Baş prokuror Çinə səfər edib .....                        Bakıda 2 nəfər dəm qazından öldü .....                        Nazirlər Kabinetində elektromobillər müzakirə edildi .....                        Rusiya sülhməramlıları texnikalarını da Qarabağdan çıxarır .....                        XİN Başçısı Kayrat Sarıbayla görüşdü .....                        İranın XİN Başçısı Türkiyədə səfərdədir .....                        Yeni hazırlanmış dərsliklər istifadəyə veriləcək .....                        Laçın hava limanının nəzarətlə bağlı müqavilə imzalandı .....                        Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilir .....                       
6-05-2023, 13:26
İran və Suriya əməkdaşlıqlarını genişləndirir


İran və Suriya əməkdaşlıqlarını genişləndirir

İran İslam Respublikası və Suriya Ərəb Respublikasının yüksək səviyyəli nümayəndələri cümə günü iki ölkə arasında ticarət və iqtisadi əlaqələrin aktivləşdirilməsi üçün birbaşa uçuşların artırılması, həmçinin gəmiçilik marşrutunun açılması barədə razılığa gəliblər. Bununla bağlı "Tasnim" nəşri məlumat yayıb. Suriyanın paytaxtı Dəməşqə iki günlük səfər zamanı İran prezidenti İbrahim Rəisi ilə birlikdə olan yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş İran-Suriya İnkişaf Mərkəzində iranlı sahibkarlarla danışıqlar aparıb. O, görüş zamanı bildirib ki, iki ölkə iranlı iş adamlarının Suriyada üzləşdiyi ticarət maneələrinin aradan qaldırılması imkanlarını öyrəniblər. Görüşdə müzakirə olunan əsas mövzular İran və Suriya arasında müntəzəm hava əlaqəsinin olmaması, malların idxal və ixracının planlaşdırılması, həmçinin Tehran və Dəməşq arasında həftəlik müntəzəm uçuşların zəruriliyi olub.
6-05-2023, 12:25
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Azərbaycanda mayın 7-nə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 18-23° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 21-26° isti, dağlarda gecə 3-8° isti, gündüz 11-16° isti olacaq.
6-05-2023, 12:14
Qarabağda yaşayan etmənilər vətəndaşlıq ala biləcək


Qarabağda yaşayan etmənilər vətəndaşlıq ala biləcək

Qanunlarımıza əməl edən Qarabağda yaşayan erməni əsilli şəxslər Azərbaycan vətəndaşlığını ala biləcək. Bunu "Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu: sosial-iqtisadi keçiridin tarixi və müasirliyi" mövzusunda keçirilən konfransda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib. O qeyd edib ki, Qarabağda yaşayan şəxslərlə bağlı qərarı Azərbaycan dövləti verir. “Bununla bağlı hər hansı qərar olarsa, biz də o qərarı icra edəcəyik. Erməni əsilli vətəndaşlarımızla bağlı ölkə başçısının dəqiq strateji baxışı var. Bizim qanunlara əməl edən şəxslər Azərbaycan vətəndaşlığını ala biləcəklər. O halda onlara sənəd verilməsi üçün səyyar və ya ASAN xidmət təmin olunacaq", - deyə agentlik rəhbəri vurğulayıb.
6-05-2023, 11:38
Danışıqlar və dialoq yeganə yoldur - NATO-dan mesaj


Danışıqlar və dialoq yeganə yoldur - NATO-dan mesaj

«Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasını dəstəkləyirik». Bunu NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina twitter hesabında yazıb. O bildirib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Vaşinqtonda keçirilən 4 günlük görüşdən sonra davamlı sülh sazişi istiqamətində nəzərəçarpacaq irəliləyiş əldə edildiyini eşitmək xoş olub: «Danışıqlar və dialoq yeganə yoldur».
6-05-2023, 11:35
Qazilərin nəqliyyat problemiylə bağlı layihəyə yekun vuruldu


