20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
15-01-2023, 15:47
Sabahın havası - Yağış, külək


Sabahın havası - Yağış, külək

Yanvarın 16-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu gecə 2-4° isti, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında isə hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi bəzi dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək. Havanın temperaturu gecə 4° şaxtadan 1°-dək isti, gündüz 4-9° isti, dağlarda gecə 11-16° şaxta, gündüz 2-7° şaxta olacaq. Dağlıq rayonlarda yollar buz bağlayacaq.
15-01-2023, 15:44
Rusiyada bazar yandı


Rusiyada bazar yandı

Rusiyanın Samara vilayətindəki bazar yanğını zamanı bir nəfər həyatını itirib. Bu barədə TASS məlumat yayıb. Bildirilib ki, yanğının baş verdiyi ərazidən 1 kişi meyiti tapılıb. Hazırda axtarış-xilasetmə qrupunun işlərini davam etdirdiyi qeyd olunub.
15-01-2023, 15:40
Almaniya Ukraynaya hərbi dəstək yolladı


Almaniya Ukraynaya hərbi dəstək yolladı

Almaniya Ukraynaya növbəti hərbi yardımını təhvil verib. Bu barədə Almaniya Federal Hökuməti məlumat yayıb. Hərbi yardıma dörd mina təmizləmə tankı, 4 mobil və təhlükəsiz minatəmizləmə sistemi, sərhəd mühafizəsi üçün 10 avtomobil, 120 mobil istilik sistemi daxildir. Məlumata görə, yaxın vaxtlarda Ukraynaya sursatla birlikdə 40 “Marder” piyada döyüş maşını, raketlərlə birlikdə “Patriot” və 100 min ilkin tibbi yardım dəsti verilməsi planlaşdırılır. Qeyd edək ki, Almaniya hökuməti 2022-ci il fevralın 24-dən bəri Ukraynaya 12 milyard avrodan çox hərbi yardım edib.
15-01-2023, 00:27
“Böyük razılaşma” əldə olunarsa, Ukraynadakı münaqişə bitəcək


“Böyük razılaşma” əldə olunarsa, Ukraynadakı münaqişə bitəcək

Rusiya ilə Qərb arasında “böyük razılaşma” əldə olunarsa, Ukraynadakı münaqişəyə son qoyulacaq. Bunu Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın məlumat verib. Onun sözlərinə görə, əsas məsələ Rusiyanın Qərblə, ilk növbədə ABŞ-la yeni saziş bağlamaq istədiyi daha geniş geosiyasi mənzərədir. “Əks halda müharibə uzun müddət davam edəcək, xərclər daha da artacaq, hər iki tərəfdən böyük itkilər olacaq. İstədiyimiz hər iki tərəf arasında neytral mövqeyimizi saxlamaq, onları bu müharibəni necə dayandırmaq barədə ciddi söhbət üçün bir araya gətirməkdir”, - Türkiyə rəsmisi bildirib.
15-01-2023, 00:23
İsveç və Finlandiya hələlik NATO-ya üzv ola bilməyəcək


İsveç və Finlandiya hələlik NATO-ya üzv ola bilməyəcək

İsveç və Finlandiyanın iyun ayına qədər NATO-ya üzv ola bilməyəcəyi ehtimalı var. Bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bildirib. “Onlar bizə deyirlər ki, yeni qanunlar tam olaraq qüvvəyə minəcək, iyun ayına qədər yekunlaşacaq, lakin onların daha tez edə biləcəkləri bəzi şeylər ola bilər”, - deyə Kalın İstanbulda xarici jurnalistlərə açıqlamasında söyləyib. Türkiyə rəsmisi, həmçinin qeyd edib ki, İsveç və Finlandiyanın NATO-ya üzv olmaları onların nə qədər sürətlə və ciddi addımlar atmasından asılıdır.
15-01-2023, 00:19
Dneprdə yaşayış binası raketlə vuruldu


Dneprdə yaşayış binası raketlə vuruldu

Rusiya hərbçiləri Dneprdə yaşayış binasını raketlə vurublar. Dinc sakinlər dağıntılar altında qalıb. Bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müavini Kirill Timoşenko teleqram kanalında yazıb.“Sadəcə vəhşilikdir, binanın ən azı bir bloku yoxdur, dağıntılar altında istirahət günü evində olan insanlar var", - deyə Timoşenko bildirib. Onun sözlərinə görə, Fövqəladə Hallar Dövlət Xidməti və digər qurumlar hadisə yerində işləyirlər. İrimiqyaslı raket hücumu nəticəsində 5 nəfər ölüb, 40-a yaxın yaralı var.


