Dövlət Komitəsində Miqrasiya Əməkdaşlıq Platformasının təmsilçiləri ilə görüş keçirilib .....                        Avropa İttifaqı "ölə bilər" - Makron .....                        Qriqoryan İran səfiri ilə delimitasiyadan danışdı .....                        Sahibə Qafarova Monteneqroda səfərdədir .....                        İlham Əliyev Füzulidən Berlinə gedir .....                        Erməni hərbçi sərhəddə minaya düşdü .....                        Rəsmi Pekin Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesindəki irəliləyişi alqışlayır .....                        Çinin Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılışı olub .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                       
10-05-2023, 04:30
Heydər Əliyev – 100


Heydər Əliyev – 100

Heydər Əliyevin elə şöləsaçan işləri var ki, onlar zaman-zaman xatırlanıb dərc edilməli, gələcək nəsillərə çatdırılmalıdır.

Məlumdur ki, 1982-ci ildə Heydər Əliyevin SSRİ Nazirlər Sovetinin I müavini vəzifəsinə keçməsilə Azərbaycana və azərbaycanlılara diqqət xeyli dəyişdi. Ən başlıcası, Heydər Əliyevin xeyir-duası ilə SSRİ-nin müxtəlif şəhərlərində təhsil alan tələbələr elə SSRİ-nin müxtəlif yerlərində iş aldılar, yüksək vəzifə postuna nail oldular. Həmin dövrdə Bakıda «Kommunist» («Azərbaycan») nəşriyyatında baş direktorun müavini işləyirdim. İşdə narazılığım yox idi. Lakin kiçik oğlumun səhhətində problemlər olduğundan həkimlər onun bir neçə il Rusiyanın orta hissələrində yaşamağını məsləhət görürdülər. Bununla əlaqədar Sov İKP MK-ya məlumat verib Rusiyada işləmək istədiyimi bildirdim. Poliqrafiya işləri ilə əlaqədar bütün məsələlərimizi Moskvada həll etdiyimizdən məni orda yaxşı tanıyırdılar. Nəşriyyatda həyata keçirdiyim yenilikləri Moskva da bəyənir, Rusiya nəşriyyatlarında da tətbiq edirdilər… Bakıda «Yeni kitab» mətbəəsində direktor olduğum dövrdə mətbəələr arasında birin\ci yeri tutduğumuza görə SSRİ Nazirlər Sovetinin Keçici Qırmızı Bayrağını Mətbuat Komitəsinin sədri B.N.Stukalin Azərbaycana şəxsən özü gətirmişdi.
İki həftədən sonra məni Moskvaya dəvət etdilər. Qəbul zamanı bildirdilər ki, Rusiyanın beş şəhərində nəşriyyat direktoru yeri boşdur. Elə ilk söhbətimizdən məlum oldu ki, Rusiyada işləməyimə ilk rəy verən Ulu Öndər olmuşdur. Güclü yaddaşa malik Heydər Əliyev Azərbaycanın bütün kadrlarını yaxşı tanıyır, iş qabiliyyətlərinə bələd idi. Odur ki, hər hansı nəşriyyata rəhbərlik edəcəyimə əminliklə razılıq vermişdi. Bunları fəxarətlə dinlədikcə məsuliyyət hissim daha da artırdı. Odur ki, etimadı doğrultmaq üçün ən ağır vəziyyətdə olan «Ulyanovskaya Pravda» nəşriyyatını seçdim. Altı ay direktor yeri boş olduğundan kollektivdə hərc-mərclik idi.
Nəşriyyatla tanış olmaq üçün Ulyanovska getdim. Ulyanovsk Vilayət Partiya Komitəsinin I katibi Gennadi Vasilyeviç Kolbin məni qəbul etdi. İlk görüşümüzdə haqqımda kifayət qədər məlumatlı olduğunu hiss elədim. Moskvada müdafiə edib poliqrafçı alim olduğumu da bilirdi. Məni «zemlyak» (yerlim) adlandırmasına təəccübləndim. Demə, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə Kolbin Gürcüstan KP MK-da II katib vəzifəsində işləyirmiş. O illərdə Heydər Əliyevə Qafqazın ağsaqqalı kimi hörmət etdiyindən bu münasibət Rusiyada da davam edir və Heydər Əliyevə olan münasibətinə görə mənim üçün hər cür şərait yaradacağına söz verdi.
Əmrimi alıb işə başladım. Kollektivdəki intriqalar işlərin gedişatına ciddi maneələr törədirdi. Kollektivin bir qrupu alkaqolluq üstündə işdən çıxarılmış direktorun yenidən qayıtmasını tələb edirdi… İşləri çətinliklə də olsa, yoluna qoymağa nail oldum. Nəşriyyat saat mexanizmi kimi ahəngdar işləyirdi. Kolbin vilayətin rəhbəri olaraq diqqət və qayğısını nəşriyyatdan əsirgəmirdi. İşimi yüksək qiymətləndirirdi və bu barədə Heydər Əliyevə də məlumat verirdi. Həmin illərdə Ulyanovsk şəhərində alkaqolizmə qarşı mübarizə gedirdi. Mən də bu işə qoşularaq çayın təbliğinə başladım. Sexlərdə istirahət otaqları yaratdıq. Hər otaq üçün samovar aldıq və orada hamı istirahət edə-edə çay içirdi. Özü də hamımız Azərbaycan çayı içirdik. Hər sahədə Heydər Əliyevin etimadını doğrultmağa çalışırdım.
