Baş prokuror Çinə səfər edib .....                        Bakıda 2 nəfər dəm qazından öldü .....                        Nazirlər Kabinetində elektromobillər müzakirə edildi .....                        Rusiya sülhməramlıları texnikalarını da Qarabağdan çıxarır .....                        XİN Başçısı Kayrat Sarıbayla görüşdü .....                        İranın XİN Başçısı Türkiyədə səfərdədir .....                        Yeni hazırlanmış dərsliklər istifadəyə veriləcək .....                        Laçın hava limanının nəzarətlə bağlı müqavilə imzalandı .....                        Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilir .....                       
9-05-2023, 14:05
Azərbaycanla nə dərdləri var, anlaya bilmirəm - Çavuşoğlu


Azərbaycanla nə dərdləri var, anlaya bilmirəm - Çavuşoğlu

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu müxalifətin prezidentliyə namizədi Kemal Kılıçdaroğlunun "Türk Yolu" adlandırılan layihəsini sərt tənqid edib. Bu barədə o, Antalyada keçirilən görüş zamanı danışıb. Nazir qeyd edib ki, Kılıçdaroğlunun, digər bəzi siyasətçilərin Azərbaycana qarşı qərəzli və əsassız mövqeyi var: "Biz qardaşlarımızla bərabər şərq-qərb orta dəhlizindən bəhs edirik. Yəni türk dövlətlərindən gələn Xəzərdən keçən dəhliz. Onlar bütün bunlardan yan keçir, tamam başqa bir marşrut yaradırlar". "Azərbaycanla nə dərdləri var, anlaya bilmirəm. Tarixdən bu yana CHP-li zehniyyətin azərbaycanlı qardaşlarımızla bir dərdi var. Boraltan körpüsü hadisələrini xatırlayın. Bunlar Azərbaycan Qarabağı azad etmək üçün mübarizə aparanda “təəssüf ki, Türkiyə Azərbaycana yardım etdi” dedilər”, - Çavuşoğlu deyib. Qeyd edək ki, Kılıçdaroğlunun bir neçə gün əvvəl təqdim etdiyi xəritə narazılıqlara səbəb olub. Onun "Türk yolu" adlandırılan layihəsində Türkiyədən Çinə gedən yolun Azərbaycandan keçməməsi tənqid edilib.
9-05-2023, 14:00
Hazırda sülh danışıqlarının mümkün olduğunu düşünmürəm - Quterreş


Hazırda sülh danışıqlarının mümkün olduğunu düşünmürəm - Quterreş

"İndi Rusiya ilə Ukrayna arasında sülh şansı yoxdur, çünki hər iki tərəf qalib gələ biləcəklərinə əmindir”. Bunu BMT-nin baş katibi Antonio Quterreş İspaniyanın “El Pais” qəzetinə müsahibəsində deyib. "Təəssüf ki, hazırda sülh danışıqlarının mümkün olduğunu düşünmürəm. Hər iki tərəf qələbə qazana biləcəklərinə əmindir. Bu, beynəlxalq hüquqa və BMT Nizamnaməsinə zidd olan Rusiyanın işğalı idi. Hesab edirəm ki, Ukrayna onları qaytarmağa ümid edir”, - deyə o bildirib. O, həmçinin Çin və ya Braziliyanın vasitəçiliyinin döyüşlərə son qoyacağına şübhə etdiyini vurğulayıb. "Mən artıq demişəm ki, hazırda heç bir sülh danışıqları olmayacaq. Amma ümid edirəm ki, gələcəkdə olacaq. Rusiyanın qış hücumu, Ukraynanın isə yaz hücumu barədə söhbət gedirdi. Aydındır ki, hər iki tərəf tam şəkildə müharibəyə cəlb olunub”, - Quterreş qeyd edib.
9-05-2023, 13:28
Sabiq baş nazir həbs olundu


Sabiq baş nazir həbs olundu

Pakistanın keçmiş Baş naziri İmran Xan həbs olunub. Bu barədə Pakistan mətbuatı məlumat yayıb. Bildirilib ki, sabiq Baş nazir İslamabadda məhkəmə binasında saxlanılaraq nəzarətə götürülüb. Onun terrorçuluqda ittiham olunduğu deyilir. Xatırladaq ki, İmran Xan 2022-ci il aprelin 10-da etimadsızliq votumundan sonra hökumət başçısı postundan uzaqlaşdırılmışdı.

