Avropa İttifaqı "ölə bilər" - Makron .....                        Qriqoryan İran səfiri ilə delimitasiyadan danışdı .....                        Sahibə Qafarova Monteneqroda səfərdədir .....                        İlham Əliyev Füzulidən Berlinə gedir .....                        Erməni hərbçi sərhəddə minaya düşdü .....                        Rəsmi Pekin Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesindəki irəliləyişi alqışlayır .....                        Çinin Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılışı olub .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                       
15-01-2023, 22:42
Rusiyada baş verən partlayış insan ölümüylə nəticələndi


Rusiyada baş verən partlayış insan ölümüylə nəticələndi

Rusiyada partlayış olub. Hadisə Belqorod vilayətində yerləşən hərbi hissələrdən birində qeydə alınıb. Belə ki, bir hərbçinin əlindəki qumbaranın partlaması nəticəsində silah-sursat anbarında partlayış baş verib. Hadisə zamanı 3 hərbçi həyatını itirib, 16 hərbçi yaralanıb. Daha 8 hərbi qulluqçunun taleyindən isə xəbər yoxdur. Hadisə ilə bağlı araşdırmaların davam etdirildiyi bildirilib.
15-01-2023, 17:07
Ermənistanda Rusiyaya qarşı yeni etiraz dalğası


Ermənistanda Rusiyaya qarşı yeni etiraz dalğası

Ermənistanda Rusiyaya qarşı yenidən etiraz aksiyası keçirilib. Bu barədə "Sputnik Armenia" məlumat yayıb. Belə ki, "Bever" siyasi blokunun nümayəndələri Rusiya Federasiyasının Gümrüdəki 102-ci hərbi bazasına gedən yolda toplaşıblar. Fəallar aksiyanın Laçın dəhlizindəki vəziyyətə görə Rusiyaya qarşı etirazların davamı olduğunu bildiriblər. Qeyd edək ki, ərazidə sonuncu aksiyada 65 etirazçı saxlanılmışdı.
15-01-2023, 17:01
Nepalda matəm elan olundu


Nepalda matəm elan olundu

Nepalda baş vermiş faciəvi təyyarə qəzasına görə matəm elan edilib. Bu barədə hökumət müvafiq qərarı imzalayıb. Matəm sabah - 16 yanvar tarixində olacaq və 1 gün davam edəcək. Matəmlə bağlı dövlət qurumlarına tapşırıqlar verilib. Qeyd edək ki, Nepalın Pohkar şəhərində göyərtəsində 72 nəfər olan təyyarə qəzaya uğrayıb.
15-01-2023, 16:59
Nepalda baş vermiş təyyarə qəzası kütləvi insan ölümünə səbəb oldu


Nepalda baş vermiş təyyarə qəzası kütləvi insan ölümünə səbəb oldu

Nepaldakı təyyarə qəzası zamanı təyyarədəki insanlar həyatını itirib. Bu barədə "News 18" telekanalına yerli hakimiyyət nümayəndələri məlumat verib. Təyyarənin göyərtəsində 68 sərnişin və 4 ekipaj üzvü olmaqla, ümumilikdə 72 nəfər olub faciəvi qəza nəticəsində həlak olublar. Xilas olan 2 nəfərin də vəziyyəti ağırdır. Qeyd edilib ki, sərnişinlərdən 10-u xarici ölkələrin vətəndaşlarıdır.
15-01-2023, 16:52
Gürcüstanın məşhur incəsənət nümayəndəsi vəfat etdi


Gürcüstanın məşhur incəsənət nümayəndəsi vəfat etdi

Məşhur gürcü müğənnisi və aktyoru Vaxtanq Kikabidze dünyasını dəyişib. Kikabidze uzun sürən xəstəlikdən sonra 84 yaşında vəfat edib. O, Gürcüstanın xalq artisti, eləcə də bir müddət parlamentin deputatı olub. Qeyd edək ki, V.Kikabidze 1938-ci ildə Tbilisdə anadan olub.
15-01-2023, 16:48
Kanadanın baş nazirindən Ukraynaya dəstək mesajı


Kanadanın baş nazirindən Ukraynaya dəstək mesajı

Kanadanın baş naziri Castin Trüdo Rusiyanın Ukraynadakı mülki hədəfləri növbəti dəfə atəşə tutmasına və Dneprdə çoxmərtəbəli yaşayış binasına hücumuna reaksiya verib. O, twitter səhifəsindəki paylaşımında Rusiyanın yaşayış binasına zərbə endirməsini qətiyyətlə pisləyib. "Rusiyanın Dneprdə yaşayış binalarına hücumları iyrənc və tamamilə qəbuledilməzdir. Kanada bu cür zorakılığı qeyd-şərtsiz pisləyir. Biz Ukrayna xalqını dəstəkləyirik və onlara lazım olan dəstəyi göstərməyə davam edəcəyik", - deyə paylaşımda bildirilib. Qeyd edək ki, Dneprə raket hücumu nəticəsində ölənlərin sayı 21-ə çatıb. Partlayış yerində axtarış-xilasetmə işləri davam edir, dağıntılar altında hələ də insanların ola biləcəyi ehtimal edilir.
15-01-2023, 16:44
İbrahim Kalından İsveç və Finlandiyaya xəbərdarlıq mesajı


