Yandırılmış Kitablar üçün Mərsiyə .....                        Bu yolda sürət həddi endirildi .....                        Fidan alman həmkarı ilə görüşdü .....                        Prezident Şahbaz Şərifə təşəkkür etdi .....                        Baydenin Ukrayna üçün son hərbi yardımı .....                        İlham Əliyev Pezeşkian və Sisiyə məktub yazdı .....                        Bakı metrosunun yeni sədri kimdir? .....                        Qazaxda traktor aşdı - Ölən var .....                        Makronun sözləri müxalifəti qəzəbləndirdi .....                       
16-11-2023, 23:08
Millimiz İsveç üzərində qələbə qazandı


Millimiz İsveç üzərində qələbə qazandı

Futbol üzrə Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində yeddinci oyununu keçirib.
Canni De Byazinin baş məşqçisi olduğu kollektiv Bakıda İsveçi qəbul edib.
Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşma Azərbaycan millisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Kapitan Emin Mahmudov 3-cü və 89-cu dəqiqələrdə qol vuraraq dubl edib. Renat Dadaşov isə 6-cı dəqiqədə rəqibin qapısına yol tapıb.
Meydan sahibləri bu oyunda qazandığı qələbədən sonra 7 xalla dördüncü, qonaq komanda isə 7 xalla üçüncü yerdə qalıb.
Qeyd edək ki, Azərbaycan yığması noyabrın 19-da “Kral Boduin” stadionunda Belçika kollektivi ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
16-11-2023, 22:12
Azərbaycan UNESCO-nun Beynəlxalq Əlaqələndirmə Şurasına üzv seçildi


Azərbaycan UNESCO-nun Beynəlxalq Əlaqələndirmə Şurasına üzv seçildi

Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyi sosial şəbəkədə məlumat yayıb.
“Təbrik edirik, Azərbaycan 110 səslə UNESCO-nun İnsan və Biosfer Proqramının (MAB) Beynəlxalq Əlaqələndirmə Şurasına 2023-2027-ci illər üçün üzv seçilib”, – nümayəndəlik diqqətə çatdırıb.
16-11-2023, 20:46
Baş nazir icbari sığortayla bağlı qərar imzaladı


Baş nazir icbari sığortayla bağlı qərar imzaladı

Nazirlər Kabinetinin 2023-cü il 20 fevral tarixli 56 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişikliklər edilib.
Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Dəyişikliyə əsasən, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə əsasən EHİS vasitəsilə müvafiq dövlət orqanlarından (qurumlarından) bu Qaydaya uyğun olaraq tələb olunan sənədləri və ya məlumatları əldə etmək mümkün olduqda, həmin sənədlərin və ya məlumatların təqdim edilməsi müraciət edən şəxsdən tələb olunmur. Belə sənədlərin və ya məlumatların EHİS vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edən şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanlarından (qurumlarından) tələb olunur və ya müraciət edən şəxs tərəfindən təmin edilir.
16-11-2023, 20:16
Ermənistandan Rusiyanı qəzəbləndirən addım


Ermənistandan Rusiyanı qəzəbləndirən addım

Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi ölkə məktəblərinə rus dilində dərsliklərin verilməsi prosesini dayandırıb.
Bunu Rusiya Federasiya Şurasının vitse-spikeri Yuri Vorobyov deyib.
O bildirib ki, noyabrın 11-də Ermənistana Rusiyadan 50 min dərslik gətirilib, ölkənin Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi tədris materiallarının sınaqdan keçirilməsini dayandırıb. Federasiya Şurasının vitse-spikeri bu qərarı qəribə adlandırıb. Onun sözlərinə görə, Ermənistan tərəfində humanitar missiyaya cavabdeh olan şəxslər özləri lazımi dərsliklərin konkret siyahısını göndəriblər.
“Təəssüf ki, bu cür siyasi intriqalardan ilk olaraq qardaş erməni xalqının sadə oğlan və qızları əziyyət çəkir. Bişkekdəki nümayəndə heyətimiz Ermənistan parlamentinin vitse-spikeri qarşısında bu məsələni qaldırıb. Ümid edirik ki, bütün maneələr yaxın gələcəkdə aradan qaldırılacaq”, - Yuri Vorobyov "Teleqram" kanalında yazıb.
Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyindən isə bildirilib ki, tədris vəsaitləri ekspertizaya təqdim edilib və bu, Ermənistan Respublikasının “Təhsil haqqında” qanununun tələbidir. Qeyd edilib ki, yaxın vaxtlarda Rusiya tərəfindən göndərilən və Ermənistanda fəaliyyət göstərən rusdilli siniflər üçün nəzərdə tutulan dərsliklər müəyyən olunmuş qaydada ekspertizadan keçirilərək məktəblərə təhvil veriləcək.
16-11-2023, 19:23
Əli Əsədov qazilərlə bağlı vacib qərarı imzaladı