9-05-2023, 12:53
Türkiyədə liderlərin səs verəcəyi şəhərlər açıqlandı


Türkiyədə liderlərin səs verəcəyi şəhərlər açıqlandı

Türkiyədə mayın 14-də keçiriləcək prezident və parlament seçkilərində ölkənin rəhbəri postuna namizədlərin səs verəcəyi şəhərlər açıqlanıb. Bu barədə "TRT Haber" məlumat yayıb. Bildirilir ki, Rəcəb Tayyib Ərdoğan İstanbulda, digər namizədlər - Kemal Kılıçdaroğlu, Muharrem İnce və Sinan Oğan Ankara şəhərində səs verəcəklər. Məlumata görə, MHP lideri Dövlət Baxçalı Ankarada, İYİ partiyasının lideri Meral Akşener isə İstanbulda səsvermə hüququndan istifadə edəcəklər.
9-05-2023, 12:43
İlham Əliyev Atatürk küçəsindəki açılışda iştirak etdi


İlham Əliyev Atatürk küçəsindəki açılışda iştirak etdi

Mayın 9-da Şuşada Atatürk küçəsinin lövhəsinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına küçədə aparılacaq bərpa-yenidənqurma işləri, yaradılacaq ictimai-iaşə obyektləri barədə məlumat verdi. Bildirildi ki, küçənin uzunluğu 714 metr, eni isə 11 metrdir. Dövlətimizin başçısı Atatürk küçəsinin lövhəsinin açılışını etdi.

9-05-2023, 12:31
Prezident Şuşada “Azərişıq” ASC-nin açılışında iştirak etdi


Prezident Şuşada “Azərişıq” ASC-nin açılışında iştirak etdi

Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərişıq” ASC-nin Şuşa Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzinin açılışını edib. Bildirildi ki, Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzində (EŞİTM) müxtəlif gücdə transformatorlar, 35 kV-luq yeni yarımstansiya inşa olunub, müasir standartlara cavab verən elektrik avadanlıqları, elektron tipli rele mühafizəsi, avtomatika sistemləri və 0,4 kV şəbəkələrini də əhatə edən SCADA dispetçer idarəetmə sistemi quraşdırılıb. Mərkəzin ərazisində elektromobillərin enerji ilə doldurulmaları üçün müvafiq qurğular yerləşdirilib. Burada, həmçinin günəş enerjisi ilə çalışan panellər quraşdırılıb. Həmin panellər vasitəsilə əldə olunan enerjinin bir hissəsi yarımstansiyada qəza hallarında daxili tələbatın ödənilməsi və elektromobil enerji doldurma cihazları üçün istifadə olunur. Qalan enerji isə avtomatik rejimdə şəbəkəyə ötürülür. Şuşa şəhərinin ənənəvi elektrik təchizat şəbəkəsi rəqəmsal xəritə sisteminə köçürülərək planlama və ölçüləmə işlərinin aparılması təmin ediləcək. Şəhərin estetik görünüşünə xələl gətirən əvvəlki 48 Komplekt Transformator Məntəqəsi (KTM) əvəzinə müasir güc kabelləri ilə 35/0,4 kV-luq 9 transformator yarımstansiyası vasitəsilə dairəvi təchizat sxeminin qurulması həyata keçirilməkdədir. Bütün bunların nəticəsində kənar fiziki müdaxilələr və ətraf mühitin təsiri aradan qaldırılmış olur, ekoloji tələblər yerinə yetirilir, meşə zolaqları və canlı orqanizmlərin yanğın təhlükəsizliyi ilə bağlı risklər aradan qaldırılır. Bundan başqa, enerji itkiləri 3-3,5 faizədək azaldılır, işçi qüvvəsi, mal-material və istismar xərclərinə 60 faizədək qənaət olunur, enerji təchizatının keyfiyyət parametrləri yaxşılaşdırılır, texniki təhlükəsizlik qaydaları tam təmin edilir. Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzi yeni yaradılan dairəvi təchizat sxeminin tərkib hissəsi kimi layihələndirilib, Nöqtə Buludu texnologiyasından istifadə edilməklə ərazinin virtual xəritəsi hazırlanıb, əraziyə getmədən sahədə ölçmə və layihələndirmə işlərinin yerinə yetirilməsi, görüləcək işlərin əvvəlcədən planlaşdırılaraq vaxta qənaət edilməsi, həyata keçirilən işlərin monitorinqinin və qiymətləndirilməsinin aparılması təmin olunacaq. Bundan əlavə, Şuşa şəhərinin və Mərkəzin Virtual Tur modeli hazırlanıb ki, bununla da cihaz və avadanlıqların, habelə şəbəkə aktivlərinin məsafədən əyani şəkildə təlim-tədrisinin təşkili mümkün olacaq. Bildirildi ki, beynəlxalq təcrübədə istifadəsi və iqtisadi-texnoloji üstünlükləri nəzərə alınaraq Şuşa şəhərinin Rəqəmsal Əkiz modeli hazırlanıb, bu da EŞİTM-in təsnifat modelinə daxildir. Belə ki, burada quraşdırılan xüsusi monitorlar vasitəsilə Rəqəmsal İdarəetmə Mərkəzinin, rəqəmsal yarımstansiyanın, 3D mobil xəritə və Rəqəmsal Əkiz modelin, Kompozit dayaqların, optik lifli güc kabelləri ilə qurulan 35/0,4 kV şəbəkə modelinin, Yeni Yaşma Külək Enerji Stansiyasının, mikro-fotovoltaik stansiyaların, elektron xidmətlərin, SCADA sisteminin, bərpaolunan enerji mənbələrinin, qabaqcıl ölçmə infrastrukturun, Şəbəkələrin Dron Monitorinq Sisteminin, müasir 0,4 kV-luq Dispetçer və Smart Sayğac oxuma sistemlərinin interaktiv rejimdə izlənməsinə imkan yaranacaq. Prezident İlham Əliyev “Azərişıq” ASC-nin Şuşa Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzini işə saldı. Mərkəzdə təhlükəsizliyin təmin edilməsi və qəzaların aradan qaldırılması məqsədilə qapalı paylayıcı quruluşla digər yarımstansiyalar arasında əlaqələr, eləcə də yarımstansiyadan çıxan elektrik verilişi xətləri yeraltı kabellər vasitəsilə həyata keçirilir. Burada növbətçi heyət üçün lazımi iş şəraiti, müvafiq xidmət otaqları yaradılıb, ərazidə geniş abadlıq işləri görülüb.


