Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
18-01-2023, 00:04
Valeri Zalujnı ilk dəfə ABŞ generalı ilə görüşdü

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəisi Mark Millli ilə ilk dəfə təkbətək görüşüb. Bu barədə Zalujni özünün "Telegram" kanalında məlumat yayıb. Görüş Polşada Ukrayna ilə sərhəddə keçirilib. "Mən general Milliyə sarsılmaz dəstəyə və yardıma görə təşəkkür etdim. Ukrayna Silahlı Qüvvələrinin təcili ehtiyaclarını qeyd etdim" - ukraynalı general bildirib. Milli bir gün əvvəl Almaniyada ABŞ hərbçilərinin ukraynalılara təlim keçdiyi düşərgəyə baş çəkib. Yanvarın 20-də Almaniyanın Ramşteyn şəhərindəki ABŞ bazasında Ukraynanın müttəfiqlərinin növbəti görüşü keçiriləcək və onlar ukraynalılara gələcək hərbi yardım planlarını müzakirə edəcəklər.
17-01-2023, 23:58
İlham Əliyev Niderland şirkətinin icraçı direktoru ilə görüşdü

Yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına səfəri başlayıb. Davosda dövlətimizin başçısının Niderlandın “Damen Shipyards Group” şirkətinin icraçı direktoru və səhmdarı Arnout Damen ilə görüşüb. Söhbət zamanı dövlətimizin başçısının Arnout Damen ilə əvvəlki görüşü xatırlanıb. Arnout Damen Azərbaycanda layihələrin həyata keçirilməsinə başladıqlarını bildirib və görülən işlərdən danışıb. Prezident İlham Əliyev “Damen Shipyards Group” şirkətinin bu yaxınlarda Azərbaycanda layihələri artıq həyata keçirməyə başlamasından məmnunluğunu bildirib. Görüşdə Azərbaycanda bu şirkətin daha geniş həcmdə işlər görməsi üçün yaxşı imkanların olduğu vurğulanıb. Dövlət başçısı Azərbaycanın önəmli tranzit ölkəsinə çevrildiyini qeyd edərək, respublikamızın ərazisindən keçən yüklərin həcminin 75 faiz artdığını vurğulayıb. Prezident İlham Əliyev bildirib ki, bütün bunlar nəzərə alınaraq, Azərbaycanda yeni tankerlərin, quru yük gəmilərinin və bərələrin sayının artırılmasına ehtiyac var. Bu sahədə də "Damen Shipyards Group" şirkəti ilə əməkdaşlıq üçün yaxşı potensial mövcuddur. Görüşdə, həmiçinin Azərbaycanın Hərbi Dəniz Qüvvələri üçün də müxtəlif gəmilərin istehsalının mümkünlüyü məsələləri müzakirə edilib.
17-01-2023, 23:55
Türkiyə və İran nazirləri “3+3” formatını müzakirə etdilər

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşdə "3+3" (Azərbaycan, Gürcüstan, Ermənistan və Türkiyə, Rusiya, İran) formatını müzakirə edib. Bu barədə nazirlərin birgə mətbuat konfransı zamanı məlumat verilib. Çavuşoğlu bildirib ki, Cənubi Qafqazda sabitlik hər iki tərəf üçün önəmlidir. O, regionda həyata keçiriləcək infrastruktur layihələrinin hər kəs üçün xeyirli olacağını ifadə edib. Nazirlərin görüşü zamanı, həmçinin Azərbaycan-Türkiyə-İran formatı çərçivəsində görüşlərin keçirilməsi barədə də fikir mübadiləsi aparılıb.
17-01-2023, 23:52
AMEA-nın Rəyasət Heyətinin iclasında bir sıra dəyişikliklər müzakirə olundu

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclasında AMEA-nın Rəyasət Heyəti aparatının strukturunda bir sıra dəyişikliklər edilməsi müzakirə olunub. AMEA-dan verilən xəbərə görə, akademik İsa Həbibbəyli bildirib ki, ölkə başçısının “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 28 iyul 2022-ci il tarixli Fərmanın icrasını təmin etmək məqsədilə AMEA-nın Rəyasət Heyəti tərəfindən 19 avqust 2022-ci il tarixli qərar qəbul olunub. Qərarın 2-ci bəndinə əsasən, Rəyasət Heyəti aparatının mövcud strukturunun AMEA-nın yeni strukturuna və işçilərin yeni say həddinə uyğunlaşdırılması zərurətini nəzərə alaraq, Rəyasət Heyəti aparatının yeni strukturu yaradılıb. AMEA rəhbəri diqqətə çatdırıb ki, hazırda beynəlxalq təcrübədə elmi idarəetmə sahəsi üzrə yeni innovativ idarəetmə mexanizmlərinin tətbiqinə, kadrların potensialından daha səmərəli istifadəyə imkan verən optimal struktur modellərinin təşkili təcrübəsi Rəyasət Heyəti aparatının strukturuna, onun şöbələrinin fəaliyyət istiqamətlərinə və bundan irəli gələrək həmin şöbələrin adlandırılmasına yenidən baxılması zərurətini yaradıb. Qeyd olunanları nəzərə alaraq, AMEA-nın Rəyasət Heyəti aparatının yeni strukturu təsdiqlənib. Rəyasət Heyətinin qərarı ilə əlavə maliyyə vəsaiti tələb etmədən daxili imkanlar hesabına aparatın Elmi, texniki və innovativ fəaliyyətin təşkili şöbəsi Elm və təhsil şöbəsi, Beynəlxalq əlaqələr və xaricdə elmi tədqiqatların (təhsilin) təşkili şöbəsi Beynəlxalq əlaqələr şöbəsi, Media və informasiya şöbəsi İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi, Kadr potensialı və təhsil şöbəsi İnsan resursları şöbəsi, Hüquqi təminat şöbəsi Hüquq şöbəsi, Ümumi şöbə Sənədlərlə iş şöbəsi, Elmi irsin və sənədlərin arxivləşdirilməsi şöbəsi isə Elmi irs şöbəsi kimi müəyyən edilib. Maliyyə şöbəsi ləğv edilərək, onun bazasında Maliyyə və mühasibat şöbəsi yaradılıb.
17-01-2023, 19:21