Ulyanovskda yaşayan müxtəlif millətlərin nümayəndələri Heydər Əliyevi yaxşı tanıyır və yüksək qiymətləndirirdilər. Əliyev ilk dəfə Ulyanovska 1977-ci ildə Nəriman Nərimanovun abidəsinin açılışına gəlmişdi. Sovet dönəmində Azərbaycanda Nərimanova abidə qoyulması müşkül məsələ idi. O ki ola Rusiyada… Əlbəttə, hər iki abidənin qoyulması məhz Heydər Əliyevin səyi nəticəsində başa gəlmişdi. Şəhər əhalisi onu geniş dünyagörüşə malik bir şəxs kimi xatırlayırdı. Hətta duzlu zarafatlarını da yadda saxlamışdılar. Ulu Öndər bütün ömrünü, fəaliyyətini Azərbaycanın iqtisadi, siyasi və mədəni həyatının inkişafına sərf etməklə Vətənimizin beynəlxalq aləmdə geniş miqyasda tanınması üçün əlindən gələni əsirgəməmişdi. Nərimanovun abidəsinin açılışı zamanı çıxışında yubilyarın xidmətlərini hərtərəfli şərh edərək onu elə bir zirvəyə çatdırmışdı ki, vilayət sakinləri Nərimanovu öz doğma adamları hesab edirdilər.
Heydər Əliyev Ulyanovska ikinci dəfə 1983-cü ildə Siyasi Büronun üzvü, SSRİ Nazirlər Sovetinin sədrinin I müavini olaraq, gəminin körpüyə çırpılması nəticəsində baş vermiş insan tələfatını araşdıran komissiyanın sədri kimi gəlmişdi. İnsanların ağrılı, həyəcanlı günlərində onlarla necə həmdərd olduğunu, xeyirxahlıqla dolu söhbətlərini, təsəllilərini bütün şəhər əhalisi minnətdarlıqla xatırlayırdı. Həlak olanların yaxınları, şəhər ictimaiyyətinin nümayəndələri, sadə əmək adamları ilə keçirdiyi görüşlər, səmimi söhbətlər onun şəxsiyyətinə dərin hörmət və rəğbət formalaşdırmışdı.
Hər dəfə bu söhbətləri dinləyəndə düşünürdüm ki, yalnız bir şəxsin simasında millət haqqında fikir formalaşa bilərmiş. Və çalışırdım öz işimlə Rusiyada rəhbər vəzifədə işləmək üçün namizədliyimi verən bu şəxsin etimadını doğruldum. Onu da bilirdim ki, Heydər Əliyev Moskvada işləyəndən sonra SSRİ-nin hər hansı bir yerində azərbaycanlılara münasibət yaxşı mənada dəyişmişdi.
İşimlə əlaqədar tez-tez Moskvaya – MK-ya gedirdim. Mənə münasibət tam fərqli olurdu. Bütün bunlar Heydər Əliyevə görə idi. O, xalqımızın başucalığı idi. Ulyanovskda minlərlə soydaşımız yaşayırdı. Onların böyük əksəriyyəti avtomobil sənayesi ilə bağlı olan insanlar idi. Gəncədə tikilməsi nəzərdə tutulan avtomobil zavodu üçün Ulyanovskda kadr hazırlığı da Ulu Öndərin uzaqgörən siyasətinin nəticəsi idi.
Doxsanıncı illərin məlum hadisələrindən sonra artıq Bakıya qayıtmışdım. 1992-ci il idi. «Azərbaycan» nəşriyyatında baş direktor işləyirdim. Heydər Əliyev Naxçıvanda yaşayırdı. Muxtar Respublikanın Ali Sovetinin sədri idi.
Respublikada hərc-mərclik dövrüydü… Yay aylarıydı. Üç vətəndaş kabinetə daxil oldu. Birinin əlində qovluq vardı. O, qovluğu mənə verərək dedi:
– Şəddat müəllim, bu kitab Türkiyə Prezidenti Süleyman Dəmirəlin Naxçıvan səfərinə həsr olunmuşdur. Kitabı təcili çap etmək lazımdır…
Qovluqdakı mətn və şəkillərə baxdım. Orada Heydər Əliyevin Süleyman Dəmirəl və başqaları ilə çoxlu şəkli vardı. Bir anlıq fikrə getdim. Bilirdim ki, Heydər Əliyevin şəkilləri, demək olar ki, heç yerdə dərc olunmur. Lakin həyatım boyu səcdə etdiyim, yüksəlişimdə, inkişafımda mühüm rol oynamış bir şəxsə aid kitabı çap etməməyə mənəvi haqqım yox idi.
Nəşriyyatda gərgin günlər yaşanırdı. Çapa lazım olan materiallar yalnız pulu ödənildikdən sonra Rusiyadan gətirilirdi. Pulu ödəmək çox çətin idi, büdcədən rus pulu almaq mümkün deyildi. Çap materiallarının çatışmazlığından dövlət qəzetləri də vaxtında çıxa bilmirdi. Bütün bunları ürəyimdə götür-qoy etsəm də, qonaqlara kitabı çap edəcəyimə söz verdim. Başqa cür ola bilməzdi. Axı onlar Heydər Əliyevin adından gəlmişdilər. Mən bu işi görməsəydim, onlar kitabı Türkiyədə və digər dövlətlərdə çap etdirəcəkdilər. Amma mən ömrüm boyu vicdan əzabı çəkəcəkdim.