9-05-2023, 12:00
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Azərbaycanda mayın 10-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 18-23° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq. Sabah Azərbaycanın əksər rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 23-28° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacaq.
9-05-2023, 11:47
Ermənistan hakimiyyəti reallıqdan kənar qərarlar verir - Sabiq nazir


Ermənistan hakimiyyəti reallıqdan kənar qərarlar verir - Sabiq nazir

"Qısa müddətdə ordunun potensialını bərpa etmək mümkündür". Bunu Ermənistanın keçmiş müdafiə naziri, hazırda parlamentdəki müxalif "Hayastan" fraksiyasının rəhbəri olan Seyran Ohanyan deyib. "Bunun üçün ağıllı və düşünülmüş addımlar lazımdır. Ordunu bərpa etməyin, onun döyüş effektivliyini artırmağın və mübarizə aparmağın yeganə yolu budur. Hakimiyyət zəiflikdən danışır, çünki vəziyyəti və çağırışları düzgün qiymətləndirə bilmirlər. Düzgün qiymətləndirmə olmadan düzgün qərarlar qəbul edilə bilməz", - deyə o bildirib. "Ermənistan hakimiyyəti reallıqdan kənar qərarlar verir. Onlar prioritetləri, o cümlədən təhlükəsizlik və birliyi başa düşmürlər", - Ohanyan əlavə edib.
9-05-2023, 11:39
Səfir Azərbaycan və Ermənistan liderlərinin görüşüylə bağlı sualı cavabladı


Səfir Azərbaycan və Ermənistan liderlərinin görüşüylə bağlı sualı cavabladı

Rusiyanın İrəvandakı səfiri Sergey Kopirkin Azərbaycan və Ermənistan liderlərinin Moskvada görüşüb-görüşməyəcəyi ilə bağlı sualı cavablandırıb. O, erməni jurnalistlərə açıqlamasında Ermənistan və Azərbaycan rəhbərlərinin tezliklə Moskvada görüşəcəyinə ümid etdiyini bildirib. Rusiyalı diplomat əlavə edib ki, görüşün tarixi ilə bağlı müvafiq məlumat veriləcək. Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan isə deyib ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel artıq növbəti görüşün Brüsseldə keçiriləcəyini açıqlayıb. Onun sözlərinə görə, görüşlər daha sonra Moskvada üçtərəfli formatda davam edəcək. Nazir müavini üçtərəfli formatın tərkibini açıqlamayıb. Xatırladaq ki, mayın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin görüşü keçiriləcək. Təşkilat İlham Əliyev və Paşinyanın iyunun 1-də Moldovanın paytaxtı Kişinyovda keçiriləcək Avropa Siyasi Birliyinin sammitində Almaniya kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makronun iştirakı ilə görüş keçirəcəyini açıqlayıb.
9-05-2023, 00:00
Alman faşizmi üzərində qələbədən 78 il keçir


Alman faşizmi üzərində qələbədən 78 il keçir

Bu gün alman faşizmi üzərində qələbədən 78 il keçir. Faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı kimi qeyd olunur. Qələbə günü münasibətilə ölkənin müxtəlif bölgələrində və paytaxtda tədbirlər keçirilir. Qeyd edək ki, 1939-cu il sentyabrın 1-də faşist Almaniyası ildırımsürətli “Barbarossa” planı əsasında Polşanı işğal edib. Bununla da bəşəriyyət tarixinə ən qanlı müharibə kimi daxil olan İkinci Dünya müharibəsi başlayıb. 1941-ci il iyunun 22-də Hitler Almaniyası Azərbaycanın da daxil olduğu SSRİ-yə hücum edib. Müharibə 1945-ci il mayın 9-da - Berlindəki Reyxstaq binası üzərindən faşizm bayrağının endirilməsi və SSRİ-nin bayrağının sancılması ilə başa çatıb. Müharibədə Azərbaycandan 660 min şəxs iştirak edib. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər mübarizə yolu keçib, 130-a yaxın azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfər “Şərəf” ordeni, 170 min soydaşımız SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Hüseynbala Əliyev, Qafur Məmmədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çoxunun adı bu müharibənin tarixinə qızıl hərflərlə yazılıb. İkinci Dünya müharibəsində Azərbaycan nefti də həlledici amillərdən olub. Belə ki, 1941-ci ildə Azərbaycan tarixində ən çox - 23,5 milyon ton neft istehsal olunub və bu, SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edib. Ümumilikdə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2023    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!