5-01-2023, 14:01
Azərbaycanlı sülhməramlı medalla təltif olunduBMT Cənubi Sudanda fəaliyyət göstərən Azərbaycan sülhməramlısını medalla təltif edib. Bu barədə Azərbaycanın BMT-dəki nümayəndəliyi məlumat yayıb. Məlumatda bildirilir ki, mayor İlkin Xəlilov BMT-nin Cənubi Sudandakı Missiyasının hərbi üzvü kimi vəzifələrini layiqincə yerinə yetirdiyinə və sülhün qorunmasında xidmətlərinə görə BMT-nın medalı ilə təltif olunub.
5-01-2023, 13:56
İdman TV-yə yeni direktor təyin olunduTanınmış teleaparıcı Rövşən Binnətli İdman TV-də direktor vəzifəsinə təyin olunub. Bununla bağlı "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov əmr imzalayıb. "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən məlumatı təsdiqləyiblər. Bu təyinata qədər R.Binnətli adıçəkilən televiziyanın direktor müavini idi, eyni zamanda direktor vəzifəsini icra edirdi. Qeyd edək ki, bununla bağlı ilk xəbəri manset.az yayıb.
5-01-2023, 13:53
Əli Əsədov Qarabağ və Şərqi Zəngəzurla bağlı qərar imzaladıAzərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslər üçün müəyyən edilmiş vahid indekslərin siyahısı dəyişib. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, Aqrar Sığorta Fondunun - 12-9/ kodu bu siyahıya əlavə edilib. Həmçinin, Xidmətlər bölməsi də Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslər üçün müəyyən edilmiş vahid indekslərin siyahısına daxil edilib:
- 17-1/ Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti
- 17-2/ Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti.
Bu Qərar 2023-cü il yanvarın 1-dən qüvvəyə minib.
5-01-2023, 13:50
İran rəhbəri ölkəsinin kosmik nailiyyətləriylə bağlı danışdıPrezident İbrahim Rəisi İranın kosmik sənayedəki nailiyyətləri haqda danışıb. İbrahim Rəisinin sözlərinə görə, Tehran bu sahədə sürətli irəliləyiş əldə etməklə Qərbin sanksiyaları və təcrid planlarının uğursuzluğunu sübut edib. Tehranda ölkənin Ali Kosmik Şurasının iclasında çıxış edən prezident qeyd edib ki, İran kosmik gəmilərin buraxılması texnologiyasına nail olan azsaylı ölkələrdən biridir. “Ölkənin Yerin orbitinə peyklərin yerləşdirilməsi sahəsində gələcək irəliləyişləri İran əleyhinə televiziya və peyk kanallarının yayımı sahəsində düşmənlərin planlarını zərərsizləşdirəcək”. Rəisi bildirib ki, kosmik sənaye ölkənin sərvətləri arasında olmaqla yanaşı, ölkənin ümumi gücünün artmasına töhfə verəcək. İranın ilk peyki “Ümid” 2009-cu ildə, “Müşahidə” peyki isə 2011-ci ildə orbitə göndərilib. 2012-ci ildə İran üçüncü yerli istehsalı olan “Navid” peykini orbitə çıxarıb. 2020-ci ilin aprelində ölkə ilk hərbi peykinin orbitə uğurla buraxıldığını elan edib. 2022-ci ilin martında isə Tehran ikinci hərbi peykini kosmosa göndərib. Həmçinin 2022-ci ilin avqustunda İran yüksək ayırdetmə qabiliyyətinə malik “Xəyyam” peykini orbitə çıxarıb. Peyk “Soyuz 2.1 B” raketindən istifadə etməklə, Moskvanın idarə etdiyi Qazaxıstandakı Baykonur kosmodromundan kosmosa göndərilib.
5-01-2023, 13:48
Hicabı düzgün geyinməyən qadınlar da bizim qızlarımızdır - Xameneiİranın ali rəhbəri Əli Xamenei ölkədə qadınların hicab taxması barədə sərt qaydalarla bağlı mövqeyini yumşaldıb. Xamenei mədəni, ictimai və elmi sahələrdə fəaliyyət göstərən bir qrup qadınla görüşü zamanı bu barədə danışıb. Onun sözlərinə görə, İranda tələb edildiyi kimi, hicabla saçlarını tam örtməyən qadınları dinsizlikdə və inqilaba qarşı olmaqda ittiham etmək olmaz. “Hamımız çatışmayan cəhətlərə sahibik, bunları mümkün olduğu qədər aradan qaldırmalıyıq. Hicabı düzgün geyinməyən qadınlar yenə də bizim qızlarımızdır”, - deyə Xamenei bildirib. Qeyd edək ki, ötən ilin sentyabrında 22 yaşlı Məhsa Əmininin hicabını düzgün taxmadığı iddiası ilə əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və dünyasını dəyişməsindən sonra İranı etirazlar bürüyüb. Bir çox ölkələr və beynəlxalq təşkilatlar İranı qadınların hüquq və azadlıqlarını təmin etməyə çağırıb.
