Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
13-09-2023, 17:07
Ukraynada baş verən hadisələr Rusiyanın imkanlarını dəyişdi - Paşinyan


Ukraynada baş verən hadisələr Rusiyanın imkanlarını dəyişdi - Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-ın “Politico” qəzetinə müsahibəsində Rusiyanı kəskin tənqid edib.
Rusiyanın Ukraynadakı işğalçılıq siyasəti o deməkdir ki, Azərbaycanla açıq münaqişəyə qayıtmaq qorxusu artsa da, Ermənistan daha öz təhlükəsizliyinin təminatçısı kimi Moskvaya arxalana bilməz.
Paşinyan bildirib ki, Ukraynada baş verən hadisələr Rusiyanın imkanlarını dəyişdi.
"Bizim strategiyamız bu vəziyyətdə başqalarından asılılığımızı maksimum dərəcədə azaltmağa çalışmaq olmalıdır", - Ermənistanın baş naziri deyib.
“Biz müstəqil, suveren ölkəyə sahib olmaq istəyirik, lakin Qərblə Şərq, Şimal və Cənub arasında toqquşmaların mərkəzində qalmamaq üçün yollarımız olmalıdır”.
Paşinyanın sözlərinə görə, Rusiya sülhməramlıları Qarabağda üzərinə düşən öhdəliyi yerinə yetirmir. Bununla yanaşı o ardınca əlavə də edib: “Hərçənd deyə bilmərəm ki, Rusiya sülhməramlıları Dağlıq Qarabağda olmasaydı, indi vəziyyət daha yaxşı olardı”.
Baş nazir Azərbaycanla onilliklər davam edən münaqişədən sonra sülh sazişinin əldə edilməsi məqsədilə ABŞ, Avropa İttifaqı və Rusiyanın vasitəçiliyi ilə aparılan danışıqları dəstəklədiyini bir daha bəyan edib:
“Əgər biz davamlı, əbədi dövlətçiliyə sahib olmaq istəyiriksə, ilk növbədə qonşularımızla münasibətlərimizi nizama salmaq üçün çox ciddi addımlar atmalı və çox ciddi səylər göstərməliyik”.
13-09-2023, 16:43
Türkiyədə mədən çökdü


Türkiyədə mədən çökdü

Türkiyənin Zonquldak vilayətində mədən çöküb.
Bu barədə TRT kanalı məlumat yayıb.
Vilayətin valisi Osman Hacıbektaşoğlu Ereğli rayonunda baş verən çökmə nəticəsində 4 nəfərin zərər çəkdiyini, 1 nəfərin ağır yaralandığını, xilasetmə işlərinin davam etdiyini bildirib.
Çökmənin səbəbi məlum deyil. Mədəndə 280 nəfərin olduğu bildirilir.
13-09-2023, 15:57
Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən azad edildi


Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən azad edildi

Elxan Bahadur oğlu Hüseynov Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Prezidentin digər Sərəncamı ilə Rüfət Eyvaz oğlu Əzizov Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilib.
13-09-2023, 15:51
Prezident bu universitetlərə yeni rektor təyin etdi


Prezident bu universitetlərə yeni rektor təyin etdi

Yaqub Maksim oğlu Piriyev Bakı Mühəndislik Universitetinin rektoru təyin edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Digər bir sərəncamla Rüfət Eyvaz oğlu Əzizov isə Sumqayıt Dövlət Universitetinin rektoru təyin olunub.
13-09-2023, 15:42
Zakir Həsənov İranın Baş Qərargah rəisiylə telefon danışığı apardı