Qazilərin nəqliyyat problemiylə bağlı layihəyə yekun vuruldu

“Müstəqil Nəqliyyatçılar” məsləhət və informasiya İctimai Birliyi “Nəqliyyat vasitələri idarə edən müharibə iştirakçılarının problemləri: həlli yolları və perspektivlər” adlı layihəyə yekun vurub. Həyata keçirilmiş görüşlərin, aparılmış apaşdırma və müzakrələrin yekunu olaraq deputatlar, QHT nümayəndələri, aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri və əməkdaşlarının iştirakı ilə geniştərkibli konfrans keçirilib. Eyni zamanda qazilərin adından Dövlət Yol Polisi ilə nümayəndə heyətinin görüşü təşkil olunub. Konfransı giriş sözü ilə açan olmuş “Müstəqil Nəqliyyatçılar” məsləhət və informasiya İctimai Birliyinin sədr müavini, ekspert Elməddin Muradlı bildirib ki, layihə çərçivəsində artıq 3 görüş keçirilib. Bunlardan ikisi geniştərkibli baş tutub. Müharibə iştirakçıları, qazilərin qatıldığı tədbirlərdə onları narahat edən problemlər araşdırılıb. Əsasən bir neə istiqamətdə problemlər müəyyən olunub. Qazilərin yığılıb qalmış cərimələri, sığorta və texniki baxışdan avtomobillərini keçirə bilməmələri, bunun nəticəsində nömrəsiz avtomobil idarə etmələri əsas problemlər sırasında olub. Həmçinin tədbirlər çərçivəsində İctimai Birlik tərəfindən hazırlanmış ərizə formaları qazilərə təqdim olunub ki, yekun olaraq ölkə başçısına və aidiyyəti qurumlara müraciət ediləcək. Tədbirdə çıxış edən olmuş “Müstəqil Nəqliyyatçılar” məsləhət və informasiya İctimai Birliyinin sədri, hüquqşünas Ərşad Hüseynov layihənin həyata keçirilməsinə verdiyi dəstəyə görə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkür edib. Bildirib ki, illərdir bu problem dəfələrlə qabardılıb, lakin təəssüflər olsun ki, həllini tapmamaış qalıb. Hüquqşünas qeyd edib ki, ən ciddi məsələlərdən biri də qazilərin yığılıb qalmış cərimə borclarıdır. Hətta 68 min manat məbləğində borcu olan qazi var. Ərşad Hüseynov bu cərimələrin iki istiqamətdə silinməsi təşəbbüsü ilə çıxış edib. İlk növbədə qanunvericilikdə nəzərdə tutulmuş üzərindən 5 il keçmiş cərimələrin sistemdən silinməsi baş tuta bilər. Eyni zamanda, ölkə başçısına müraciət edərək dövlətimizin bu məsələdə güzəştə gedə biləcəyinə ümidvar olduğunu bildirib. Tədbirdə çıxış edən deputat Vüqar İskəndərov qeyd edib ki, cərimələrin silinməsi və qaziləri narahat edən məsələlərin həlli üçün parlamentdə məsələ qaldıracaq. Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədr müavini Pərviz Səfərov isə qeyd edib ki, qazilərə avtomobillərin verilməsi dövlətin humanist addımlarından biridir. Avtomobillər verilərkən onlarla fərdi söhbətlər aparılıb. Lakin hazırkı problem nazirliyə aid məsələ deyil. İcbari Sığortalara Bürosunun icraçı direktoru Rəşad Əhmədov qazilərin idarə etdiyi avtomobillərin sığorta olunmasında yaranan problemdən danışıb. Bildirib ki, artıq bu məsələ həllini tapıb və heç bir şirkətə getmədən onlayn qaydada avtomobili icbarı sığorta etdirmək mümkündür. Qarabağ Qaziləri icrimai Birliyinin sədri Asəf Əliyev qazilərin üzləşdiyi problemin həllinə ümidvar olduğunu bildirib. Qeyd edəb ki, cərimələr silinərsə və ya dondurularsa o zaman qazilər rahat şəkildə maşını texniki baxışdan keçirib nömrəni üzərinə bağlamaqla sürə biləcəklər və bir daha belə neqativ hərəkətlərə yol verilməyəcək. Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis moyoru Rövşən Tağıyev qeyd etdi ki, qazilər cəmiyyətə yaxşı nümunə olmalıdır. Son vaxtlar baş verən qəzalarda qazilərin iştirakı artıb. Və qəzaların əksəriyyəti ölüm və ağır xəsarətlə nəticələnib. "Qazilərimizin problemi və qayğıları daima Daxili İşlər Nazirliyinin rəhbərliyinin diqqət mərkəzindədir və səlahəyətimizə aid olan problemler quruma daxil olursa derhal rəhbərliyin nəzarəti ilə lazımı tədbirlər görülür. Qazilərimiz bilməlidilər ki əvvəllər azyaşlı uşaqlar film qəhrəmanlarını özlərinə nümunə götürürdülərsə indi real qəhramanlarımız olan qazilərimizi nümunə götürürlər. Belə olan halda qazilərimizin də üzərinə böyük bir məsuliyyət düşür. Mən hər bir qazimizdən xahiş edərdim ki, bütün bunları nəzərə alıb yollarda diqqətli olsunlar və yol hərəkəti qaydalarına riayət etsinlər. Təəssüflər olsun ki son zamanlar baş verən qəzalarda qazilərimizin iştirakı artıb. Mübaribədən zəfərlə sağ salamat gələn bir çox qazimiz yol nəqliyyyat hadisəsi nəticəsində həyatınl itirib. Bu bizim üçündə cəmiyyət üçündə çox ağır bir faciədir." Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev, Demokrtatiya və İnsan Haqları Komitəsinin sədri Çingiz Qənizadə məsələnin önəmini vurğulayaraq təmsil olunduqları qurumlar çərçivəsində bütün lazimi dəstəyi verə biləcəklərini ifadə ediblər. Bildirilib ki, qazilərə dövlətimiz tərəfindən lazimi dəstək göstərilir və mövcud problemlərin həlli istiqamətində mühüm və zəruri addımların atılması həyata keçiriləcək. QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəklədiyi tədbirdə qaziləri maraqlandıran suallar cavablandırılıb və müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
6-05-2023, 11:22
Allahın köməyi ilə yenə qələbə qazanacağıq - Ərdoğan


