Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
21-01-2023, 15:35
Makron hərbi sahə üzrə ayrılan vəsaitin artacağını bildirdi


Makron hərbi sahə üzrə ayrılan vəsaitin artacağını bildirdi

Fransanın 2024-2030-cu illər üçün hərbi büdcəsini kəskin artıracaq. Bu barədə Fransa prezidenti Emmanuel Makron bildirib. O qeyd edib ki, 2024-2030-cu illərdə hərbi xərclər 400 milyard avroya yüksələcək. Makron 7 il ərzində Fransa kəşfiyyatına ayrılan vəsaitin 60% artırılacağını bildirib. Xatırladaq ki, rəsmi Paris 2019-2025-ci illərdə hərbi xərclərə 295 milyard avro vəsait ayıracaq.
21-01-2023, 00:19
ARTIQ «TƏRTƏR-2»-YƏ START VERİLİB


ARTIQ «TƏRTƏR-2»-YƏ START VERİLİB

Ölkədə 1988-ci ilin noyabrında başlayıb, 1991-ci ildə SSRİ-nin çökməsi ilə nəticələnən hadisələr yaşlı nəslin çoxlarının yadındadır. O zaman bir tərəfdən imperiyanın dağılmasının nəticəsi olaraq bütün milli respublikalarda imperiya sahiblərinin zorla Moskvaya tabe edilərək, əvvəlcədən düşünülmüş şəkildə iqtisadi strukturlarını da hörümçək toru kimi toxumaqla Rusiyadan asılı vəziyyətə saldığından, Azərbaycanın iqtisadi sistemi də onun fəaliyyətini təmin edən mənbələrlə qarşılıqlı əlaqələrinin kəsilməsi səbəbindən iflicləşib məhvə məhkum oldu. Bu amil təkcə sadə vətəndaşlar deyil, ölkənin ziyalı, məmur təbəqəsinin ən azı, adi məişət səviyyəsində mövcudluğunu da real təhlükə qarşısında qoymaqla bərabər, həm kütlə, həm də ölkənin hüquqi, inzibati və s. sistemlərində müdhiş bir xaos və anarxiya mühiti yaratdı. Ölkənin bu vəziyyətindən sui-istifadə edərək hakimiyyəti ələ keçirmək istəyən müxtəlif, başqa yeni yaranmış milli respublikaları, o cümlədən də xüsusilə Azərbaycanı imperiyanın əsarətində, heç olmasa öz orbitində saxlamağa çalışan Rusiyanın dəstəklədiyi qüvvələrin arasında gedən sərt, kəskin mübarizə ilə yanaşı Rusiya-Ermənistan-İran triosunun birbaşa iştirakından əlavə Avropa və ABŞ-ın Azərbaycana tətbiq etdiyi 907-ci düzəliş qəbilindən olan təpkiləri şəraitində ölkə əhalisinin əmək qabiliyyətinə malik olan əhalisinin 70-80 faizi, iş tapıb, pul qazanaraq özlərinin, həm də Azərbaycanda qalan yaxınlarının mövcudluğunu təmin etmək məqsədilə Rusiyaya üz tutdular. O zaman Rusiyada hakimiyyət başında olan Yeltsinin və onun ətrafının şəxsən H.Əliyevə qarşı son dərəcə mənfi məxsi münasibəti, eləcə də Rusiyada 150 ildən bəri Rusiyanın bütün hakimiyyət və s. strukturlarına hoparaq vahid sistemdə birləşmiş ermənilərin ruslarla birgə Azərbaycanlılara qarşı apardıqları təbliğatla bərabər, polisin, OMON-un türk respublikalarından gələnlərə, xüsusilə Azərbaycanlılara qarşı tez-tez həyata keçirdikləri cəza tədbirləri şəraitində, qarlı-şaxtalı Rusiya iqlimində yaşamaq üçün heç bir şəraiti olmayan yerlərdə qalmaqla, bazarlarda meyvə, paltar satan, hətta küçələri süpürən azərbaycanlı, vaxtilə Azərbaycanda elmi fəaliyyətlə məşğul olan alimlərə, müxtəlif orta səviyyəli vəzifələrdə çalışmış məmurlara rast gəlmək adi hala çevrilmişdi. Çox zaman insanın ağlına belə gətirə bilməyəcəyi əzablara sinə gərib, o dövrdən bəri, bu günədək orada iqtisadi və s. sahələrdə yerləşə bilmiş Azərbaycan vətəndaşlarının sayı iki milyon nəfər civarındadır. Bu insanların hamısı Rusiyada işləyib yaşaya bilmələri üçün müxtəlif yollarla həm də Rusiya vətəndaşlığı ala bilmişlər. Ukraynanı bir neçə gün ərzində işğal və ram edərək, əsarətə alacağını düşünərək, 2022-ci ilin, fevral ayının 24-də Ukraynaya qarşı işğalçı müharibəyə başlayan Rusiya bu ölkənin rəhbərliyi ilə müxtəlif millətlərdən ibarət Ukrayna vətəndaşlarının