Əlli bir ildən sonra çöysüyən həsrət .....                        Naxçıvanın 100 illik yubileyinə həsr olunan dəyirmi masa keçirilib .....                        AZAL təyyarəsinin "qara qutu"ları bu ölkəyə göndərilir - RƏSMİ .....                        Suriyada seçkilər nə vaxt keçiriləcək? .....                        “Rusiya ilə bağlı bu nüans çox vacibdir” - Fərid Şahbazlı .....                        "Mançester Siti"nin növbəti qələbəsi .....                        Əfqanıstan da Azərbaycana başsağlığı verdi .....                        Suriyadakı səfirliyimiz yenidən fəaliyyətə başlayır .....                        Təyyarə qəzasında həlak olan sərnişin Şəmkirdə dəfn edildi .....                       
31-01-2023, 15:46
Rusiya müharibə başlayandan bəri ən böyük hücuma hazırlaşır - Stoltenberq


Rusiya müharibə başlayandan bəri ən böyük hücuma hazırlaşır - Stoltenberq

Rusiya Ukraynada müharibə başlayandan bəri ən böyük hücuma hazırlaşır. Bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bildirib. “Biz görürük ki, onlar yeni hücuma hazırlaşırlar, çox sayda əsgəri, 200 mindən çox insanı və bəlkə də daha çoxunu səfərbər ediblər. Onlar fəal şəkildə silah və sursat tədarük edirlər”, – deyə baş katib vurğulayıb. Stoltenberqin fikrincə, NATO Rusiya Prezidenti Vladimir Putinin “bütün Ukraynaya nəzarət” məqsədini dəyişdirdiyinə dair əlamət görmür.
31-01-2023, 01:29
Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür


31 yanvar tarixi Azərbaycan Demokratik Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür. Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. O, ilk təhsilini rus-müsəlman məktəbində, sonra isə Bakı texniki məktəbində alıb. 1902-ci ildə 18 yaşlı Rəsulzadə ilk siyasi təşkilatı "Müsəlman gənclik təşkilatını" qurub. Siyasi fəaliyyətinə görə, o, 24 yaşında vətəndən ayrılmaq məcburiyyətində qalıb. Beş ildən sonra vətənə qayıdıb. 1917-ci ilin oktyabrında "Müsavat" partiyasının Bakıda keçirilən birinci qurultayında M.Ə.Rəsulzadə sədr seçilib. Böyük dövlət xadimi bu illərdə də xalqının və millətinin taleyindən narahatlıq duyulan əsərlərini yazmaqda davam edib. Onun şah əsəri 1918-cü il mayın 28-də Fətəli Xan Xoyskilə birgə qurduğu Azərbaycan Xalq Cümhuriyyəti olub. Qısa ömür sürən bu dövlət 1920-ci ilin aprelində Sovet qoşunlarının müdaxiləsi ilə süqut edib. Elə həmin il M.Ə.Rəsulzadə Qırmızı Ordunun əsgərləri tərəfindən İsmayıllının Lahıc kəndində həbs olunub. 1922-ci ildə isə Rəsulzadə SSRİ sərhədlərini həmişəlik tərk edib. 1932-ci ildən M.Ə.Rəsulzadənin fəaliyyətinin Avropa dövrü başlayıb. Bu illərdə o, Almaniyada “İstiqlal” qəzetini, “Qurtuluş” jurnalını nəşr etdirib, Polşada isə milli Azərbaycan nəşriyyatını yaradıb polyak dilində “Azərbaycan müstəqillik uğrunda mübarizədə” kitabını çap etdirib. 1934-cü ildə M.Ə.Rəsulzadə bütün mühacirləri bir araya gətirmək istiqamətində də çalışıb, hamını Azərbaycanın müstəqilliyi probleminin həlli mücadiləsinə çağırıb. İkinci Dünya Müharibəsi dövründə isə M.Ə.Rəsulzadə minlərlə əsir düşmüş azərbaycanlı həmvətənini xilas edib, almanlarla danışıqlar aparıb. 1943-cü ilin avqustunda isə Almaniyanın Azərbaycanın müstəqilliyinə və ayrı-ayrı xalqların azadlığına sayğı göstərmədiyinə əmin olub bu ölkədən uzaqlaşıb. İkinci dünya hərbindən sonra bir müddət Almaniyanın ABŞ-ın nəzarətində olan hissəsində yaşadıqdan sonra, 1948-ci ildə Türkiyəyə qayıdıb. 1949-cu ildə Ankarada Azərbaycan Kültür Dərnəyini yaradır, azərbaycanlıları bir təşkilat ətrafında birləşdirib. 1952-ci ildə M.Ə.Rəsulzadənin birbaşa rəhbərliyi ilə “Azərbaycan” jurnalı nəşr edilməyə başlayıb. Bu illərdə o, başda ABŞ dövləti olmaqla Qərbin SSRİ-yə qarşı yürütdüyü “soyuq müharibə” proqramına dəstək verib, “Amerikanın səsi”, “Azadlıq” radiolarında sovet dövlətini və kommunist rejimini tənqid edib. M.Ə.Rəsulzadə 1955-ci il martın 6-da Türkiyənin Ankara şəhərində vəfat edib, onu “Əsri” məzarıstanlığında dəfn ediblər.
31-01-2023, 01:23
“Atatürk-2023” hərbi təlimlərinə start verilib