Əli Əsədov qazilərlə bağlı vacib qərarı imzaladı

Nazirlər Kabinetinin 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2022-ci il 2 avqust tarixli 271 nömrəli qərarında dəyişiklik edilb.
Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Dəyişikliyə əsasən, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə əsasən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanlarından (qurumlarından) bu Qaydanın 2.6-2.8-ci bəndlərində qeyd olunan sənədləri və ya məlumatları əldə etmək mümkün olduqda, həmin sənədlərin və ya məlumatların təqdim edilməsi müraciət edən şəxsdən tələb olunmur. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edən şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanlarından (qurumlarından) tələb olunur və ya müraciət edən şəxs tərəfindən təmin edilir.
16-11-2023, 18:54
Ceyhun Bayramov Malaİyanın yeni təyin olunmuş səfirini qəbul etdi


Ceyhun Bayramov Malaİyanın yeni təyin olunmuş səfirini qəbul etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Malayziyanın Azərbaycanda yeni təyin edilmiş səfiri Ahmad Kamrizamil Bin Mohd Rzanı qəbul edib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, səfir Ahmad Kamrizamil Bin Mohd Rza ilk növbədə, etimadnaməsinin surətini C.Bayramova təqdim edib.
C.Bayramov səfir Ahmad Kamrizamil Bin Mohd Rzanı təyinatı münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə Azərbaycan və Malayziya arasında əməkdaşlıq məsələləri, ikitərəfli əlaqələrin, o cümlədən turizm və təhsil sahəsində birgə səylərin inkişaf etdirilməsi perspektivləri, habelə cari regional vəziyyət müzakirə olunub.
Nazir ərazilərimizin 30 ilə yaxın müddətdə işğalı, post-münaqişə dövründə normallaşma prosesi barədə qarşı tərəfi məlumatlandırıb.
Səfir Ahmad Kamrizamil Bin Mohd Rza səmimi qəbula görə təşəkkür edib, fəaliyyəti müddətində Azərbaycan və Malayziya arasında münasibətlərin daha da inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
16-11-2023, 18:35
ABŞ Senatı Azərbaycan əleyhinə sənədi qəbul etdi


ABŞ Senatı Azərbaycan əleyhinə sənədi qəbul etdi

ABŞ Senatı Azərbaycana hərbi yardımları qadağan edən sənədi qəbul edib.
Sənəd “2023-cü il Ermənistan Müdafiə Aktı” adlandırılıb.
Akt “Azadlığa Dəstək Aktı”nın 907-ci düzəlişin dayandırılmsından imtinanı və Azərbaycana hərbi yardımı qadağan etməyi nəzərdə tutur.
1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək" Aktına qəbul edilən 907-ci düzəliş Azərbaycana Amerikanın birbaşa dövlət yardımını qadağan edir. 2001-ci il 11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədilə ABŞ Konqresi Prezidentə düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyəti verib. O vaxtdan bəri ABŞ prezident administrasiyaları bu hüquqdan müntəzəm olaraq istifadə edirlər. Sonuncu dəfə Dövlət Departamenti 21 iyun 2022-ci ildə düzəlişi dayandırmaq barədə qərar qəbul edib.
Dünən dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O-Brayn bildirib ki, ABŞ Azərbaycana birbaşa yardımları qadağan edən 907-ci düzəlişi dayandırmayacaq.
"Biz vəziyyətlə bağlı real inkişaf görənədək (ABŞ-nin Azərbaycana birbaşa yardımlarını qadağan edən) 907-ci düzəlişdən imtinanın (müddətinin uzadılmasının) təqdim edilməsini gözləmirik”, - diplomat qeyd edib. Rəsmi Bakı ABŞ-ın bu qərarını pisləyib.
16-11-2023, 18:11
Ermənistan sülh sazişini imzalamaq əvəzinə, çirkin kampaniya aparır - Spiker