monolit birliyi və həmrəyliyinə əsaslanan işğalçılara qarşı qəhrəmanlığı, inadlı müqaviməti nəticəsində ciddi uğursuzluqlara düçar olaraq çoxlu hərbi texnika və peşəkar canlı hərbi qüvvə itirdikdən, eləcə də bütün dünya ölkələri və dünya ictimaiyyəti tərəfindən müxtəlif xarakterli, Ukraynaya hərbi, humanitar yardım, ictimai rəy təpkiləri, habelə Rusiyaya qarşı çoxsaylı sanksiyaların tətbiqi ilə üzləşdikdən sonra ölkə daxilində özünün etnik dayağı olan rusları özünə qarşı çevirməmək məqsədi ilə öz döyüşkənliyi ilə seçilən türk xalqları olan buryatları və s. ilə birlikdə çeçenləri də hərbi səfərbərliyə cəlb etdi. Müasir hərbi hazırlığa malik olmayıb ön cəbhəyə göndərilən və məhv edilən rusiya hərbiçilərinin sayı yüz minə çatdıqda is dövlətdən narazılığı artıq partlayış həddində qərarlaşan Rusiya ictimaiyyətinin qəzəbini bir qədər neytrallaşdırmaq məqsədilə Rusiya hökuməti ölkədə fəaliyyət göstərib, Rusiya vətəndaşlığı olmayan əmək miqrantlarını belə müxtəlif məcburi və maraqlandırma yolları vasitəsilə Ukrayna cəbhəsinə real ölümə göndərməkdədir. Təbii ki, Rusiyanın işğalçı müharibədə qalib gələcəyi halda, Rusiyanın növbəti işğal obyektinin onların öz doğma vətəninin olacağını bilən bu insanların mütləq əksəriyyəti Rusiyanın bu imperialist iddialarının qurbanı olmamaq üçün öz vətənlərinə qayıdırlar. Bu kontingentin Rusiyadan çıxa bilməməsi üçün Rusiya özünün həm yerüstü, həm də hava sərhədlərində imkanı olan bütün maneə və qadağaları qoyub. Ara-sıra bu maneə və qadağalardan yayına bilənlər öz vətənlərinə qayıdıb ailələrinə qovuşur. Onların bir hissəsi də doğma Azərbaycana qayıdıb gələn Azərbaycan vətəndaşlarıdır. Bir müddət öncə millət vəkillərinin bəziləri, səhv etmirəmsə Fazil Mustafa, Razi Nurullayev və s. də haqlı olaraq Rusiyada yaşayan soydaşlarımıza Ukrayna ilə müharibəyə getməyib, vətənə qayıtmaları barədə çağırışlar da səsləndirmişlər. Məzmun və mahiyyət etibarilə bu müraciətlər obyektiv və ədalətli idi. Oxucunun məsələnin mahiyyətini dəqiq və obyektiv dərk edə bilməsi üçün onun bir neçə cəhətini qeyd edək.
Birincisi, bu günə Rusiya və Ukraynada yaşayan soydaşlarımızın birlikdə ümumi sayı 3 (üç) milyon civarındadır. Onların 1 (bir) milyona yaxını sağlam, aktiv əmək qabiliyytli, birinci və ikinci Qarabağ döyüşləri iştirakçıları da daxil olmaqla, hərbi xidmətdə olub, hərbi xidmət hazırlığı olan 50 yaşına qədər Azərbaycan vətəndaşlığı ləğv edilməmiş, lakin əsasən şəxsiyyət vəsiqələrinin, xarici pasportlarının etibarlılıq vaxtı keçmiş kişilərdir. Bunu da qeyd edim ki, onların əksəriyyəti, hətta işləməsələr belə ailələrini dolandıra biləcək, ölkədə müxtəlif iş qurmağa bacarığı və vəsaiti olan insanlardır. Yəni, onlar dövlətə yük olub, dövlətdən ev, maddi təminat, uşaq pulu və s. istəyəcək kontingent də deyil. Bir əhəmiyyətli detal da budur ki, müharibəyə getməkdən yayınıb Rusiyadan, Ukraynadan Avropaya, Türkiyəyə, hətta Azərbaycanın özünə mühacirət edib, əslən Rusiyalı, Ukraynalı vətəndaşları bütün dövlətlər qəbul edib, sığınacaq və maddi yardım da verdiyi halda, Azərbaycanda əslən Azərbaycanlı olub, Azərbaycan vətəndaşlığı ləğv edilməyib, şəxsiyyət vəsiqəsinin və ya xarici pasportunun etibarlılıq müddəti keçmiş vətəndaşlarımızın bu sənədlərinin yenisi ilə əvəzlənməsinə, Azərbaycan Konstitusiyası və ondan irəli gələn bütün qanunların ziddinə olaraq, Daxili İşlər Naziri tərəfindən «MÜHARİBƏ QURTARANA QƏDƏR», yəni, Rusiya-Ukrayna müharibəsinin sonunadək, şifahi olaraq QADAĞA QOYULUB. Bu isə mahiyyəti etibarilə ölkənin