Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
29-11-2023, 20:00
Mingəçevirdə zəlzələ oldu


Mingəçevirdə zəlzələ oldu

Azərbaycanın Mingəçevir şəhərində zəlzələ olub.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, yeraltı təkanlar Gəncə, Yevlax, Goranboy ərazilərində 4-3 bala qədər hiss olunub.
29-11-2023, 18:57
Qəpiklərə 10-500 AZN arası alanlar kimlərdir


Qəpiklərə 10-500 AZN arası alanlar kimlərdir

Son zamanlar sosial şəbəkədə üzərində milli atributumuz əks olan 5, 10, 20 və 50 qəpiklər dəyərindən qat-qat baha qiymətə satışa çıxarılır.
Üzərində gerb olan bu qəpiklərə 10 - 500 AZN arasında qiymət qoyulub.
Qəpikləri təsadüfən əldə edən və internetdə satış olduğunu görən sakinlər də bu "trend"ə qoşulurlar.
Əslində bu praktika dünyanın bir çox ölkəsində baş verir və insanların aldadılmasına hesablanıb. Satışa çıxarılan qəpiklərin digərlərindən heç bir fərqi yoxdur və onu alanlarlar əlavə üstünlük qazanmırlar.

29-11-2023, 18:43
Rusiya bu təşkilatın komitəsinə seçilə bilmədi


Rusiya bu təşkilatın komitəsinə seçilə bilmədi

Rusiya Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının (KSQT) icraiyyə komitəsinə seçilə bilməyib.
Bu barədə qurum X hesabında məlumat yayıb.
TASS bildirir ki, səsvermənin nəticələrinə əsasən, Rusiya tələb olunan minimum 66 səsdən 65 səs toplayıb. Gələn il üçün şuraya 21 ölkə seçilib.
Şərqi Avropa Qrupundan Polşa, Litva və Ukrayna, Afrika ölkələrindən Qana, Əlcəzair, Nigeriya və Cənubi Afrika, Asiya qrupundan Banqladeş, Pakistan, Malayziya və İran Latın Amerikası və Karib hövzəsindən Qvatemala, El Salvador, Çili və Ekvador, Qərbi Avropa qrupunda Belçika, Yunanıstan, Danimarka, Yeni Zelandiya və İspaniya seçilib.
Qeyd edək ki, noyabrın 27-dən dekabrın 1-dək Haaqada KSQT iştirakçısı olan Dövlətlərin Konfransının 28-ci sessiyası keçirilir.
29-11-2023, 18:05
Dövlətə xəyanətdə ittiham olunan Hacı Əli Behiştinin məhkəməsi başladı


Dövlətə xəyanətdə ittiham olunan Hacı Əli Behiştinin məhkəməsi başladı

Dövlətə xəyanətdə ittiham olunan Hacı Əli Behiştinin (Əliyev) cinayət işi üzrə məhkəmə baxışı başlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən iclasda ittiham aktı elan olunub.İttihama görə, təqsirləndirilən şəxs 2007-ci ildə qəsdən və tamah məqsədilə İranın Qum şəhərində həmin ölkənin xüsusi xidmət orqanı olan SEPAH-a bağlı olan Əkbər adlı şəxslə əməkdaşlığa başlayıb. Hacı Əliyev orada olarkən Behişti təxəllüsünü götürüb.
O, 2007-2014-cü illərdə Bakının Binə, Maştağa və Nardaran ərazilərində olan məscidlərə gedib, orada İrana yaxınlığı ilə seçilən şəxslər barədə məlumatlar toplayıb.
Təqsirləndirilən şəxs bu məlumatlar qarşılığında 2007-ci ildə 3 min, 2008-ci ildə 3 min, 2009-cu ildə 3 min, 2010-cu ildə 2 min, 2011-ci ildə 2 min, 2012-ci ildə 1500 və 2013-cü ildə 1000 dollar alıb.
Hacı Əliyev özünü təqsirli bilmədiyini deyib.
Daha sonra şahid qismində Rasim Niftullayev ifadə verib. O, təqsirləndirilən şəxslə Qum şəhərində tanış olduğunu deyib: "10 il Qumda dini təhsil almışam. Hacı Əli Əliyevlə orada tanış olmuşam. Orada oxuyan hər kəsə təxəllüs verilirdi. Bu, orada soyad kimi istifadə edilirdi. Azərbaycanca gələndən sonra da Hacı ilə əlaqəmiz qalıb. O, bizə gəlirdi və ya mən gedirdim onlara. Telefonla danışırdıq. Danışıqlarımız əsasən, dini məsələlər üzərində olurdu. Məsələn, Ramazanda Ayın görünüb-görünməməsi barədə söhbətlərimiz olurdu. Hacı da, mən də camaat içində ruhani kimi tanınırıq".
Təqsirləndirilən şəxs Hacı Əli Əliyev məhkəməyə Azərbaycan Ruhanilər Məclisi adında icmalarının olduğunu, orada gündəlik məsələlər və dini söhbətlər etdiklərini deyib.
Digər şahid Yaşar Əliyev təqsirləndirilən şəxsi uzun müddətdir tanıdığını bildirib: "İran İslam Respublikasının Qum şəhərində dini təhsil alarkən tanış olmuşuq. Azərbaycanda İslam Universitetini bitirəndən sonra İrana təhsil üçün getmişəm. Yaş fərqimiz çox olduğu üçün təhsil aldığımız zaman kənarda görüşürdük. Təhsilimi bitirib gələndən sonra da əlaqəmiz qalmışdı. Azərbaycan Ruhanilər Məclisinin üzvüyəm. Bu məclisin İran İslam Respublikası tərəfindən qurulduğu barədə deyilir. Bu məclisi biz özümüz qurmuşuq. Gündəlik məsələlər barədə söhbətlər aparırdıq".
Məhkəmə prosesi dekabrın 7-də davam etdiriləcək.
Qeyd edək ki, bu il aprelin 6-da həyata keçirilən əməliyyatlar zamanı Binə qəsəbə sakini Hacı Əli Behişti (Əliyev) saxlanılıb.
Hacı Əli Behişti Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.
29-11-2023, 17:59
Bakı-Sumqayıt yoluna avtobus zolağı çəkilir - AYNA-dan açıqlama


