“Qarabağ” “Neftçi”ni darmadağın etdi - Finala yüksəldi .....                        Qazi anasına görə intihar etdi .....                        İraq Prezidenti COP29-a dəvət edildi .....                        Aytmatovun abidəsi dostluğumuzun rəmzinə çevriləcək .....                        Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi .....                        Qırğızıstan Prezidenti Bakını seyr etdi - FOTO .....                        Japarovun şərəfinə ziyafət verilir .....                        Qırğızıstan Prezidenti Fəxri Xiyabanda - FOTO .....                        Nəsib Quliyevin intihar səbəbləri - Hüquqşünas-kriminalist danışdı .....                       
2-01-2023, 16:47
Zakir Həsənov hərbi hissələrə ziyarət etdi


Zakir Həsənov hərbi hissələrə ziyarət etdi

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən yanvarın 2-də müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Quru Qoşunların tank və artilleriya hərbi hissələrində olub. Müdafiə Nazirliyindən verilən məlumata görə, nazir burada şəhidlərin xatirəsinə ucaldılan abidəni ziyarət edərək önünə gül dəstələri qoyub.Hərbi hissələrin silahlanmasında olan tank və artilleriya qurğularına baxış keçirilib, döyüş heyətlərinin nəzəri və praktiki bilikləri, habelə döyüş hazırlığı yoxlanılıb. General-polkovnik Z.Həsənov hərbi hissənin simulyasiya mərkəzinin tədris-maddi bazası ilə tanış olub, müvafiq göstərişlər verib. Sonra Müdafiə naziri və nazirliyin digər rəhbər heyəti Hərbi Hava Qüvvələrinin pilotsuz uçuş aparatları (PUA) hərbi hissəsinə gəlib. PUA-lara baxış keçirən müdafiə naziri onların texniki vəziyyəti ilə maraqlanıb, heyətlərin hazırlıq səviyyəsini yoxlayıb. Müdafiə naziri ziyarət etdiyi hərbi hissələrin şəxsi heyətinin hazırlığını yüksək qiymətləndirib və döyüş hazırlığında fərqlənən bir qrup hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim edib. General-polkovnik Z.Həsənov hərbi hissələrdə yaradılan şəraitlə tanış olub, şəxsi heyətin xidməti və sosial qayğıları ilə maraqlanıb, onlara 2023-cü ildə xidmətlərində uğurlar arzulayıb. Nazir yeni tədris dövründə təlimlərin daha səmərəli keçirilməsi, hərbi qulluqçuların döyüş hazırlığının daim yüksək səviyyədə saxlanması ilə bağlı vəzifəli şəxslər qarşısında müvafiq tapşırıqlar qoyub.






2-01-2023, 16:40
Türkiyə ixracat gəlirlərini artırıb - Ərdoğan


Türkiyə ixracat gəlirlərini artırıb - Ərdoğan

Türkiyə ixracdan əldə etdiyi gəlirlərin həcmini artırıb. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib. O bildirib ki, ölkəsi 2022-ci ildə ixracatdan 254, 2 milyard dollar gəlir əldə edib. Bu, 2021-ci illə müqayisədə 12,9% çoxdur. "Bu rəqəm cümhuriyyət tariximizin rekordudur. Bundan sonra hədəfimiz Türkiyəni dünyanın ilk 10 ixracatçı ölkəsindən biri etməkdir", - Ərdoğan qeyd edib.
2-01-2023, 16:35
Polad Həşimovun doğum günü yad edildi


