13-07-2023, 12:57
Avropa Parlamenti Ukraynanın üzvlüyünə NATO-dan fərqli davranacaqAvropa Parlamenti Ukraynanın Avropa İttifaqına üzvlüyünə dair NATO-nun etmədiyini edəcək. Bu barədə "Deutsche Welle" nəşri məlumat yayıb. Bildirilib ki, Avropa Parlamentinin deputatları NATO-nun Vilnüs sammitindən və Ukraynanın alyansa qəbul olunmasına yanaşmadan narazıdırlar. "Strasburqda deyirlər ki, Avropa İttifaqı başqa cür davranmalı və qəbul prosesini mümkün qədər tez başlamalıdır", - deyə məlumatda qeyd olunub.
13-07-2023, 12:41
Gürcüstan və Rusiya arasında danışıqlar nəticəsiz qaldıGürcüstan və Rusiya arasında Cenevrə danışıqlarının 58-ci raundu nəticəsiz başa çatıb. Bu barədə Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsaliya bildirib. Onun sözlərinə görə, Rusiya nümayəndə heyəti danışıqlarda destruktiv mövqe nümayiş etdirib. Qeyd olunub ki, Gürcüstan işğal altındakı ərazilərindən olan qaçqınların öz doğma yurd-yuvalarına qaytarılması məsələsinin Cenevrə danışıqlarının gündəliyinə daxil edilməsi tələbini irəli sürüb. Rusiya nümayəndə heyəti bununla razılaşmayaraq müzakirə masasını vaxtından əvvəl tərk edib.
13-07-2023, 12:36
BMT-nin baş katibi Putinə təklif göndərdiBMT-nin baş katibi Antonio Quterreş Rusiya prezidenti Vladimir Putinə təklif göndərib. Bu barədə "Reuters" danışıqlardan xəbərdar olan iki mənbəyə istinadən yazıb. Bildirilib ki, BMT baş katibi Putinə "Rosselxozbank"ın törəmə bankını SWIFT banklararası ödəniş sisteminə qoşmaq müqabilində taxıl müqaviləsini uzatmağı təklif edib. Hələlik bu barədə rəsmi reaksiya yoxdur.
13-07-2023, 12:24
17 mindən çox Əfqanıstan vətəndaşı İrandan deportasiya olunduSon 10 gün ərzində İrandan 17 926 Əfqanıstan vətəndaşı öz ölkələrinə deportasiya olunub. Bunu İranın Rəzəvi Xorasan vilayətinin sərhəd qoşunları komandanı, general Məcid Şoca deyib.
Onun sözlərinə görə, ölkənin müxtəlif bölgələrində polis və sərhədçilər qanunsuz əfqan miqrantarı aşkar ediblər. Onlar Doğarun sərhəd gömrük məntəqəsi vasitəsi ilə Əfqanıstana təhvil verilib.
İran rəsmisi ölkəyə qanunsuz şəkildə daxil olan əcnəbi vətəndaşlar barəsində sərt ölçülər götürüldüyünü diqqətə çatdırıb.
Hazırda İranda 5 milyondan çox əfqan miqrantın olduğu bildirilir.
13-07-2023, 12:09
Gürcüstan dini bayramını qeyd edir Bu gün Gürcüstanda Svetitsxovloba bayramı qeyd olunur. Bu barədə "Sputnik Georgia" məlumat yayıb. Svetitsxovloba Gürcüstanda əsas dini bayramlardan biri hesab olunur. Səhər saatlarında ölkənin bütün pravoslav kilsələrində bayram mərasimi keçirilir. Ənənəyə görə, dindarların əksəriyyəti bu gün Gürcüstanın qədim paytaxtı Mtsxetada on iki həvarinin şərəfinə tikilmiş Svetitsxoveli məbədində toplanır.
Svetitsxovloba ölkədə ildə iki dəfə - iyulun 13-də və oktyabrın 14-də qeyd olunur.
13-07-2023, 11:48
Sülh müqaviləsini təşəbbüskarı kimi imzalanmasını dəstəkləyirik - PrezidentPrezident İlham Əliyev Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması məqsədi daşıyan sülh gündəliyinə sadiqliyini və iki ölkə arasında sülh müqaviləsinin təşəbbüskarı olaraq onun imzalanmasını dəstəklədiyini vurğulayıb. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı bildirilib. Dövlətimizin başçısı Antoni Blinkenin və ABŞ hökumətinin iki ölkə arasında sülh gündəliyinin irəli aparılmasına göstərdiyi davamlı dəstəyinin yüksək qiymətləndirildiyini qeyd edib və yaxın günlərdə Ermənistan tərəfi ilə yüksək səviyyədə növbəti görüşün keçiriləcəyini vurğulayıb.