Beləliklə, «Naxçıvan yaşayır, döyüşür…» kitabını lap qısa müddətə 20 min sayda yüksək səviyyədə çap etdirib sifarişçilərə təhvil verdim. Kitabın üz qabığında Heydər Əliyevlə Süleyman Dəmirəlin də şəkli çap olunmuşdu.
Heydər Əliyevin adından gələn sifarişçilər Mirzə Əsgərov, Fərhad Cəfərquliyev və Akif Axundov kitabı arzu olunan səviyyədə görəndə razılıqlarını bildirdilər və məni də kitabı təqdim etmək üçün Naxçıvana dəvət etdilər. Mən isə nəşriyyatda işim çox olduğundan vaxt tapıb gedə bilmədim. Lakin Naxçıvana getməməyimin peşmançılığını hər zaman çəkirəm. Çünki Ulu Öndərlə şəxsən görüşmək bir daha mənə nəsib olmadı.
Kitabı Ulu Öndərə çatdıranda mənə minnətdarlıq etməyi tapşırır.
Kitabın sevincini yaşadığım günlərdə telefonuma zəng oldu. Tanımadığım şəxs qışqıra-qışqıra:
– Sənə kim ixtiyar verib Heydər Əliyev haqqında kitab çap edəsən?
Məni hədələyən şəxs cavab gözləmədən ünvanıma nalayiq sözlər deyərək məni təhqir edirdi. Sonra hədə-qorxuya keçdi:
– İndi gəlib səni 5-ci mərtəbədən ataram aşağı (direktorun kabineti 5-ci mərtəbədə yerləşirdi).
Artıq səbrim tükənmişdi. Telefon dəstəyini ağzıma bir az da yaxınlaşdıraraq:
– Atmayan kişi deyil!!! – deyib, dəstəyi yerinə qoydum.
Həmin gün də həmişəki kimi işdən axşam saat 8-dən sonra çıxdım. Lakin otağıma heç kim gəlmədi.
Səhər işə gələndən sonra dünənki hadisəni nəşriyyatın mühafizə rəisinə danışdım. O mənə iki cangüdən təhkim olunmasını təklif etdi. Mənsə bundan imtina etdim və ona dedim:
– Əgər məni Heydər Əliyevdən ötrü öldürürlərsə, bu ölümü özüm üçün şərəf sayaram.
Sonralar 25 yanvar 1997-ci il tarixli «İki sahil» qəzeti həmin çətinlikləri belə açıqlamışdı: «O dövrdə Heydər Əliyevin şəklini çap etmək təhlükəli olsa da, Şəddat Cəfərov dahi siyasətçinin şəklinin çap olunmasından qorxmadı. Açığı, Prezident Aparatının tabeliyində olan bir nəşriyyatda bu kitabı çap etmək heç də asan deyildi. Ona görə də kitab çap olunduqdan sonra müxtəlif təzyiqlərə məruz qaldı. Lakin haqq işinin təbliğatçısı olduğuna görə bütün bu təzyiqlərə fəxarətlə dözdü».

Şəddat Cəfərov,
İqtisadiyyat üzrə fəlsəfə doktoru,
poliqrafçı alim
10-05-2023, 00:00
Bu gün Ümumilli Lider Heydər Əliyevin 100-cü ildönümüdür


Bu gün Ümumilli Lider Heydər Əliyevin 100-cü ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümüdür. Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməyib. 1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləyib və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib. Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqrad şəhərində (indiki Sankt-Peterburq) xüsusi ali təhsil alıb. 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Mərkəzi Komitənin birinci katibi seçilərək respublikanın rəhbəri olub. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev iyirmi il ərzində SSRİ və Azərbaycan SSR Ali Sovetlərinin deputatı olub və beş il SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışıb. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib. Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilən cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranan kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev əvvəlcə Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilən təsis qurultayında partiyanın sədri seçilib. 1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxıb. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur olublar. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilib, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq verən Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib. Azərbaycanın ümummilli lideri Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlend klinikasında (ABŞ) vəfat edib, dekabrın 15-də Bakıda Fəxri Xiyabanda dəfn olunub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2023    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!