Polad Həşimovun doğum günü yad edildi

Yanvarın 2-də Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun doğum günündə Müdafiə Nazirliyinin bir qrup zabiti, Vətən müharibəsinin iştirakçıları, ictimaiyyətin nümayəndələri, eləcə də Milli Qəhrəmanın ailə üzvləri onun məzarını ziyarət ediblər. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. General-mayor P. Həşimov 2 yanvar 1975-ci ildə Qəbələ rayonunun Vəndam kəndində anadan olub. Ailələri ilə birgə Sumqayıt şəhərinə köçdüyündən Sumqayıt şəhər 28 və 34 nömrəli məktəblərdə orta təhsil alıb. Sonra o, taleyini hərbçilik peşəsinə bağlamaq üçün indiki Heydər Əliyev adına Hərbi İnstituta daxil olub və bu xüsusi təyinatlı təhsil ocağını müvəffəqiyyətlə bitirib. Taqım komandirliyindən “general-mayor” ali hərbi rütbəsinədək yüksələn P.Həşimov, cəbhə bölgələrində xidmət edərək qarşıya qoyulmuş əmr və tapşırıqların layiqincə yerinə yetirilməsi üçün səy göstərib. 2016-ci ilin Aprel döyüşləri zamanı ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və Azərbaycan Ordusu qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 20 aprel 2016-cı il tarixli müvafiq sərəncamına əsasən P.Həşimov 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. 2019-cu il iyunun 24-də Silahlı Qüvvələrin Ali Baş Komandanı tərəfindən Polad Həşimova "general-mayor" ali hərbi rütbəsi verilib. P.Həşimov 14 iyul 2020-ci il tarixdə Tovuz rayonu istiqamətində düşmən təxribatlarının qarşısını alarkən qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb. Anım mərasimində Müdafiə Nazirliyinin rəhbərliyi adından şəhidin məzarı üzərinə gül dəstələri qoyulub, xatirəsi hörmət və ehtiramla anılıb.
2-01-2023, 16:29
Ukraynada iki həmyerlimiz itkin düşüb


Ukraynada iki həmyerlimiz itkin düşüb

Ukraynanın Xerson şəhərində, Dnepr çayının sol sahil hissəsində yaşayan azərbaycanlı gənc qızlar 1 həftədir itkin düşüblər. Şəhərin Rusiyanın işğalı altında olan sol sahil hissəsində yaşayan 22 yaşlı Mənsimova Ofeliya Qurban qızı və 20 yaşlı Məmmədova Amaliya Boran qızı ilə bir həftədir ki, əlaqə itib. Yaxınlarının verdiyi məlumata görə, işğal zonasındakı Rusiya hərbçilərinin komendanturası onların axtarışında maraqlı deyil.
2-01-2023, 16:24
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Yanvarın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 4-6° isti, gündüz 8-13° isti, Bakıda gecə 4-6° isti, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunu olacaq. Nisbi rütubət 55-60 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3°-dək şaxta olacaq.
2-01-2023, 16:21
Çavuşoğlu Braziliyanın yeni Prezidenti ilə and içmə mərasimində


Çavuşoğlu Braziliyanın yeni Prezidenti ilə andiçmə mərasimində

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Brazilyanın yeni Prezidenti Lula da Silvanın andiçmə mərasimində iştirak edib. Bu barədə xarici işlər naziri M.Çavuşoğlu özü "Twitter" hesabında paylaşım edib. "Braziliyanın yeni prezidenti Lula da Silvanın andiçmə mərasimində iştirak etdik. Cənab prezidentimiz Rəcəb Tayyib Ərdoğanın təbriklərini və xoş arzularını ona çatdırdıq",-nazir teweet-də qeyd edib.
2-01-2023, 16:15
Rusiyanı müharibəni dayandırmağa məcbur edəcəyik - Ştoltenberq


Rusiyanı müharibəni dayandırmağa məcbur edəcəyik - Ştoltenberq

Rusiyanın müharibəni dayandırmaq fikri yoxdur. Beləliklə, Qərb ölkələri Ukraynaya uzunmüddətli dəstək verməyə hazır olmalıdır. Bunu BBC-yə müsahibəsində NATO-nun baş katibi Yens Stoltenberq deyib. O qeyd edib ki, hərbi dəstək Ukraynanın suveren dövlət kimi ayaqda qalmasını təmin edəcək. Eyni zamanda Moskvanı müharibəni dayandırmaq üçün danışıqlar masası arxasına oturmağa məcbur edəcək.
2-01-2023, 16:04
Gədəbəydə polis özünə atəş açdı


Gədəbəydə polis özünə atəş açdı

Gədəbəy rayonunda Şəmkir Regional Mühafizə şöbəsinin əməkdaşı, polis nəfəri Ülfət Bənnayev tabel silahı ilə ehtiyatsız davranması nəticəsində xəsarət alıb. Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) mətbuat xidmətindən bildirilib. Rəsmi məlumata görə, hadisə əməkdaşın səhər saatlarında əməkdaşın xidmətə çıxmazdan əvvəl tabel silahını təhvil alarkən baş verib. O, xəstəxanaya yerləşdirilib. Hazırda araşdırmalar davam etdirilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!