16-01-2023, 16:23
Sabahın hava proqnozu - Buludlu hava üstünlük təşkil edəcəkSabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-9° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq. Dağlıq rayonlarda yollar buz bağlayacaq.
16-01-2023, 16:17
Putinlə münasibətlərimizi əvvəlki qaydada saxladıq - ƏrdoğanTaxıl dəhlizində problemi həll edən ölkə Türkiyə olub. Bunu gənclərlə görüşü zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O qeyd edib ki, Türkiyənin qlobal siyasətdəki yeri və mövqeyi çox fərqlidir. “Amma işimiz bitməyib. Hamı Rusiyayanın üzərinə gedir, ancaq biz bunu etmədik. Əksinə, biz cənab Putinlə münasibətlərimizi əvvəlki qaydada saxladıq”, - deyə Ərdoğan bildirib. Ərdoğan vurğulayıb ki, daşınan məhsulların 44 faizi Avropaya, 14 faizi isə Afrikaya göndərilib.
15-01-2023, 23:52
Putinlə münasibətlərimizi əvvəlki qaydada saxladıq - ƏrdoğanTaxıl dəhlizində problemi həll edən ölkə Türkiyə olub. Bunu gənclərlə görüşü zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O qeyd edib ki, Türkiyənin qlobal siyasətdəki yeri və mövqeyi çox fərqlidir. “Amma işimiz bitməyib. Hamı Rusiyayanın üzərinə gedir, ancaq biz bunu etmədik. Əksinə, biz cənab Putinlə münasibətlərimizi əvvəlki qaydada saxladıq”, - deyə Ərdoğan bildirib. Ərdoğan vurğulayıb ki, daşınan məhsulların 44 faizi Avropaya, 14 faizi isə Afrikaya göndərilib.
15-01-2023, 23:50
Putinlə münasibətlərimizi əvvəlki qaydada saxladıq - ƏrdoğanTaxıl dəhlizində problemi həll edən ölkə Türkiyə olub. Bunu gənclərlə görüşü zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O qeyd edib ki, Türkiyənin qlobal siyasətdəki yeri və mövqeyi çox fərqlidir. “Amma işimiz bitməyib. Hamı Rusiyayanın üzərinə gedir, ancaq biz bunu etmədik. Əksinə, biz cənab Putinlə münasibətlərimizi əvvəlki qaydada saxladıq”, - deyə Ərdoğan bildirib. Ərdoğan vurğulayıb ki, daşınan məhsulların 44 faizi Avropaya, 14 faizi isə Afrikaya göndərilib.
15-01-2023, 23:46
İran Rusiyadan hərbi texnikalar almağı planlaşdırırİran Rusiyadan müdafiə sistemləri, raketlər və helikopterlər alacaq. Bunu "Tansim" xəbər agentliyinə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Kəşfiyyat Komissiyasının üzvü Şəhriyar Heydəri deyib. Onun sözlərinə görə, Rusiyadan sifariş edilən silahlar 2023-cü ilin martında təhvil alınacaq. Deputat bildirib ki, İrana eyni zamanda Rusiyanın Su-35 qırıcıları da gətiriləcək. “Biz Rusiyaya müdafiə sistemləri, raketlər və helikopterlər sifarişlər vermişik və bu silahların əksəriyyəti tezliklə ölkəyə daxil olacaq”, - deyə Heydari bildirib. Ötən ilin sentyabr ayında İran Hərbi Hava Qüvvələrinin komandanı Həmid Vahedi Rusiyadan Su-35-lərin alınmasının gündəmdə olduğunu açıqlamışdı.
15-01-2023, 23:42
Avropanın Ukraynaya yeni hərbi yardımı bu aydan başlayacaqQərb ölkələri yanvarın 20-də Ukraynaya yeni hərbi yardımı təsdiq edəcəklər. Bu barədə NATO-nun baş katibi Yens Stoltenberq "Handelsblatt" qəzetinə müsahibəsində bildirib. O qeyd edib ki, Qərb ölkələrinin müdafiə nazirləri yanvarın 20-də Ramşteyn formatında görüş keçirəcək. Baş katibin sözlərinə görə, yeni yardım paketinə piyadaların döyüş maşınları, eləcə də yüngül tanklar daxil olacaq. “Mən yeni hərbi yardım elan edə biləcəyimizi gözləyirəm. ABŞ və Almaniyanın piyadaların döyüş maşını göndərmə qərarını, Fransanın yüngül tanklar göndərmək qərarını alqışlayıram. Əminəm ki, digər müttəfiqlər də Ramşteyndə yeni yardım elan edəcəklər”, - Stoltenberq deyib.