“Atatürk-2023” hərbi təlimlərinə start verilib

Türkiyə və Pakistan ordusu "Atatürk-2023" adlı birgə hərbi təlimlər keçirir. Bu barədə "Anadolu" informasiya agentliyi məlumat yayıb. Təlimlər yanvarın 30-da Pakistanın Xeybər Paxtunxva vilayətində başlayıb. Tərbəla bölgəsində keçirilən təlimlər iki həftə davam edəcək. Hərbi təlimlərin məqsədi terrorizmlə mübarizədə birgə addımların işlənib hazırlanmasıdır. Qeyd edək ki, 1998-ci ildən bu yana təlimlər növbə ilə Türkiyə və Pakistanda keçirilir. Türkiyədə keçirilən zaman təlimlər "Cinnah", Pakistanda isə "Atatürk" adlanır.
31-01-2023, 01:16
Minatəmizləmə prosesində Macarıstanla əməkdaşlıq doğru seçimdir - İlham Əliyev


Minatəmizləmə prosesində Macarıstanla əməkdaşlıq doğru seçimdir - İlham Əliyev

"Minatəmizləmə sahəsində Macarıstanla əməkdaşlıq üçün yaxşı imkanlar görürük". Bunu Azərbaycan Prezidenti İlham Əliyev Budapeştdə Macarıstanın Baş naziri Viktor Orban ilə birgə mətbuata bəyanatında deyib. Əməkdaşlıq üçün digər vacib sahənin minatəmizləmə olduğunu qeyd edən dövlətimizin başçısı bildirib ki, Azərbaycan İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində bu sahədə böyük problemlərlə üzləşib. “Bir milyondan çox mina təmizlənməlidir. Müharibədən sonra iki il ərzində 300-ə yaxın Azərbaycan vətəndaşı ya həlak olub, ya da ki, ağır yaralanıb. Ona görə bu sahədə Macarıstanın təcrübəsini nəzərə alaraq biz əməkdaşlıq üçün yaxşı imkanlar görürük”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
31-01-2023, 01:13
Qaz təchizatını artırmaq planımız var - İlham Əliyev


Qaz təchizatını ikiqat artırmaq planımız var - İlham Əliyev

"Biz qaz təchizatımızı iki dəfə, bəlkə ondan da çox artırmağı planlaşdırırıq". Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Budapeştdə Macarıstanın Baş naziri Viktor Orban ilə birgə mətbuata bəyanatında deyib. Dövlət başçısı bildirib ki, son illər ərzində apardığımız uğurlu siyasət, birgə addımlar bu gün enerji sahəsində əməkdaşlıq üçün də çox güclü zəmin yaratdı: “Cənab Baş nazir (Viktor Orban-red.) xatırlatdı ki, vaxtilə NABUKKO layihəsi üzərində böyük işlər aparılmışdı. Ancaq maliyyə mənbələri müəyyən edilmədiyi üçün NABUKKO layihəsi icra edilmədi. Buna baxmayaraq, Azərbaycan öz qaz resurslarını Avropa bazarlarına çatdırmaq üçün fəal çalışırdı və nəticə etibarilə iki il bundan əvvəl Cənub Qaz Dəhlizi icra edildi. Bu, çox müasir enerji infrastrukturudur, uzunluğu 3500 kilometrdir və artıq iki ildir ki, Azərbaycan Avropa İttifaqı məkanına öz təbii qaz resurslarını çatdırır”. Azərbaycan Prezidenti qeyd edib ki, ötən il Avropa Komissiyası ilə imzalanan sənədə əsasən, biz qaz təchizatımızı iki dəfə, bəlkə ondan da çox artırmağı planlaşdırırıq: “Bunun üçün resurslar da var, siyasi iradə də var və tərəfdaşlarımızla təmaslar da var”.
31-01-2023, 01:10
İlham Əliyev macarıstanlı həmkarı ilə geniş müzakirələr aparıb


