27-12-2022, 22:50
Qriqoryanın açıqlaması təxribat xarakteri daşıyır - PeskovRusiya prezidentinin sözçüsü Dmitri Peskov Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Moskvanın İrəvana təzyiqləri barədə açıqlamasını şərh edib. Peskov bu barədə "news.am"a açıqlama verib. O qeyd edib ki, Qriqoryanın açıqlaması təxribat xarakteri daşıyır: "Rusiya rəsmilərindən heç kim bu barədə açıqlama verməyib. Ermənistana bu məsələ ilə bağlı heç nə çatdırılmayıb". Qeyd edək ki, A.Qriqoryan Rusiyanın Ermənistana ittifaq dövlətinə qoşulmaq və Azərbaycana dəhliz vermək üçün təzyiq etdiyi barədə açıqlama vermişdi.
27-12-2022, 22:28
Rəsmi görüş olmayıb, ümumi masada müzakirə olub - İrəvanErmənistan hökumətinin informasiya və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Armen Xaçatryan Rusiya prezidenti Vladimir Putinin Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçlükdə danışığı barədə açıqlamasına münasibət bildirib. O, rəsmi görüşdən söhbət getmədiyini açıqlayıb. "Rəsmi görüş olmayıb, ümumi masada müzakirə olub. Vladimir Putin yalnız bunu nəzərdə tutur", - deyə hökumət rəsmisi bildirib. Qeyd edək ki, 26-27 dekabr tarixlərində Sankt-Peterburq şəhərində MDB liderlərinin qeyri-rəsmi sammiti keçirilib.
27-12-2022, 22:22
Ermənistan yenidən başqa yollara əl atdı - Ceyhun BayramovMoskvada danışıqların üçüncü raundu keçirilməli idi. Amma Ermənistan tərəfi yenidən başqa yollara atdı. Bunu Xarici İşlər Nazirliyində ilin yekunlarına dair keçirilən mətbuat konfransında nazir Ceyhun Bayramov bildirib. "Belə ki, Ermənistan bir gün əvvəl sülh müqaviləsi ilə bağlı öz təkliflərini açıqladı. Bir gün sonra Ermənistanın baş naziri Nikol Paşinyan dedi ki, bu təkliflə sülh müqaviləsini imzalamaq olar. O zaman biz də ondan əvvəl bildirə bilərdik ki, əvvəlki prinsiplərlə müqavilə bağlansın. Düşünmürəm ki, qarşı tərəf sadəlövhdür, sadəcə ictimaiyyətə mesaj vermək xatirinə açıqlama verirlər. Onları yenidən proseslərə əməl etməyə çağırırıq", - C.Bayramov qeyd edib. “Ermənistanın öz milli maraqları baxımından praqmatik addımlar ataraq öhdəliklərini yerinə yetirməsi ilk növbədə onun özünə faydalı olar. Biz Ermənistanın üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməsinə səy göstərməyə davam edəcəyik”, - nazir vurğulayıb.
27-12-2022, 21:50
Üçlükdə danışmağa nail olduq - PutinRusiya lideri Vladimir Putin dünən Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla üçlükdə görüşdüyünü açıqlayıb. Bu barədə "Sputnik Armenia"ya istinadən xəbər verir. "Biz sizinlə müzakirələrə dünəndən başlamışıq. Dünən üçlükdə danışmağa nail olduq. Razılaşdığımız kimi, bütün detalları müzakirə edək", - deyə Putin bildirib. Qeyd edək ki, Kremlin sözçüsü Dmitri Peskov üçtərəfli görüşün nəzərdə tutulmadığını söyləmişdi.
27-12-2022, 21:38
İlk növbədə Cənubi Qafqazdakı vəziyyət nizamlanmalıdır - Putin"Əsas məsələ Cənubi Qafqazdakı vəziyyətin nizamlanmasıdır". Bunu Ermənistan baş naziri Nikol Paşinyanla ikitərəfli görüşü zamanı Rusiya prezidenti Vladimir Putin deyib. "İqtisadi sahədə əməkdaşlıq inkişaf edir. Ticarət dövriyyəsi 73 faiz artıb. Lakin əsas məsələ Cənubi Qafqazadakı vəziyyətin nizamlanması, Ermənistan-Azərbaycan münasibətləri və Qarabağla bağlı olan hər şeydir", - deyə Putin söyləyib. Rusiya prezidentinin "Dağlıq Qarabağ" ifadəsini işlətməməsi diqqət çəkib.