15-01-2023, 00:15
Rusiyaya qarşı görülən tədbirlər effektli olmadı - İbrahim Kalın


Rusiyaya qarşı görülən tədbirlər effektli olmadı - İbrahim Kalın

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın Rusiyaya qarşı tətbiq edilən sanksiyaların nəticəsiz qaldığını bildirib. Bu barədə o, Rusiya mətbuatına müsahibəsində deyib. O, vurğulayıb ki, Türkiyə münaqişə tərəflərinə bərabər mövqedən yanaşır. Kalının sözlərinə görə, Ankara Rusiya əleyhinə sanksiyalara qoşulmayacaq, çünki bu sanksiyalar Rusiyanın özündən çox Türkiyə iqtisadiyyatına ziyan vuracaq. “Qərbin Rusiyaya qarşı indiyədək gördüyü tədbirlər effektli olmayıb. Onlar nə Rusiyanın hərəkətlərini dəyişdirdilər, nə də ukraynalılara qəti hərbi qələbə qazanmaq imkanı verdilər", - deyə Kalın qeyd edib.
15-01-2023, 00:12
Ukraynaya atılan raket Moldovaya düşdü


Ukraynaya atılan raket Moldovaya düşdü

Moldovanın şimalında Ukrayna ilə sərhədə raket qalıqları düşüb. Bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb. Raketin qalıqları Briceni rayonunun Largi kəndi yaxınlığında aşkar edilib. Hadisə yerində fövqəladə hallar xidməti araşdırma aparır. Məlumata görə, artıq üçüncü dəfədir Moldova ərazisinə raket qalıqları düşür. "Əvvəlki hallarda olduğu kimi, müvafiq qurumlar tərəfindən müəyyən edilmiş qaydada bütün zəruri tədbirlər görülür", - Daxili İşlər Nazirliyindən bildirilib. Qeyd edək ki, bu gün Rusiya qoşunları Ukraynaya növbəti dəfə raket zərbələri endirib.
15-01-2023, 00:09
Çexiyada prezident seçkilərinin ikinci turu baş tutacaq


Çexiyada prezident seçkilərinin ikinci turu baş tutacaq

Çexiyada 13-14 yanvar tarixlərində baş tutan prezident seçkilərinin birinci turunda qalib müəyyənləşməyib. Butov.az xəbər verir ki, seçkilərin birinci turunda ən çox səs toplayan iki namizəd keçmiş baş nazir Andrey Babiş və NATO-nun hərbi komitəsinin keçmiş rəhbəri Petr Pavel olub. Seçkilərdə ümumilikdə 8 namizəd iştirak edib. İlkin nəticələrə görə, Babiş 37.8%, Pavel 32,7%, digər namizədlər 4-13% arası səs toplayıb. Mövcud qaydalara əsasən, heç bir namizəd 50% səsi keçə bilmədiyi üçün ən çox səs toplayan iki namizəd ikinci turda yarışacaq. İkinci tur yanvarın 27-28-də keçiriləcək.
15-01-2023, 00:06
Çində koronovirus dalğası kütləvi insan ölümünə səbəb olub


Çində koronovirus dalğası kütləvi insan ölümünə səbəb olub

Çində son bir ayda 60 min insan koronavirusdan vəfat edib. Bu barədə AFP Çin rəsmi qurumlarına istinadən məlumat yayıb. Bildirilib ki, Çində 8 dekabr 2022-ci il tarixindən 12 yanvara qədər 59 938 nəfər koronavirusa yoluxmadan ölüb. Bu rəqəm yalnız tibb müəssisələrində qeydə alınan ölüm hallarına aiddir. Məlumatlara birbaşa virus səbəbiylə tənəffüs çatışmazlığı səbəbindən 5503 və koronavirusla birlikdə müşayiət olunan xəstəliklər səbəbindən 54 435 nəfər ölüb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!