Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
5-09-2023, 20:54
Ərdoğan rusiyalı həmkarıyla görüşündən danışdı


Ərdoğan rusiyalı həmkarıyla görüşündən danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra mətbuata açıqlama verib.
O, rusiyalı həmkarı Vladimir Putinlə görüşündən danışıb.
Ərdoğan Putinlə Soçidə danışıqların çox məhsuldar keçdiyini bildirib.
O, görüşün “bütün dünyada yüksək qiymətləndirildiyini” deyib.
5-09-2023, 20:36
Xarici qeydiyyatı olan nəqliyyat vasitələri üçün yol vergisində dəyişiklik edildi


Xarici qeydiyyatı olan nəqliyyat vasitələri üçün yol vergisində dəyişiklik edildi

Azərbaycanda xarici qeydiyyatı olan nəqliyyat vasitələri üçün yol vergisinin hesablanmasında dəyişiklik edilib.
Bununla bağlı Baş nazir Əli Əsədov “Dövlət büdcəsinin gəlirlərinin, o cümlədən dövlət büdcəsinin qeyri-neft gəlirlərinin və dövlət büdcəsinin neft gəlirlərinin proqnozlaşdırılması Qaydası”na dəyişiklik edilməsi ilə bağlı qərar imzalayıb.
Qərara əsasən, yol vergisinin hesablamasında bunlar istifadə ediləcək:
- avtonəqliyyat vasitələrinin növü, mühərrikin həcmi və Azərbaycanın ərazisində qaldığı müddət;
- oturacaq yerlərinin sayı və Azərbaycan Respublikasının ərazisində qaldığı müddət;
- avtonəqliyyat vasitələrinin oxlarının sayı və Azərbaycan ərazisində qaldığı müddət;
- avtonəqliyyat vasitələrinin yüklə birlikdə ümumi çəkisi;
- Azərbaycan Respublikasının ərazisində qət edilən məsafə.
5-09-2023, 19:52
Yasamalda zəncirvari qəza: 7 maşın sıradan çıxdı


Yasamalda zəncirvari qəza: 7 maşın sıradan çıxdı

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə paytaxtın Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.
Qəza zamanı yeddi avtomobil toqquşub. Xəsarət alanlar barədə dəqiq məlumat yoxdur.
5-09-2023, 18:59
Şuşayla bağlı vacib qərar qəbul edildi


Şuşayla bağlı vacib qərar qəbul edildi

Nazirlər Kabineti “Tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması ilə bağlı hallar”ına dəyişiklik edib.
Dəyişiklik Şəhəri Dövlət Qoruğu İdarəsinin Şuşa şəhəri ərazisində tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması ilə əlaqədardır.
Beləliklə, tikintiyə icazənin qüvvədə olma müddəti sifarişçinin müraciəti əsasında Fövqəladə Hallar Nazirliyinin tikinti işlərinin dayandırılması ilə bağlı qərarı olduğu halda, həmin qərarın Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Şuşa şəhərinin ərazisində yerləşən abidələrə təhlükə yaradan işlərin məhdudlaşdırılması və ya dayandırılması ilə bağlı yazılı göstərişi olduğu halda, həmin göstərişin qüvvədə olduğu müddətə qeyd-şərtsiz olaraq uzadılır.
5-09-2023, 16:44
Afrika ölkələrindən biri təşkilatda daimi üzv statusu almalıdır - Quterreş


Afrika ölkələrindən biri təşkilatda daimi üzv statusu almalıdır - Quterreş

"BMT Təhlükəsizlik Şurasının islahatları nəticəsində Afrika ölkələrindən biri təşkilatda daimi üzv statusu almalıdır".
Bu təklifi Nayrobidə davam edən Afrika İqlim Sammitində BMT-nin baş katibi Antonio Quterreş səsləndirib.
"Bizim ümumilikdə inkişaf etməkdə olan ölkələri və xüsusilə Afrika ölkələrini dəstəkləyən arxitekturaya malik beynəlxalq maliyyə sisteminə ehtiyacımız var. Bununla yanaşı, Afrikanın nəhayət ən azı bir daimi yer alacağı BMT Təhlükəsizlik Şurasında islahatlara da ehtiyacımız var", - baş katib vurğulayıb.
Onun fikrincə, İkinci Dünya Müharibəsindən sonra, Afrikanın müstəmləkəçi dövlətlər tərəfindən idarə edildiyi zaman yaradılmış qlobal institutlar bu gün Afrika kontekstinə təsir edən ədalətsizliklər yaradır: “Qlobal qurumlar öz fəaliyyətlərini gücləndirməli, Afrika təmsilçiliyinə zəmanət verməli və Afrikanın ehtiyac və potensialına cavab verməlidirlər. Beynəlxalq maliyyə qurumlarından tutmuş, Afrikanın daimi yeri olmayan BMT Təhlükəsizlik Şurasına qədər”.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası 1945-ci ildə yaradılıb. Şuraya 15 ölkə daxildir, onlardan beşi daimi üzvlərdir (Rusiya, Böyük Britaniya, Çin, ABŞ və Fransa), digər 10-u isə qeyri-daimidir. 2022-ci ildən Afrika ölkələri Qabon, Qana və Keniya Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləridir. Lakin təkcə daimi üzvlərin veto hüququ var.
Antonio Quterreşin sözlərinə görə, BMT-nin əksər ölkələri bu təşkilatda islahatların aparılmasının zəruriliyini qəbul edir.
5-09-2023, 16:30
Böyük Çin səddini zədələyən şəxslər saxlanıldı