5-01-2023, 13:42
Rusiyanın İrandan aldığı PUA-lar may ayına qədər tükənəcəkRusiyanın İrandan aldığı bütün PUA-lar bu ilin may ayına qədər istifadə olunacaq. Bu barədə Amerika Müharibə Araşdırma İnstitutu (ISW) məlumat yayıb. Bildirilib ki, İran Rusiyaya ümumilikdə 1750 PUA göndərəcəyinə vəd verib. İran istehsalı pilotsuz uçuş aparatlarının bir çoxu ötən il ərzində Ukraynaya qarşı müharibədə istifadə olunub. Bu mənada ISW hesab edir ki, Rusiya ordusunun istifadəsində olan İran PUA-ları 2023-cü ilin may ayına qədər tükənəcək. Qeyd edək ki, Rusiya qoşunları Ukraynaya qarşı hücumlarda İran PUA-larından geniş istifadə edir. Rəsmi Tehran isə Rusiyaya PUA vermədiyini deyərək, faktları təkzib etməyə çalışır.
5-01-2023, 00:34
İrandan Fransaya xəbərdarlıq mesajıFransa səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə İranın "Irna" agentliyi məlumat yayıb. Nazirlikdə səfirə Fransa nəşrinin nüfuz, müqəddəslik, dini və milli dəyərləri təhqir edən hərəkətindən narazılıq bildirilib. “İran onun islami, dini və milli müqəddəsliklərinin təhqir edilməsini qəbul etmir və Fransanın söz azadlığı bəhanəsi ilə müsəlman xalqlarının müqəddəs dəyərlərini təhqir etməyə haqqı yoxdur", - agentlik qeyd edib.
4-01-2023, 22:56
İrandan Fransaya xəbərdarlıq mesajıFransa səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə İranın "Irna" agentliyi məlumat yayıb. Nazirlikdə səfirə Fransa nəşrinin nüfuz, müqəddəslik, dini və milli dəyərləri təhqir edən hərəkətindən narazılıq bildirilib. “İran onun islami, dini və milli müqəddəsliklərinin təhqir edilməsini qəbul etmir və Fransanın söz azadlığı bəhanəsi ilə müsəlman xalqlarının müqəddəs dəyərlərini təhqir etməyə haqqı yoxdur", - agentlik qeyd edib.
4-01-2023, 22:41
İrandan Fransaya xəbərdarlıq mesajıFransa səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə İranın "Irna" agentliyi məlumat yayıb. Nazirlikdə səfirə Fransa nəşrinin nüfuz, müqəddəslik, dini və milli dəyərləri təhqir edən hərəkətindən narazılıq bildirilib. “İran onun islami, dini və milli müqəddəsliklərinin təhqir edilməsini qəbul etmir və Fransanın söz azadlığı bəhanəsi ilə müsəlman xalqlarının müqəddəs dəyərlərini təhqir etməyə haqqı yoxdur", - agentlik qeyd edib.
4-01-2023, 22:34
Almaniya Polşanın təzminat tələbini rədd etdiAlmaniya Polşanın İkinci Dünya müharibəsi ilə bağlı təzminat tələblərinə mənfi cavab verib. Bu barədə Polşa Xarici İşlər Nazirliyi məlumat yayıb. Almaniyadan tələb olunan müharibə təzminatı ilə bağlı məsələnin bağlandığı bildirilib. "Almaniya hökumətinin fikrincə, müharibə itkilərinin ödənilməsi və kompensasiya məsələsi bağlanıb, Almaniya hökuməti bu məsələ ilə bağlı danışıqlara başlamaq niyyətində deyil. Polşa Almaniyanın təcavüzü nəticəsində dəyən zərərin ödənilməsi üçün səylərini davam etdirəcək ”, - məlumatda deyilir.