genefonduna, eləcə də ölkənin hərbi hazırlığa malik, canlı hərbi potensialının iki yad ölkənin iddiası, mənafeyi, qələbəsi naminə, «TƏRTƏR-1» qətliamından yüzlərlə dəfə genişmiqyaslı QƏTLİAMA MƏHKUM EDİLMƏSİDİR. «TƏRTƏR-1» qətliamında həlak olanların ailə üzvlərinin, insanlıq anlayışına sığmayan vəhşi işgəncələrə məruz qalaraq, ömürlük fiziki və mənəvi cəhətdən şikəst olanların özlərinin və yaxınlarının, həyatının bir hissəsini qanunsuz, ədalətsiz olaraq zindanda keçirənlərin dövlətçiliyimizə qarşı yaranmış nifrətini neytrallaşdırıb xoş, isti münasibətini, məhəbbətini bərpa etmək mümkün olmadığı kimi, «TƏRTƏR-2»-nin də baş verəcək daha dərin və genişmiqyaslı fəsadlı nəticələrinin də aradan götürülməsi mümkün olmayacaq. Bu gün «TƏRTƏR-1»-in dəhşətlərini, ictimai maraqlarımızı özlərinin şəxsi mənafe, maraqlarından, həyatlarının təhlükəsizliyindən üstün tutub, əyninə «kəfən» geyib, ölümdən, zindandan qorxmayaraq ictimailəşdirərək, bu cinayətlərin rəsmən araşdırılmasını reallaşdıran millətsevərlərimiz müəyyən dərəcədə buna nail olsalar da, bir neçə xırda «kilkə» həbs edilib, cinayətin əsas təşkilatçıları olan «akulalar»hələ də azadlıqda hətta vəzifələrin də asudə zəngin həyat sürməkdədirlər.
Bu gün cəmiyyətimiz ölkənin genefondu və hərbi hazırlıqlı, canlı hərbi potensialımızın məhvinə yönəldilmiş bu cinayətkar qərarın həyata keçirilməsinə susaraq onun ləğv edilməsinə nail olmasa, sabah daha böyük və dəhşətli fəlakətlərlə üzləşməyimiz obyektiv reallığa çevrilərək qaçılmaz olacaq. «TƏRTƏR-2» fəlakəti isə, məhz «TƏRTƏR-1» fəlakəti ilə eyni mənbədən, eyni səviyyədə, eyni xəttlə cəmiyyətimizin üstünə şığımaqdadır. Yəni, fəlakət üstümüzə eyni dalğa, eyni koordinatlarla gəldiyi kimi, bir müddətdən sonra, millət çarəsiz durumda, bu cinayətlərin təşkilatçıları, rəhbərləri də «TƏRTƏR-1»-in «akulaları» kimi azad və firavan həyat sürməkdə olacaqlar. 30 ilə yaxındır ki, ölkədə qəribə, heç bir sağlam məntiqə yaramayan bir hal yaranıb. Erməniyə güllə atan igidlərimiz müxtəlif şər, böhtan, əsassız, məntiqsiz müstəntiq, məhkəmə qərarları ilə zindanlara atılaraq çürüdülür, yaralı qazilərimiz övladlarına quru çörək, yaralarını sağaltmağa dərman almaq üçün pul tapmadığından intihar edir. Dövlət büdcəsini milyardlarla dollar məbləğində talayanları tamamilə cəzasız qalaraq asudə firavan həyat sürür, sıravi icraçılar simvolik cəza alaraq, tezliklə əvf olunur. Taladıqları milyardların bir hissəsi özlərinə qaytarılır. 30 il daim bizə qarşı hərbi cinayətlər törətməklə məşğul olan, yurdlarımızı viran qoyan ermənilərə Azərbaycan vətəndaşlığı, şəxsiyyət vəsiqəsi, xarici pasportunu bizdən qəbul etmələri üçün yalvarır, bizə qarşı heç bir cinayət törətməmiş, bizə xəyanət etməmiş, qanları qanımızdan, canları canımızdan olan Azərbaycan vətəndaşlarımıza qanunla, həm də halallıqla onlara məxsus olan etibar müddəti keçmiş sənədlərini dəyişməkdən imtina edirik. Onları labüd məhvə məhkum edərək, cəmiyyətimizi, dövlətçiliyimizi diz çökdürürük.
Biz hara gedirik, daha doğrusu, BİZİ HARA SÜRÜYÜRLƏR? CƏNABLAR! Ortaya çox maraqlı bir sual çıxır. Daxili İşlər Nazirinə belə bir göstəriş vermək hüququ və imkanı olan, Moskvanın və ermənilərin Azərbaycandakı «5-ci kolonunun» rəhbəri Ramiz Mehdiyev və Əli Həsənov və s. kimi, onun avtaba daşıyanları artıq neytrallaşdırılıb. Görəsən, nazirə belə bir müdhiş göstəriş verməyi hansı kolonun, hansı rəhbəri ƏMR edib?
Şapur Qasimi
14.01.2023
+99455 522-36-15
20-01-2023, 22:11
“İrəli” İB Qanlı Yanvarın ildönümündə silsilə tədbirlər keçirib