Böyük Çin səddini zədələyən şəxslər saxlanıldı

Böyük Çin səddini zədələyən iki nəfər saxlanılıb.
Bu barədə Çinin "China Daily" nəşri məlumat yayıb.
Bildirilir ki, kişi və qadın olmaqla iki nəfər ekskavatordan istifadə edərək Böyük Çin Səddinin bir hissəsində keçidi genişləndirmək istəyib.
Məlumata görə, genişlənmə Min sülaləsi (1368-1644) dövründə tikilmiş divarın bir hissəsinin təmir oluna bilməyəcək şəkildə dağıdılmasına səbəb olub.
Saxlanılan şəxslər divardakı keçidi genişləndirmək üçün ekskavatordan istifadə etdiklərini etiraf ediblər. Onlar mədəni irsi məhv etməkdə ittiham olunublar.
5-09-2023, 16:21
Səfərdə olan Slovakiya Milli Şurasının sədri Şəhidlər xiyabanını ziyarət etdi


Səfərdə olan Slovakiya Milli Şurasının sədri Şəhidlər xiyabanını ziyarət etdi

Azərbaycanda işgüzar səfərdə olan Slovakiya Milli Şurasının sədri Boris Kolların rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 5-də Şəhidlər xiyabanını ziyarət edib.
Boris Kolların rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.


5-09-2023, 16:09
Moskva humanitar yüklərin Ağdam marşrutuyla buraxılmasının tərəfdarıdır - Zaxarova


Moskva humanitar yüklərin Ağdam marşrutuyla buraxılmasının tərəfdarıdır - Zaxarova

“Moskva humanitar yüklərin Ağdam marşrutu ilə maneəsiz buraxılmasının tərəfdarıdır”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova gündəlik brifinq zamanı deyib.
Zaxarova Rusiyanın məsələni siyasiləşdirməyin əleyhinə olduğunu bildirib. O qeyd edib ki, Moskva üçtərəfli razılaşmalar çərçivəsində hərəkət edir.
Rusiya XİN sözçüsü, həmçinin Ermənistan parlamentinin spikeri Alen Simonyanın onun dediklərini absurd adlandırmasına da münasibət bildirib:
"Mənə elə gəlir ki, bu publik ritorika kobudluğa bənzəyir, Ermənistanın siyasi xadimlərinə yaraşmır. Əgər onlar ekspertlər səviyyəsində, siyasi səviyyədə danışmaq istəyirlərsə, bizim Ermənistanla bütün istiqamətlər üzrə yaxşı kanallarımız var".
5-09-2023, 15:52
Laçın yolu Ermənistanın iddia etdiyi kimi humanitar deyil - XİN Başçısı


Laçın yolu Ermənistanın iddia etdiyi kimi humanitar deyil - XİN Başçısı

Laçın yolu ətrafında hazırkı vəziyyətin heç də Ermənistanın iddia etdiyi kimi humanitar deyil, əksinə siyasi xarakter daşıyır.
Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Macarıstana rəsmi səfəri çərçivəsində Macarıstan Milli Assambleyasının sədri Laslo Kövera məlumat verib.
Görüşdə Azərbaycanın Qarabağ bölgəsində məskunlaşmış erməni sakinlərin cəmiyyətimizə reinteqrasiya prosesinin tərkib hissəsi kimi onların tələbatlarının ödənməsi üçün “Ağdam-Xankəndi” yolunun açılmasının və buna paralel olaraq Laçın yolundan istifadənin intensivləşməsi təklifinin rədd olunduğu qeyd edilib. Azərbaycan tərəfinin bu təkliflərinin rədd olunmasının, Laçın yolu ətrafında hazırkı vəziyyətin heç də Ermənistanın iddia etdiyi kimi humanitar deyil, əksinə siyasi xarakter daşıdığını göstərdiyi bildirilib.
5-09-2023, 15:44
“TikTok”da “falçılıq” adı altında vətəndaşları aldadan şəxs saxlanıldı


“TikTok”da “falçılıq” adı altında vətəndaşları aldadan şəxs saxlanıldı

“TikTok”da “falçılıq”, “baxıcılıq” adı altında vətəndaşları aldadan şəxs saxlanılıb.
Bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.
“TikTok” sosial şəbəkəsində vətəndaşların pul vəsaitlərinin “falçılıq”, “baxıcılıq”, “taleyin dəyişidirilməsi” və digər adlar altında yerləşdirilən şirnikləndirici elanlarla aldanılması barədə polisə çoxsaylı müraciətlər daxil olub. Qeyd edilən qanunsuz hallar nəzərə alınaraq bu tipli talama əməllərində şübhəli bilinən şəxs - 1985-ci il təvəllüdlü Fuad Məmmədov Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Araşdırmalarla həmin şəxsin sosial şəbəkələrdə özünü “falçı” və “baxıcı” kimi təqdim edərək vətəndaşların müxtəlif məbləğlərdə pul vəsaitlərini onlayn köçürmə formasında ələ keçirdiyi müəyyən edilib. F.Məmmədov məsuliyyətdən yayınmaq üçün pulunu ələ keçirdiyi şəxslərin hesablarını sonradan bloklayıb.
Qeyd olunan faktlarla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. F.Məmmədovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa polisə müraciət edə bilərlər.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!