ODLAR ÖLKƏSİYƏM .....                        Çiçək ananın çiçək açmayan arzuları .....                        AŞIQ HÜSEYN CAVANIN MILLI HÖKUMƏT DÖVRÜ YARADICILIĞI .....                        Münasibətlər dəyişərsə nə baş verə bilər? .....                        Azərbaycan Avropa Şurasına üzvlük haqqı ödəməyi dayandırıb? .....                        Azərbaycan Avropa Şurasına üzvlük haqqı ödəməyi dayandırıb? .....                        Türkiyədə meşə yanır - Helikopter və təyyarələr cəlb olundu .....                        HƏMAS-ın yeni lideri öldürülüb? - İsrail ordusu araşdırır .....                        Sabiq deputat Paşinyana qarşı “intihar dəstələri” yaratmağa çağırdı .....                       
3-09-2023, 12:48
Azərbaycan Pekində keçirilən sərgidə iştirak edir


Azərbaycan Pekində keçirilən sərgidə iştirak edir

Azərbaycan Pekində keçirilən sərgidə vahid ölkə stendi ilə iştirak edir.
Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkədəki hesabında yazıb.
"Çin Beynəlxalq Xidmətlər Ticarəti Sərgisində (China International Fair for Trade in Services-CIFTIS) “Invest in Azerbaijan” vahid ölkə stendimizi ziyarət etdik. Ölkəmizin əlverişli iqtisadi mühiti, işğaldan azad edilmiş ərazilərimizə investisiya qoyuluşu üçün yaradılmış imkanlar və həyata keçirilən layihələr sərgi iştirakçıları tərəfindən maraqla qarşılanır", - nazir qeyd edib.
3-09-2023, 12:13
Çingiz Abdullayev: “Yazıçı kitab nəşrinə pul verməməlidir, o qonorar almalıdır"


Çingiz Abdullayev: “Yazıçı kitab nəşrinə pul verməməlidir, o qonorar almalıdır"

"Yazıçı kitab nəşrinə pul verməməlidir, o qonorar almalıdır".
Bunu Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev "Azərbaycan Dili və Ədəbiyyatı Forumu"nda çıxışı zamanı deyib.
Yazıçının sözlərinə görə, Azərbaycanda yazıçı kitab yazır və özü çap etməyə pul axtarır: "Dünyanın heç bir yerində belə hal yoxdur. Yazıçı pul tapır və nəşriyyat deyir ki, sənə bunu çap etmişəm və özün satmalısan. Bu, düzgün deyil. Bizim ölkədə də bu sahə ilə bağlı fond olmalıdır. Nəticədə yazıçı kitaba pul verməməli, qonorar almalıdır".
3-09-2023, 12:00
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-24° isti, gündüz 28-32° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-50 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Səhər tədricən kəsiləcək, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 19-24° isti, gündüz 28-33° isti, dağlarda gecə 10-15° isti, gündüz 15-20° isti olacaq.
Sabah Abşeron çimərliklərində mülayim cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25° isti, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti olacaq.
3-09-2023, 11:23
Ermənilər Azərbaycanla sərhəddən uzaq ərazidə qəsdən yanğınlar törədir


Ermənilər Azərbaycanla sərhəddən uzaq ərazidə qəsdən yanğınlar törədir

Ermənistan növbəti avantüraya əl ataraq Azərbaycanla sərhəddən uzaq ərazidə qəsdən yanğınlar törədib.
Ermənilər bunu guya Azərbaycan tərəfinin dron hücumu ilə bağlayır.
Qarşı tərəfin uydurma bəyanatına görə, yüzlərlə hektar ərazi yanğına məruz qalıb və hətta bu hücum nəticəsində Ermənistan ordusunun bir polkovniki də həlak olub.
3-09-2023, 10:28
Sabiq prezidentin ailəsinə ağır itki


Sabiq prezidentin ailəsinə ağır itki

Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin qardaşı oğlu vəfat edib.
1975-ci il təvəllüdlü Ayturan Alimurad oğlu Əliyev uzun sürən ağır xəstəlikdən sonra bu gün dünyasını dəyişib.
Məlumatı mərhumun qardaşı Hürrü Əliyev də təsdiq edib. O bildirib ki, Ayturan Əliyev ağ ciyər xərçəngindən əziyyət çəkib.
3-09-2023, 10:16
Güclü yağış Oğuzda fəsadlar törətdi


Güclü yağış Oğuzda fəsadlar törətdi

Güclü yağış Oğuz rayonunda fəsadlar törədib.
Dünən axşam yağan güclü yağış nəticəsində Qarasu çayında suyun səviyyəsi artıb, nəticədə sel suları Xalxal kəndinə ziyan vurub.
Məktəbə gedən körpünün bir hissəsi çöküb, bir neçə ailənin həyətinə və tövləsinə su dolub. Asfalt yolunun kənarlarını su yuyub, bir neçə elektrik dirəyi sıradan çıxıb.
Hazırda aidiyyəti qurumların nümayəndələri ərazidə iş aparırlar.
3-09-2023, 09:53
Rusiya özü atdığı və ya atmadığı addımlara görə bölgəni tərk edir - Paşinyan


Rusiya özü atdığı və ya atmadığı addımlara görə bölgəni tərk edir - Paşinyan

Moskva Qərb dövlətlərini İrəvanı “Rusiyanı regiondan sıxışdırmağa yönəlmiş tədbirlər görməyə” sövq etməkdə ittiham edir.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyanın İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində deyib.
O, bunun doğru olmadığını bildirib.
"Əksinə, görürük ki, Rusiyanın özü atdığı və ya atmadığı addımlara görə bölgəni tərk edir. Bu hansı səbəbdən baş verir? Bilmirik. Bu məsələdə öz müşahidələrimiz ola bilər, amma Mən iddia edə bilmərəm”, - deyə Paşinyan qeyd edib.
Paşinyan həmçinin Ermənistanın təhlükəsizlik sahəsində Rusiyadan tam asılı olmasını strateji səhv adlandırıb.
2-09-2023, 17:00
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin rəhbəri Bakıya gəldi


ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin rəhbəri Bakıya gəldi

ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Pauer Azərbaycana gəlib.
Bu barədə USAID-in Bakı ofisi məlumat yayıb.
Səfər zamanı rəsmi görüşlərin keçirilməsi, eləcə də Qarabağ bölgəsindəki vəziyyətin müzakirəsi gözlənilir.
Qeyd edək ki, bundan əvvəl Samanta Pauer Ermənistanda səfərdə olub.
2-09-2023, 16:59
Nəsimi rayonunda intihar - Məktəbli qız özünü binadan atdı


Nəsimi rayonunda intihar - Məktəbli qız özünü binadan atdı

Bakıda intihar hadisəsi baş verib.
Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
Məlumata görə, hadisə Nəsimi rayonu, Abbas Səhhət küçəsi 69 ünvanında qeydə alınıb.
Şəxsiyyəti məlum olmayan məktəbli qız yaşayış binasından özünü atıb.
Hadisənin digər təfərrüatları hələlik məlum deyil.
2-09-2023, 16:43
Qəzada 3 Türkiyə vətəndaşı dünyasını dəyişdi


Qəzada 3 Türkiyə vətəndaşı dünyasını dəyişdi

Gürcüstanın qərbində minik avtomobili ilə yük maşını toqquşub. Nəticədə 3 Türkiyə vətəndaşı həlak olub.
Bu barədə Gürcüstan KİV-i məlumat yayıb.
Bildirilib ki, hadisə ölkənin Kobuleti bölgəsində qeydə alınıb.
Hadisə yerinə polis və təcili yardım maşınları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!