“İrəli” İctimai Birliyi tərəfindən Qanlı Yanvar faciəsinin 33-cü ildönümü çərçivəsində silsilə tədbirlər keçirilib.

Birliyin Mətbuat xidmətindən Butov.az-aa bildirilib ki, “İrəli” İctimai Birliyinin nümayəndələri və üzvləri Şəhidlər xiyabanında ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin məzarlarını ziyarət ediblər.

Tədbirlər planına uyğun olaraq Azərbaycan Milli İncəsənət Muzeyində “Xalqımızın qürur və qəhrəmanlıq salnaməsi” adlı tədbir keçirilib. Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir zamanı çıxışçılar – “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı, Azərbaycan Respublikasının Xalq artisti, görkəmli teatr və kino aktyoru Nurəddin Mehdixanlı və Əməkdar jurnalist, 20 yanvar şəhidlərinə həsr edilmiş “Şəhidlər” kitabının müəllifi Rafiq Səməndər 33 il öncə xalqımızın keçdiyi mübarizə yolundan söz açaraq, həmin dövrün dövlət müstəqilliyinə gedən yolun başlanğıcı olduğunu qeyd ediblər. Natiqlər Qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi məsələsinin ümummilli lider Heydər Əliyevin sayəsində həllini tapdığını da diqqətə çatdırdılar. Eyni zamanda ümummilli məsələlərdə gənclərin aktivliyinin olduqca mühüm amil olduğunu qeyd edən çıxışçılar gəncləri bu kimi proseslərdə yaxından iştirak etməyə çağırıblar.