15-01-2023, 23:36
SOCAR ilə BƏƏ şirkəti arasında saziş bağlandıPrezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri çərçivəsində Əbu-Dabi şəhərində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında Azərbaycan Respublikasında 2 QVt gücündə Dənizdə Külək və Hidrogen Layihələrinin işlənməsinə dair Birgə işlənmə sazişi, həmçinin 1 QVt gücündə Günəş Fotovoltaik və 1 QVt gücündə Quruda Külək Layihələrinin işlənməsinə dair Birgə işlənmə sazişi imzalanıb. SOCAR-dan bildirilib ki, Azərbaycanda 2030-cu ilə qədər elektrik enerjisi istehsalı gücündə bərpa olunan enerji mənbələrinin payının 30 faizə çatdırılması hədəflənir. Sözügedən sazişlər Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsinə, habelə Azərbaycanda istixana qazı emissiyalarının azaldılmasına, bərpa olunan enerji mənbələrinin və ölkənin davamlı iqtisadi inkişafına töhfə verəcək. Bərpa olunan enerji sahəsində Birləşmiş Ərəb Əmirliklərinin ən böyük şirkəti olan “Masdar” hazırda Azərbaycanda 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyası layihəsini icra edir. Stansiyanın hər il yarım milyard kilovat-saat elektrik enerjisi istehsal etməyə və atmosferə atılan tullantıların ildə 200 min tondan çox azaldılmasına imkan yaradacağı nəzərdə tutulur.
15-01-2023, 23:33
İlham Əliyev BƏƏ prezidenti ilə bir sıra məsələləri müzakirə etdiYanvarın 15-də Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü olub. Dövlətimizin başçısı səfərə dəvətə görə minnətdarlığını bildirib, BMT Təhlükəsizlik Şurasında Cənubi Qafqaz regionuna aid müzakirələrdə Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycana göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini, bunun dostluğun və qardaşlığın nümunəsi olduğunu deyib. Prezidentlər Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin sülhsevər dövlətlər olduqlarını qeyd ediblər, regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi işində göstərdikləri səyləri vurğulayıblar. Söhbət zamanı Azərbaycan ilə Birləşmiş Ərəb Əmirliklərinin siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə sıx əməkdaşlıq həyata keçirdikləri bildirilib, bu əlaqələrin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb. Dövlət başçıları tərəfindən müəyyənləşdirilmiş siyasi xəttə uyğun olaraq, iki ölkənin müxtəlif səviyyələrdə nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin önəmi qeyd edilib. Dövlətimizin başçısı Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın rəhbərliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin mühüm uğurlara imza atdığını, ciddi texnoloji nailiyyətlər əldə etdiyini deyib, bu münasibətlə təbriklərini çatdırıb. Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyan öz növbəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı nailiyyətlər və qələbələr münasibətilə təbriklərini çatdırıb. Dövlətimizin başçısı Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyanı Azərbaycana səfərə dəvət edib. Dəvət minnətdarlıqla qəbul olunub.
15-01-2023, 23:28
Xorvatiya avrozonaya daxil olmaq üçün bu addımı atdıXorvatiyanın avrozonaya daxil olması prosesi çərçivəsində ölkə ərazisində istifadə edilən yeganə pul vahidi kimi avro qəbul olunub. Bu vaxta qədər həm avro, həm də milli pul vahidi olan kuna tədavüldə idi. Bu gündən sadəcə avronun işlənməsi mümkün olacaq. Bu, 1 yanvar tarixindən Xorvatiyanın avrozonaya daxil olması ilə bağlıdır. Rəsmi Zaqreb, həmçinin bu tarixdən Şengen ölkəsi hesab olunur. Qeyd edək ki, Xorvatiya 2013-cü ildə Avropa İttifaqına üzv qəbul edilib.
15-01-2023, 23:21
Həndbolçularımız Kipr yığmasına uduzduKişi həndbolçulardan ibarət Azərbaycan millisi Bakıda təşkil olunan 2026-cı il Avropa çempionatının ilkin təsnifat turnirində bu gün sonuncu oyununu keçirib. Baş məşqçi Nasser Salimin komandası üçüncü görüşündə Kipr millisi ilə qarşılaşıb. Bakı İdman Sarayında keçirilən matçda rəqib komanda 32:23 hesablı qələbə qazanıb. Digər oyunda isə Malta Böyük Britaniya seçməsinə 14:44 hesabı ilə uduzub. Qeyd edək ki, Azərbaycan millisi ilk görüşdə Maltaya 34:25 hesabı ilə qalib gəlsə də, növbəti oyunda Böyük Britaniya seçməsinə 22:39 hesabı ilə məğlub olub.