Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                        Yandırılmış Kitablar üçün Mərsiyə .....                        Bu yolda sürət həddi endirildi .....                       
7-12-2023, 23:03
Azərbaycan və Ermənistanın cəsarətli addımını alqışlayırıq


Azərbaycan və Ermənistanın cəsarətli addımını alqışlayırıq

Azərbaycan və Ermənistan tərəfindən atılan bu cəsarətli addımı alqışlayırıq.
Bunu Almaniyanın Azərbaycandakı səfiri Ralf Horleman "X" hesabında yazıb.
"Azərbaycan və Ermənistan tərəfindən atılan ədalətli və davamlı sülh yolunda mühüm inam yaradan bu cəsarətli addımı alqışlayırıq. Almaniya və Avropa İttifaqı bu prosesi dəstəkləyib və bunu davam etdirməyə hazırdır", - o bildirib.
7-12-2023, 22:57
İsrail nazirinin oğlu Qəzzada öldürüldü


İsrail nazirinin oğlu Qəzzada öldürüldü

İsrail Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi və hazırkı hərbi kabinetin naziri Qadi Ayzenkotun oğlu Qəzza zolağında həlak olub.
25 yaşlı baş çavuş Qal Aizenkot Qəzza zolağının şimalında gedən döyüşdə öldürülüb.
Baş nazir Binyamin Netanyahu Qadi Ayzenkota başsağlığı verib.
O, Qal Ayzenkotu cəsur döyüşçü və əsl qəhrəman adlandırıb.
7-12-2023, 22:06
Mirzoyan azərbaycanlı həmkarıyla görüşməyə hazır olduğunu bildirdi


Mirzoyan azərbaycanlı həmkarıyla görüşməyə hazır olduğunu bildirdi

Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Ararat Mirzoyan ABŞ Dövlət katibi Antoni Blinkenin dəvəti ilə Vaşinqtonda azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüş keçirməyə hazır olduğunu bildirib.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Ararat Mirzoyan bununla bağlı razılığını ABŞ Dövlət Departamentinin Qafqaz üzrə müşaviri Lui Bono ilə görüşündə ifadə edib.
"Tərəflər regional təhlükəsizlik və sabitliklə bağlı məsələlərə toxunublar. Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi prosesində son hadisələrə və sülh müqaviləsi layihəsinə tərəflərin yanaşmaları müzakirə edilib. Ermənistan tərəfi Vaşinqtonda Azərbaycanın xarici işlər naziri ilə görüşün keçirilməsinə dair ABŞ-ın təklifinə müsbət cavab verib”, - deyə məlumatda qeyd olunur.
7-12-2023, 21:56
Paşinyan əldə edilən razılaşmayla bağlı paylaşım etdi


Paşinyan əldə edilən razılaşmayla bağlı paylaşım etdi

Ermənistan Baş naziri Nikol Paşinyan Bakı və İrəvan arasında əldə edilən razılaşma ilə əlaqədar paylaşım edib.
O, özünün "X" hesabında birgə açıqlamanı paylaşıb.
Paşinyan bildirib ki, humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, Azərbaycan Respublikası 32 erməni hərbçini azad edir.
"Ermənistan Respublikası öz növbəsində humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, 2 azərbaycanlı hərbçini azad edir", - paylaşımda deyilir.
7-12-2023, 21:25
Rəşad Nəbiyev İraq rəsmisiylə bu məsələni müzakirə etdi


Rəşad Nəbiyev İraq rəsmisiylə bu məsələni müzakirə etdi

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev İraqın Baş nazirinin müavini, neft naziri Hayan Əbdül-Qani ilə SOCAR-la əməkdaşlığın genişləndirilməsini müzakirə edib.
Bu barədə nazir sosial şəbəkədə yazıb.
“İraqa səfər zamanı Baş nazirin müavini, neft naziri Hayan Əbdül-Qani ilə görüşdük. SOCAR-la əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparıldı”, – o qeyd edib.
7-12-2023, 21:23
Hərbiçimizin anası: “İnamımız boşa çıxmadı”


Hərbiçimizin anası: “İnamımız boşa çıxmadı”

Ermənistanda əsir saxlanılan Hüseyn Axundov və Aqşin Bəbirov azadlığa buraxılır.
Sevinc təəssüratlarını bölüşən əsgər Aqşin Bəbirovun anası Dürdanə Bəbirova Prezidentə minnətdar olduğunu bildirib.
"Bu müddət ərzində jurnalistlər bizimlə maraqlandılar, hər birinizə təşəkkür edirəm. Ölü canımıza həyat verdiniz. Cənab Prezidentə xüsusilə minnətdaram. Biz ona inanırdıq. Dövlətimizə inanırdıq. İnamımız boşa çıxmadı", - o deyib.
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülmüşdü.
Aqşin Bəbirov və Hüseyn Axundov "Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda" ittiham olunurlar, onlar həbs edilib. Aqşin Bəbirova 11,5 il, Hüseyn Axundova isə ömürlük həbs cəzası verilmişdi.
Bu gün isə Azərbaycan ilə Ermənistan arasında hərbçilərin qarşılıqlı surətdə azad edilməsi barədə razılıq əldə olunub. Azərbaycan erməniəsilli 32 şəxsi, Ermənistan isə 2 Azərbaycan hərbçisini azad edəcək.
7-12-2023, 21:17
Hüseynin anası: “İlham Əliyevə ömrümün sonuna qədər minnətdaram


