10-01-2023, 18:30
Türkiyəylə dəmir yolunun açılması qlobal əhəmiyyət daşıyır - PaşinyanErmənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqəsindən danışıb. Paşinyan bu barədə bu gün keçirdiyi mətbuat konfransında söz açıb. "Region nəqliyyat əlaqələri baxımdan diqqət mərkəzinə gəlir və önəmi artır. Logistik marşrutlar dəyişir. Ermənistan və Türkiyə arasında dəmir yolunun açılması qlobal əhəmiyyət daşıyır. Bu, Azərbaycanla Naxçıvan, İranla Azərbaycan və Ermənistanla Rusiya arasında yol əlaqələri baxımından vacibdir", - deyə Paşinyan bildirib.
10-01-2023, 18:22
Pensiyaların artımı fevralda veriləcəkAzərbaycanda yanvar ayı üzrə pensiyaların nə vaxt veriləcəyi açıqlanıb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili məlumat verib. Onun sözlərinə görə, yeni ilin ilk pensiyaları sabah - yanvar ayının 11-də ödəniləcək. Artımların nə zaman ödənilməsinə gəlincə, qurum rəsmisi bu barədə əlavə məlumat verəcəklərini söyləyib. Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanuna əsasən, yanvar ayından etibarən əmək pensiyaları indeksasiya olunaraq təxminən 15 faiz artırılacaq. Ekspertlərin fikrincə, pensiya artımları yanvarın 1-dən hesablansa da, fevral ayında hər iki ay birlikdə ödəniləcək. Yəni yanvar ayı üçün hesablanmış artım fevral ayının pensiya məbləğinə əlavə olunacaq.
10-01-2023, 18:16
Paşinyan Rusiya sülhməramlılarıyla bağlı danışdıErmənistanın baş naziri Nikol Paşinyan Rusiya sülhməramlıları haqqında danışıb. Paşinyan bu mövzuya bu gün keçirdiyi mətbuat konfransında toxunub. "Ermənistan Laçın dəhlizi mövzusunda Rusiya ilə ultimatum dili ilə danışmır. Sülhməramlılar dəhlizin funksiyasını yerinə yetirməsini təmin etməlidirlər", - deyə baş nazir qeyd edib. "Sputnik Armenia"nın xəbərinə görə, Paşinyan Türkiyə ilə münasibətlərdən də danışıb. "İrəvan və Ankara arasında təkcə danışıqlar getməməlidir, həm də prosesin dinamikası üçün konkret addımlar atılmalıdır", - Paşinyan bildirib. Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan bundan öncə çıxışlarında Rusiya sülhməramlılarını fəaliyyətsizlikdə ittiham etmişdi.
10-01-2023, 18:05
Spikerdən İran-Azərbaycan münasibətləriylə bağlı açıqlamaİran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə dünənki görüşü haqda açıqlama verib. Qalibaf Asiya Parlament Assambleyasının 13-cü Plenar Sessiyası çərçivəsində Türkiyənin Antalya şəhərində Sahibə Qafarova ilə keçirdiyi görüşə toxunaraq bildirib ki, Tehranla Bakı arasında anlaşılmazlıq aradan qaldırılıb. İran, Azərbaycan və Türkiyə parlament sədrlərinin üçtərəfli görüşünə toxunan Məhəmməd Baqir Qalibaf deyib ki, üç ölkə arasında yüklərin daşınması və tranziti, o cümlədən enerji ilə bağlı məsələlər müzakirə olunub. Görüş zamanı tərəflər xarici işlər nazirləri, müdafiə nazirləri və ölkə başçıları səviyyəsində üçtərəfli görüşlərin keçirilməsini də müzakirə ediblər. İranla Azərbaycan arasında son zamanlar yaranmış anlaşılmazlığın aradan qaldırıldığını deyən İran parlamentinin sədri gələcəkdə Bakıya səfərinin planlaşdırıldığını açıqlayıb. Asiya Parlament Assambleyası 2006-cı ildə Asiya Sülh Naminə Parlament Assosiasiyasının VII Sessiyasında yaradılıb. Onun 42 Parlament üzvü və 16 müşahidəçisi var. Assambleya ümumi strategiyaların işlənib hazırlanması, Asiyada və dünyada sülhün təşviq edilməsi üçün fikir, ideya və təcrübə mübadiləsi üçün forum kimi yaradılıb. Qurum Plenardan, İcraiyyə Şurasından, Assambleyanın Bürosundan, Komitələrdən və Katiblikdən ibarətdir. Plenum Assambleyanın ümumi siyasətinə və onun fəaliyyəti ilə bağlı digər mövzulara dair qərar və bəyannamələri təsdiq edə və ya hesabatlar təqdim edə bilər.