Allahın köməyi ilə yenə qələbə qazanacağıq - Ərdoğan

“Mayın 14-də keçiriləcək tariximizin ən vacib seçkisində Allahın köməyi ilə yenə qələbə qazanacağıq”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan twitter hesabında yazıb. O bildirib ki, seçkilərin nəticələrinə əsasən gənclər, yaşlılar, qadınlar və kişilər daxil olmaqla, 85 milyonluq xalqın hər biri qələbə qazanacaq: “Şərq, qərb, şimal və cənubda yerləşən 81 vilayətimizin hər biri qalib gələcək. Cəmiyyətimizin bütün təbəqələri qələbə qazanacaq. Fərqli inanclara sahib bütün vətəndaşlarımız qələbə qazanacaq. “Daha ədalətli bir dünya mümkündür” şüarımızı eşidən Asiya və Afrikadakı yüz milyonlarla insan qələbə qazanacaq. Ay-ulduzlu al bayrağımızı görəndə hüzur tapan, özünü inamlı hiss edən soydaşlarımız qalib olacaq. Ölkəmiz və dünyanın dörd bir tərəfində Türkiyənin uğuru üçün dua edənlər qələbə qazanacaq”. Ərdoğan qeyd edib ki, seçkilər nəticəsində Türkiyə, həmçinin bu regionda haqqı tapdalananlar qələbə qazanacaq: “14 may, Allahın köməyi ilə, hər birimizin bayramı, qürur günü, Türkiyə demokratiyasının bayramı olacaq. Heç kəs pessimist olmasın. Heç kəs ölkəmizin parlaq gələcəyi ilə bağlı inamını itirməsin”.
6-05-2023, 10:15
Sabiq qiyamçı lider İranda edam olundu