27-12-2022, 21:27
Ən vacib məsələ Laçın dəhlizindəki vəziyyətlə bağlıdır - PaşinyanErmənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə bu gün keçirilən ikitərəfli görüşdə deyib ki, müzakirə olunacaq ən vacib məsələ Laçın dəhlizi ətrafında yaranmış vəziyyətlə bağlıdır. Paşinyan Laçın dəhlizinin bağlı olmasından şikayətlənib. "Təxminən 20 gündür ki, Laçın dəhlizi bağlanıb və bu, Dağlıq Qarabağdakı Rusiya sülhməramlılarının məsuliyyət zonasında baş verib", - Paşinyan bildirib. O xatırladıb ki, üçtərəfli bəyanata əsasən, Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarəti altında olmalıdır və Azərbaycan sərnişinlərin və yüklərin maneəsiz keçidinə zəmanət verib. "Amma belə çıxır ki, Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarəti altında deyil. Və təbii ki, mən bu vəziyyəti, onun həlli üçün hansısa variantları müzakirə etmək istərdim", - Ermənistanın baş naziri bildirib. Paşinyan qəbula görə Rusiya liderinə təşəkkür edib və MDB ölkələri liderlərinin qeyri-rəsmi görüşünün yaxşı ənənəyə çevrildiyini qeyd edib.
27-12-2022, 21:19
Rus qoşunları bütün qüvvələrini Ukraynaya qarşı yönləndirib - ZelenskiHazırda cəbhədə vəziyyət ağırdır, rus qoşunları bütün qüvvələrini Ukrayna ordusuna qarşı döyüşə atıb. Bunu Ukrayna prezidenti Vladimir Zelenski döyüş meydanındakı vəziyyəti şərh edəekən bildirib. “Baxmut, Kremennaya və Donbasın digər istiqamətləri indi maksimum güc və konsentrasiya tələb edir. Orada vəziyyət ağırdır”, - prezident Telegram kanalında yazıb. Zelenskinin sözlərinə görə, Rusiya qoşunları Ukrayna silahlı qüvvələrinə qarşı aktiv hərbi əməliyyatları davam etdirir. Prezident bildirib ki, Ukrayna ölkənin enerji infrastrukturu ilə bağlı problemlərə görə çətin ilə hazırlaşır.
27-12-2022, 21:17
Azərbaycanla Yaponiya arasında konvensiya imzalandıAzərbaycanla Yaponiya arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında konvensiya imzalanıb. Bu barədə iqtisadiyyyat naziri Mikayıl Cabbarov məlumat verib. O bildirib ki, konvensiya ikitərəfli iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinə təkan verəcək.
27-12-2022, 21:10
Podolyak Rusiyanın hərbi sahədəki addımlarını dəyərləndirdiUkrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak Rusiyanın hərbi sahədəki addımlarını dəyərləndirib. Müşavir bu barədə twitter səhifəsində yazıb. "Nə tam səfərbərlik, nə panika içərisində silah axtarmaq, nə İranla gizli anlaşmalar, nə də Lavrovun təhdidləri Rusiyaya kömək edə biləcək. Rusiyanın reallıqlarla üzləşməsinə ehtiyac var. Ukrayna Rusiyanı sona qədər tam demilitarizasiya edəcək. İşğalçıları işğal altındakı bütün regionlardan qovub çıxaracaq. Səssizcə finalı gözləyin", - deyə Podolyak qeyd edib. Xatırladaq ki, bu ilin 24 fevralında Rusiyanın Ukrayna ərazilərinə hücumu ilə başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
27-12-2022, 15:16
Sabahın hava proqnozuSabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 4-6° isti, gündüz 7-10° isti, Bakıda gecə 4-6° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 765 mm civə sütunu enəcək. Nisbi rütubət 60-70% olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-4° isti, gündüz 7-11° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.