10-01-2023, 16:16
Ərdoğan müğənni ilə mahnı oxuduTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “ÜniAK FEST” tədbirində iştirak edib. Tədbirə qatılan tanınmış müğənni Cengiz Kurtuoğlu “Duyanlara duymayanlara” mahnısını Ərdoğana həsr edib. Ərdoğan da müğənni ilə birlikdə məşhur mahnını zümzümə edib.
[media=https://youtu.be/MbKO6DHnWUQ]
10-01-2023, 16:10
Köçəryan Laçın yolundakı vəziyyətlə bağlı fikir bildirdiErmənistan parlamentinin “Hayastan” fraksiyası dünən iclas keçirib. İclasa fraksiyanın lideri, keçmiş prezident Robert Köçəryan sədrlik edib. Müzakirənin əsas mövzusu Laçın yolundakı vəziyyətlə bağlı olub. Robert Köçəryan komanda yoldaşlarına son dərəcə çətin vəziyyətin yarandığını və çıxış yolunun hələ görünmədiyini qeyd edib. “Hayastan” fraksiyasının deputatı Aqnesa Xamoyan iclasın yekunları barədə KİV-ə deyib ki, onlar müxtəlif məsələləri müzakirə ediblər, fraksiyanın ötən ildəki fəaliyyətini, eləcə də qarşıda duran taktiki-strateji fəaliyyətləri ümumiləşdiriblər.
9-01-2023, 20:47
İran əhalisinə tətbiq edilən təzyiq cavabsız qalmayacaq - Almaniya XİNİranın Almaniyadakı səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Bu barədə Almaniyanın xarici işlər naziri Annalena Baerbok məlumat verib. O qeyd edib ki, XİN səfirə İranda nümayişçilərin edam edilməsinə etirazını çatdırıb. Həmçinin diplomata bildirilib ki, İrandakı təqiblər, Tehranın öz əhalisinə təzyiqi və sonuncu iki edam cavabsız qalmayacaq.
9-01-2023, 20:43
Qarlı hava şəraiti 25 nəfərin xəsarət almasıyla nəticələndiQarlı hava şəraiti ilə əlaqədar yıxılma səbəbilə Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 25 müraciət daxil olub. Bu barədə TƏBİB-dən bildirilib. Qeyd olunub ki, onlardan 18-i qadın, 7-si kişidir. Müraciətlər əsasən diz oynağı, çanaq, bilək, topuq, çiyin çıxığı, əl nahiyələrinin taravmaları ilə bağlı olub. Onlardan biri uşaq, digərləri isə 20-62 yaş aralığında şəxslər olub. Xəsarət alanların hər biri aidiyyəti üzrə tibb müəssisələrinə hospitalizasiya olunub.
9-01-2023, 20:39
İsrailli nazirdən Fələstin bayrağıyla bağlı qadağaİsrail milli təhlükəsizlik naziri Ben-Qvir Fələstin bayrağının asılmasını qadağan edib. Bu barədə nazir twitter səhifəsində bildirib. Ben-Qvir artıq bununla bağlı polisə tapşırıq verdiyini açıqlayıb. Nazirin belə bir qərarı verməsinə səbəb kimi 40 ilini İsrail həbsxanalarında keçirmiş fələstinli məhbus Kərim Yunusun yanvarın 5-də azadlığa buraxılması və onun bayraqlarla qarşılanması göstərilir.
9-01-2023, 20:33
Prezident yeni konvensiyaya qoşulma qərarını təsdiqlədiAzərbaycan GUAM iştirakçısı olan dövlətlərin konsulluq məsələlərində qarşılıqlı yardım göstərilməsi haqqında konvensiyanı təsdiqləyib. Bununla bağlı müvafiq qanunu Azərbaycan Prezidenti İlham Əliyev imzalayıb. Sənədə əsasən “Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat – GUAM iştirakçısı olan dövlətlərin konsulluq məsələlərində qarşılıqlı yardım göstərilməsi haqqında” 2022-ci il sentyabrın 20-də Nyu-York şəhərində imzalanmış Konvensiya təsdiq edilib.