20-12-2022, 16:55
KTMT-nin baş katibi Laçın yolundakı vəziyyətlə bağlı danışdıKollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas Laçın yolundakı vəziyyətə münasibət bildirib. Zas bu barədə jurnalistlərə açıqlamasında danışıb. "Laçın yolu KTMT-nin məsuliyyət zonasından kənardadır", - deyə o bildirib. Baş katibin sözlərinə görə, Ermənistandan bu məsələ ilə bağlı təşkilata heç bir müraciət daxil olmayıb. Qeyd edək ki, Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı missiyası hərbi kontingentinin məsuliyyət zonasında olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz məqsədi ilə və ekoloji monitorinqin keçirilməsi tələbilə 12 dekabrdan bəri azərbaycanlı QHT nümayəndələri və ictimai fəallar Laçın yolunda aksiya keçirirlər.
20-12-2022, 16:50
Egey dənizi səmasında gərginlik - Türkiyə F-16-larını havaya qaldırdıEgey dənizi səmasında Türkiyə və Yunanıstan arasında gərginlik yaşanıb. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, NATO təlimi çərçivəsində xidməti uçuş həyata keçirən Türkiyə təyyarələrinə qarşı Yunanıstan ərazisindəki 5 aviabazadan havaya qalxan F-16-lar vasitəsilə radar kilidi atılıb və maneə törədilib. Uçuşlar barədə əvvəlcədən bütün NATO müttəfiqlərinə xəbər verilməsinə baxmayaraq, Yunanıstanın bu cür addımlar atmasının anlaşılmaz olduğu vurğulanıb. Yunanıstanın belə addımlarının qarşısını almaq və uçuşları uğurlu şəkildə başa çatdırmaq üçün Dalaman və Akhisar bölgələrindən Türkiyə F-16-larının da havaya qaldırıldığı və lazımı cavabın verildiyi qeyd edilib. "Qarşıya qoyulan tapşırıqlar uğurlu şəkildə icra edilərək uçuşlar tamamlanıb", - məlumatda bildirilib.
20-12-2022, 16:46
Seperatçıları dəstəkləyən Fransaya etiraz“Heç kimin ixtiyarı yoxdur ki, ümumi bəşəri dəyərləri özününküləşdirsin”. Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov parlamentin bu gün keçirilən iclasında deyib. O bildirib ki, Fransa kimi dövlətlər demokratik dəyərləri pozur: "Fransa özünü Avropa ölkəsi kimi aparsa da, bu gün separatçılara dəstək verir. Beynəlxalq təşkilatlarda da bu məsələni qaldıracağıq. Artıq Azərbaycan fərqli dövlətdir, ikili standartları görürük. Bu gün Fransa kimi dövlətlər bilməlidir ki, Azərbaycan öz sözünü deyəcək. Fransanın bütün hərəkətləri qınanmalıdır”. Komitə sədri əlavə edib ki, Fransa bu gün Korsikada insanlığa qarşı siyasət yürüdür: "Həmin ölkədə insanların öz dillərində danışmağına icazə verilmir. Fransa orada insanları öldürür. Bu, Avropanın demokratik dövləti olan Fransa üçün utancvericidir və bu məsələyə susmaq olmaz. Bu barədə beynəlxalq təşkilatlarda məsələ qaldırmalıyıq". Deputat Musa Qasımlı da çıxışında Fransanı tənqid edib: “Fransa kimi Avropa dövlətinin təxribatçı çıxışlarına birlikdə cavab verməliyik. Belə ki, bununla bağlı beynəlxalq təşkilatlarda məsələ qaldırmalıyıq. Fransa öz qanlı tarixinə baxmalıdır, demokratiyadan, azadlıqdan danışa bilməz. Fransa kimi dövlət Azərbaycana heç bir şey öyrədə bilməz, Azərbaycan özü öyrədən dövlətdir”.