İlham Əliyev macarıstanlı həmkarı ilə geniş müzakirələr aparıb

Yanvarın 30-da Budapeştdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə geniş tərkibdə görüşü olub. Macarıstanın Baş naziri Viktor Orban çıxış edərək deyib:
- Cənab Prezident, ölkəmizə səfər etdiyinizə görə Sizə olduqca minnətdarıq. Biz iki ölkə arasında əməkdaşlıq üçün strateji əhəmiyyət kəsb edən bütün məsələləri müzakirə etdik. Xalqlar arasında son onillik ərzində əlaqələrin və ənənəvi əməkdaşlığın gücləndirilməsinə mərhələli şəkildə verdiyiniz töhfəyə görə minnətdarıq. Biz bunu yüksək dəyərləndiririk. Ölkələrimiz mühüm dostluğu indi yox, çoxdan başlayıblar. Siz təkcə enerjiyə görə bizim dostumuz deyilsiniz. Təsəvvür edirəm, indi Sizin yeni dostlarınız var. Çünki dünyada ölkənizin strateji əhəmiyyəti artmaqdadır. Lakin əməkdaşlığımız lap çoxdan başlayıb və təkcə maraqlara əsaslanmır, həmçinin mədəniyyət, adət-ənənələr sahəsindəki işbirliyinə söykənir. Cənab Prezident, Siz Macarıstanın Türk Dövlətləri Təşkilatına qoşulmasına hər zaman dəstək vermisiniz. Biz bunu yüksək dəyərləndiririk. Macarıstan türkdilli dövlət kimi həmin platformada iştirak edən ölkədir və bu, bizim üçün nəinki mədəni, o cümlədən siyasi baxımdan əhəmiyyətlidir. Bir sözlə, cənab Prezident, ölkəmizə, Budapeştə çox xoş gəlmisiniz. Səfərinizə görə çox minnətdarıq. Keçmişdə təşəkkül tapmış dərin əməkdaşlığımızı yüksək dəyərləndiririk və ümid edirik ki, o gələcəkdə də davam edəcək. Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək deyib:
- Təşəkkür edirəm, cənab Baş nazir. Sizi görməyimə çox şadam. Əməkdaşlığınıza görə minnətdaram. Biz, həqiqətən, iki dost və tərəfdaşıq. Biz öz münasibətlərimizi artıq strateji tərəfdaşlıq kimi müəyyən etmişik. Bu gün isə biz əməkdaşlığımızın strateji mahiyyətini təsdiqləyəcək digər sənədə imza atacağıq. Cənab Baş nazir söylədiyi kimi, münasibətlərimizin artıq yaxşı tarixi var. Bu, qarşılıqlı dəstək və etimad, eləcə də tərəfdaşlıq və dostluq tarixidir. Bu, həqiqətən, böyük zənginlikdir. Buna görə, biz hazırda əməkdaşlığın yeni sahələrini araşdırırıq. Tərəfdaşlığımız üçün artıq çox möhkəm zəmin yaranıb. Cənab Baş nazir qeyd etdiyi kimi, enerji əməkdaşlığımızın bir hissəsinə çevrilir. Əvvəlcə, bu, heç zaman olmamışdır. Buna görə, əməkdaşlığımızın enerji tarixçəsi yoxdur. Elə oldu ki, hazırda Azərbaycanın enerji resursları əvvəlki dövrlə müqayisədə Avropaya daha çox lazımdır. Biz öz təchizatımızı artırmağa hazırıq və əlbəttə ki, əməkdaşlığı dost ölkələrlə başlamaq istəyirik. Bu gün, biz enerji sahəsində uzunmüddətli işbirliyinə imkan yaradacaq müvafiq Anlaşma Memorandumunu imzalayacağıq. Lakin, təkcə bu sahə deyil, çünki biz təhsil və mədəniyyət sahələrində əməkdaşlıq edirik. Biz Qarabağ bölgəsində yenidənqurma işlərində macar şirkətlərini görməyi ümid edirik. Bu gün, biz cənab Baş nazirlə bu və digər məsələləri müzakirə etdik. Mən, həmçinin fürsətdən istifadə edərək, cənab Baş nazir, Sizə münasib vaxtda Sizi Azərbaycana səfərə və fəal dialoqumuzu davam etdirməyə dəvət edirəm. Qonaqpərvərliyə görə bir daha minnətdaram. Görüşdə enerji, təhsil və nəqliyyat sahələrində, həmçinin beynəlxalq təşkilatlarda əməkdaşlıq məsələləri müzakirə olunub. Əməkdaşlığın inkişafında hökumətlərarası komissiyanın əhəmiyyəti qeyd edilib. Əlaqələrimizin daha da inkişaf etdirilməsi üçün aidiyyəti dövlət qurumlarına tapşırıqlar verilib.
31-01-2023, 01:06
Ceyhun Bayramov macarıstanlı həmkarıyla əməkdaşlıq protokolu imzaladı