Qeyd olunub ki, bu qanlı hadisələrindən cəmi 30 il sonra – 2020-ci ildə Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış şanlı qələbə 20 Yanvar faciəsinin açdığı yaraya da məlhəm oldu. Ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçmiş və şəhidlik zirvəsinə ucalmış Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar. 20 Yanvar xalqımız üçün təkcə hüzn günü kimi deyil, həm də milli qürur, milli iradəmizin zəfər çaldığı gün kimi tarixə düşdü. Bununla yanaşı, gənclərin bu hadisələri heç zaman unutmamalı və xalqımızın qəhrəmanlıq salnaməsini gələcək nəsillərə ötürməli olduğu tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Tədbir gənclərin suallarının cavablandırılması ilə davam edib.

Silsilə tədbirlərin davamında təşkilat tərəfindən 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş sosial media kampaniyası keçirilib. Yüzlərlə gəncin iştirakı ilə keçirilən aksiyada iştirakçılar Qanlı Yanvar hadisələri ilə bağlı faktlar və statistik məlumatları xarici dillərdə sosial media istifadəçiləri ilə bölüşüblər. Həmçinin “İrəli” İctimai Birliyi tərəfindən 33 il öncə Qanlı Yanvar hadisələrinin dünya ictimaiyyətinə çatdırılmasında fəallıq göstərmiş dünyanın aparıcı media qurumlarına müraciətlər ünvanlanıb.

Bildirilib ki, həyata keçirilən tədbirlər planının əsas məqsədi Azərbaycan xalqının mübarizə dolu, tarixi səhifəsinin gənclərə aşılanması, 20 Yanvar faciəsi haqqında gənc nəslin məlumatlılığının artırılması, habelə törədilmiş cinayətlərin beynəlxalq miqyasda sosial şəbəkə istifadəçilərinə çatdırılmasıdır.
20-01-2023, 22:00
Allah rəhmət eləsin!

Bakı şəhəri, Nizami rayonu, 32 nömrəli tam orta məktəbin 7c sinif rəhbəri Minarə Şahsuvarlı, valideyinləri,şagirdləri Hüseynzadə Nurayın nənəsi Hüseynova Ceyran Əli qızının ölümündən kədərlənir və dərin hüznlə başsağlığı verirlər.
Allah rəhmət eləsin!
20-01-2023, 21:49
Doğum gününüz mübarək əziz müəllimlər!

11 və 21 Yanvar tarixlərində 32 nömrəli tam orta məktəbin sevimli iki müəlliminin doğum günüdür. Özəl gün münasibətilə hər iki müəllim- Selvina Mirzəyeva və Gülxumarə Aşurbəyovanı

həmin məktəbin 7c sinif rəhbəri Minarə Şahsuvarlı, müəllim kollektivi, 7c valideyinləri, şagirdlər:Muradov İsmayıl, Abdullazadə İbrahim, Əliyev Avtandil, Nasırlı Rəna, Nəsrullayev Zeyd, Adbullayev Yusif, Əliyev Əli, İsmayıllı Əli, Babayeva Əminə, Məmmədli Murad, Xanlarova Zümrüd, Hüseynzadə Nuray, İslamova Xədicə, Namazov Elton, Əliyeva Nəzrin, Balayeva Nigar, İsmayılzadə Südabə müəllimlərimizi səmimi qəlbdən təbrik edir, işlərində müvəffəqiyyətlər arzu edirlər.
Doğum gününüz mübarək əziz müəllimlər!
20-01-2023, 19:46
Ərdoğandan Yunanıstana xəbərdarlıq mesajı


Ərdoğandan Yunanıstana xəbərdarlıq mesajı

"Bax, Miçotakis, eşitmişəm ki, sağda-solda danışırsan. Bunu yaxşı bil, əgər səhv eləsən, çılğın türklər gələcək, bunu biləsən". Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Esenyurtdakı təməlqoyma mərasimində çıxışı zamanı deyib. "Deyirlər ki, Türkiyə "Tayfun" adlı raket istehsal edib. Bunu Afinaya atsa, nə olar? Bizim Afinaya raket atmaq niyyətimiz yoxdur. Yetər ki, ağıllı olun. Adaları silahlandırsanız, boş duracağıq?", - deyə Ərdoğan bildirib. Türkiyənin təhsil sahəsindəki uğurlarından danışan ölkə prezidenti müvafiq sahədə büdcənin artırıldığını deyib. O, müxalifətdən də danışıb: "Bilirsiniz, açılış mərasimlərinə çox qatılmıram. Kemal Kılıçdaroğlu isə su kranı açılmağına da gedir".
20-01-2023, 19:40
İrəvan Bakı ilə daha intensiv danışıqlara hazırdır - Mirzoyan


