Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
30-08-2023, 17:49
Türkiyədə Zəfər Bayramıyla bağlı silsilə tədbirlər keçirilir


Türkiyədə Zəfər Bayramıyla bağlı silsilə tədbirlər keçirilir

Türkiyədə 30 avqust Zəfər Bayramı münasibətilə silsilə tədbirlər keçirilir.
Siyasətçilər əlamətdar gündə Atatürkün məzarını - Anıtqəbiri ziyarət ediblər.
Tədbirdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, TBMM sədri Numan Kurtulmuş, Cümhuriyyət Xalq Partiyasının sədri Kemal Kılıçdaroğlu, Milliyyətçi Hərəkat Partiyasının lideri Devlet Bahçeli və İYİ Partiyanın sədri Meral Akşener, eləcə də digərləri iştirak ediblər.

30-08-2023, 17:40
Repressiyadan qurtula bilməyən sənətkar


Repressiyadan qurtula bilməyən sənətkar

Azərbaycanın tanınmış intellektual mülkiyyət sahiblərini sıradan çıxarmaq totalitar sovet rejiminin əsas hədəflərindən biri olub. 1937-ci ildə və sonrakı dönəmlərdə də bu proses davam edib. Biz Azərbaycan Respublikası QHT-yə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyimiz Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin “Zəfər tariximizin çağrışları, Vətəndaş Cəmiyyətinin hədəfləri” layihəsi çərçivəsində dövrünün nəhəng sənətkarı, repressiya qurbanı Aşıq Mirzə Bilalla bağlı araşdırmalarımızı davam etdirdik.
Azərbaycan aşıq sənətinin tədqiqatçısı, Azərbaycan Aşıqlar Birliyinin Şirvan bölməsinin rəhbəri Ağamurad İsrafilovla görüşüb söhbət etdik. O, görkəmli sənətkar Aşıq Mirzə Bilalla bağlı fikirlərini açıqladı:
“Uzun müddət yaddan çıxan repressiya qurbanı Mirzə Bilalı ilk dəfə Səttar Axundov tədqiq edib. Daha sonra müharibə veteranı, elm adamı Mürsəl Mürsəlov onu araşdıraraq 1982-cı ildə “Gəl görüşək ilk bahar” kitabını nəşr etdirib. Mən Mirzə Bilalın oğlu 94 yaşlı Aga Şəfi əmi ilə söhbət etmişəm. O, atasına lələ deyirdi. Atası repressiyaya uğrayandan sonra onlar Kürdəmir rayonuna köçüblər. Ailəsi ilə birlikdə orada yaşayıb. 94 yaşlı Ağa Şəfi əmi atasının həbs olunma anını xatırlayaraq bildirirdi ki, bu hadisə 1938-ci ildə baş verib. Gecə sahə müvəkkili, basqallı Canəli 3 dəfə Bilal deyib qışqırıb. Atam sanki hiss edib ki, bu çağrış başqa çağrışdı. Ona görə, hamımızla halallaşır, uşaqların başın sığallayır və onun axrasınca gələn şəxslərlə birlikdə gedir və bir daha geri qayıtmır”.

Onu qeyd edək ki, Mirzə Bilal 1937-ci ilə qədər bir dəfə həbs olunmuşdu. Sonradan isə bəraət alaraq həbsdən buraxılmışdı. Müsahibimiz Ağamurad İsrafilov repressiyaya uğrayan ustad haqqında fikirləri davam etdirir:
“Mirzə adı hər kəsə verilmirdi. Böyük istedad və intellekt sahibi olan Mirzə Bilal bir neçə xarici dili mükəmməl bilirdi. O, aşıqlıq sənətində parlaq sima olmaqla bərabər, klassik musiqimizi, muğam sənətini gözəl bilib və ifa edirmiş. Bütün bu ali keyfiyyətlərə görə, ustada xalq tərəfindən Mirzə adı verilib. Mərhum tarixçi alim Seyfəddin Qəniyev Aşıq Mirzə Bilal haqqında yazdığı kitabda ustadın həbs olunması ilə bağlı sorğu vərəqində qeyd edib ki, erməni millətindən olan müstəntiq Matrosyan bu prosesi aparıb və nəticədə heç bir günahı olmayan, millətin qaymaqlarından biri Mirzə Bilal güllələnib. Təbii ki, ondan sonra Mirzə Bilalın külliyyatı yəni, şeir və dastanlarının böyük bir hissəsi, NKVD tərəfindən əmlakı müsadirə olunarkən ələ keçirilərək məhv edilmişdir.
Ağa Şəfi əmi təhlükəsizlik qüvvələri tərəfindən Mirzə Bilalın kitabları, əlyazmaları ilə bərabər hətta onun sazının da aparıldığını bildirir. Bu gün sənətkarın bizə çatdırılan irsi yalnız yaddaşlardan toplanan nümunələrdir”.
Haqq aşığını qətlə yetirən totalitar rejim onun yaxınlarını, ailə üzvlərini rahat buraxmır. Mirzə Bilalın Şamaxının Quşçu kəndində məktəb direktoru işləyən qardaşı Ağasəlim müəllim dərhal məktəbdən uzaqlaşdırılır. Uzun illər keçəndən sonra o, digər məktəblərdə pedaqoji fəaliyyətini davam etdirir.
Bir vacib məqamı unutmaq olmaz ki, XX əsrdə Azərbaycanın bir çox tanınmış simalarının, intellektual mülkiyyət sahiblərinin mənəvi sərvətləri məhz ermənilər tərəfindən təcavüzə məruz qalıb. Həmin dövrdə istintaq orqanlarında işləyən şəxslərin demək olar ki, əksəriyyəti ermənilər və digər millətlərin nümayəndələri olub.