Bakı-Sumqayıt yoluna avtobus zolağı çəkilir - AYNA-dan açıqlama

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakı-Sumqayıt yolunda avtobus zolağı çəkir.
Bu barədə AYNA-dan bildirilib.
Məlumata görə, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqlarının təşkili ilə bağlı tədbirlər davam etdirilir. Sumqayıt şəhərindən Bakı şəhəri istiqamətində təşkil edilmiş avtobus zolağının effektivliyi nəzərə alınaraq, eyni zamanda görülən işlərin davamı olaraq əks istiqamətdə də xüsusi hərəkət zolağının təşkili həyata keçirilir.
Həmin yol sahəsində avtobus zolağının tələbinə uyğun nişanlanma xətləri çəkilir və müvafiq yol nişanları quraşdırılır.
29-11-2023, 17:42
Rusiya ilə NATO arasında silahlı münaqişə baş verə bilər - XİN müavini


Rusiya ilə NATO arasında silahlı münaqişə baş verə bilər - XİN müavini

“Rusiya ilə NATO arasında silahlı münaqişə istisna edilmir, lakin onun başlayıb-başlamaması Şimali Atlantika Alyansının hərəkətlərindən asılıdır”.
Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov “İzvestiya”ya müsahibəsində bildirib.
“Eyni zamanda, Moskva bütün mümkün vasitələrlə öz milli maraqlarını müdafiə etməyə hazırdır”, - deyə Ryabkov əlavə edib.
Onun sözlərinə görə, Rusiya ilə NATO arasındakı münasibətlərin yaxın gələcəkdə bərpa olunma ehtimalı yoxdur:
“Güman etmirəm ki, yaxın gələcəkdə Rusiya ilə NATO arasında münasibətlər bu və ya digər formada bərpa olunacaq. Bu həm prinsipiallıq, həm də praktiklik baxımından istisna edilir. Əgər Qərbdə kimsə düşünürsə ki, bu əlaqələr Moskvaya lazımdır və nə vaxtsa gedib onların bərpasını xahiş edəcəyik, bu, böyük səhvdir”.
Ryabkov dünən ABŞ-ı ittiham edərək bildirmişdi ki, Vaşinqton Rusiya daxilində iğtişaşlar təşkil etməklə hakimiyyəti dəyişmək istəyir.
29-11-2023, 17:35
Metroda dünyasını dəyişən şəxs müğəninin atasıymış


Metroda dünyasını dəyişən şəxs müğəninin atasıymış

Metronun "Nərimanov" stansiyasında dünyasını dəyişən şəxs müğənni Çinarə Məlikzadənin atası imiş.
Bu barədə aparıcı Hacı Nuran Hüseynov özünün "facebook" hesabında məlumat paylaşıb.
O sosial şəbəkə hesabında Çinarə ilə fotosunu paylaşaraq atasının vəfatına görə ona başsağlığı verib.
29-11-2023, 17:31
Türkiyə prezidenti Bahçeli ilə görüşdü


Türkiyə prezidenti Bahçeli ilə görüşdü

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) "Cümhur İttifaqı"ndakı siyasi müttəfiqi olan Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli ilə görüşüb.
Bu barədə Türkiyə Cümhuriyyətinin Prezident Administrasiyası məlumat yayıb.
Qəbul Prezident İqamətgahında baş tutub.
Qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
29-11-2023, 17:14
Növbəti köç karvanı Laçın şəhərinə çatdı


Növbəti köç karvanı Laçın şəhərinə çatdı

Noyabrın 29-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Laçın şəhərinə çatıb. Yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.
Mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin rəsmiləri iştirak ediblər.
Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bu mərhələdə Laçın şəhərinə daha 17 ailə - 63 nəfər köçürülüb.
Bununla da Laçın şəhərində 363 ailə, 1389 nəfərin daimi məskunlaşması təmin edilib.




29-11-2023, 17:07
Paşinyan Qarabağ erməniləri ilə ayrıca idarənin yaradılmasından imtina etdi


Paşinyan Qarabağ erməniləri ilə ayrıca idarənin yaradılmasından imtina etdi

Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə Qarabağ erməniləri ilə iş üzrə ayrıca idarənin yaradılmasından imtina edib.
Bunu özünü buraxmış qondarma rejimin keçmiş "TŞ katibi" və sabiq "müdafiə naziri" olmuş Samvel Babayan jurnalistlərə müsahibəsində deyib.
Babayanın sözlərinə görə, Paşinyanın bu qərarının və imtinanın səbəbləri ona məlum deyil. O əlavə edib ki, Ermənistan baş naziri ilə bu məsələ ilə əlaqədar olaraq şəxsən əlaqə saxlamayıb.
Xatırladaq ki, Babayan bu gün Ermənistan parlamentinin 44 günlük müharibəni araşdıran komissiyası tərəfindən dindirilib. Komissiyanın səlahiyyət müddəti 3 dekabrda başa çatacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!