Ermənistan sülh sazişini imzalamaq əvəzinə, çirkin kampaniya aparır - Spiker

Ermənistan Azərbaycanın təklif etdiyi sülh sazişini imzalamaq əvəzinə, ölkəmizə qarşı beynəlxalq platformalarda çirkin kampaniya aparır, uydurma ittihamlarla beynəlxalq ictimaiyyəti yanıltmağa çalışır.
Bu barədə Milli Məclisin sədri Sahibə Qafarova Bişkekdə Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşdə deyib.
Görüşdə spiker S.Qafarova regionda mövcud olan vəziyyət barədə geniş məlumat verib. O, 2020-ci ildə Azərbaycanın öz ərazilərini işğaldan azad etdikdən sonra Ermənistana suverenlik və ərazi bütövlüyünə hörmət əsasında münasibətlərin normallaşdırılmasını, sülh müqaviləsi imzalanmasını təklif etdiyini xatırladaraq, əlavə edib ki, Ermənistan bu müqaviləni imzalamaqdan boyun qaçırmaq üçün bütün vasitələrə əl atıb, Üçtərəfli Bəyanat ilə üzərinə düşən öhdəlikləri yerinə yetirməyib, siyasi və hərbi təxribatlar törədib, Azərbaycan ərazilərinin minalanmasını davam etdirib, ərazilərimizdəki qanunsuz rejimi dəstəkləməyə davam edib.
Spiker diqqətə çatdırıb ki, bütün bu təxribatlara cavab olaraq, Azərbaycan bu ilin sentyabr ayında 24 saatdan az davam edən lokal antiterror tədbirləri həyata keçirib və ölkəmiz nəticədə öz suverenliyini bərpa edib. Antiterror tədbirləri zamanı yalnız qanunsuz hərbi birləşmələr və hərbi infrastruktur hədəf olub və mülki əhali və obyektlərə heç bir zərər dəyməyib. Regiona səfər edən BMT-nin iki missiyası da bu faktı təsdiq edib.
Milli Məclisin sədri diqqətə çatdırıb ki, Azərbaycan regionda daimi sülh və təhlükəsizliyin təmin olunmasını istəyir və sülh müqaviləsinin imzalanması regionda davamlı sabitlik və təhlükəsizliyin yaranmasına gətirib çıxaracaq.
Spiker bəzi dövlətlərin Ermənistanın yalanlarına istinad edərək, Azərbaycana qarşı bu yalan kampaniyasına qoşulmasından təəssüfünü ifadə edib, bunun yolverilməz olduğunu bildirib.
16-11-2023, 17:48
Zabuxa yeni köçürülən ailələrə mənzillərinin açarları təqdim olundu


Zabuxa yeni köçürülən ailələrə mənzillərinin açarları təqdim olundu

Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçın rayonunun Zabux kəndinə yola salınan növbəti köç karvanı ünvana çatıb. Yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.
Mərasimdə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikası Prezidentinin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəliyinin, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun rəsmiləri iştirak ediblər.
Ailələrə noyabrın 7-də Dövlət Komitəsində keçirilən püşkatma zamanı müəyyənləşdirdikləri mənzillərin açarları təqdim olunub.
Zabuxlular hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailəlırinə səbir diləyiblər.
Köçürülən ailələr Zabux kəndində yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bu mərhələdə Zabux kəndinə 25 ailə - 94 nəfər köçürülüb. Bununla da Zabux kəndində 46 ailənin, yəni 188 nəfərin daimi məskunlaşması təmin edilib.




16-11-2023, 16:50
Ermənistan və Azərbaycan arasında daimi sülh üçün yeni imkanlar açılır


Ermənistan və Azərbaycan arasında daimi sülh üçün yeni imkanlar açılır

Türkiyənin müdafiə naziri Yaşar Gülər ​​Müdafiə Nazirliyinin 2024-cü il büdcəsinin müzakirəsi zamanı Ermənistan-Azərbaycan münasibətlərinə də toxunub.
Yaşar Gülər deyib:
“Ermənistan və Azərbaycan arasında daimi sülhün bərqərar olması üçün yeni imkanlar açılır. Ümid edirik ki, Ermənistan bu fürsəti dəyərləndirəcək”, - nazir qeyd edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!