Zakir Həsənov İranın Baş Qərargah rəisiylə telefon danışığı apardı

Sentyabrın 13-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeri arasında telefon danışığı olub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Tərəflər regiondakı vəziyyət və təhlükəsizlik məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar.
General-leytenant M.H.Baqeri öz növbəsində bəzi qüvvələrin ölkələrimiz arasında mövcud olan dostluq və mehriban qonşuluq münasibətlərinə xələl gətirmək məqsədilə guya İranın Azərbaycanla sərhədə canlı qüvvə və hərbi texnika toplaması, müxtəlif təlimlər həyata keçirməsi ilə bağlı yaydıqları yalan məlumatların heç bir real əsası olmadığını vurğulayıb.
Telefon danışığı zamanı, həmçinin ölkələrimiz arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri də müzakirə olunub.
13-09-2023, 15:30
Sahibə Qafarova Macarıstanda işgüzar səfərdədir


Sahibə Qafarova Macarıstanda işgüzar səfərdədir

Milli Məclisin sədri Sahibə Qafarova V Budapeşt Demoqrafik Zirvə görüşündə iştirak etmək üçün Macarıstanın paytaxtı Budapeşt şəhərinə işgüzar səfərə gəlib.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Budapeşt Ferents List hava limanında Milli Məclisin sədrini Macarıstan Prezidentinin Milli Müdafiə Direktorluğunun rəhbəri İştvan Kun-Szabo, Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində spiker Sahibə Qafarovanın V Budapeşt Demoqrafik Zirvə tədbirində çıxışı nəzərdə tutulub.
13-09-2023, 15:15
Xaçaturyan Bakıdan ailə üzvlərinə məktub göndərdi


Xaçaturyan Bakıdan ailə üzvlərinə məktub göndərdi

Qarabağda Meşəli soyqırımına görə Laçın sərhəd-keçid məntəqəsində saxlanılan 68 yaşlı Vaqif Xaçaturyan Bakıdan ailə üzvlərinə məktub göndərib.
Bu barədə onun qızı Sovinar Xaçaturyan Ermənistan KİV-nə bildirib.
O deyib ki, atası ailə üzvlərinə salam göndərərək sağlamlığından şikayətçi olmadığını, səhər – axşam dərman qəbul etdiyini yazıb.
“Qırmızı Xaç Komitəsinin nümayəndələri ayda bir dəfə atama baş çəkirlər”, - S.Xaçaturyan bildirib.
Xatırladaq ki, Vaqif Xaçaturyan erməni hərbi birləşmələrinin tərkibində 1991-ci ilin 22 dekabr tarixində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törədib.
Qırğın zamanı 25 azərbaycanlı öldürülüb, 14 nəfər yaralanıb, 358 nəfər azərbaycanlı isə didərgin salınıb. Qeyd edilən kütləvi qırğın ilə əlaqədar aparılan cinayət işi üzrə Xaçaturyan Vaqif Çerkezoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilib.
Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
V.Xaçaturyan iyulun 29-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistana getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.
13-09-2023, 15:04
Azərbaycandan Fransaya tutarlı cavab