İrəvan Bakı ilə daha intensiv danışıqlara hazırdır - Mirzoyan

"Ermənistan, Gürcüstan və Azərbaycan dövlət başçılarının görüşü ideyası nəzərdən keçirilir". Bunu Ermənistan XİN başçısı Ararat Mirzoyan "Armenpress"ə müsahibəsində bildirib. "Ermənistan tərəfi artıq buna hazır olduğunu açıqlayıb. Ancaq sadə birgə bəyanat barədə belə razılaşmaq olmayanda belə görüş effektiv və perspektivli görünmür”, - nazir söyləyib. "İrəvan Bakı ilə danışıqlar prosesinə konstruktiv yanaşır və daha intensiv danışıqlara hazırdır. Ermənistan Cənubi Qafqaz ölkələri arasında üçtərəfli dialoqun inkişaf etdirilməsində maraqlıdır və Tbilisi platformasının potensial və imkanlarını nəzərdən keçirir", - deyə o əlavə edib.
20-01-2023, 19:38
Ermənistan yalnız suveren ərazilərdə minalanma həyata keçirir - Mirzoyan


Ermənistan yalnız suveren ərazilərdə minalanma həyata keçirir - Mirzoyan

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Laçın dəhlizi ilə mina daşınmasına münasibət bildirib. Mirzoyan bu barədə "Armenpress"ə müsahibəsi zamanı danışıb. O, faktı təkzib edib. "Ermənistan yalnız öz suveren ərazilərində və özünümüdafiə məqsədi ilə minalama həyata keçirir", - deyə XİN başçısı söyləyib. Mirzoyanın sözlərinə görə, hərbi eskalasiya ehtimalı xeyli yüksəkdir. Qeyd edək ki, Azərbaycan Laçın dəhlizi vasitəsilə Ermənistan istehsalı olan minaların daşınması ilə bağlı faktlar aşkarlayaraq buna son qoyulmasını tələb etmişdi.
20-01-2023, 19:36
Makron Fransanın hərbi hədəflərindən danışdı


Makron Fransanın hərbi hədəflərindən danışdı

Fransa prezidenti Emmanuel Makron ölkəsinin hərbi sahədəki hədəfləri barədə danışıb. Makron ordunu gücləndirməyin vacib olduğunu bəyan edib. Onun sözlərinə görə, nüvə sahəsində də yeniliklərə ehtiyac var. "Biz Fransanın nüvə potensialını gücləndirəcəyik. Bunun üçün işlər görüləcək", - deyə Makron vurğulayıb.
20-01-2023, 19:33
Zurabişvili Rusiya ilə hava əlaqəsinin bərpasına qarşı çıxdı


Zurabişvili Rusiya ilə hava əlaqəsinin bərpasına qarşı çıxdı

Gürcüstan prezidenti Rusiya Federasiyası ilə hava əlaqəsinin bərpasına qarşı çıxıb. Bu barədə TASS məlumat yayıb. Salome Zurabişvili həmçinin Rusiya vətəndaşlarının respublikada qalmaları üçün şərtləri sərtləşdirməyə çağırıb. "Rusiya ilə hava əlaqəsinin bərpasına qarşıyam", - deyə o bildirib. "Mən hava əlaqəsinin bərpasını alqışlamıram! Bütün tərəfdaş ölkələr sözdə və ya əməldə Ukraynanın fədakar mübarizəsi ilə maksimum həmrəylik ifadə etdiyi bir vaxtda mənim üçün və əminəm ki, cəmiyyətin əksəriyyəti üçün hökumətin və hakim partiyanın mövqeyi yumşaq desək, anlaşılmazdır”, - deyə Gürcüstan prezidenti əlavə edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!