Sabiq qiyamçı lider İranda edam olundu

Əhvazın Azadlığı Uğrunda Ərəb Mübarizə Hərəkatının keçmiş lideri, siyasi məhbus Həbib Əsyudun (Fərəcullah Çəəb) edam olunub. Bu barədə “Tasnim” məlumat yayıb. İranla yanaşı İsveç vətəndaşlığı da olan H. Əsyudun “separatçı qruplaşmaya rəhbərlik etməkdə”, həmçinin Xuzistan əyalətində “çoxsaylı terror əməliyyatları” təşkil etməkdə ittiham olunurdu. Qeyd edək ki, 1999-cu ildə İranın ərəblərin kompakt yaşadığı Xuzistan əyalətinə muxtariyyət tələbi ilə qurulan Əhvazın Azadlığı Uğrunda Ərəb Mübarizə Hərəkatı 2005-ci ildə Əhvaz hadisələri zamanı tanınıb. “Nidal” kimi tanınan bu təşkilat ərəbdilli “Ahvazuna” telekanalının sahibidir. “Nidal” hərəkatının 2018-ci il sentyabrın 22-də Əhvaz şəhərində İran-İraq müharibəsini qeyd edən hərbi parada hücum edən təşkilat olduğu iddia edilib. Hücum nəticəsində 25 nəfər ölüb, 60 nəfər yaralanıb. Təşkilatın lideri Həbib Əsyudun 2020-ci ildə bir qrup casus tərəfindən Türkiyədən qaçırılaraq İrana aparılıb və ona qarşı açılan məhkəmədə edam cəzasına məhkum edilib. Hadisə ilə əlaqədar İstanbul Şəhər Prokurorluğu 12 nəfərə qarşı cinayət işi açıb.
6-05-2023, 06:19
Maralla qurbağanın söhbəti

Səməd Vəkilov


Maralla qurbağanın söhbəti

Bir də görürsən səfehin biri durub deyir ki, mən Napaleonu sərkərdə hesab etmirəm. Deyirlər ay qardaş, axı sən deyəsən bir az çox getdin. Qayıdıb deyir ki, əşi mənim Napaleon adlı problemim yoxdur. Yaxud ata-babasını dəqiq tanımayan biri qayıdıb deyir ki, filankəs mənim mənəvi atamdır.
Son dövrlər bir qrup sərsəm, iddiaları ilə müddəaları uyğun gəlməyən "siyasətçi" və "şairlər" Azərbaycan xalqının milli-mədəni dəyərlər sisteminə daxil olmuş şəxsiyyətləri sağına-soluna təhqir və təftiş etməyə cəhd edirlər. Sonra da üzr istəmək məcburiyyətində qalırlar. Beləsinə deyirlər, üzürü qəbahətindən böyük!
Tənqid etmək hər bir insanın hüququdur. Etsinlər nə gözəl. Bu hüquqa hörmətlə yanaşmaq lazımdır. Amma unutmaq olmaz ki, tənqid etmək hüquq olmaqla bərabər həm də mədəniyyətdir. Tənqid etmək ifadə azadlığı və hüquq mədəniyyətinin ən vacib komponentlərindən biridir. Hər halda biz polemika və tənqid etmə mədəniyyətimizin yüskək olmasını iddia edə bilmərik.
Bir hədisdə deyilir ki, bir nəfər Məhəmməd Peyğəmbərin yanına gəlib zina etdiyi üçün daş-qalaq olunmasını istəyir. Peyğəmbərin ətrafındakılar onu möhkəm qınayırlar. Peyğəmbər deyir ki, zinanın cəzası daş-qalaq edilməkdir. Həmin adamın daş-qalaq edilməsi məqamı çatanda Peyğəmbər o şəxsə ilk daşı zina etməyən şəxsin atmalı olduğunu deyir. Bu sözdən sonra hamı kənara çəkilir.
Əlbəttə hər bir şəxsi tənqid etmək olar. Amma tənqid etmək üçün mənəvi haqq deyilən nəsnə də olmalıdır axı. Nizami Gəncəvi tənqid etmənin formulunu poetik dildə belə ifadə edir.
Əvvəl gör özünün nə nöqsanı var,
Sonra sən başqasında eyib axtar.

Ancaq son dövrün populist özündənrazı "tənqidçilərini"nin yazdıqlarına baxanda adamın yadına klassik bir el əhvalatı düşür. Ovçu güllə ilə maralı yaralayır. Maral yaralı-yaralı qaçıb gedəndə, gölməçədə quruldayan bir qurbağa maraldan soruşur ki, ay Maral qardaş nə olub, niyə qaçırsan? Maral deyir ki, ovçu məni güllə ilə yaralayıb. Ona görə qaçıram. Qurbağa deyir: "Maral qardaş, bilmirəm bu ovçu sən maralnan mən maraldan nə istəyir?" Maral deyir:
"Ay qurbağa, ovçunun gülləsi məni öldürməzdi, sənin bu sözlərin məni öldürəcək".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2023    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!