Azərbaycandan Fransaya tutarlı cavab

12 sentyabr tarixində keçirilmiş mətbuat konfransının sual-cavab sessiyasında Fransanın Avropa və Xarici İşlər Nazirliyinin mətbuat katibi Ann-Kler Lejandrın səsləndirdiyi, bölgədə sülh və sabitliyə xidmət etməyən, mövcud vəziyyətə dair yanlış təəssürat formalaşdıran və birtərəfli qaydada Ermənistanı müdafiə edən fikirlər qəbuledilməzdir.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Fransa XİN-in mətbuat katibinin səsləndirdiyi əsassız fikirlərinə dair şərhində bildirilib.
Qeyd olunub ki, Azərbaycan Respublikasının öz suveren ərazilərində təlim məqsədilə, habelə sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün qüvvələrini istənilən istiqamətə yönətmək hüququ vardır və bu addımlara müdaxilə qəbuledilməzdir.
Eyni zamanda, bu addımlar heç bir halda ölkəmizin mövcud sülh gündəliyinə sadiqliyini şübhə altına ata bilməz. Azərbaycanın sülh prosesinə sadiqliyi möhkəmdir və bu mövqe 2020-ci ilin noyabr ayından etibarən tərəfimizdən atılan ardıcıl addımlarla sübut edilib. Suverenliyimizi və ərazi bütövlüyümüzü qorumaq əzmimiz eyni dərəcədə möhkəm və qətiyyətlidir.
Xatırlatmaq istərdik ki, əslində bölgədə əsas təhdid mənbəyi Azərbaycan ərazilərindən hələ də çıxarılmayan və Ermənistan tərəfindən birbaşa dəstəklənən erməni silahlı qüvvələrinin mövcudluğudur.
Fransa tərəfinin bölgədə guya "blokada" və "humanitar böhran"a dair əsassız iddialarına gəldikdə isə, sözügedən fikirləri Ermənistanın ayrı-ayrı dövlətlər və beynəlxalq təşkilatlardan sui-istifadə etməklə Azərbaycana qarşı bütün dünyada apardığı qarayaxma kampaniyasının tərkib hissəsidir. Ermənistanın vəziyyəti beynəlxalq birliyə "humanitar" xarakterli məsələ kimi təqdim etməyə çalışması, əslində ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş bir siyasi manipulyasiya olması heç bir şübhə doğurmamalıdır.
Azərbaycan özünün Qarabağ bölgəsinə yüklərin Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə və Azərbaycanın qanunvericilik tələblərinə riayət etməklə daşınması üçün Laçın-Xankəndi və Ağdam-Xankəndi yollarından və digər mümkün yollardan istifadənin mümkün olduğunu bəyan edib. Bu istiqamətdə 15 iyul tarixində Brüssel görüşündən sonra, eləcə də avqust ayının əvvəlində əldə edilmiş razılıqlara və bu prosesin ABŞ və Avropa İttifaqı tərəfindən dəstəklənməsinə baxmayaraq, Ermənistan tərəfinin və onun yaratdığı qondarma rejim bu razılıqları kobud şəkildə pozduğu Fransa tərəfinə yaxşı məlumdur.
Fransa tərəfindən Azərbaycanın beynəlxalq hüquqla qorunan suverenliyi və ərazi bütövlüyünə qarşı yönələn, regionda kövrək normallaşma prosesini təhlükə altına alan bu kimi əsassız bəyanatlara son qoyulmasını tələb edirik.
13-09-2023, 14:53
Şərhlərimizi Ermənistan tərəfinə təqdim etmişik - Ayxan Hacızadə


Şərhlərimizi Ermənistan tərəfinə təqdim etmişik - Ayxan Hacızadə

“Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” saziş layihəsi ilə əlaqədar olaraq Azərbaycan tərəfi qısa müddət ərzində öz şərhlərini Ermənistan tərəfinə təqdim edib.
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistan rəsmilərinin sülh sazişi ətrafında əsassız bəyanatları ilə bağlı yerli mətbuatın sualına cavabında bildirib.
O qeyd edib ki, Ermənistan mətbuatının yaydığı bu məlumatlar həqiqəti əks etdirmir və Ermənistan tərəfinin növbəti manipulyasiyasıdır.
13-09-2023, 14:41
Rusiya nömrəli avtomobillərin Baltikyanı ölkələrə girişi qadağan olundu


Rusiya nömrəli avtomobillərin Baltikyanı ölkələrə girişi qadağan olundu

Baltikyanı ölkələr sərhədlərini Rusiya nömrəli avtomobillər üçün bağlayıb.
Bu barədə "Bild" məlumat yayıb.
Bildirilib ki, Estoniya, Latviya və Litva sərhədlərini Rusiyada qeydiyyatda olan avtomobillər üçün qapadıb.
"Aİ Komissiyasının göstərişinə əsasən, bu gün yerli vaxtla səhər saat 10:00-dan etibarən heç kim Rusiya nömrəli avtomobillə Estoniya sərhədini keçə bilməz", - Estoniya Daxili İşlər Nazirliyindən bildirilib.
Əvvəllər Latviya və Litva oxşar qaydaları tətbiq etməyə başlayıb. Rusiya dövlət nömrə nişanlı avtomobillər bu ölkələrlə sərhədi keçə bilməz, əks halda avtomobillər müsadirə oluna bilər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!