Ceyhun Bayramov macarıstanlı həmkarıyla əməkdaşlıq protokolu imzaladı

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında əməkdaşlıq haqqında protokol imzalanıb. Protokolu Budapeştdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto imzalayıb.
31-01-2023, 01:00
İrandan gələn xəbərləri izləyirik - Avropa İttifaqı


İrandan gələn xəbərləri izləyirik - Avropa İttifaqı

Avropa İttifaqı (Aİ) İranın İsfahan şəhərindəki hərbi zavoda hücumda kimin əli olduğuna dair dəqiq məlumata malik deyil. Bunu Aİ Xarici İşlər Nazirliyinin sözçüsü Peter Stano deyib. “Hücumun arxasında kimin dayandığını və dəqiq nə baş verdiyini bilmirik. Biz İrandan gələn xəbərləri izləyirik...”, – Stano vurğulayıb. Onun sözlərinə görə, yeni eskalasiyanın qarşısını almaq üçün bütün tərəflər təmkinli olmalıdır. Xatırladaq ki, yanvarın 28-i axşam saatlarında İranın İsfahan şəhərində güclü partlayış baş verib. İran Müdafiə Nazirliyi bunun pilotsuz təyyarələrin “uğursuz hücumu” olduğunu bildirib. İran mediası ən azı beş əyalətdə partlayışlar barədə yazıb. “Əl Ərəbiyyə” telekanalı isə İsrailin İrana qarşı hərbi əməliyyatı barədə məlumat yayıb.
31-01-2023, 00:58
Azərbaycanla Macarıstan arasında təbii qazla bağlı memorandum imzalandı


Azərbaycanla Macarıstan arasında təbii qazla bağlı memorandum imzalandı

Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında təbii qaz əməkdaşlığı haqqında Anlaşma Memorandumu imzalanıb. Sənədi Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto imzalayıb. İmzalanma mərasimi bu gün Budapeştdə Prezident İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra baş tutub.
30-01-2023, 16:03
Orxan Əsgərov ikinci Şəhidlər xiyabanında dəfn olundu


Orxan Əsgərov ikinci Şəhidlər xiyabanında dəfn olundu

Xəbər verdiyimiz kimi, Azərbaycanın Tehrandakı səfirliyinə xain terror hücumunun qarşısının alınması zamanı şəhid olan mühafizə xidmətinin rəisi Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn edilib. Vida mərasimində dövlət və hökumət rəsmiləri, şəhidin yaxınları, Türkiyənin Azərbaycandakı səfiri və səfirliyin əməkdaşları, ölkə ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Şəhidin cənazəsi İkinci Şəhidlər xiyabanında yaylım atəşi altında torpağa tapşırılıb. Cənazənin üzərindəki üçrəngli Azərbaycan bayrağı şəhidin atasına təqdim olunub. Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.



����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!