13-07-2023, 11:33
Prezident Blinkenlə hansı məsələləri müzakirə etdi
İyulun 12-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezident İlham Əliyevə zəng edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Telefon danışığı əsnasında Antoni Blinken ölkəsinin Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üzrə müzakirələrə davamlı dəstəyini ifadə edib, danışıqlar prosesində yaradıcı və qarşılıqlı güzəştlərə əsaslanan yanaşmanın vacibliyini bildirib. O, Laçın sərhəd-gömrük buraxılış məntəqəsi vasitəsilə keçidin önəmini vurğulayaraq dayanıqlı sülhün əldə edilməsi üçün danışıqlardakı müsbət dinamikanın saxlanmasının əhəmiyyətinə toxunub. Prezident İlham Əliyev Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması məqsədi daşıyan sülh gündəliyinə sadiqliyini və iki ölkə arasında sülh müqaviləsinin təşəbbüskarı olaraq onun imzalanmasını dəstəklədiyini vurğulayıb. Dövlətimizin başçısı Antoni Blinkenin və ABŞ hökumətinin iki ölkə arasında sülh gündəliyinin irəli aparılmasına göstərdiyi davamlı dəstəyinin yüksək qiymətləndirildiyini qeyd edib və yaxın günlərdə Ermənistan tərəfi ilə yüksək səviyyədə növbəti görüşün keçiriləcəyini bildirib. Prezident İlham Əliyev Laçın sərhəd-gömrük buraxılış məntəqəsi vasitəsilə humanitar yüklərin, fərdi keçidlərin və tibbi təxliyənin normal qaydada təşkil olunmasına baxmayaraq, iyunun 15-də Ermənistan tərəfindən törədilmiş silahlı təxribatı və Beynəlxalq Qızıl Xaç Komitəsinin müşayiəti ilə həyata keçirilən humanitar daşımalarda qaçaqmalçılıq hallarının aşkar edildiyini diqqətə çatdırıb və bu xüsusda araşdırmaların aparıldığını vurğulayıb.
13-07-2023, 11:29
Ermənistan-Türkiyə sərhədində yeni gömrük binaları tikilirErmənistan-Türkiyə sərhədində yeni gömrük binalarının tikintisinə başlanılıb. Tikinti Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir. Belə ki, qərara əsasən, artıq birinci mərhələdə podratçıya 350 min ABŞ dolları məbləğində vəsait ayrılıb.
İkinci mərhələdə, demək olar ki, 280 min ABŞ dolları məbləğində vəsait ayrılacaq və ən azı 3 modul pavilyonun tikintisinə başlanacaq.
13-07-2023, 11:14
İlham Əliyev İsrailin müdafiə nazirini qəbul etdiİyulun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin müdafiə naziri Yoav Qallantı qəbul edib. Yoav Qallant İsrailin Baş naziri Benyamin Netanyahunun salamlarını dövlətimizin başçısına çatdırıb. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını İsrailin Baş nazirinə çatdırmağı xahiş edib. Söhbət zamanı dövlətimizin başçısı ilə İsrailin müdafiə naziri arasında bu il Münxendə keçirilən görüş xatırlandı. İkitərəfli münasibətlərin inkişafından, o cümlədən hərbi-texniki sahədə əməkdaşlıqdan məmnunluq ifadə edilib. İsrail Prezidenti İsxak Hersoqun Azərbaycana səfərinin əlaqələrimizin inkişafında rolu qeyd olunub. Görüşdə Azərbaycanın İsraildə səfirliyinin açılmasının əməkdaşlığın genişləndirilməsi baxımından önəmi vurğulanıb.
13-07-2023, 10:54
Üçtərəfli görüşün baş tutacağı tarix müəyyənləşdiAzərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş iyulun 15-də Brüsseldə baş tutacaq. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib. Paşinyan üçtərəfli görüşdə iştirakını təsdiqlədiyini deyib.
"Ümid edirəm ki, danışıqlarda irəliləyiş əldə oluna bilər", - Ermənistan Baş naziri vurğulayıb.