Araşdırma Qrupu

30-08-2023, 17:25
Qardaş ölkədə bayram coşğusunu əks etdirən fotolar yayıldı


Qardaş ölkədə bayram coşğusunu əks etdirən fotolar yayıldı

Türkiyədə Zəfər Bayramı qeyd olunur.
Butov.az TRT-yə istinadən qardaş ölkədəki bayram coşğusunu əks etdirən fotoları təqdim edir:












30-08-2023, 17:11
TEKNOFEST yenidən Azərbaycanda keçiriləcək


TEKNOFEST yenidən Azərbaycanda keçiriləcək

TEKNOFEST yenidən Azərbaycanda keçiriləcək.
Bu barədə Türkiyənin “Baykar” şirkətinin idarə heyətinin sədri Səlcuq Bayraktar məlumat verib.
“Qarabağdakı qələbədən sonra biz Azərbaycanda böyük TEKNOFEST festivalı keçirdik. Yaxın vaxtlarda bunu təkrarlamağı planlaşdırırıq”, - deyə o vurğulayıb.
Qeyd edək ki, Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə bu gün paytaxt Ankarada TEKNOFEST keçirilir.
30-08-2023, 17:00
MİQ üzrə apellyasiya şikayəti verənlərə vacib xəbər


MİQ üzrə apellyasiya şikayəti verənlərə vacib xəbər

Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin apellyasiya müsahibələri 4-5 sentyabr tarixlərində onlayn formatda "Microsoft Teams" platforması üzərindən təşkil olunacaq.
Bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib.
Bildirilib ki, apellyasiya şikayəti verənlər üçün müsahibə linki namizədlərin şəxsi səhifələrində qeyd olunacaq tarixdən bir gün əvvəl elektron poçt ünvanlarına göndəriləcək.
Elm və Təhsil Nazirliyinin məlumatına görə, dövlət ümumi təhsil müəssisələrinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi 9-18 avqust tarixlərində təşkil olunub. Müsahibələrə ümumilikdə 5660 namizəd dəvət olunsa da, onlardan 4300 namizəd uğur qazanıb.
Müsahibə mərhələsində uğur qazanmayan namizədlər 26 avqust saat 11:00-dan etibarən şəxsi səhifələrinə daxil olaraq apellyasiyaya müraciət edə bilərdilər. Apellyasiya müraciətlərinin qəbulu 28 avqust saat 11:00-da başa çatıb.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyi bu il dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə ümumilikdə 8 mindən çox vakant yer çıxarmışdı. Müsabiqənin test imtahanı mərhələsində ümumilikdə 58000-ə yaxın namizəd iştirak etmişdi.
30-08-2023, 16:49
Hər şey Rusiya sülhməramlılarının komandanlığından gələn cavabdan asılıdır


