20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
11-05-2023, 16:39
Kılıçdaroğlu: “Cənab İnceni Türkiyənin süfrəsinə gözləyirik”


Kılıçdaroğlu: “Cənab İnceni Türkiyənin süfrəsinə gözləyirik”

Türkiyədə "Millət İttifaqı"nın prezidentliyə namizədi, CHP sədri Kemal Kılıçdaroğlu, CHP-dən qopmuş Məmləkət Partiyasının sədri, bu gün prezidentliyə namizədliyini geri götürən Muharrem İnceyə müraciət edib. Kılıçdaroğlu İnceyə görüşdükləri zaman etdiyi çağırışın qüvvədə olduğunu xatırladıb. "Mənim çağırışım hələ də qüvvədədir. Köhnə küskünlükləri bir kənara qoyaq artıq. Cənab İnceni Türkiyənin süfrəsinə gözləyirik. Buyursun lütfən, gəlsin", - o deyib. Qeyd edək ki, bu gün partiyasının qərargahından ictimaiyyətə müraciət edən İnce namizədlikdən çəkildiyini açıqlayıb. Bununla da Türkiyədə 14 mayda keçiriləcək prezident seçkilərində namizədlərin sayı 3-ə düşüb. Bundan əvvəl İnce və Kılıçdaroğlu arasında Məmləkət Partiyasının qərargahında görüş olmuşdu. İnce görüşdən sonra namizədlikdən çəkilmək məsələsinin müzakirə olunmadığını bildirmişdi. Lakin kulis məlumatlarına görə, CHP-dən bir neçə dəfə vasitəçilərlə İncedən bu xahiş edilmişdi. Xatırladaq ki, Muharrem İnce 2018-ci ildəki prezident seçkilərində CHP-nin namizədi olaraq, 2-ci yeri tutub. O, 2021-ci ilin mayında Məmləkət Partiyasını təsis edib.
11-05-2023, 16:11
Taxıl müqaviləsinin uzadılmasıyla bağlı razılığa gəlindi


Taxıl müqaviləsinin uzadılmasıyla bağlı razılığa gəlindi

Türkiyə, Rusiya Federasiyası, Ukrayna və BMT yaxın gələcəkdə taxıl müqaviləsinin uzadılması ilə bağlı danışıqları davam etdirmək barədə razılığa gəliblər. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, 2 gün davam edən toplantılarda tərəflər konstruktiv mövqe sərgiləyiblər. Ukrayna limanlarında qalan gəmilər və ekipaj üzvlərinin geri qayıtmasının təşkili ilə bağlı müsbət yanaşmalar olub. Taxıl sazişinin imzalanmasının dünya ərzaq bazarında qiymətlərin stabilləşməsinə gətirib çıxardığı vurğulanıb.

11-05-2023, 16:03
Mina təhdidləri məcburi köçkünlərin yurdlarına qayıtmasına maneədir - Nazir


Mina təhdidləri məcburi köçkünlərin yurdlarına qayıtmasına maneədir - Nazir

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov minaların təmizlənməsi sahəsində humanitar fəaliyyət göstərən ABŞ-ın “Sülhün kökləri” humanitar təşkilatının təsisiçisi və rəhbəri Haydi Kün ilə görüşüb. XİN-dən verilən məlumata görə, görüş zamanı, nazir Ceyhun Bayramov Ermənistanın ölkəmizə qarşı 30 ilə yaxın davam etmiş təcavüzü nəticəsində Azərbaycana qarşı yaranmış mina təhdidləri barədə barədə müqabil tərəfə ətraflı məlumat verib. Azərbaycan vətəndaşlarının Ermənistan tərəfindən kütləvi şəkildə basdırılmış minaların qurbanına çevrilməsi və minaların təmizlənməsi sahəsində Ermənistanın Azərbaycanla əməkdaşlıq etməməsi diqqətə çatdırılıb. Mina təhdidlərinin 44 günlük Vətən müharibəsindən sonra bərpa və yenidənqurma işlərinə və məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtması prosesinə maneə olduğu vurğulanıb. “Sülhün Kökləri” beynəlxalq humanitar təşkilatının rəhbəri xanım Heidi Kün də öz növbəsində Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının bütün region üçün əhəmiyyətini vurğulayaraq, eyni zamanda Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəri və bu istiqamətdə birgə əməkdaşlığa dəstək göstərmək niyyətini bəyan edib. Tərəflər daha sonra qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
11-05-2023, 15:10
"Mercedes-Benz" zavoduna silahlı hücum oldu


"Mercedes-Benz" zavoduna silahlı hücum oldu

Almaniyanın Ştutqart şəhərindən (Baden-Vürtemberq) 15 kilometr aralıda yerləşən Sindelfingendəki "Mercedes-Benz" zavoduna silahlı hücum olub. Region polisinin sözçüsü bildirib ki, hadisə nəticəsində iki nəfər ölüb. "Atəş açan şəxs saxlanılıb. Hazırda zavodun işçiləri üçün heç bir təhlükə yoxdur", - o qeyd edib. Logistika firmasının əməkdaşı olan 53 yaşlı şübhəli dindirilir. Ölənlərin hər ikisi 44 yaşında olub. Məlumata görə, hücum edən şəxs fabrik işçiləri tərəfindən zərərsizləşdirilib. O, polis gələnə qədər saxlanılıb.
11-05-2023, 14:49
Muharrem İnce namizədlikdən çəkildiyini elan etdi