Hüseynin anası: “İlham Əliyevə ömrümün sonuna qədər minnətdaram

"Cənab Prezident İlham Əliyevə ömrümün sonuna qədər minnətdaram".
Bu sözləri açıqlamasında erməni əsirliyindən xilas edilən Azərbaycan Ordusunun əsgəri Hüseyn Axundovun anası Şəhla Axundova deyib.
O, övladının erməni əsarətindən azad olunmasına görə Prezidentə minnətdarlığını bildirib.
"Həmişə deyirdim ki, mənim Prezidentim mənim uşağımı əsirlikdə qoymayacaq. Hətta dünən oğlum Ermənistan tərəfindən ömürlük həbs ediləndə belə dedim ki, Cənab Prezident Hüseynimi orda qoymayacaq. Çox sağ olsun ki, balamızı bizə bağışladı. Bu barədə bizə heç bir xəbər verilməmişdi. Qəfil xəbər oldu. İlk xəbəri qızım verdi mənə".
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülmüşdü.
Aqşin Bəbirov və Hüseyn Axundov "Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda" ittiham olunurlar, onlar həbs edilib. Aqşin Bəbirova 11,5 il, Hüseyn Axundova isə ömürlük həbs cəzası verilmişdi.
Bu gün isə Azərbaycan ilə Ermənistan arasında hərbçilərin qarşılıqlı surətdə azad edilməsi barədə razılıq əldə olunub. Azərbaycan erməniəsilli 32 şəxsi, Ermənistan isə 2 Azərbaycan hərbçisini azad edəcək.
7-12-2023, 21:12
Seperatçılar azadlığa buraxılmayacaq


Seperatçılar azadlığa buraxılmayacaq

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən erməni əsilli 32 şəxsin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib.
Ermənistana qaytarılması nəzərdə tutulan 32 nəfər (26 nəfər 2020-ci ilin dekabrında Hadrut istiqamətində keçirilmiş antiterror tədbirləri zamanı həbs edilmiş şəxslər, qalan 6 nəfər müxtəlif vaxtlarda sərhəddə saxlanılmış şəxslər) artıq cəzalarının böyük hissəsini çəkiblər.
Otuz iki nəfərlik siyahıya Azərbaycan xalqına qarşı müharibə cinayətləri və bəşəriyyət əleyhinə cinayətlər törətmiş qondarma rejimin rəhbərləri Araik Arutunyan, Bako Saakyan, Arkadi Qukasyan, Ruben Vardanyan, o cümlədən Vaqif Xaçaturyan, Alyoşa Xosrovyan kimi şəxslər daxil deyil və ola da bilməz.
Bu addım Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycan insanına, ölkə vətəndaşlarına, hərbçilərə verdiyi dəyərin, əsirlikdə olan şəxslərin yaxınlarının hisslərinə şərik olmasının bariz nümunəsidir. Prezident İlham Əliyev bir daha sübut etdi ki, o, hər bir azərbaycanlının Prezidentidir.
Xüsusilə vurğulanmalıdır ki, bu razılaşma Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqlar nəticəsində əldə olunub və heç bir üçüncü ölkə tərəfindən vasitəçilik edilməyib. Bu, bir daha göstərir ki, Azərbaycan və Ermənistan vasitəçilər olmadan sülh prosesini irəli apara bilərlər.
7-12-2023, 21:03
Ermənistan COP29-un ev sahibliyinə namizədlikdə Azərbaycanı dəstəklədi


Ermənistan COP29-un ev sahibliyinə namizədlikdə Azərbaycanı dəstəklədi

Ermənistan COP29-un ev sahibliyinə namizədlikdə Azərbaycanı dəstəkləyib.
Bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatının birgə açıqlamasında bildirilir.
Qeyd olunub ki, Ermənistan ev sahibliyinə namizədliyini geri götürüb:
"Xoş niyyətin təzahürü olaraq, Ermənistan Respublikası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycan Respublikasının namizədliyini dəstəkləyir. Azərbaycan Respublikası və Ermənistan Respublikası ümid edirlər ki, Şərqi Avropa Qrupuna daxil olan digər ölkələr də Azərbaycanın namizədliyini dəstəkləyəcək. Xoş niyyətin təzahürü olaraq, Azərbaycan Respublikası Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir".
7-12-2023, 20:55
Əsir götürülmüş hərbiçilərimiz azad edilir


Əsir götürülmüş hərbiçilərimiz azad edilir

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı birgə açıqlama yayıb.
Butov.az açıqlamanı təqdim edir:
"Azərbaycan Respublikası və Ermənistan Respublikası regionda çoxdan gözlənilən sülhün əldə olunması üçün tarixi fürsətin yarandığı fikrini bölüşür. İki ölkə münasibətləri normallaşdırmaq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh sazişinə nail olmaq niyyətini bir daha təsdiq edir.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində iki ölkə arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına dair razılıq əldə olunub.
Humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, Azərbaycan Respublikası 32 erməni hərbçini azad edir.
Ermənistan Respublikası öz növbəsində humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, 2 azərbaycanlı hərbçini azad edir.
Xoş niyyətin təzahürü olaraq, Ermənistan Respublikası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycan Respublikasının namizədliyini dəstəkləyir. Azərbaycan Respublikası və Ermənistan Respublikası ümid edirlər ki, Şərqi Avropa Qrupuna daxil olan digər ölkələr də Azərbaycanın namizədliyini dəstəkləyəcək. Xoş niyyətin təzahürü olaraq, Azərbaycan Respublikası Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir.
Azərbaycan Respublikası və Ermənistan Respublikası yaxın gələcəkdə əlavə etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi üçün müzakirələri davam etdirəcəklər və beynəlxalq ictimaiyyəti iki ölkənin qarşılıqlı etimadın yaradılmasına töhfə verəcək, bütün Cənubi Qafqaz regionuna müsbət təsir göstərəcək səylərini dəstəkləməyə çağırırlar".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!