Hər şey Rusiya sülhməramlılarının komandanlığından gələn cavabdan asılıdır

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qarabağda yaşayan erməni əsilli sakinlər üçün göndərdiyi 40 ton un yüklənmiş avtomobillər Rusiya sülhməramlı qüvvələrinin Ağdam-Xankəndi yolu üzərində yerləşən postunda gözləyir.
Cəmiyyətin əməkdaşları yükün Xankəndiyə çatdırılmasına şərait yaradılması üçün hazırda Rusiya sülhməramlılarının komandanlığı ilə müzakirələr aparır.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları ötən axşam sülhməramlıların Ağdam-Xankəndi yolunun üzərindəki postu ilə üzbəüz istiqamətdə çadırlar quraşdıraraq orada gecələyiblər.
Qarabağın bir qrup erməni sakini Rusiya sülhməramlılarının nəzarət-buraxılış məntəqəsinin qarşısına toplaşıb. Onların məqsədi Bakıdan göndərilən ərzağı Xankəndiyə buraxmamaqdır.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti icraçı katibi Ceyhun Mirzəyev BBC Azərbaycanca-ya deyib ki, gətirlən unun keyfiyyət sertifikatı Rusiya sülhməramlılarına təqdim edilib, hazırda məsələyə baxılmaqdadır. Danışıqlar da rus sülhməramlılarının komandanlığı ilə aparılır.
“Bizim Xankəndiyə mütləq şəkildə giriş icazəmiz olmalıdır ki, real vəziyyəti qiymətləndirib, ehtiyacları müəyyən etdikdən sonra fəaliyyət planı qura bilək. Ondan sonra biz konkret olaraq hansı istiqamətdə yardım edə bilərik – bu, ərzaq olacaq, gigiyenik dəstlər olacaq, müvafiq qiymətləndirmədən sonra onu müəyyən edə bilərik. Qiymətləndirmə üçün də bizim ora mütləq şəkildə girişimiz lazımdır”, - C.Mirzəyev deyib.
Onun sözlərinə görə, hər şey Rusiya sülhməramlılarının komandanlığından gələn cavabdan asılıdır:
“Əgər həmin cavabda giriş izni veriləcəksə, sözsüz ki, biz aparacağıq, giriş izni verilməyəcəksə, artıq bu, Qızıl Aypara Cəmiyyətinin rəhbərliyi ilə müzakirə olunacaq. Ondan sonra mümkün variantlara baxılacaq”.
Bakıdan gedən unla dolu yük maşınlarının nə qədər gözləyəcəyinə gəlincə, Azərbaycan Qızıl Aypara Cəmiyyəti icraçı katibi deyib:
“Biz dünən axşam saatlarında bura çatdıq. Bizə belə bir cavab verildi ki, bu gün cavab olmayacaq, sabahı gözləyin. Bir qeyri-müəyyənlik yarandı. Sözsüz ki, dünən hava soyuq idi və bizə çadırlar lazım idi ki, gecələyək. Ancaq bizim məqsədimiz bu yükü bura gətirmişiksə, burdan da Xankəndinə aparmaqdır. Biz gözləyəcəyik.
Nə qədər lazımdır, o qədər gözləyəcəyik. İşimizi ehtiyatlı tutmuşuq. Su da, yeyəcək də gətirmişik. Yəni, biz hal-hazırda gözləmə mövqeyindəyik. Cavaba görə addımlarımız atılacaq. Mobil nömrəm Rusiya sülhməramlılarının komandanlığında var. Onlardan zəng gözləyirəm. Yəni, yəqin zəng olacaq, ya özləri gələcək burda görüş olacaq. Ona uyğun addımlar atılacaq”.
30-08-2023, 16:34
14 nəfər vətəndaşımız Almaniyadan ölkəyə geri qəbul edildi


14 nəfər vətəndaşımız Almaniyadan ölkəyə geri qəbul edildi

“Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində 29 avqust tarixində 14 nəfər Azərbaycan Respublikası vətəndaşı Almaniya Federativ Respublikasından ölkəyə geri qəbul edilib.
Bu barədə Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.
Geri qəbul prosesi Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalar çərçivəsində həyata keçirilib.
Qeyd edilib ki, fəaliyyəti Dövlət Miqrasiya Xidməti tərəfindən əlaqələndirilən Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan Respublikası vətəndaşlarının yerli cəmiyyətə reinteqrasiyası və üzləşə biləcəkləri mümkün çətinliklərin həlli istiqamətində müvafiq tədbirlər həyata keçirir.
30-08-2023, 16:26
Yeni tədris ilində təhsil müəssisələri üzrə vahid məktəbli geyimi tətbiq ediləcək


Yeni tədris ilində təhsil müəssisələri üzrə vahid məktəbli geyimi tətbiq ediləcək