Muharrem İnce namizədlikdən çəkildiyini elan etdi

Türkiyədə CHP-dən qopmuş Məmləkət Partiyasının sədri və prezidentliyə namizəd Muharrem İnce namizədlikdən çəkildiyini elan edib. O, ictimaiyyətə müraciətində qərarını açıqlayıb. İnce digər prezidentliyə namizədlərdən heç birinə dəstəyini ifadə etməyib. Belə ki, partiya sədri bu addımı müxalifətin seçkilərdə məğlub olacağı təqdirdə onu günahlandıra bilməməsi üçün atdığını deyib. Bununla da Türkiyədə 14 mayda keçiriləcək prezident seçkilərində namizədlərin sayı 3-ə düşüb. Onu da qeyd edək ki, seçki bülletenlərinin çapı yekunlaşdığı üçün İncenin adı seçki günü bülletenlərdə qalacaq. Həmçinin ölkə xaricində səsvermə 9 mayda başa çatdığına görə bu dövrdə ona verilən səslər boşa getmiş sayılır.
11-05-2023, 13:53
Yeni gərginlik fonunda təmkinli davranış gözləyirik - Peskov


Yeni gərginlik fonunda təmkinli davranış gözləyirik - Peskov

"Böyük Britaniya tərəfindən Ukraynaya uzaqmənzilli raketlərin tədarükü Rusiya ordusundan adekvat cavab tələb edəcək". Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. "Gürcüstanla viza rejiminin ləğvi ilk növbədə humanitar qərardır. Gürcüstanla diplomatik münasibətlərin bərpası perspektivləri ilə bağlı “çox uzağa getməyə” dəyməz. Rusiya iqtisadiyyatında vəziyyət tamamilə idarəediləbiləndir, lazımi təhlükəsizlik marjası var", - Putinin mətbuat katibi bildirib. O, həmçinin Ermənistan və Azərbaycan sərhədində baş vermiş silahlı toqquşmaya da toxunub. "Ermənistanın baş nazirinin 9 Mayla bağlı Moskvaya səfəri zamanı Putinlə Paşinyan arasında ayrıca söhbət olub. Ermənistan və Azərbaycan arasında yeni gərginlik fonunda Putinin Paşinyan və Əliyevlə təmasları hazırda planlaşdırılmır. Rusiya Federasiyası Ermənistan və Azərbaycandan yeni gərginlik fonunda təmkinli davranış gözləyir. Kreml taxıl müqaviləsinin uzadılması ilə bağlı danışıqların gedişini şərh etmir, İstanbuldan xəbər gözləmək lazımdır. Putinin cədvəlində hələ ki, Ərdoğanla telefon danışığı planları yoxdur", - deyə Peskov qeyd edib.
11-05-2023, 11:52
Şəhid olan hərbiçimizin kimliyi müəyyənləşdi


Şəhid olan hərbiçimizin kimliyi müəyyənləşdi

Bu gün Ermənistanın təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlu əslən Ağstafa rayonundandır. O.Novruzəlizadə Ağstafanın Vurğun qəsəbəsində anadan olub. Yaxınlarının verdiyi məlumata görə, 1998-ci il təvəllüdlü hərbi qulluqçu subay olub. Onun 1 qardaşı, 2 bacısı var. Qeyd edək ki, Ermənistan silahlı qüvvələri bölmələrinin qəsdən törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlu şəhid olub.
11-05-2023, 11:35
Ölkəmizdə peyklərin istehsalı planlaşdırılır


Ölkəmizdə peyklərin istehsalı planlaşdırılır

Azərbaycanda yaxın illərdə peyklərin istehsalı planlaşdırılır. Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Azərkosmos (Azərbaycan Respublikasının Kosmik Agentliyi) İdarə Heyətinin sədri Saməddin Əsədov bildirib. “Ölkədə kifayət qədər ixtisaslaşmış kadrlar var. Həmin kadrlar artıq 10 ilə yaxındır ki, öz təcrübələrini genişləndirirlər. Həmin şəxslərin təcrübələrindən istifadə etməklə Azərbaycanda yaxın illərdə peyklərin istehsalına başlanıla bilər”,- deyə o vurğulayıb.
11-05-2023, 11:23
Erməni təxribatı nəticəsində hərbiçimiz şəhid oldu


Erməni təxribatı nəticəsində hərbiçimiz şəhid oldu

Ermənistan silahlı qüvvələri bölmələrinin qəsdən törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlu şəhid olub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun bölmələri tərəfindən qəti cavab tədbirləri görülür. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. Müdafiə Nazirliyinin rəhbərliyi şəhid hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!
11-05-2023, 11:10
Paşinyan Brüsselə getmək qərarını dəyişməyib


Paşinyan Brüsselə getmək qərarını dəyişməyib

Ermənistanın baş naziri Nikol Paşinyan sərhəddəki toqquşma fonunda Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar üçün Brüsselə getmək qərarını dəyişməyib. Paşinyan bu barədə hökumətin iclasında bildirib. O, çıxışı zamanı sülh müqaviləsindən də danışıb. Belə ki, Paşinyan mayın 14-də Azərbaycanla sülh sazişinin imzalanacağını çətin hesab etdiyini söyləyib. Bundan əvvəl Ermənistanın xarici işlər nazirinin müavini Mnatsakan Safaryan mayın 14-də Brüsseldə Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan arasında görüş keçiriləcəyini təsdiqləyib. Qeyd edək ki, mayın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin görüşü olacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2023    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!