20-12-2022, 16:42
Seperatçıların mənfur planı baş tutmadı Laçın yolunun bağlanması ilə “quyruğu qapı arasında qalan” Qarabağdakı separatçı-terrorçu dəstə vəziyyətdən çıxmağa çalışır. Azərbaycanlı ekofəallar və QHT nümayəndələrinin dekabrın 12-dən başladığı aksiyaya qarşı alternativ yollar axtaran separatçılar əks-tədbirlər görməyi müzakirə ediblər. Dünən Qarabağdakı separatçı-terrorçu dəstənin başçısı Arayik Arutyunyan özünün qondarma “Təhlükəsizlik Şurası”nın iclasını keçirib. Hərçənd Arayikin Qarabağda olmadığı, Laçın yolu bağlanandan bəri - dekabrın 12-dən Ermənistandan qayıda bilmədiyi barədə məlumatlar var və güman olunur ki, o, dünənki iclası internet vasitəsilə keçirib. Separatçıların rəhbərliyi dünənki toplantıda Azərbaycan üçün problem yaratmağı müzakirə ediblər. Bunun üçün Ağdərə-Kəlbəcər yolunu bağlamaq çağırışını gündəmə gətiriblər. Qeyd olunub ki, hazırda rus sülhməramlılarının müşayiəti ilə Ağdərə-Kəlbəcər yolundan Azərbaycanın Kəlbəcərdəki hərbi hissələrinı ərzaq və hərbi texnika aparılır. Arayik Arutyunyanın dünənki iclasında separatçılar belə çağırışlar səsləndiriblər ki, Laçın yolu açılmayınca, azərbaycanlıların Ağdərə-Kəlbəcər yolundan istifadəsinə imkan verilməməlidirlər. Ancaq sonda bu addımın nəticə verməyəcəyi qənaətinə gəlindiyi bildirilir. Qeyd olunub ki, Azərbaycan həmin yola çox da arxayın olmadığından öz işlərini hərbi helikopterlərlə görür. Ermənistanın revanşist ruhlu “Hraparak” qəzeti yazır ki, separatçıların əks-tədbirlər görə bilməməsi özünü Qarabağda “dövlət naziri” elan etmiş Ruben Vardanyan və onun komandasına qarşı narazılıq və etimadsızlığı artırıb. Qarabağdakı mülki ermənilər narazılıqlarını artıq açıq şəkildə dilə gətirməkdən çəkinmirlər.
20-12-2022, 16:38
BQXK avtomobilləri Laçın yolundan maneəsiz keçdiDekabrın 20-da aksiya iştirakçıları Laçın-Xankəndi yolundan Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin Laçından Xankəndi istiqamətinə maneəsiz keçməsinə şərait yaradıblar. Dekabrın 19-da da Beynəlxalq Qırmız Xaç Komitəsi (BQXK) bir nəfər xəstənin həkim və tibb bacısının müşayiəti ilə Xankəndidən Ermənistana aparılması üçün Azərbaycan tərəfinə müraciət etmişdi. Azərbaycan tərəfi isə müraciətə dərhal cavab vermiş və keçid uğurla təmin olunmuşdu. Qeyd edək ki, bu, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyətin olmadığını göstərir.
20-12-2022, 16:34
Bu şəxslər tələbə kreditindən yararlanacaqNazirlər Kabinetinin 2021-ci il 24 iyul tarixli 226 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”nda dəyişiklik edilib. Bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin müvafiq qərarını imzalayıb. Qərara əsasən, ailə başçısını itirməyə görə əmək pensiyası alanlara, eləcə də ölkənin ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edərək “Müharibə veteranı” adı almış şəxslərə sosial təhsil tələbə kreditindən istifadə etmək hüququ verilib.
20-12-2022, 16:25
Vardanyandan baş nazirə ittiham Özünü separatçıların qondarma “dövlət naziri” elan
etmiş rusiyalı milyarder Ruben Vardanyan Qarabağda məskunlaşmış ermənilərin təlaşını aradan qaldırmaq, onları sakitləşdirmək üçün dəridən-qabıqdan çıxır. Vardanyan dünən Əsgəran şəhərinə gedərək, mülki şəxslərlə görüşüb. Görüşdə əsas müzakirə mövzusu Xankəndi –Laçın yolu olub. Vardanyanla söhbət edən ermənilər son günlər yaranmış vəziyyətdən - Xankəndi-Laçın yolunun bağlanmasından təşviş keçirdiklərini vurğulayıblar. Görüşdə Ermənistan rəhbərliyinə qarşı ittihamlar səsləndirilib, Nikol Paşinyan hakimiyyətinin Qarabağ ermənilərinə biganəliyi tənqid olunub. Ruben Vardanyan biganəliyi ən təhlükəli hadisə adlandırmaqla, dolayısı ilə Paşinyanı ittiham edib. O, deyib ki, separatçılar hazırda vəziyyətdən çıxış yollarını tapmaq üçün Birləşmiş Millətlər Təşkilatı, Fransa, ABŞ və Rusiya ilə müxtəlif səviyyələrdə işləyir.