Məlum olduğu kimi, Nazirlər Kabinetinin qərarına əsasən, 2023-2024-cü tədris ilində ölkənin ümumi təhsil müəssisələri üzrə vahid məktəbli geyimi tətbiq ediləcək.
Yeni tədris ilinin başlanmasına sayılı günlər qalarkən valideynlərə bununla bağlı xəbərdarlıq mesajları gəlib.
Sözügedən xəbərdarlıq müəllimlər tərəfindən yaradılmış valideyn qruplarına göndərilib, eyni zamanda məktəblərin sosial şəbəkə hesablarında paylaşılıb.
Vahid məktəbli geyimi ilə bağlı xəbərdarlıqda aşağıdakı nüanslar əksini tapıb:
- Nazirlər Kabinetinin 17.03.2022-ci il tarixli 96 nömrəli qərarına əsasən, ölkənin ümumi təhsil müəssisələrində vahid məktəbli geyimi tətbiq edilir.
- Nazirlər Kabinetinin müvafiq qərarında göstərilən 4 nümunə geyim forması tekstil şirkətləri tərəfindən hazırlanır və satışı onlar tərəfindən təmin edilir.
- Ötən tədris ilində hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası valideynlərin də rəyini nəzərə alaraq 4 nümunədə geyim formasından birini seçib və bununla bağlı müvafiq qərar qəbul edib.
- Valideynlər övladlarının təhsil aldığı məktəb vasitəsilə məktəbli geyimi barədə ətraflı məlumatlandırılıb.
- Məktəbli formalarını əldə etmək üçün müəyyən olunmuş məntəqələr barədə ictimaiyyətə geniş informasiya verilib, satış məntəqələrinin ünvanları qeyd edilib.
- Paytaxt ərazisində məktəbli formalarını əldə etmək üçün 34 məntəqə mövcuddur.
- Valideynlər özlərinə yaxın olan və ya özlərinin məsləhət bildikləri məntəqədən övladları üçün müvafiq geyimi əldə edə bilərlər.
- Valideynlər öz istəklərinə uyğun olaraq məktəbli geyimini sifarişlə tikdirə də bilərlər.
- Hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası tərəfindən seçilən müvafiq geyim forması ən azı 3 tədris ili dəyişilməz qalacaq.
- Eyni görünüşə malik məktəbli forması şagirdlər arasında bərabərliyi təşviq edir.
- Vahid geyim forması şagirdlərə məsuliyyət hissi aşılayır və məktəbin özünəməxsus təhsil mühitinin formalaşmasında mühüm amillərdəndir.
30-08-2023, 16:18
Qırmızı Xaç azərbaycanlı itkinlərlə bağlı açıqlama verdi


Qırmızı Xaç azərbaycanlı itkinlərlə bağlı açıqlama verdi

Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyi 30 avqust Beynəlxalq İtkinlər Günü ilə bağlı açıqlama verib.
Nümayəndəliyin açıqlamasında deyilir:
“Münaqişə ilə bağlı Azərbaycanda hələ də 3800-dən çox itkin düşmüş insan var. Onların on minlərlə ailə üzvü isə doğmalarının taleyini bilməməyin ağrısı ilə yaşayır.
Fəaliyyət göstərdiyimiz illər ərzində itkin düşmüş şəxslərin ailə üzvlərindən təqribən 11000-ə yaxın bioloji istinad nümunəsi toplayaraq Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına təhvil vermişik.
Həmçinin, biz, ehtimal edilən məzarlıqlar haqqında məlumatları əlaqədar qurumlarla bölüşmüşük və 3 rayonda aparılmış ekshumasiya layihələrinə texniki tövsiyələrimizi verməklə və müxtəlif ləvazimatları ianə etməklə dəstək göstərmişik”.
30-08-2023, 16:03
Zaxarova: “Razılaşmalar var, onları icra etmək lazımdır”


Zaxarova: “Razılaşmalar var, onları icra etmək lazımdır”

“Əldə olunmuş razılaşmaları icra etmək lazımdır. Bu, elə zəmanət deməkdir”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O qeyd edib ki, əgər razılaşma olubsa, üstəlik imzalar atılıbsa, üstəlik yüksək səviyyədə bu imzalar atılıbsa, bunu reallaşdırmaq lazımdır:
"Üçüncü tərəfləri, artıq üçüncü deyil, beşinci, onuncu tərəfləri cəlb etməklə yeni konstruksiyalar fikirləşmək lazım deyil… Razılaşmalar var, onları icra etmək lazımdır. Bu elə zəmanət deməkdir”.
Rusiya XİN sözçüsü Ermənistan rəhbərliyinin əsas məsələ ilə bağlı mövqeyində ciddi dəyişikliyin olduğunu xatırladıb: “Ermənistan rəhbərliyinin əsas məsələ ilə bağlı mövqeyi kardinal şəkildə dəyişib".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2023    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!