
17-12-2022, 19:26
İranda nefçilər də etirazçılara qoşuldularHazırda İranın cənubunda yerləşən bir sıra neft şirkətlərinin işçiləri də etiraz aksiyalarına qoşulublar. İranın Pars Neft-Qaz Şirkəti, Cənub Neft Zonaları Milli Şirkəti və bir neçə digər neft və neft-kimya şirkətinin işçiləri mövcud iqtisadi duruma, onlara verilən və yerinə yetirilməyən vədlərə etirazlarını bildirirlər. Bundan əlavə, qeyd edək ki, İranın müxtəlif yerlərində pərakəndə şəklində etiraz aksiyaları davam edir. Son vaxtlar İranda 2 nəfərin təhlükəsizlik məmurlarını öldürməsi ittihamı ilə edam olunmasından sonra, hər gün şübhəli ölüm halları qeydə alınır. Son olaraq, bu gün əslən azərbaycanlı Ayda Rüstəmi adlı həkimin öldürüldüyü açıqlanıb. Bu həkimin gizli şəkildə etiraz aksiyalarında yaralanan şəxsləri müalicə etdiyi qeyd olunur. İranda etiraz aksiyalarında 300-dən çox şəxs ölüb. Qeyd edək ki, 16 sentyabrda Tehranda 22 yaşlı Məhsa Əmininin Tehranın əxlaq polisi əməkdaşları tərəfindən öldürülməsinə etiraz olaraq bir neçə gün sonra İranın bir neçə şəhərində aksiyalar keçirilməyə başlayıb. M.Əmini şəriət normalarına riayət olunmasına nəzarət edən əxlaq polisinin xüsusi dəstəsi tərəfindən saxlanılıb. Gənc qız İran qanunlarına əsasən hicaba düzgün riayət etməməkdə ittiham edilib. Məhz bu hadisədən sonra İranda etiraz dalğası baş qaldırıb və etirazlar artıq müxtəlif sahələri, iqtisadiyyatı, sosial bərabərsizliyi, etnik bərabərsizliyi və s. əhatə edir.
17-12-2022, 16:37
Avropa bazarının qaz təchizatını daha da genişləndirəcəyik - İlham ƏliyevDünən SOCAR və “Romgaz” Azərbaycandan Rumıniyaya qaz tədarükünə dair saziş imzaladı. Gələn il yanvarın 1-dən etibarən Azərbaycan Avropa bazarının qaz təchizatının coğrafiyasını daha da genişləndirəcək. Bu fikri Prezident İlham Əliyev dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması mərasimi ilə bağlı keçirilən plenar iclasdakı çıxışında deyib. Bunun hər iki tərəf üçün mənfəətli olduğunu vurğulayan dövlətimizin başçısı bildirib: “Çünki Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsinə, Azərbaycanın isə özünün nəhəng enerji mənbələri üçün etibarlı bazara ehtiyacı var”.
17-12-2022, 16:31
Sabahın hava proqnozuBakıda və Abşeron yarımadasında dekabrın 18-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 6-8° isti, gündüz 9-12° isti, Bakıda gecə 6-8° isti, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-7° isti, gündüz 9-14° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.
17-12-2022, 16:29
İlham Əliyev plenar iclasda iştirak etdiDekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması mərasimi ilə bağlı plenar iclas keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev plenar iclasda iştirak edir. Rumıniya Prezidenti Klaus Yohannis Prezident İlham Əliyevi, Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayeni, Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini və Macarıstanın Baş naziri Viktor Orbanı qarşıladı. Sonra birgə foto çəkdirildi. Plenar iclası açan Rumıniya Prezidenti Klaus Yohannis qonaqları salamladı və çıxış etdi. Dövlətimizin başçısı iclasda çıxış edib.
[media=https://youtu.be/5-F93p5DThg]
17-12-2022, 16:23
Prezident Rumıniyada işgüzar səfərdədirAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rumıniyanın Prezidenti Klaus Yohannisin dəvəti ilə Buxarestə işgüzar səfərə gedib. Dövlətimizin başçısı “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması mərasimi ilə bağlı keçiriləcək plenar iclasda iştirak edəcək.
17-12-2022, 16:19
Zəngilan hava limanına növbəti uçuş gerçəkləşirBu gün Zəngilan beynəlxalq hava limanına növbəti beynəlxalq uçuş Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyaddan gerçəkləşəcək. Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri Xalid ibn Əbdül Əziz Əl-Faleh Zəngilana səfər edəcək. Səfər çərçivəsində o, Azərbaycan Respublikası hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında Müştərək Komissiyanın həmsədri, maliyyə naziri Samir Şərifovla görüşəcək. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq imkanları, investisiya imkanları müzakirə ediləcəyi gözlənilir. Qeyd edək ki, bundan əvvəl Zəngilan Hava Limanına ilk beynəlxalq uçuşu Türkiyə prezidenti Rəcəb Tayyib Ərğodan reallaşdırmışdı.
17-12-2022, 16:15
Xankəndi-Laçın yolunda flashmob keçirildiXankəndi-Laçın yolunda QHT nümayəndələri, ekofəallar və könüllülərin iştirakı ilə keçirilən etiraz aksiyası davam edir. Aksiya iştirakçıları şamlarla “Stop ekoterror” yazaraq flashmob keçiriblər. Onlar yazının ətrafında bayraqlarla duraraq “Stop ekoterror” şüarını səsləndiriblər. Qeyd edək ki, Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarının monitorinqinin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəalların keçirdiyi etiraz aksiyası artıq altı gündür davam edir.
17-12-2022, 16:12
İlin ən yaxşı futbol klubları müəyyənləşdiBeynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2022-ci ilin ən yaxşı futbol klublarının siyahısını açıqlanıb. Siyahıya İngiltərənin “Liverpul” klubu başçılıq edir. İlk üçlükdə İspaniyanın "Real Madrid” və İngiltərənin digər nəhəngi "Çelsi" klubları yer alıblar.