17-01-2023, 18:39

17-01-2023, 18:30
İdman sektorundakı işçilərin maaşı artırıldı

İdman sahəsində seleksiya üzrə baş mütəxəssisin aylıq vəzifə maaşı artırılıb. Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Qərara əsasən, idman sahəsində seleksiya üzrə baş mütəxəssisin aylıq vəzifə maaşı 1230 manat məbləğində müəyyən edilib. Qərar bu ilin yanvarın 1-dən qüvvəyə minib.
17-01-2023, 18:27
Təhsil sahəsində işləyən şəxslərin maaşı artırıldı

Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsinin yeni məbləğləri müəyyənləşib. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri aşağıdakı kimi olacaq:
- Qərara əsasən, əməyin saathesabı ödənilməsi məbləğlərinə məzuniyyət haqqı daxildir.
- Müsabiqə və baxışların münsiflər heyəti üzvlərinin və müsabiqəyə təqdim edilən işlərin resenzentlərinin əməyinin saathesabı ödənilməsi məbləğləri professor və ya elmlər doktoru üçün 16,90 manat, dosent və ya fəlsəfə doktoru üçün 12,30 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün 8,30 manat məbləğində müəyyənləşdirilir.
- Tədris məşğələlərinin aparılmasında iştirak edən plastik poza nümayişçilərinin (naturaçıların) əməyinin saathesabı ödənilməsi bir akademik saata görə geyimli naturada 10,80 manat, geyimsiz naturada isə 17,85 manat məbləğində müəyyən olunur.
- Əməyin saathesabı ödənilməsi məbləğləri mülki hüquqi müqavilə əsasında işləyən şəxslərə şamil edilir.
Bu Qərar 2023-cü il yanvarın 1-dən tətbiq edilir.

17-01-2023, 18:20
Paşinyan Müdafiə Nazirliyində toplantı keçirdi

Ermənistanın baş naziri Nikol Paşinyan Müdafiə Nazirliyində toplantı keçirib. Bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb. Toplantıda hərbi rəhbərlik, eləcə də hökumət nümayəndələri iştirak edib. Bildirilib ki, iclasda Paşinyana hərbi sferada aparılmış islahatlarla bağlı hesabat verilib. Həmçinin Ermənistan baş naziri 2022-ci ildə nazirliyin gördüyü işlər barədə məlumatlandırılıb.
17-01-2023, 18:14
Füzuli-Hadrut avtomobil yolunun tikintisi başa çatır

Başlanğıcını “Zəfər Yolu”ndan götürən və yeni inşa edilən Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoluna birləşən Füzuli-Hadrut avtomobil yolunun tikintisi yekunlaşır. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Məlumata görə, yolun genişləndirilərək profilə salınması və I texniki dərəcəyə uyğun yeni torpaq yatağının və yol əsasının inşası tam olaraq yekunlaşıb. Yolun 11-km hissəsində asfalt örtüyünün alt layı döşənib. Yolboyu atmosfer sularının ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametlərə malik 15 suötürücü boru, 7 ehtiyat keçidi, həmçinin dərə sularının ötürülməsi üçün 1 dördbucaqlı su keçidinin tikintisi də sona çatıb. Yolun 6,7 kilometrində “Qarğabazarı” adlanan ərazidən keçən hissəsində uzunluğu 18 metr, eni isə 21 metr olan bir aşırımlı körpü inşa edilib. Füzuli-Hadrut avtomobil yolu işğaldan azad edilmiş Füzuli və Xocavənd rayonlarının ərazisindən keçir. O, 4 hərəkət zolağından ibarətdir. Hərəkət zolaqlarına uyğun olaraq yol yatağının eni müvafiq olaraq 21,5 metr, yolun hərəkət hissəsinin eni isə 14 metr təşkil edir.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
Xəbər lenti
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO

Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!