İbrahim Kalından İsveç və Finlandiyaya xəbərdarlıq mesajı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat katibi İbrahim Kalın NATO-ya üzvlük prosesi davam edən iki Skandinaviya ölkəsinə xəbərdarlıq edib. Kalın parlamentdə İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı sənədin təsdiqi üçün az vaxt qaldığını açıqlayıb. "Bizdə növbəti parlament seçkiləri yaxınlaşdığı üçün vaxt məsələsi var. İsveç və Finlandiya NATO-ya tezliklə üzv olmaq istəyirsə, onların 2 ay və 2 ay yarım vaxtı qalıb", - deyə Ərdoğanın sözçüsü vurğulayıb. Qeyd edək ki, NATO-ya üzvlük alyans çərçivəsində konsensus yolu ilə mümkün olduğu üçün İsveç və Finlandiyanın təşkilata qoşulmasına Türkiyənin razılığı lazımdır. Rəsmi Ankara terrorla mübarizədə əməkdaşlıqdan yayındığı üçün bu iki ölkənin üzvlük prosesini dəstəkləmirdi. Daha sonra əldə olunan razılaşmaya görə, İsveç və Finlandiya müəyyən öhdəlikləri yerinə yetirəcəyi təqdirdə Türkiyə onların NATO-ya üzvlüyünə etiraz etməyəcəyini bəyan edib.
15-01-2023, 16:41
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində işgüzar səfərdədir


İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində işgüzar səfərdədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə yanvarın 15-də Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gedib. Əbu-Dabi Prezident Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi Birləşmiş Ərəb Əmirliklərinin ədliyyə naziri Abdulla bin Avad Əl-Nueymi və digər rəsmi şəxslər qarşılayıblar.




15-01-2023, 16:36
Bu səbəbə görə Ukraynaya hərbi yardım göstərilməyəcək - Tbilisi


Bu səbəbə görə Ukraynaya hərbi yardım göstərilməyəcək - Tbilisi

Gürcüstanın hökumət başçısının müavini Teya Sulukuani Rusiya-Ukrayna müharibəsi haqqında yeni açıqlama verib. O, ölkəsinin Ukraynaya hərbi yardım etməyəcəyini bəyan edib. Baş nazirin müavini bunu müharibəyə qoşulmaq istəməməklə əlaqələndirib. "Tbilisi bu münaqişəyə cəlb olunmaq istəmir. Buna görə də Ukraynaya hərbi yardım göstərilməyəcək", - deyə Sulukiani söyləyib. Qeyd edək ki, Ukrayna Rusiyanın 2008-ci ildə Gürcüstana hücumu zamanı rəsmi Tbilisiyə yardım göndərmişdi.
15-01-2023, 15:50
Boksçularımız Millətlər kubokundan iştirak edəcək


Boksçularımız Millətlər kubokundan iştirak edəcək

Yanvarın 17-22-də Serbiyanın Sombor şəhərində qız və qadın boksçular arasında Millətlər kuboku keçiriləcək. Bu barədə Boks Federasiyasından bildirilib. İlin ilk yarışında Azərbaycan millisi baş məşqçi Yadigar Məmmədov və İlkin Ağayev rəhbərliyi altında 4 yaş kateqoriyasında mübarizə aparacaq. 14 ölkənin qatıldığı turnirdə Səma Hüseynova (54 kq) məktəblilərin, Banuçiçək Nəsirli (46 kq) yeniyetmələrin, Aysu İsmayılova, Lalə Mədətova (hər ikisi 48 kq), Nərmin Əlizadə (50 kq), Aynur Mikayılova (52 kq) və Emili Rzayeva (66 kq) gənclərin yarışında qüvvələrini sınayacaqlar. Böyüklərin mübarizəsində isə rinqə Günel Rəhimova (48 kq), Anaxanım İsmayılova (50 kq), Məhsəti Həmzəyeva (57 kq), Esmira Məmmədova (63 kq) və Şəhla Allahverdiyeva (66 kq) çıxacaqlar. Bu gün səfərə yollanan milli komanda yanvarın 23-də Bakıya qayıdacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!